Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə5/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   ...   89

15 

yaranmasına səbəb olmuşdur. Misal üçün, “Qızım sənə deyirəm, 

gəlinim sən eşit”, “Gəlinin dini yox, qayınananın imanı”, “Qız idim 

soltan idim, ərə getdim kəniz oldum, tazıya çul oldum”, “Qızı öz 

xoşuna qoysan ya zurnaçıya gedər, ya da halvaçıya”, “Arvadı 

deyingən kişinin saçı tez ağarar”, “Qız bibiyə, oğul dayıya”, “Gəlin 

var gələr gətirər, gəlin var gedər itirər” və s. 

Azərbaycan yazıçıları xalq gülüşündən, xalq satirasından bütün 

zamanlarda kifayət qədər bəhrələnmişlər. Azərbaycan satirik 

lətifələrinin, ən ümdəsi Molla Nəsrəddin lətifələri fikrimizin təsdiqi 

üçün mükəmməl nümunələrdir. Zaman-zaman qara camaat dövrün 

hakimlərinin axmaqlığına, kütlüyünə, fərsizliyinə gülmək üçün 

Molla Nəsrəddinin şəxsiyyətinə sığınıb, fikir və ifadələrini onun dili 

ilə söyləyir, başqa oturanları lağa qoyub ifşa ediblər. 

Gülüş  qəhrəmanları ilə ilgili folklor nümunələri bir şəxsin 

deyil, ümuminin – kollektivin yaradıcılıq məhsuludur.  

Satirik ədəbiyyatda ənənəvi yanaşma üsuluna əsaslanıb demək 

olar ki, Molla Nəsrəddinin “mənfi” sifətdə təqdim etdiyi lətifələrdə 

molla özü yox, onun vasitəsilə başqaları  tənqid hədəfinə çevrilir. 

Molla hacıleyləyin boynunu, qıçlarını  kəsirsə bu məqamda o gül-

mək istədiyi, ifşa edəcəyi ağılsız, həm də zalımların rolunu ifşa 

etmiş olur, daha doğrusu məcburiyyət qarşısında qalır. Digər bir 

lətifədə Molla evdə ola-ola, qonaqlara evdə olmadığını  xəbər 

verdiyi vaxt o, yalançı, fırıldaqçı insanların cildinə girir, tipi ifşa 

edir. 

Molla Nəsrəddinin təzədən mənfi tip rolunda çıxış etməsinə, 



təbii ki, ehtiyac yaranmır. “Tipi ifşa etmək” məntiqinə görə, Molla 

Nəsrəddin başqasının rolunda yox, öz rolunda olur, “tənqid atəşi”ni, 

məhz öz rolunda, dolayı yox, birbaşa açır. Lakin Molla Nəsrəddin 

bunun əvəzinə, necə deyərlər, “mənfi” tipə qoşulub “mənfilik”lə də 

məşğul olur. Məsələn “Gözünüz aydın, filin biri də  gəlir” adlı bir 

lətifənin məzmunu qısaca belədir: hökmdar öz ixtiyarındakı 

fillərdən birini bəsləmək üçün Molla olan kəndə göndərir. Fil 

kənddə  əkin-biçindən  əsər-əlamət qoymur, nə ki, var, hamısını 

tapdalayıb sıradan çıxarır. Camaat təngə  gəlib Molla ilə  bərabər 

hökmdarın yanına fildən  şikayətə gedir. Mənzil başına çatmamış 

hamı bir-bir dağılıb geri qayıdır. Molla camaatın onu tək qoyub 



16 

qaçmağından hirslənir və hökmdara deyir ki, “fillərindən birini 

bizim kəndə qonaq göndərmisən, bundan çox razıyıq. Ancaq 

heyvan tək olduğu üçün səsindən dayana bilmirik. Kənd əhli xahiş 

elədi ki, filə bir yoldaş göndərəsən”. Hökmdar Mollanın bu 

sözlərindən çox şad olub, ona çoxlu hədiyyələr verir və kəndə bir fil 

də göndərir

1

.  



Bu lətifədə Molla Nəsrəddin əvvəlcə camaatla birgə hökmdara 

qarşı  çıxdığı halda, qəfildən öz mövqeyini dəyişir və zalım 

hökmdarla eyni nöqtədə dayanır. Bu yerdə “Molla Nəsrəddin zalım 

bir adamın rolunda çıxış edir və onun özünün tənqid hədəfinə 

çevrilir” qənaəti səhv deyil, amma natamamdır.  Əlbəttə, biz 

başqasının rolunda çıxış etməyi, onun rolunu oynamağı  lətifələrin 

başlıca xüsusiyyətlərindən sayırıq və bu məsələyə bir az sonra 

yenidən qayıdacağıq. Lakin nəzərə çatdırmaq istədiyimiz cəhət odur 

ki, lətifələrdə başqasının rolunda çıxış edib-etmədiyindən asılı 

olmayaraq, tənqid edən tərəf özü tənqid olunanlar cərgəsindən 

qıraqda qalmır.  

Bir çox lətifələrdə Molla Nəsrəddin qazının, mollanın, valinin, 

hakimin, xanın, hətta hökmdarın eybini birbaşa onların üzünə deyir. 

C.Yusifli yazır: “Lətifədə oyun elə qurulur ki, heç vaxt qalmaqal 

düşmür,  şifahi mətndə sanki bu dünyanın bütün olar-olmazının, 

bütün rəsmiyyət və ciddiliyinin üstündən qalın bir xətt çəkilir”

2



Molla Nəsrəddinlə yuxarı  təbəqə arasında düşmən münasibətlər 



olmasından, Molla qorxmazlığından və sözü üzə demək cəsarə-

tindən daha artıq dərəcədə onun yuxarı  təbəqə adamlarının arasın-

dakı  məhrəmanəlikdən,  ərkyanalıqdan xəbər verir. Gülüş ustası 

cəmiyyətin bütün təbəqələri ilə - kasıbla, fəqirlə, varlılarla, uşaq və 

qadınla, oğru-əyyaşla, lotu-nadanla, alimlə heç bir çətinlik çək-

mədən dil tapır, ünsiyyət bağlayır. Ona görə ki, Molla Nəsrəddin 

bütün o adamlarla bir yerdə vahid bir dünyanın – xalq gülüşü dün-

yasının sakinidir. Fəqət həmin dünyada bir nəfər deyil, hamı gülür, 

bir nəfər yox, hamı gülüş  hədəfinə çevrilir. “Dörd qıçlı olardın” 

                                                       

1

 Molla Nəsrəddin lətifələri. Tərtib edəni Y.Məmmədov. Bakı, Uşaq-gənclər 



nəşriyyatı, 1956, s.64 

2

 Yusifli C.Ə. Gülüş və dünyanın sonu. Bakı, Elm, 1997, s.15-16 




17 

lətifəsinə diqqət yetirək. “Günlərin birində bir nəfər Teymur Ləngə 

bir qaz gətirir. Teymur Mollaya tapşırır ki, qazı bişirsin. Aşpaz qazı 

qızardır. Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib 

bir budunu yeyir. Teymur baxır ki, qazın bir budu yoxdur. Teymur 

soruşduqda, Molla halını  dəyişməyib cavab verir ki, qaz bir qıçlı 

olar. Hirsli Teymura Molla pəncərədən çayın kənarındakı tək ayaq 

üstə duran qazları göstərir. Teymur elə pəncərədən qazların topasına 

bir ox atır. Qazlar hamısı birdən uçur. Teymur Mollaya acıqlananda 

o halını pozmadan deyir ki, o oxu ki, sən onlara atdın, mən sənə 

atsaydım, ikiqıçlı nədir, lap dörd qıçlı olardın” 

1

.  



Bəhlul Azərbaycan  ədəbiyyatında Danəndə  Bəhlul və Divanə 

Bəhlul kimi məşhurdur. Bütün xalqların özünəməxsus gülüşü, 

təbəssümü var. 

Şifahi xalq ədəbiyyatının ayrı-ayrı xalq satirası janrlarından, ən 

əsası da ən çox gülüş doğuran nümunələri lətifələridir.  

Molla Nəsrəddin lətifələri də daxil olmaqla Azərbaycan xalq 

lətifələri müəyyən dövrdə insanların mübarizəsindən ümumbəşəri

dərin məna və mahiyyəti olan nəticələr, hökmlər çıxardığı üçün 

ədəbi həyata vəsiqə alır. Muxtar Kazımoğlu (İmanov) yazır: “gülüşü 

doğum və həyat mənbəyi sayan xalq, komik folklor nümunələrinin 

məzmununu da məhz həmin baxış üzərində qurur. Bununla da xalq 

gülüşünün özünəməxsus sistemi meydana çıxır... xalq gülüşünə 

yazılı satirik ədəbiyyat prozasından nəzər saldıqda təhriflərə yol 

vermiş oluruq. Məsələn. Azərbaycan xalq gülüşünün  ənənəvi 

obrazları olan kosa, keçəl, Molla Nəsrəddin, Bəhlul Danəndə  və 

başqalarını  sırf ifşaedici qəhrəmanlar kimi götürmək məhz xalq 

gülüşünə yazılı ədəbiyyat ölçülərindən yanaşmağın nəticəsidir”

2

.  



Lətifənin ovqatı xoş etməsi, qulağı xoşhal etməsi, ürəkdən tikan 

çıxartması, yorğunluğu çıxardıb insana gözəl, bəxtəvər anlar bəxş 

etməsi, dilxorçuluğunu aradan götürməsi onun hər bir cəmiyyətdə 

öz hədəfini tapıb, atəşi ona doğru yönəltməsindədir. Gülüş  hədəfi 

ilə özü arasında çin səddi çəkməyən, özünü ətraf mühitin bir 

nümayəndəsi sayan M.F.Axundovun komediyaları da ilk dəfə 

                                                       

1

 Molla Nəsrəddin lətifələri. Tərtib edəni Y.Məmmədov. Bakı, Elm, 2006, s.19 



2

 Kazımoğlu M.İ. Xalq gülüşünün poetikası, Bakı, Elm, 2006, s.19 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə