Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə7/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   10   ...   89

21 

əksini görürük. “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər 

və qarı”, “Zalım padşahla Zahidin dastanı” hekayətlərində  ədalətli 

hökmdar arzusunda olan Nizami ədalətsiz hökmdarları dövrünə xas 

tənqidə məruz qoyur, məzəmmət edirdi. “Yeddi gözəl” poemasında 

“Xeyir  Şər” hekayəti xəbislik, xudbinlik, bədxahlıq kimi insan  

xarakterinə yad olan mənfiliklər tənqid olunurdu. Nizami ideal 

hökmdar surətini yaratmaq üçün bütün humanist fikirlərini, öyüd, 

əxlaq, hikmət və  nəsihətlərini,  ədəbi çağırışlarını başqa poema-

larında da, bu və ya dugər dərəcədə  əks etdirməyə müvəffəq ol-

muşdur.  Əlbəttə, “İsgəndərnamə”də son sözünü deməklə arzusuna 

da çatmışdır. 

Nizamidən sonra ədəbiyyatımızda ironik gülüş  və ya etiraz

ikrah doğuran əsərlər yazanlar olmuşdur. Ancaq onlar ya sənətkarlıq 

baxımından zəif olmuş, ya da farsca yazıldığından ədəbiyyatımızın 

malına çevrilə bilməmişdir. Satirik ruhu, kinayə  və ciddi tənqidi 

XVI  əsrdə M.Füzulinin yaradıcılığında müşahidə edirik. “Füzuli 

dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı” deyimində 

dövrün haqsızlıqlarına,  əxlaq qaydalarına etiraz və üsyankarlıq da 

var. “Salam verdim, rüşvət deyildir deyə almadılar!” sözləri isə 

cəmiyyəti və onu idarə edənləri damğalayan, satiraya qədər yük-

sələn ifşadır. Bütün bunlar Füzulinin “Nişançı paşaya məktub” və 

ya “Şikayətnamə” əsərində öz əksini tapır.  

Füzulinin farsca nəsr əsərləri, türkcə hakimlərə, sultanlara xeyli 

məktubları vardır. Bunların arasında öz bədiiliyi, satirik gücü ilə 

“Nişançı paşaya məktub” xüsusi yer tutur. A.Şaiq təsadüfi demirdi 

ki, Füzulinin mühitini xarakterizə edən və onun səciyyələrini doğru 

və açıq göstərən “Şikayətnamə” başdan-başa acı qəhqəhələr, kin və 

nifrətlə atılmış oxlarla doludur. 

Əksər Füzulişünaslar və klassik ədəbiyyatımızda satiradan 

danışanlar “Nişançı paşaya məktub”dan yan keçməyiblər. Həqiqə-

tən də, Füzulidən Zakirə  qədərki  ədəbiyyatımızda bu əsər özünün  

satirik kəskinliyi ilə seçilir. Ədəbiyyatşünaslar bu əsəri “Zəma-

nəmizə qədər bizi güldürməkdə, ağlatmaqda baqi qalan” (B.Çoban-

zadə), “Azərbaycan dilində yaranan satiranın ilk nümunəsi” 

(H.Araslı), “dövrün acgöz, rüşvətxor, canavar iştahalı hakimlərini 

damğalayan” (Mir Cəlal), “xəyanətkarlığı, rüşvətxorluğu,  ədalət-



22 

sizliyi satirik gülüşlə tənqid atəşinə tutan” (M.Quluzadə), “dərin bir 

kin və  qəzəb hissi ilə, amansız kinayə  və öldürücü gülüş ruhu ilə 

yazılmış” (H.Əfəndiyev), “ictimai satiranın  ən parlaq nümunəsi” 

(K.Məmmədov) saymışlar. Bunu əsərin ifşa üsulunda aydın görmək 

olar. Əgər Füzulinin satirik şeirlər, alleqorik poemalar və təmsillər 

də yazdığını yada salsaq onun satiradan faydalanması anlaşılar. 

Şairin “Bəngü-badə” və “Söhbətül-əsmar” əsərlərində həm də kina-

yə, istehza, eyham, məsxərə, üstüörtülü işarələr, müəmmalı danışıq 

üstünlük təşkil edir. 

1514-cü ildə baş vermiş Sultan Səlim – Şah İsmayıl arasındakı 

savaş, onun nəticəsi çoxlarının diqqətini çəkmişdir. Ancaq Füzu-

linin “Nişançı paşaya məktub”u satirik ruhu, dərin, ifşaedici məz-

munu, yüksək poetik keyfiyyətləri ilə seçilir. Füzuli burada “Sultan 

Süleymanın ölkəsindəki rüşvətxorluğu, süründürməçiliyi, acgözlüyü 

bütün kəskinliyi ilə, satirik bir üslubda tənqid etmişdir...  Şairin 

eybəcərliyə münasibəti çox halda sarkazm şəklində ifadə olunur”. 

Altay Məmmədov “Şikayətnamə”nin Azərbaycan nəsrinə heç 

bir dəxli yoxdur desə də, sonda etiraf edir ki, böyük qrotesk, tərz və 

satira gücünə malikdir. 

M.Füzuli ilə A.Bakıxanov və Zakir arasında satirik poeziyanın 

nümunələri M.P.Vaqif yaradıcılığında bu və ya digər dərəcədə 

göründü. Satiranın mahiyyətindən danışarkən S.Borşevski düz deyir 

ki, “... məgər satirada tragizm olmamalıdr?  Əksinə, satiranın asta-

rında həmişə tragediya yaşamalıdır? Faciə və satira birgə gedən iki 

bacıdır və onların hər ikisinə birlikdə həqiqət adı vermək olar”.  

“Bizim evdə axta-zoğal da yoxdur” – deyən, “yaşılbaş sonanın 

olmamasından” gileylənən Vaqif  “Görmədim” müxəmməsində 

satiranın konturlarını  cızmışdı. Gözəllərin vəsfinə qoşmalar qoşan, 

gözəlləri vəsf etməkdən doymayan şair dövrün ədalətsizliklərinə də 

işarə vururdu. Akademiyanın müxbir üzvü Tofiq Hacıyev sözü 

gedən məsələ ilə əlaqədar yazır: “Vaqif dövründə lirik nitq üçün adi 

danışıq materialı tipik olduğu halda, satirik əsər, satirik münasibət 

üçün yazılı ədəbiyyatda ciddi dil əsas vasitə olmuşdur. Bu, gülüşsüz 

satira idi. Satira üçün vacib olan gülünclük var idi, ancaq gülüş yox 

idi. Burada tənqid kədərlə, təəssüflə müşayiət olunur, əsərdə 

satiranın bu amili özünü göstərir: “Dünyada gülüncdən dəhşətli bir 



23 

şey yoxdur. Gülünc eybəcər axmaqlığın edamıdır” (V.Belinski). 

Yəni gülünc məzmun var, hələ satirik forma tapılmayıb. Bu onunla 

bağlıdır ki, bizdə tarixən satira ciddi bədii əsərlərdə sınanıb. Alimin 

fikrindən bir qənaət də yaranır ki, satira qeyri-satirik əsərlərdə  də 

özünü göstərmişdir. Məlum bir həqiqətdir ki, satira üçün bol dil 

materialı adı danışığın söz və ifadəsidir. 

Satira XIX əsrə  qədər yalnız Füzuli yaradıcılığında sezilir. 

Füzulinin “Söhbətül  əsmar”  əsəri alleqorik şəkildədir və burada 

həlim yumor var, onun farsca olan əsərlərində də eyham və rəmz-

lərə rast gəlmək olar. Bunları XIX əsrə  qədərki  ədəbiyyatımızda 

satiranın rüşeymləri, ünsürləri kimi də qiymətləndirmək olar. 

İtalyan alimi Allessio Bombacının “Türk ədəbiyyatı tarixi” əsərində 

yazdığı “poeziya aləmində Füzuliyə  qədər də satira elementləri 

mövcud idi. Lakin heç kəs bu elementləri Füzuli qədər dərin  əks 

etdirə bilməmişdir” sözlərində də bu baxımdan həqiqət var.  

Əslində satira, gülüş, komiklik, istehza və kinayə  ədəbiyya-

tımızda tənqid, ifşa vasitəsi kimi XIX əsrdən başlayır. Öncə bunun 

bəzi örnəkləri A.Bakıxanov, ilk maarifçi sənətkarlar M.Ş.Vazeh, 

Q.Zakir və başqa sənətkarların yaradıcılığında üzə çıxır.  

XIX  əsrin 30-cü illərində A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” 

və İ.Qutqaşınlının “Rəşidbəy və Səadət xanım” hekayələri ənənəvi 

məhəbbət mövzusunda idi. Bu hekayələr yeni obrazları, gəncliyə 

rəğbət motivi ilə yadda qalsa da milli realist nəsrin yaranmasına 

müsbət təsir göstərə bilmədi. Təbii ki, bu hekayələrdə satiradan

onun motivlərindən belə danışmaq olmaz.  

Bununla belə A.Bakıxanovun əxlaqi-tərbiyəvi əsərlərində, bəzi 

şeirlərində az da olsa tənqidi, bəzən satirik ruh duyulur. O, 

“Nəsihətnamə”, “Əməlin cəzası”, “Ümidin boşa çıxması” kimi əsər-

lərində  əyanların riyakarlığını, böhtançılığını, yaltaqlığını ifşa 

edirdi. Onun aşağıdakı  şeiri isə öz ifşa gücü ilə Sabir satirası ilə 

səsləşir: 

 

Danışma, eşitmə, görmə əmr etsən, 

Bağlaram dil, qulaq, gözümü həmən. 

Əmr etsən anlama, əfv et, hökmdar. 

Bu işdə əlimdə deyil ixtiyar. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə