Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə8/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

24 

 A.Bakıxanov həm də  ədəbiyyatımızda təmsil yazan şair kimi 

tanınır. O, şərq abidələrini, xüsusilə “Kəlilə  və Dimnə”ni oxu-

muşdu. İ.Krılovun təmsillərini bilirdi. Onu İ.Krılov təmsillərindəki 

“zəngin yumor, satira, demokratik ruh” maraqlandırmışdır. Ondan 

tərcümə də etmişdi.  

Şairin türk və fars dillərində yazdığı bəzi əsərlərində, xüsusilə 

“Təbriz əhlinə xitab” şeirində də tənqid satirik səciyyəlidir. Burada 

İran tabeliyində olan Güney Azərbaycanın ictimai geriliyi, cəhalət 

və avamlıq  tənqid atəşinə tutulur, xalqı bu günə salanlar lənətlənir. 

Bir beytdə deyilir: 

 

Axund ilə xana hər tənə eyləsən yaraşar, 

Bu müftəxorların əndişəsi şərarətdir. 

 

XIX əsr Azərbaycan ədəbiyyatında satira M.F.Axundova qədər 



sözün həqiqi mənasında Q.Zakir poeziyasında öz əksini tapır. Bu 

satira Q.Zakir poeziyasında ifadə olunsa da, şübhəsiz ki, o dövrkü 

ədəbiyyata, elə realist satirik nəsrinə  də  təsirsiz qalmamışdır. 

F.Qasımzadə, K.Məmmədov və başqa nüfuzlu alimlər Zakir sati-

rasından, onun tənqid hədəflərindən və gücündən söhbət açmışlar. 

Lirik poeziyada Vaqif ənənələrini real həyata yaxınlaşdıran Q.Zakir 

satira yönündə bütün sələflərini keçmişdir. Onu satiraya, ifşaya 

gətirən XIX əsrin  əvvəlləri kimi mürəkkəb bir dövr ictimai-siyasi 

məngənədə boğulan Azərbaycan reallığı, cəmiyyətin, xalqın ictimai 

geriliyi, əxlaqi-mənəvi sıxıntılar, elm, məktəb və maarifin yoxluğu 

kimi mühüm problemlər idi. Odur ki, Q.Zakir satirasında həm həcv, 

həm də ifşa, kinayə və istehza güclü idi. Onun həcvlərində də satirik 

ruh hakim idi. Şairin aşağıdakı beytində satira açıqca ünvana 

yönəlir: 

 

Yalanı kürsüyə mindirir qəni,  

Ac eyləyə bilməz doğrunu isbat    

 

Burada həm zalımlara nifrət, həm də məzlumlara vətəndaş şair 



yanğısı duyulur. M.Ş.Vazeh isə bir bənddə  zəmanədən  şikayətini 

belə ifadə edirdi: 




25 

Şikayətmi edim, gülümmü, bilməm, 

Dünyanın yarısı dərrakədən kəm. 

 

Q. Zakirin satirası özündən  əvvəlkilərdən mübariz ruhu, 



barışmazlığı, dil sadəliyi ilə seçilir. Burada mənalı gülüş, istehza, 

kinayə güclüdür. İctimai mövzulu əsərlərində bunlar daha tutarlıdır. 

F.Köçərli şairin yaradıcılığındakı yeniliyi keçən yüzilin ilk illərində 

görmüş və onu “yeni bir meyil” kimi qiymətləndirmişdir. Ə.Mirəh-

mədov isə Zakiri “satirik cərəyanı qüvvətləndirən”, “formalaşdıran” 

sənətkarlardan sayır. Bu da onun satira yönündə M.F.Axundova 

yaxınlaşması, satirik əsərlər yazan şairlərə nümunə olması 

deməkdir. Mirzə Baxış Nadimi, Baba bəy Şakiri, Kazım ağa Saliki 

öz “Ustadı” adlandıran Zakir çoxlarının satirik şeirlər yazmasına 

səbəb olmuşdur. Qarabağda, Bakıda, Gəncədə,  Şirvanda və başqa 

bölgələrdə  də  həcv, satirik şeirlər yazan şairlər yetişmişdir. Satira 

Azərbaycan  ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubları olan 

S.Ə.Nəbatinin, Abdulla Cani oğlunun, Mirzə Baxış Nadimin, 

Şirvanlı  Əhmədin, Kazım ağa Salikin, Bala Sadığın, Baba bəy 

Şakirin və başqalarının  əsərlərində müəyyən yer tutdu. Onlar 

cəmiyyətdəki ictimai bəlaların mahiyyətini bilməsələr də, yaşa-

dıqları cəmiyyətdəki çatızmazlıqlara, neqativ hallara bu və ya digər 

dərəcədə münasibət bildirmişlər. Bunu Q.Zakirin yaradıcılığında 

daha geniş və aydın görürük.  

“Baba bəy  Şakir, Q.Zakir, A.Canı  oğlu, M.Miskin, M.Nadim 

kimi sənətkarların yaradıcılığı Azərbaycan  şeirində yeni bir ədəbi 

cərəyanın meydana gəlməsini göstərirdi. Bu cərəyanın tənqid 

obyektində  şairləri narazı salan məsələlər çox idi. Lakin onlar 

əməkçi xalqın həyatı, ağır güzəranı ilə  hər  şeydən artıq maraq-

lanırdılar... Hakim siniflərin tənqidi çarizmin qayda-qanunlarına, 

yerli feodalların özbaşınalığına qarşı etiraz, habelə ayrı-ayrı 

yaramaz sosial tiplərin ifşası satirik şeirin başlıca motivləri idi.  

M.F.Axundovun ədəbi mühitə gəlməsi, maarifçiliyi, realizmi və 

satiranı yeni inkişaf səviyyəsinə qaldırması klassik ədəbiyyatdan 

gələn, Zakir sənəti ilə formalaşmağa başlayan satiraya, satirik 

ədəbiyyatın inkişafına yeni istiqamət verdi. Onun ənənələrini 

S.Ə.Şirvani, H.Zərdabi kimi maarifçi sənətkarlar, ziyalılar davam 




26 

etdirdi. 

XIX əsrin ortalarına doğru Azərbaycanda ictimai-siyasi durum

müstəmləkəçilik zülmü artdıqca, ictimai münasibətlər kəskinləş-

dikcə satiraya ehtiyac çoxalırdı.  İlk maarifçilərin, xüsusilə 

Q.Zakirin səyi ilə satira təşəkkülə başlasa da, hələ  də janrlarda  

yalnız motivlər şəklində idi. Realizm ədəbi cərəyanını cana gətirən, 

həyata bağlayan M.F.Axundov, xalqın tərəqqisində satiranın, 

gülüşün roluna böyük önəm verirdi. Onun sənət aləminə  gəlməsi, 

ədəbiyyatın da canlanmasına səbəb oldu. Cəhalət aləminin 

kütləşdirdiyi  şüurları oyatmaq, hərəkətə  gətirmək üçün moizə  və 

nəsihət artıq kara gəlmir;  şirin qəflət yuxusuna qalanları oyatmaq, 

onlara gülmək, onları güldürmək lazımdır ki, bir daha yuxuya 

getməsinlər. Odur ki, ədib yazırdı: “pis və çirkin adərtləri insanın 

təbiətindən istehza və masqaradan başqa heç bir şey qoparıb çıxara 

bilməz”. M.F.Axundov “tənqid”, “istehza və masqara” deyəndə elə 

satiranı nəzərdə tuturdu. Tənqid cəmiyyətdəki ziddiyyətləri və onun 

islahını göstərməkdə gülüşə, satiraya böyük üstünlük verirdi. 

Ədəbiyyatımızda satiranın inkişafı  və  əsas prinsiplərini müəyyən-

ləşdirən və istiqamətləndirən, onu realizmin tərkib hissəsi kimi 

qiymətləndirən M.F.Axundov olmuşdur.  Ədib bu sahədə  əməli 

nümunə göstərmiş, “Hekayəti-İbrahimxəlil Kimyagər”, “Hekayəti-

müsyo Jordan həkimi-nəbatat və  dərviş  Məstəli  şah”, “Sərgüzəti-

vəziri-xani Lənkaran”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-

mərdi-xəsis – Hacı Qara” və “Mürafiə  vəkillərinin hekayəti” adlı 

altı komediyanı bu məqsədlə qələmə almışdır. “Çünki komediyanın 

qəhrəmanı  və  əsas xarakterləri tənqid hədəfi kimi götürülür. 

Komediyanın əsasını acı gülüş təşkil edir ki, bu tənqid üsullarından 

da qüvvətlidir”. Bu komediyalar həyati, təbii olduqları  qədər də 

sadədir. Acı gülüş, yumor bu sadə, tipik həyat hadisələrindən, bir-

birinə  əks insanların barışmaz, “masqaraya”, gülüş  hədəfinə çev-

rilən münasibətlərindən yaranır. Hacı Qara obrazının ifşası ilə 

əsərdəki tip satira zirvəsinə çatır. Bütövlükdə  ədibin bütün 

komediyaları üçün xas olan keyfiyyət xalq gülüşü və yumorudur. 

Janrından asılı olmayaraq müxtəlif  əsərlərdə bu və digər 

dərəcədə satira və yumor, gülüş ola bilər. Ona görə  ədəbiyyatda 

satirik  şeir, satirik nəsr, satirik dramaturgiya və s. də  işlənir. XIX 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə