Microsoft Word Baba n r variant seva


Abdulla Şaiqin bədii nəsri



Yüklə 1,74 Mb.
səhifə89/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

271 

Abdulla Şaiqin bədii nəsri 

 

Filologya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin 

üzvü Baba Babyevin (Maqsudoğlu) ilk kitabı çapdan çıxmışdır. 

Kitab “Abdulla Şaiqin bədii nəsri” adlanır. “Yurd” nəşriyyatı 

tərəfindən çap olunan əsərin rəyçisi A.Şaiqin oğlu,  əməkdar elm 

xadimi, akademik Kamal Talıbzadə, elmi redaktoru isə f.e.d. 

professor Əflatun Saraclıdır.  

Adından göründüyü kimi “Abdulla Şaiqin bədii nəsri” çox 

maraqlı bir mövzunu əhatə edir.  

Müəllif haqlı olaraq A.Şaiqi “Azərbaycan sovet ədəbiyyatının, 

o cümlədən nəsrinin bünövrəsini qoyanlardan biri” adlandırır və 

qeyd edir ki, onun nəsri bütövlükdə Azərbaycan bədii nəsrini 

mövzu, janr, tematika, problematika baxımından zənginləşdirmiş, 

milli etik ənənənin, bədii təhkiyənin istiqamətinə  və inkişafına 

təkan vermişdir. 

Doğrudur, Azərbaycan nəsrinin inkişafında özünəməxsus 

xidmətləri olan A.Şaiqin bədii nəsrinin bəzi xüsusiyyətlərinə ayrı-

ayrı  tədqiqatlarda da toxunulmuşdur. Lakin bu o qədər də 

fundamental, sistemli, əhatəli xarakter daşımamışdır. Bu kitabda isə 

müəllifin bədii nəsrinin xüsusiyyətləri barədə qaldırılan məsələlər 

və  tədqiqat obyektinə çevrilən nüanslar tam orijinallığı ilə seçilir. 

Bunu Baba Maqsudoğlu özü də etiraf edir. Bildirir ki, A.Şaiqin 

həyat və yaradıcılığının bəzi məsələlərinə həsr edilmiş, problematik 

məsələlərdə  də hekayə, povest və romanları haqqında maraqlı 

fikirlərlə rastlaşırıq. A.Şaiqin müəyyən bir əsərinin təhlilinə  həsr 

edilən məqalələr də az deyildir. Lakin görkəmli ədibin yaradıcılığı 

bir çox mütəxəssislər tərəfindən araşdırıldığı halda, onun nəsr 

əsərləri indiyə kimi ayrıca tədqiqat obyektinə çevrilməmişdir. Bu 

baxımdan f.e.n. Baba Maqsudoğlunun monoqrafiyası ilk və uğurlu 

addım kimi qiymətləndirilməlidir.  Əsərdə qeyd olunduğu kimi, bu 

monoqrafiya həm A.Şaiq yaradıcılığının, həm də klassik və müasir 

Azərbaycan nəsrinin bir sıra problemlərinin, onun janr, metod, 

üslub və başqa ideya sənətkarlıq məsələlərinin daha dərindən və 

obyektiv şəkildə tədqiqinə də kömək edə bilər.  

“Abdulla  Şaiqin bədii nəsri”nin yazılmasında  əsas məqsəd 

görkəmli Azərbaycan mütəfəkkirinin ilk dəfə tam halda istiqlal və 




272 

müstəqilliyin  ədəbiyyatşünaslıq elmimizin yeni tələbləri işığında 

araşdırmaqdır.  Əsəri vərəqlədikcə buraya gərgin  əmək sərf edən 

alimin böyük zəhmətinin izlərini aydınca duyuluq. İstifadə olunan 

elmi mənbələr, paralellər apararaq məntiqi nəticəyə  gəlmə 

diqqətdən kənarda qalmış yarımçıq “İki müztərib, yaxud əzab və 

vicdan” romantik romanın təhlili fikrimizi təsdiq edən 

amillərdəndir. Kitabı oxuduqca hiss edirsən ki, böyük axtarışların 

məhsulu olan bu əsərdə müəllif A.Şaiqin nəsr əsərlərini dövrün epik 

ənənələri kontekstində, tipoloji planda təhlil etməyə, onun ideya-

məzmun və 

sənətkarlıq xüsusiyyətlərini aydınlaşdırmağa 

çalışmışdır. Bunun üçün müəllif hekayə, povest və romanların 

ideya-sənətkarlıq və problematika baxımından təhlilini verməyə, 

nəzəri-estetik fikrin son nailiyyətləri işığında yazıçının nəsr 

əsərlərindəki vulqar-sosiologizm təsiri ilə  təhrifləri aydınlaşdır-

mağa, surətlərin orijinal xüsusiyyətlərini və prototiplərini müəy-

yənləşdirməyə çalışmışdır. Fikrimizcə f.e.n.Baba Maqsudoğlu məq-

sədinə nail olmuşdur. Burada müəllif A.Şaiqin bədii nəsrini həm 

milli  ədəbiyyatşünaslığın, həm də  şaiqşünaslığın uğurları baxı-

mından  ədəbi-tarixi və elmi-nəzəri aspektdə araşdırmağa cəhd 

göstərmişdir.  

Xatırladırıq ki, bu kitabda A.Şaiqin nəsr  əsərləri ilk dəfə 

Azərbaycan romantizminin əsas nəzəri-estetik prinsipləri işığında 

təhlil olunur və ilk dəfədir ki, A.Şaiq nəsrinin aktual ictimai, siyasi, 

sosial, mənəvi-əxlaqi problemləri sənətkarlıq məsələləri ilə 

qarşılıqlı əlaqədə araşdırılır. 

Ali məktəb tələbələri, aspirantlar və  nəsrin tədqiqi ilə  məşğul 

olan alimlərimiz üçün nəzərdə tutulan bu əsərin maraqla oxu-

nacağına şübhəmiz yoxdur. 

Həmkarımız Baba Babayevi (Maqsudoğlu) “Abdulla Şaiqin 

bədii nəsri” monoqrafiyasını ərsəyə gətirdiyinə görə təbrik edir, ona 

yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 

 

     Faiq Xasayoğlu, 



“İki sahil”in müxbiri 

 

 


273 

Satirik nəsrimizin tədqiqi 

 

Azərbaycan  ədəbiyyatının xüsusi elmi tədqiqata ehtiyacı olan 

aktual problemlərindən biri satirik nəsrin təşəkkül və inkişafıdır. 

Doğrudur, indiyə  qədər alimlər bu məsələ ilə bağlı bir sıra elmi 

fikirlər söyləmişlər;  Ə.Mirəhmədov, Y.Qarayev, F.Hüseynov, 

K.Məmmədov,  Ə.Saraclı, Q.Kazımov, Z.Əsgərli, A.Əmrahoğlu, 

B.Əhmədov kimi tədqiqatçılar XIX-XX əsrlərdə yaşayıb yaratmış 

yazıçıların, özəlliklə, M.F.Axundzadə, C.Məmmmədquluzadə, 

Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, B.Talıblı, Mir Cəlal, Sabit 

Rəhman və b.sənətkarların bədii gülüşü, satirik təsvir və ifadə 

üsulları haqqında qiymətli elmi fikir və mülahizələr söyləmiş, 

onların sənətkarlıq xüsusiyyətlərini aydınlaşdırmışlar. Bunlara 

baxmayaraq bədii gülüşün xüsusi tipi kimi satiranın Azərbaycan 

milli nəsrində mövqeyi, ayri-ayrı janrlarda təzahür xüsusiyyətləri 

tədqiqatdan kənarda qalmışdı. Elə buna görə  də dosent Baba 

Maqsud oğlu Babayevin “Azərbaycan realisr nəsrində satira” mo-

noqrafiyası (“Elm” nəşriyyatı, 2008, elmi redaktoru; Alxan Bayram-

oğlu) ciddi elmi maraq doğurur. 

Giriş  və  nəticə hissələrindən başqa üç fəsildən ibarət olan bu 

monoqrafiyada müəllif  əvvəlcə satiranın ideya-estetik prinsipləri 

haqqında söhbət açır. Görkəmli satira nəzəriyyəçilərinin elmi 

əsərlərinə istinad etməklə Azərbaycan klassik nəsrində bədii-estetik 

gülüşün özünəməxsus cəhətlərini üzə  çıxardır. Tədqiqatçı ilk dəfə 

olaraq XIX əsrin sonu XX əsrin  əvvələrində (1920-ci ilə  qədər) 

yazılmış satirik nəsr nümunələrini vahid elmi məhvər  ətrafında 

sistemləşdirərək təhlil edir. Həmin dövrün satirik nəsrinin bədii 

qaynaqlarından bəhs edərkən müəllifin Azərbaycan şifahi ədəbiyyat 

nümunələrini, xalq nağıllarını, məzhəkə, qaravəlli və  lətifələri 

xatırlaması  əsaslı görünür. Doğrudan da Azərbaycan satirası öz 

kökləri etibarı ilə milli folklor mədəniyyətinə, xalq gülüşünə 

bağlıdır. Lakin bu gülüşün bədii-estetik kökləri təkcə milli folklor 

mədəniyyətindən ibarət deyil. Onun  formalaşmasında bütün Şərq-

müsəlman dünyasının, xüsusilə türk xalqlarının qədim gülüş 

təcrübəsinin də mühüm rolu olmuşdur. Elə buna görə tədqiqatçı yeri 

gəldikcə dünya ədəbi-bədii fələsəfi fikir nümayəndələrinin 



274 

yaradıcılığına müraciət edir, onların bəzi  əsərlərinin Azərbaycan 

ədəbiyyatına və satirik düşüncəsinə təsirini qeyd edir, öz fikirlərini 

Aristotel, V.Belinski, İ.Eventov, N.F.Yerşov, V.Mayakovski, 

Saltıkov-Şedrin, A.V.Lunaçarski və başqalarından tutarlı sitatlar 

gətirməklə    əsaslandırmışdır. B.Babayev müxtəlif dövrlərdə yaşa-

mış bu fikir adamlarının satira, yumor, komediya, məzhəkə, haq-

qında mülahizələrində bir ümumilik, eynilik görür. Bu eynilik 

həmin mütəfəkkirlərin hamısının bədii gülüşə yüksək qiymət ver-

məsindəndir.  

Kitabın ikinci fəslində Azərbaycan realist nəsrində satiranın 

təşəkkülü, təzahür formaları  və inkişaf mərhələləri tədqiq olunur. 

B.Babayev belə hesab edir ki, satira XIX əsrə  qədər yalnız Füzuli 

yaradıcılığında sezilir. Məlumdur ki, Füzulinin “Söhbətül  əsmar”  

əsəri alleqorik şəkildədir, onun farsca yazılmış  əsərlərində isə 

eyham və rəmzlərə rast gəlmək olar. Kitab müəllifi bunları XIX əsrə 

qədərki  ədəbiyyatımızda satiranın rüşeymləri, ünsürləri kimi 

qiymətləndirir. Onun qənaətinə görə Azərbaycan  ədəbiyyatında 

satira, gülüş, ifşa vasitəsi kimi XIX əsrdə A.Bakıxanov, M.Ş.Vazeh 

və başqalarının yaradıcılığında üzə  çıxmışdır. Q.Zakir “satirik 

cərəyanı qüvvətləndirən”, formalaşdıran sənətkarlardan olmuşdur. 

M.F.Axundzadə altı komediyası ilə XIX əsr Azərbaycan 

ədəbiyyatında Q.Zakir sənəti ilə formalaşmağa başlayan maarif-

çiliyi, realizmi və satiranı yeni inkişaf səviyyəsinə qaldırmış, 

“Aldanmış kəvakib” və ya “Hekayəti-Yusif şah” povesti ilə realist 

satirik nəsrin yaradıcısı olmuşdur. Sonralar bu ənənə davam və 

inkişaf etdirilmiş, XX əsrin  əvvələrində mollanəsrəddinçi yazıçı-

ların sayəsində yeni bir yüksəliş  mərhələsinə çatmışdır. Monoq-

rafiyada C.Məmmədquluzadə satirasının özünəməxsusluğu, gülüş 

hədəfləri və  ifşa üsulları haqqında ətraflı məlumat verən tədqiqatçı 

bu dahi sənətkarın yaradıcılıq manevri və qüdrətinə dair elmi 

fikirləri yeni faktlarla daha da möhkəmləndirir.  

Monoqrafiyada XIX əsrin sonu, XX əsrin əvvələrində (1920-ci 

ilə  qədər) yazıb-yaratmış  sənətkarlarımızın bədii nəsrinin poeti-

kasından da bəhs olunur. B.Babayev C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli, S.Hüseyn, 

T.Şahbazi, B.Talıblı kimi yazıçıların nəsr üslubu, satirik inikas 



275 

yolları barədə söhbət açmaqla XX əsrin əvvəllərindəki bədii nəsrin 

keyfiyyətlərini aydınlaşdırmış olur. 

Məlumdur ki, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş realist 

nasirlər gülüş doğuran hadisələri əks etdirərkən məzmunla bərabər 

bədii formaya da xüsusi diqqət yetirirdilər. Onların  əsərlərində 

ideya çılpaq  şəkildə deyil, yüksək bədiiliklə ifadə olunur, surətlər 

səciyyəvi cəhətləri ilə  təqdim edilirdi. C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev və Y.V.Çəmənzəminlinin hekayələrində  təsvir 

olunan əhvalat və hadisələr həyatiliyi, yüksək realizmi və inandırıcı 

olmasına görə  seçilirdi. Onların əsərlərinin süjet və kompozisiyası 

əvvəldən axıra qədər gülüşün mahiyyətinin açıqlanmasına xidmət 

edirdi. Monoqrafiya müəllifi bu fikirləri  əsaslandırarkən konkret 

əsərlərə, məsələn, C.Məmmədquluzadənin “Quzu” hekayəsinə 

söykənir. O, doğru deyir ki, “Quzu” hekayəsində  bədii gülüşün 

ünvanı həyatdakı eybəcərliyə qarşı çevrilmiş olsa da yazıçının əsas 

məqsədi gözəllikdir. Əsərdə Mirzə Cəlil gülüş doğuran situasiyalar 

təqdim etməklə oxucusunu əyləndirmək yox, onu düşündürmək, 

ətrafda baş verənlərdən nəticə çıxartmağa sövq etmək istəmişdir. Bu 

gülüş düşündürücü, mənalı və islahedicidir.   



 

Sevda Salmanova  

 

 

 

 

 

 

 

 


276 

MÜNDƏRİCAT 

 

 

Ön söz............................................................................................ 

Klassiklər və müasirlər elmi tədqiqat müstəvisində 



(B.Həsənli)............................................................................ 



 



  Klassik və müasir ədəbiyyata dair tədqiqlər 

 

Folklor nümunələrində satira və gülüş.................................. 

12 

Müxtəlif bədii janrlarda satiranın təzahür formaları............. 



20 

Realist nəsrdə M.F.Axundov ənənələri................................. 

28 

Nəsrdə poetik komponentlər................................................. 



37 

XIX  əsrin sonu XX əsrin  əvvəlləri Azərbaycan  nəsrində 

bədii gülüş............................................................................. 

47 


“Molla Nəsrəddin”  ədəbi məktəbi və satirik nəsrin yeni 

inkişaf mərhələsi.................................................................... 

58 

Azərbaycan satira ustalarının süjet və tip yaratma metodları 



66 

Ədibin nəsrində detal.......................................................... 

71 

Abdulla Şaiqin uşaq hekayələri........................................... 



77 

Y.V.Çəmənzəminli və “Molla Nəsrəddin” jurnalı................ 

82 

Yusif Vəzir Çəmənzəminlinin satirik hekayələri.................. 



91 

Gülüşlə düşündürən ədib....................................................... 

101 

Gələcəyin poeziyası (Rəsul Rza yaradıcılığı haqqında 



düşüncələr)............................................................................. 

107 


Böyük şair haqqında ziyalı xatirəsi....................................... 

120 


Alim ömrü............................................................................. 

122 


Görünən və görünməz obrazlar müəllifi............................... 

125 


Bədii nəsrin gözəl nümunəsi................................................. 

130 


Yoxluğun ağır imiş ............................................................... 

136 


Mehdi Hüseyn böyüklüyü..................................................... 

137 


Sən demə “Mixaylo”  şeir yazırmış....................................... 

147 


 

Ədəbiyyatımızın ünlü simaları: məqalələr, müsahibələr 

 

Nurlu sima.............................................................................   



156 

Özünü qoru xalqım............................................................... 

172 



277 

Mən bu dünyada olmayacağam............................................. 

177 

Özgəni ləkələməklə özünü təsdiq etmək olmaz.................... 



180 

İlk özbək əlifbasının müəllifi kim olub?...............................

  188 

Cəfakeş tənqidçi ................................................................... 



191 

Ayrılığın üzü dönsün ........................................................... 

194 

Qiymətli tədqiqat əsəri.......................................................... 



201 

Ziyalı alim ............................................................................ 

204 

Sözün gücü ........................................................................... 



207 

Həmişə axtarışda .................................................................. 

211 

Gülüşlə düşündürmək ........................................................... 



215 

Müasir Azərbaycan romanlarına yeni baxış.......................... 

218 

Zərdab gülməcələri ............................................................... 



222 

 

Filologiya üzrə elmlər doktoru Baba Babayevin  



elmi əsərləri barədə rəylər 

 

Bəkir Nəbiyev.  Satira haqqında yeni tədqiqat əsəri............. 

225 

Zaman Əsgərli. İddiasız  tədqiqatçı – ziyalı.......................... 

230 


Təyyar Salamoğlu. Satirik nəsrimizə dair yeni araşdırmalar. 

234 


Şamil Vəliyev.  Ədəbiyyatşünaslığa yeni töhfə.................... 

238 


Əlizadə  Əsgərli.  Həsən Seyidbəylinin nəsri haqqında ilk 

tədqiqat əsəri......................................................................... 

242 

Bilal Həsənli.  Satirik nəsrin üfüqləri.................................... 

245 


Ramil Əliyev. İlk sistemli tədqiqat əsəri............................... 

249 


Razim Məmmədov, Ağalar  İdrisoğlu. Azərbaycan satirik 

nəsrinə dair araşdırmalar və yeni tədqiqatlar........................ 

255 

Xuraman Məmmədova. Satirik nəsrə aid yeni araşdırmalar

259 


Cəmilə. Ləyaqətli ziyalı......................................................... 

263 


Rəhman Salmanlı.  Həsən Seyidbəyli yaradıcılığı haqqında 

ilk tədqiqat əsəri.................................................................... 

265 

Günay. “Qalacaqdır dünyada"-oxucuların yadında qalacaq 

kitab....................................................................................... 

266 

Gülnarə Əzizova. Ədəbi sözün işığı...................................... 

268 


Faiq Xasayoğlu.  Abdulla Şaiqin bədii nəsri......................... 

271 


Sevda Salmanova.  Satirik nəsrimizin tədqiqi....................... 

273 


 

 



278 

 

 

 

Baba Maqsud oğlu Babayev 

 

ƏDƏBİYYAT MƏSƏLƏLƏRİ 



 

Bakı – “Müəllim” – 2015 

 

 



279 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“Müəllim” nəşriyyatında çap olunmuşdur. 

 

Çapa imzalanmışdır 26.11.2015. Sifariş 427 



Kağız formatı 60

84


1/16

. Şərti 17,4 ç.v. Sayı 100. 



 

 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə