Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   ...   57

 Baba ocağı 
 
7
qədər  zehni  aydınlaşınca  səkinin  kənarında  oturdu, 
fikrə getdi.  
Hələ  uşaq  ikən  eşitmişdi  ki,  Ordubad  müqəd-
dəs  yerdir.  Bu  torpaqda  dövrü-qədimdən  üləmalar 
çox olduğundan Yaxın Şərqin diqqət mərkəzində idi. 
Arazın  cənubunda  yaşayanlar  Ordubada  sehirli  bir 
yer  kimi baxırdılar.  Deyirdilər ki,  İranın  münəccim-
ləri göydən bir bəla gəldiyini müşaiyət edəndə cama-
atı məscidlərə yığıb dua edərmişlər ki, “Xudavəndi-
aləm,  bu  bəlanı  Ordubada  göndər”.  Səbəbini 
soruşanlara  cavab  verərmişlər  ki,  bəs  sən  demə 
Ordubadda o qədər çox üləma, mürşid, seyid övladı 
var ki, bəla Ordubada catınca sovuşar, heç bir ziyan 
verməz.  Belə  ki,  Ordubad  camaatı  çox  inamlı  və 
imanlıdır.  Dadaş  özü  də  uşaq  vaxtı  bunları 
görmüşdü.  Ancaq  gəncliyindən  bu  yerləri  tərk  edib 
gedəli  iyirmi  il  ötmüşdü.  Güman  ki,  orada  da  çox 
şeylər  dəyişmişdi.  Amma  yenə  də  o  doğma  yerlərə 
getmək,  o  yurdları  bir  daha  görmək  istəyi  qəlbində 
birdən-birə  elə  baş  qaldırdı  ki,  bu  istəyin  qarşısını 
almaq  qeyri-mümkün  oldu.  İyirmi  il  müddətində 
əvvəl  anası,  sonra  da  atası  bu  yaxınlarda  dünyasını 
dəyişmişdi. Xəbərlər də gəlib Dadaşa çatmışdı, lakin 
yenə  də  kəndə  qayıda  bilməmişdi  və  ya  bu  haqda 
heç  düşünməmişdi.  Əslində  kəndən  küsərək  ayrıl-
dığından qayıda bilmirdi.  
Hava  işıqlanırdı.  Günəş  dənizdən  boylanmağa 
başlamışdı.  Səhərin  sərin  mehi  Dadaşın  üzünü, 


Nizami Muradoğlu 
 
8
saçlarını yalayır, ruhuna bir  dinclik  gətirirdi.  Dadaş 
bu  balaca  həyətə  göz  gəzdirdi,  iki  mərtəbəli  evin 
damının qırları əriyib divar boyunca süzülmüş, qara 
zolaqlar yaratmışdı. Onu da deyim ki, bu tərəflərdə 
iki mərtəbəli evə çox az rast gəlmək olardı.  
 Bu iki mərtəbəli evi tikib başa gətirmək də Da-
daş üçün asan olmamışdı. Buna qədər pilləkan altın-
da  gecələdiyi  soyuq  vaxtları  xatırladı.  Gecə  yarısı 
oğru  kimi  soyuq  pilləkan  altına  sığınaraq  səhərə 
qədər dişini dişinə sıxıb dözürdü. Pul qazanmaq bu 
zamanda çox ağırdı. İş yerləri demək olar ki, yoxdu. 
Bir qarın çörək pulu qazanmaq məqsədi ilə səhərdən 
gecə yarısına qədər bazarlarda, küçələrdə veyillənir, 
hamballıq  edirdi.  Hamballıq  da  hər  gün  olmurdu. 
Şəhərin  imkanlı  adamları  işlərini  tanıdıqları 
hamballara və həmşərilərə gördürürdülər.  
Səhərləri  soyuq,  rütubət  pilləkan  altında 
qarşılayan  Dadaş  buğlana-  buğlana  isti  evlərdən 
çıxıb,  ətrafdakı  dilənçilərə  nəzər  belə  yetirməyən 
zəngin  adamları  görəndə  onlara  qarşı  qəlbində  bir 
qəzəb  oyanırdı.  Nəyin  bahasına  olursa  olsun, 
pullanmaq, isti, rahat evdə yaşamaq istəyirdi.  
 Əlinə pul keçəndən sonra birinci məqsədi belə 
bir  ev  tikmək  olmuşdu.  Ömrünün  böyük  bir  hiss-
əsini  bu  evdə  başa  vurmuşdu.  Bu  evin  ən  böyük 
üstünlüyü Dadaşa həmdəm olması idi. Uzun, tənha 
gecələri  bu  evin  isti  qucağında  xatirələr  işığında 
keçirmişdi. İndi birdən-birə bu evin duruşunda sanki 


 Baba ocağı 
 
9
bir qəriblik hiss edirdi. Qəti qərar qəbul etmişdi, ge-
dirdi, Vətənə gedirdi. Ömründə düşünmədiyi Vətən 
söhbəti  haradan  belə  birdən  peyda  oldu,  bilmədi. 
Gördüyü yuxu onu belə tələsik və qəti qərara gətir-
mişdi. 
Pilləkənin  böyründə  balaca  bir  quyu  qazdı, 
torpağını  çıxarıb  kənara  tökdü.  Evə  keçib  yük 
yerində  sandığın  üstündə  olan  bir  dəst  yorğan-
döşəyi  götürüb  yerə  qoydu.  Sandığın  qıfılını  açıb 
qapağını  qaldırdı,  iki  torba  çıxartdı.  Əlini  torbalar-
dan  birinin  içinə  salıb  qızıl  onluqları,  beşlikləri 
şaqqıldatdı,  bir  ovuc  ayırıb  pencəyinin  yan  cibinə 
qoydu. Onluqlardan birini əlində oynadıb imperator 
II Nikolayın şəklinə, sonra çevirib pulun arxasındakı 
ikibaşlı  qartala  baxdı.  Qartalın  ayağının  altında  “10 
рублей  1899  г”  yazılmışdı.  Qartalın  yanlara  açılan 
iki başının arasına yerləşdirilmiş imperatorun tacının 
anlamını  düşündü:  İşə  bax  ha…  Nikolay-dünyanın 
padişahı…  Şəklini  qızılların  üstünə  saldırıb,  mən 
onu  cibimdə  gəzdirirəm.  Bir  torba  qızılı  burda  yerə 
basdırıb  gedəcəyəm.  Görəsən  mənim  kimi  nə  qədər 
adam  bu  qızılları  yerə  basdırır?  Bəs  bu  milyonçular 
necə,  bu  qədər  qızılı,  çervonları  hara  yığırlar?  Çox 
güman  ki,  vaxtı  ilə  yerdən  çıxarılmış,  işlənmiş  bu 
qızıllar yenə də torpağın qoynuna gedir. İnsan da elə 
belədir: torpaqdan hasil, torpağa vasil. 
Dadaş  açdığı  torbanın  ağzını  bağladı.  Evdən 
köhnə  bir  müşənbə  tapıb  torbanı  onunla  möhkəm-


Nizami Muradoğlu 
 
10
möhkəm  sarıdı,  bayıra  çıxıb  qazdığı  quyuda 
basdırdı, üstünü torpaqlayıb səliqəyə saldı. “Əvvəla 
bu həyətə kimsə cəsarət edib girə bilməzdi, girsəydi 
də  heç  cinin  də  ağlına gəlməzdi  ki, Dadaş  bir torba 
qızılı  bura  basdırmış  olsun”-deyə  fikirləşdi.  Dadaş 
yenidən  içəri  keçib  yük  yerindəki  sandığın  üstünü 
sahmanladı.  İkinci  torbanı  əl  bağlamasına 
yerləşdirdi.  Papağını  başına  qoyub  evdən  çıxdı, 
qapını kilidləyib açarı xeyli vaxt əlində saxladı. Açarı 
özüylə  götürsün,  yoxsa  harasa  qoysun.  Tərəddüd 
içində vurnuxurdu, həyətdə sağa-sola var-gəl edirdi. 
Haradansa  qapıbir  qonşuları  Havva  arvadın  qarğış-
ları  yadına  düşdü:  “Səni  görüm,  qapın  bağlansın, 
kilidin  damaa  atılsın”.  Gözlərinin  önünə  Əylisin 
damları gəldi. Bu kənddə bir mərtəbəli evə təsadüfən 
rast  gələrdin,  bütün  evlər  iki,  üç  mərtəbəliydi  və 
hətta, dördmərtəbəli evlər də vardı, həm də damları 
çox  ucaydı.  Bu  damlara  atılan  kilidləri  götürmək 
müşkül məsələydi. Kilidi damına atılan evlərin taleyi 
bir  dəfəlik  həll  olunurdu.  Bu  evlərin  son  aqibəti 
xarabalığa  çevrilmək,  dağılmaqdı.  Bəlkə  elə  ona 
görəydi ki, Havva arvad belə qarğış tökürdü. Dadaş 
Çəmbərəkənddəki  bu  bir  mərtəbəli  evlər  ilə 
Əylisdəki hündür evləri öz aləmində müqayisə etdi. 
Dadaşın evi bu ərazidə tək-tək sayılan iki mərtəbəli 
evlərdən  idi.  Əylisdəki  evləri  qədər  uca  olmasa  da, 
alçaq  da  deyildi,  ancaq  istənilən  vaxt  qonşunun 
damından bu evin damına çıxmaq olardı.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə