Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   ...   57

 Baba ocağı 
 
11
Dadaş  bayaqdan  əlində  oynatdığı  açarı  damın 
üstünə atdı. Nə vaxt qayıdarsa, açarı götürmək çətin 
olmayacaq. Kimsə də qorxusundan onun evinə yaxın 
düşə  bilməzdi.  O,  bu  şəhərdə  ad  çıxarmışdı,  onu 
barmaq ilə göstərirdilər. Şəhər deyəndə, yəni Dadaş 
üçün  fərq  eləmirdi,  bu  şəhərdi,  ya  kənddi.  Əsas 
adamlar  idi.  Sadəcə  burada  adamlar  çoxdu  və  təbii 
ki,  bu  adamların  içində  çoxlu  da  alçağı  vardı.  O 
alçaqları  incitməkdən  Dadaş  xüsusi  ləzzət  alırdı. 
Dadaş şəhərə gələndən sonra xeyli dəyişilmişdi. Da-
daş  əslində  kimsəyə  sataşmazdı,  amma  yumurtanı 
düz oynamayanlar onu məcbur edirdilər və Dadaşın 
qəzəbinə  gələnlərin  halı  fəna  olurdu.  Bu  arada 
Abuzər kişinin sözləri də yadına düşdü. Abuzər kişi 
bir qədər ağızdan pərtov idi, yəni söyüş söyəndi. Hər 
dəfə də kimisə söyəndə deyərdi ki, “vallah, mən heç 
kəsi söymürəm, özü gəlib girir …mə, daha neyniyi-
m?”  Dadaş  da  elə  beləcə  idi.  İndi  Dadaş  gedirdi, 
bəlkə bu şəhərin  də, elə Dadaşın  də  canı qurtarırdı. 
Darvazanı  aralayıb  bayıra  çıxdı,  küçənin  sağına 
baxdı,  qara  camaatı  gördü,  soluna  baxdı,  yenə  də 
həmən  adamlardı,  bir  tikə  çörək  üçün  harasa 
tələsirdilər, birdən qulağının dibində fısıltı eşitdi: 
       -  Genəl,  genəl,  tezliklə  gen  dünyanı  sizə  dar 
edacayık…  


Nizami Muradoğlu 
 
12
                Dadaş  dönüb  geriyə  baxdı,  Stepanı  gördü. 
Stepanın  nə  dediyini  eşitməsə  də,    səhər-səhər 
erməninin lap sarsağına rast gəlməsi qanını qaraltdı, 
öz-özünə pıçıldadı: 
         -  İlanın  zəhləsi  yarpuzdan  gedər,  o  da  gələr 
bitər yuvasının qabağında. Nədi, Stepan?.. 
- Kirva, deyirəm elə… Sən belə tezdən durmaz-
san, xayır ola?.. 
- Domkomsan? Yoxsa məni izləyirsən? 
-  Elə,  kirva,  mazhab  haqqı  səni  gördum, 
sevindim.  
Stepanın  başında  çoxbucaqlı,  brezent  kepka 
vardı. Dadaşın gözləri Stepanın 
kepkasına sataşınca istər-istəməz dodağı qaçdı, 
içindən keçən fikri dilinə gətirdi: 
- Sənin bu kepkan var ha, Stepan… 
- Var ha, kirva… 
-Lap oğraş kepkasına oxşayır. 
-Ela demə, kirva… 
 Stepan kepkasını başından çıxarıb əlində o yan-
bu yana çevirdi. Sanki kepkasına baxıb Dadaşın de-
diyi sözlərin nə dərəcədə həqiqət olduğunu görmək 
istəyirdi.  Sonra  yenə  kepkasını  başına  qoyub 
Dadaşın üzünə baxdı. 
-Stepan… 
-Bali, kirva…  
-Gedirəm,  Stepan,  mən  burdan  gedirəm,  get 
əlinə xına yax, sənin kimilərin canı qurtarır.  


 Baba ocağı 
 
13
-Haraya, kirva? 
- Vətənə gedirəm. 
- Ela, kirvə, man da Vatana getmax istərəm. 
-Yəni sənin Vətənin var? 
-Ela, kirva, manım Vatanım odey uzaxlarda... 
-Ara,  get  də,  get.  Nə  ilişmisən  it  arısı  kimi 
burada qalmısan? 
-Gedajam, kirva, gedejam. 
-  Stepan,  əslində  bura  da  mənim  Vətənimdi. 
Amma mən Əylisdə doğulmuşam. Əylis eşitmisən? 
-Akulis... 
-Akulis  yox,  Ağ-ulus.  Bilirsən,  Stepan,  bu  kən-
din  qədim  adını  bilən  yoxdur.  Mənim  bu  intiligent 
tayfasıynan o qədər də aram olmaz. Amma bir dəfə 
birinə  irast  oldum.  O,  bizim  kəndimiz  haqqında  ət-
raflı danışırdı, kəndimizi məndən də yaxşı tanıyırdı, 
halbuki Əylisdə bir dəfə də olmamışdı. Deyirdi ki... 
Dadaşın  xəyalında  ötən  günlər  canlanırdı, 
intiligent  dediyi  adam  Əylis  haqqında  danışırdı. 
Dadaş  deyilənləri  tamamilə  dərk  etməkdə  çətinlik 
çəksə də adamın danışığı xoşuna gəlirdi. 
 Bu  kənd  Elxanilərin  hakimiyyəti  dövründə 
xanədan  mənsublarının,  hətta,  ondan  öncəki  xanə-
danların, daha sonra Səfəvilərin, Qacarların istirahət 
düşərgəsi  olubdur.  O  zamanlar  xanədan  mənsubla-
rına  ağuluslular,  ağevlilər  deyirdilər.  Cəmiyyətdə 
təbəqələşmə  getmişdi;  Ağuluslular,  bozuluslular, 
qarauluslular.  Yüksək  hakimiyyət  təmsilçiləri,  onla-


Nizami Muradoğlu 
 
14
rın  ailələri,  qohum-əqrabaları  ağuluslular  adlanırdı. 
Bu  kəndin  abü-havası,  təbii  gözəlliyi,  meyvə-
tərəvəzinin əvəzsiz tamı ağulusluların diqqətini cəlb 
etmişdi.  Buraya  istirahətə  gələn  ağuluslular  çox 
böyük mədəniyyət yaratmışdılar. Dövrümüzə qədər 
gəlib  çatan  mədəni  irs  orta  əsrlərin  tarixi  yadigar-
larıdır.  Bu  kənddə  movcud  olan  məbədlər,  məsci-
dlər,  üç  günbəzli  hamam,  kəhrizlər  sistemi,  su-
kanalizasiya  təsərrüfatı  böyük  intibahdan  xəbər 
verir.  XVII-XVIII  əsrlərdə  Əylis  Şərqin  ən  qabaqcıl 
şəhərləri  sırasına  daxil  edilmiş,  burada  ipəkçilik 
xüsusi inkişaf mərhələsinə qədəm qoymuşdu. Bura-
da  yetişdirilən  kənd  təsərrüfatı  məhsulları,  meyvə-
tərəvəz  yüksək  keyfiyyəti  ilə  fərqlənirdi.  Bilirsiniz, 
ümumiyyətlə, Ordubad mahalı çox böyük bir ərazini 
əhatə  edirdi,  Zəngəzurun,  demək  olar  ki,  yarısı  bu 
mahalın  tərkibinə  daxil  idi.  Buraya  Səfəvilərin 
hakimiyyəti  dövründə  xüsusi  önəm  verilirdi.  Hətta, 
Şah  Abbasın  vəziri  Mirzə  Hatəm  bəy  də  ordubadlı 
idi.  Mənbələrin  verdiyi  məlumatdan  aydın  olur  ki, 
Şərqin  ən  böyük  alimlərindən  olan  Nəsirəddin  Tusi 
də  ordubadlı  imiş.  Şah  Abbas  Ordubad  bölgəsinin 
vergilərdən  azad  edilməsi  haqqında  fərman  ver-
mişdi. 
Yadıma  düşmüşkən  deyim  ki,  Hülaki  xanın 
zövcəsi  Doqquzxatun  xanım  yay  istirahətini  çox 
zaman Əylisdə keçirirmiş. Əylis də o zaman bir kənd 
idi.  Kəndin  ortasından  Əylisçay  keçir.  Çayın  sağ 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə