Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   ...   57

 Baba ocağı 
 
15
sahili  ərik  bağları  ilə  əhatə  edilmişdi.  Sol  sahil  dağ 
döşü  olduğundan  burada  təbii  cəvizlik  yaranmışdı. 
Cəviz  meşələri  ta  Əyri  dağın  zirvələrinə  qədər  uza-
nırdı.  Cəvizlik  adlanan  ərazi  Doqquzxatun  xanımın 
çox xoşuna gəlirmiş, burada gözəl bol sulu bir bulaq 
da  vardı.  Doqquzxatun  xanım  çadırını  burada  qur-
durub  əylənirmiş.  Səhhətində  olan  nasazlıq  burada 
tamamilə yox olub gedir. Ondan sonra xatun buranı 
özünə daimi  istirahət yeri  seçir  və  hətta, burada  bir 
abidə də tikdirir. Doqquzxatun xanım nəsrani dininə 
mənsub türklərdəndi. O səbəbdən də buraya özü ilə 
bərabər  xristian  xidmətçilər  gətirib  yerləşdirir. 
Sonralar  o  xidmətçilər  burada  artaraq  məskunlaşdı-
lar və burada onların balaca bir icması yarandı. Son-
ra da bura 1828-ci ildə ruslar İrandan 37 erməni ailəsi 
köçürdülər.  O  zamandan  bura  el  arasında  bəzən 
Qoşakənd də deyirlər.  
Stepan  ağzını  açıb  heyranlıqla  Dadaşı  din-
ləyirdi. Dadaş da intiligentin açıqlamalarından həzz 
alaraq  danışırdı,  amma  birdən  hiss  elədi  ki,  vaxt 
keçir,  tərpəşmək  zamanıdır.  Dadaş  əl  atıb  Stepanın 
gepkasının  dimdiyindən  yapışdı,  onu  Stepanın 
gözlərinin üstünə basdı: 
-Büldün, Stepan! 
Stepan daha dinmədi, Dadaşın ardınca baxdı: 
-  Get,  axır  gedişin  olsun,  tezliklə  hamız  bura-
lardan cəhannama gedəcaxsız. 


Nizami Muradoğlu 
 
16
 Dadaş  Çəmbərəkəndin  darısqal  küçələri  ilə 
aşağı  enirdi.  Qarşısına  çıxanlar  dayanıb  onu  salam-
layırdılar: 
-Salam, Dadaş, qulluğunda duraq... 
Dadaş  da  Çəmbərəkəndin  ümumi  qaydalarına 
uyğun  olaraq  adlarını  bilmədiyi  cavanlara  “dadaş” 
deyə cavab verirdi. Bu şəhərdə mühüm bir müraciət 
forması kimi “qədeş” formalaşmışdı. Bu müraciətdə 
həmçinin  qarşı  tərəfə  hörmət  ifadə  edilirdi.  Ona  da 
bu  şəhərdə  ilk  dəfə  “qədeş”  deyə  müraciət  etmiş-
dilər.  O,  cavabında  “dadaş”  demişdi,  elə  o  vaxtdan 
da adına “Dadaş” deyirdilər, heç kəs onun adını bil-
mirdi.  Hətta,  ona  bəzən  “Böyük  dadaş”  də  deyir-
dilər: 
-Sağ ol, dadaş, Atamoğlan hardadır? 
-Evdə olar. 
-Çağıra bilərsənmi. 
-Baş üstə, Dadaş. 
Dadaş  dayanıb  Atamoğlanı  gözlədiyi  müd-
dətdə bu dar küçələri bir daha gözdən keçirdi. Səhə-
rin  gözü  açılmamışdan  gecə  yarıya  qədər  çalışan, 
aldıqları  qarınlarını  doyurmayan,  günün,  küləyin 
təsirindən  adları  kimi  özləri  də  qaralan  adamlara 
nəzər  saldı,  qaragünlülər,  qaraevlilər,  qarauluslular 
deyə xəyalından keçirdi.  
-Xoş gördük, Dadaş. 
Atamoğlanın  səsi  Dadaşı  xəyaldan  ayırdı.  Əl 
verib görüşdülər: 


 Baba ocağı 
 
17
-Xoş gördük, Atamoğlan. 
-Səhər-səhər xeyir ola, Dadaş. 
-Gedirəm, Atamoğlan. 
- Hara? 
-Ocağa, babamın ocağına. Buralar sənə əmanət. 
Kasıb-kusubdan  muğayat  ol,  ara  qarışacaq  deyirlər. 
Ara qarışsa ayaq altında qalıb əzilən yenə bu kasıb-
kusub olacaq, qara camaat olacaq. Gərək onları qoru-
yasan.  Salamlarımı  Qoçu  Nəcəfquluya  da  çatdı-
rarsan.  O  da  tədbir  almamış  olmaz.  Bu  daşnak 
köpəylər də Bakıda kök salırlar. 
-  Bilirəm,  Dadaş!  İçimiz  özümüzü  yandırır, 
çölümüz  özgəni,  dünyanın  hər  yerindən  neft  iyinə 
axışıb  gəliblər,  bu  eşşəyin  dal  ayaqları  da  bir 
tərəfdən.  Mən  daha  çox  bunlardan  ehtiyat  edirəm, 
bilirsən bunların çörəyi dizinin üstündədi, nacinsdi-
lər.  Amma  ,  arxayın  ol,  Dadaş,  biz  də  bir  şeylər 
düşünürük... 
-Salamat qal, dadaş, dünya ölüm-itimdi... 
- Elə demə, Dadaş... Biz yenə görüşəcəyik. 
- Bilmirəm, dadaş, vətəndə necə olacaq? Zarafat 
deyil.  İyirmi  ildi  ayrılmışam,  məni  necə  qarşı-
layacaqlar?  
- Kimin var orda, Dadaş? 
-  Bilirsən  məni  bu  gün  yaşadan  çoxlu  xatirə-
lərim var, hamısı o yurd ilə bağlıdı. Mən bura gələn 
ilk gündən düşünürdüm ki, nə vaxtsa qayıdacağam, 
amma qayıda bilmirdim. Bilirsən niyə? Yox, əlbəttə, 


Nizami Muradoğlu 
 
18
sən hardan biləsən?! İncimə, Atamoğlan, bunlar sən 
bilən  şey  deyil.  Amma  sən  buralara  yaxşı  bələdsən, 
buralar sənə əmanət... 
- Belə... 
Atamoğlan ah çəkdi, Dadaşın üzünə baxdı, da-
ha bir söz demədi. Dadaş Atamoğlanı sinəsinə sıxdı, 
Atamoğlan  üzünü  yana  döndərdi,  üzündəki  ifadəni 
Dadaşdan  yayındırmağa  çalışdı,  beləcə  dəqiqələr  il 
qədər ağır keçdi, ləngidi, heç biri danışmadı. 
Bakıya  gəldiyi  ilk  günlər  yadına  düşdü. 
Uşaqlıqdan  güclü-qüvvətli  idi.  Amma  uşaqlıqda  da 
kimsəni  incidib  qəlbinə  dəyməzdi.  Qarışqanı  tap-
dalamağa  ürəyi  gəlməzdi,  rastına  çıxanda  yolunu 
dəyişib  başqa  yöndən  salardı.  Kənddə  hamının 
barmaqla  göstərdiyi  mərd,  mübariz,  qoçaq  bir 
oğlanıydı.  Mədrəsədə  hamıdan  yaxşı  oxuyurdu. 
Müsayiblərinin  içində  kəndin  hər  iki  icmasının 
nümayəndələri vardı. İstər türklər, istərsə də haylar-
ermənilər  onunla  dost  olmağa,  yaxın  olmağa 
çalışırdılar.  Beləcə  gənclik  dövrünə  qədəm  qoy-
muşdu.  Sonra  həyatında  baş  verən  hadisələr  onu 
həyatın  burulğanına  atdı.  Bu  burulğanın  cövlan 
etdiyi  mərkəzi  yer  Bakı  şəhəriydi.  Birdən-birə  tanış 
olmadığı,  görmədiyi,  bilmədiyi  yad  mühüt  onun 
həyatında yüz səksən dərəcəlik bir dönüş yaratdı.  
Bir dəfə bərk acmışdı, neçə gündən bəri işləyib 
qəpik-qəpik  yığdığı  pullar  ilə  yaxşıca  yeyib  qarnını 
doyurmaq  istəyirdi.  rastına  çıxan  qəlyanaltıya  girib 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə