Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   ...   57

 Baba ocağı 
 
19
boş masalardan birinin arxasında oturdu. Amma bu 
oturmaq  ona  çox  baha  başa  gəldi  və  eyni  zamanda 
bütün  həyatını  dəyişdirdi.  Belə  olacağı  ağlına  da 
gəlməzdi.  Artıq  olan  olmuşdu.  Qonşu  masada  bir 
neçə nəfər oturmuşdu, bir-birlərinə aman vermədən 
danışır, qəh-qəh çəkib gülürdülər. İstər-istəməz qon-
şu  masada  oturanların  ucadan  danışıqlarını  eşidir, 
bu adamların qəribə ləhcə ilə ifadə etdikləri, bəziləri 
ona tanış olmayan sözləri dinləməli olur və hətta, bu 
söhbətlər bir qədər də onu əyləndirirdi.  
 Birdən  qurbağa  gölünə  daş  atılan  kimi  sus-
dular,  hamının  diqqəti  qonşu  masaya  oturan  bu 
qərib  oğlanın  üzərində  cəmləşdi.  Arıq,  uzun,  çəlim-
siz,  35-40  yaşlarında  birisi  ayağa  qalxıb  ona  yaxın-
laşdı:  
 -Adə,  nə  qulaqlarını  şəşləmisən,  dur  burdan 
sürüş!..  
Bu nə deməkdi? Eşitdiklərinə inana bilmirdi. Bu 
adam onamı deyirdi bu sözləri. Axı o nə etmişdi ki? 
İstədi desin ki, nə olub dadaş, deyə bilmədi. Gözlə-
mədiyi  halda  qulağının  dibindən  dəyən  yumruğun 
zərbəsindən dik atıldı. Ayağa qalxdı, ancaq yenə də 
səbirli olmağa çalışdı: 
 -Dadaş,  nə  olub,  məni  kiminləsə  dəyişik 
salırsız, - dedi. 
-Sən nə danışırsan ə… Belə canına azar olub, itil 
burdan. 


Nizami Muradoğlu 
 
20
  İstədi  desin  ki,  mən  axı  neyləmişəm?..-  sözü 
yarımçıq  qaldı,  qonşu  masada  olanlardan  üçü  də 
ayağa  qalxıb  onu  üstünə  hücum  etdilər.  Hərə  bir 
tərəfdən qışqırır, söyür, bağırırdı. Daha səbir etməyə 
yer  qalmamışdı. Arıq, uzun, özündən  razı adam bu 
dəfə  də  yumruq  atanda  əlini  göydə  tutdu.  Sonrası 
necə  oldu,  nə  oldu,  yadına  gəlmirdi,  masalar, 
kürsülər  bir-birinə  qarışdı,  dörd  nəfər  leş  kimi  yerə 
sərilmişdi.  
Qəlyanaltının  lap  küncündə  əyləşib  bayaqdan 
bu mənzərəni seyr  edən  qoçu Nəcəfqulu  ayağa  qal-
xıb  ona  yaxınlaşdı,  əl  uzadıb,  könlünü  aldı,  öz 
masasına dəvət etdi: 
-İgid, qəm eləmə, yaxın gəl, igid başı qalda gərək. 
Yuxudan  ayılan  kimi  oldu.  Elə  bil  qurbağa 
gölünə daş atdılar, ətrafı səssizlik bürüdü. Hiss elədi 
ki, hamı sakitcə onları izləyir. Bu adam kimdisə nü-
fuz sahibiydi. Çox fikirləşmədən onun təklifini qəbul 
edib masanın arxasına keçdi.  
-Görürəm, qəribsən, haradan gəlibsən? 
-Əylisdən gəlmişəm, dadaş… 
-Bizdə, Bakidə qədeş deyərlər. 
-Biz də dadaş deyərik. 
-Sən də bu gündən oldun bizim dadaşımız. 
O  gündən  adını  “Dadaş”  deyə  çağırdılar.  Bu 
adı ona Qoçu Nəcəfqulu vermişdi. Ayağa qalxanda 
Qoçu Nəcəfqulu salondakılara səsləndi: 


 Baba ocağı 
 
21
-  Eşitmədim,  bilmədim  deyən  qalmasın,  Bu 
igid  bu  gündən  bizim  dadaşımızdır,  harda  istər 
outrar, kefi necə istər o cür gəzər, duydunuzmu?!  
Beləcə  zaman  Dadaşı  sərtləşdirdi,  o  qədər 
sərtləşdirdi  ki,  adını  eşidənlər  yolunu  dəyişməyə 
çalışdı,  kimsə  onun  gözünə  görünmək  istəmirdi. 
Dadaşın  özü  də  daha  onu  tanıyanları  görməyi 
xoşlamırdı.  Doğulduğu  yurdu  tərk  edib  gələndən 
harada  görünürdüsə,  mütləq  orada  bir  həngamə 
qopurdu.  Oğurluq,  adam  öldürmək  Dadaş  üçün 
adi  işə  çevrilmişdi.  Nə  qədər  alçaq  adam  vardı, 
onun  hədəfiydi,  təki  vaxtında  məlumat  verən 
olaydı.  Məzlumu  incidəni  məhv  edərdi.  Haqlının 
haqqının  haqsızda  qalmasına  heç  cür  dözə 
bilmirdi.  Amma  kasıb-kusuba  dəyməzdi,  nəinki 
dəyməzdi,  hətta,  imkan  düşdükcə  onlara  kömək 
edərdi.  Haqqına  iş  görərdi.  Qarşısına  çıxacaq  güc 
yoxdu,  gücü  yenilməzdi.  Çoxlu  pul  yığmışdı,  iki 
kisə  qızılı  vardı.  Amma  o,  qızıllara  adi  dəmir 
qırıntıları kimi baxırdı. Belə bir zamanda, ömrünün 
orta  çağında  həyatında  yenidən  bir  dəyişiklik  baş 
verdi və bu dəyişiklik onu Vətənə qaytarırdı. 
 
 
 
Dadaş  Çəmbərəkəndin  dar  küçələrindən  keçib 
daha  geniş  bir  alana  çıxdı.  Qubernator  bağına  tərəf 
gedirdi.  Neft  kralı  Ağamusa  bir  neçə  adamla  yolun 


Nizami Muradoğlu 
 
22
kənarında  dayanıb  nəyisə  müzakirə  edirdi.  Dadaş 
yaxına  gəlib  üzünü  Ağamusaya  tutub  xüsusi  bir 
intonasiya ilə dedi: 
-Ağa Musa! 
Ağamusa səs gələn tərəfə döndü, Dadaşı görüb 
qanı qaraldı, əlacsızcasına dedi: 
-Atam, atam, nədi! 
- Ağa Musa, millətin nöyütünü satdın, pullarını 
yığıb ingilisin bankasına qoydun.  
 Nə millətə verdin para
 Nə oğluna qıldın çara,  
 Axırı qaldın avara, 
 Ağa Musa... 
Rövşənin  şakəriydi,  biriynən  məzə  qurmaq 
istəyəndə  bəzən  bədahətən  şeir  parçaları  deyirdi. 
Səhər-səhər  Ağamusayla  da  məzələnmək  istədi, 
sonra da ciddiləşdi:  
-Bir  oğlunu  da  saxlaya  bilmədin,  öldürdün. 
Batacaq  pulların,  Ağa  Musa,  çörəyini  itlər,  yaxanı 
bitlər yeyəcək... 
Ağamusanın  qanı  qaraldı,  kimsə  Ağamusayla 
belə  danışa  bilməzdi.  Allahın  bəlasına  gəlmiş  bu 
Dadaş  haradan  çıxdı,  Ağamusanın  kefinə  soğan 
doğradı. Ağamusa deyinməyə başladı: 
- Atam, atam, məndə pul var? Nöyütün millətə 
nə  dəxli,  atam-atam?  Var  get,  Dadaş,  su  axmaqdan, 
çay baxmaqdan doyulmaz.  


 Baba ocağı 
 
23
Ağamusanın  yanında  olanlardan  biri  Dadaşı 
yaxşı tanıyırdı, salam-kəlamları vardı, Dadaşa saqqal 
tutub  üz  vurdu,  Dadaş  da  daha  bir  söz  demədi. 
Ağamusa üzünü döndərib getdi, Dadaş da öz yoluna 
davam  etdi.  Amma  xəyalında  yenə  də  Ağamusa  ilə 
danışırdı:  “Nöyütünə  bax  bunun,  şəhərinə  bax 
bunun.  Nöyüt,  milyonlar  şəhəri,  nöyüt  kralı...  Qara 
camaat,  ac  camaat.  Bunun  pulunu  ələ  keçirə 
bilsəydim,  hamısını  bu  qara  camaata  paylayardım. 
Bu  da  qoburnat  bağı.  İşə  bax,  e...  millətin  çörəyini 
bunlar  yeyir...  bunların  qarnı  doyarmı,  millətə  də 
çörək versinlər. Səhər-axşam qumar, kef məclisləri... 
əlisi dəli, vəlisi dəli, qırılmışın hamısı dəli. içərisində 
bir salamatı var ki, millətə də nəzər yetirə. Bu bizim 
özümüzünkülər, digərləri də əcnəbi, ya da daşnak.  
 Yaxşısı,  deyirlər,  Hacıdır.  Pulları  yığıb  evinin 
altında  qaranlıq  bir  zirzəmiyə,  özü  də  oturub 
üstündə. Amma bir dəfə yaxşı girmişdim ora, səhərə 
qədər  əlləşdim,  heyif  qapını  aça  bilmədim.  O  nə 
qapıdır,  Hacı  onu  haradan  gətirdibdir,  bilmirəm. 
Əlimə  keçsəydi  o  milyonları  uf  demədən 
paylayardım millətə. Bir bunlara bax, adlarını “millət 
atası”  qoyublar,  milləti  itin  gününə  salıblar.  İnsaf 
deyilən bir nəsnənin olduğundan, bəlkə heç xəbərləri 
də yoxdur. Yazıqlar olsun sizə, hacılar, ağalar, nöyüt 
milyonçuları. Gec-tez əlinizdən alacaqlar nöyütü də, 
nöyüt  pullarını  da.  Onda  peşiman  olacaqsınız, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə