Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   ...   57

Nizami Muradoğlu 
 
24
deyəcəksiniz ki, kaş belə olacağını əvvəldən biləydik, 
pullarımızı millət yolunda xərcləyəydik.  
Yox,  sonrakı  peşimançılıq  fayda  verməz.  Onda 
biləcəksiniz  ki,  siz  nə  qədər  gücsüz,  nə  qədər 
acizsiniz.  Yazıqlar  olsun  sizə.  O  zaman  sizə  bir  yol 
göstərəcəklər.  Qarşınızda  dar  ağacları  qurulacaq,  o 
dar  ağaclarından  kəndirlər  sallanacaqdır.  Dar 
ağaclarının yanında kimsə olmayacaqdır, ancaq sizin 
geriyə  dönüşünüz  də  mümkünsüz  olacaq.  Dönüb 
arxaya  baxanda  övladlarınızı  görməyəcəksiniz.  Sizə 
bir  həmdəm  də  qalmayacaq,  onlar  sizi  çoxdan  tərk 
edib  gedəcəklər.  Kəndiri  özünüz  öz  boğazınıza 
keçirəcəksiniz. Cəsarəti olanlar üçün bu şərəfli ölüm 
sayılacaq.  Cəsarəti  olmayanları  daha  pis  günlər, 
aclıq,  dilənçilik  və  səfalət  gözləyir.  Dünənə  qədər 
qara  camaat  deyib  saymadığınız  adamların 
qarşısında  düşük  və  səfilcəsinə  sürünməyiniz 
təsəvvür  edə  bilmədiyiniz  əzablar  və  işgəncələrlə 
üzləşdirəcəkdir  sizi.  Kaş  bütün  bunları  əvvəldən 
görə  bilsəydik,  deyəcəksiniz.  Amma  nə  fayda?! 
Çirkabın, palçığın içində, ayaqlar altında əzilib məhv 
olacaqsınız.  
Xəyallar  aləmində  olan  Dadaş  dəmiryol 
vağzalına  nə  vaxt  çatdığını  bilmədi.  Kassaya  yaxın-
laşıb  Tiflisə  gedəcək  qatara  bilet  aldı.  Tiflisdən-
Cümrüyə,  oradan  da  Naxçıvana  gedəcəkdi.  Qatarın 
yola  düşməsinə  hələ  bir  saatdan  artıq  vaxt 
vardı.Vağzalın tinindəki yeməkxanaya gedib küncdə 


 Baba ocağı 
 
25
qoyulmuş  masalardan  birinin  arxasında  əyləşdi.  Bir 
şüşə  qırmızı  çaxır,  iki  şiş  kabab  sifariş  verdi. 
Qəlyanaltını  işlədən  şişman  qarınlı  Akop  Dadaşı 
köhnə müştəri kimi qarşılayıb-“hoş galdın”- dedi.  
 Ermənilər də alaq otu kimi Bakını bürümüşdü. 
Demək  olar  ki,  xidmət  sahələrinin  böyük  əksəriy-
yətində  onlar  çalışırdılar.  Şirin  dilləri  ilə  üz-üzə 
gələndə  türklərin  ciblərini  soyur,  xəlvətə  düşəndə 
arxasından  bir  təpik  vururdular.  Dadaş  yaxşı 
tanıyırdı onları. 
Akop  da  Dadaşı  yaxşı  tanıyırdı,  hər  bir 
hərəkətini  izləyirdi.  Akop  yaxşı  bilirdi  ki,  ehtiyatsız 
bir  hərəkəti  ona  baha  başa  gələ  bilər.  Ona  görə  də 
ətin  yaxşı  yerindən  –  bel  tirəsindən  hazırlatdığı 
kababları yanında göyərtisi, salatı, sərin suyu, qoyun 
pendiri,  bir  şüşə  çaxırıyla  səliqə-sahmanla  süfrəyə 
verdirdi. Dadaş iki şiş kababı ləzzətlə yeyib bir şüşə 
çaxırı  içəndən  sonra  kefi  düzəldi,  Akopla  zarafat 
etmək fikrinə düşdü:  
 -Akop. 
 Akop tez-tələsik Dadaşın masasına yaxınlaşdı. 
 - Bali, Dadaşcan. 
 -Bu nə qarındı, ara? Nə yığmısan ora? 
 Akop Dadaşın bu atmacasına kəkələyərək cavab 
verdi: 
-Ara, ela Dadaşcan, neynim ta, na olajax, nadi o... 
-Akop,  mənə  deyə  bilərsən  bu  dünyada  eşşək 
çoxdu, yoxsa adam? 


Nizami Muradoğlu 
 
26
-Ara  Dadaşcan,  man  na  bilim  adam  çoxdu,  ya 
eşşak çoxdu... 
-Amma  mən  bilirəm.  Bu  dünyada  eşşək  çoxdu. 
Çünki heyvan xislətli  adamlar  da  eşşəklərin  tayıdır. 
Öz aramızdı, elə sən də onlardan heç seçilmirsən. 
-Ara Dadaşcan, ela demə, eşşak ela yaxşıdı. 
- Elə mən də ona görə deyirəm də... 
Akop yazıq-yazıq Dadaşın üzünə baxırdı. Dadaş 
istədi  gülsün,  amma  gülmədi,  ciddi  görkəm  alıb 
Akopa xəbərdarlıq etdi: 
-Sən də yığıncaqlara gedirsən? Bax sənə deyirəm, 
sonra əlimdən qurtaran olmaz səni! 
 Akopun  sifəti  peysərinə  qədər  qıpqırmızı 
qızardı: 
-Yox, yox ela şeylar, mazhab haqqı yox, yalandı, 
Dadaşcan... 
-Bax Akop, olmasın. 
Dadaş  masanın  üzərinə  bir  beşlik  qoyub  ayağa 
qalxdı. Akop əl-ayağa düşdü: 
-Dadaşcan, qonağ ol. 
-Yox. 
-  Dadaşcan,  iki  qatını  veribsan,  dayan  üstünü 
qaytarım. 
-İstəməz. 


 Baba ocağı 
 
27
 
 
 
Dadaş  yeməkxanadan  çıxar-çıxmaz  Akop 
arxasınca deyinməyə başladı: 
-İstamaz,  buna  bax,  qudurmağına  bax  bunun. 
Ela  bil  bunu  tanıyan  yoxdu,  Rovşansan  da,  Navrız 
kişinin  oğlu.  Bakıda  səni  tanıyan  olmasa  da,  man 
tanıyıram.  Arakel  ağanın  qorxusunda  qaçıb  gəl-
misən, buralarda gizlənirsən. Arakel ağanın bir günü 
var, onu da sana saxlayıb. Mana hada-qorxu gəlana 
bax. Dayan, gör sizin başınıza na oyunlar açacayıq.  
 Vay olacax, qan olacax, 
 Bakı Hayastan olacax.  
 Onda  görüm  san  ne  edacaxsan,  ha  Rovşan 
bay?! Az kaldı, lap az kaldı. 
 Akopun gözləri gülürdü, o, doğrudan da Röv-
şəni  tanımışdı.  Ancaq  erməni  bicliyindən  istifadə 
edərək  bildirmirdi.  Nəyinə  lazımdı,  onsuz  da  bu 
yaxın vaxtlarda türklərin bu yerlərdən izini – tozunu 
da  siləcəkdilər.  Burada  dənizdən  dənizə  Hayastan 
dövləti  qurulacaqdı.  Akop  xəyalında  qurduğu 
Hayastanın  mötəbər  adamlarından  biri  olacaqdı. 
Bakının  mərkəzində  böyük  imarəti,  Balaxanıda  neft 
mədənləri...  
Guya  hələ  yüz  illər  bundan  qabaq  ulu  babal-
arından qalan Xəzər ətrafı torpaq sahələrində qazılan 
neft  quyuları  fontan  verəcəkdi.  Mədənlərdə  çalışan 


Nizami Muradoğlu 
 
28
həmşərilər  Akop  ağanın  qarşısında  it  kimi 
sülənəcəkdilər.  Azərbaycan  türklərindən  bir  dəfəlik 
canları  qurtaracaq,  hamısını  qırıb  tükədib  didərgin 
salacaqlar.  Dünyanın  böyük  dövlətlərinin  başçıları 
Akop  ağanın  görüşünə  gələcəklər.  İngilislər,  ruslar 
ermənilərə  əsil  qardaş  kimi  yanaşacaqlar.  Gözəl 
günlər gəlirdi. 
Akop  bu  xəyallar  aləmində  oturduğu  mizin 
üstündə mürgüləyirdi. 
 
 
 
Akop Dadaşı doğrudan da tanımışdı. O, Rövşən 
idi.  İyirmi  il  bundan  qabaq  doğmalarını  tərk  etmək 
məcburiyyətində  qalan,  Əylis  kəndinin  sayılıb 
seçilən,  Novruz  kişinin  gözünün  ağı-qarası  bircə 
oğlu Rövşən.  
Qatar şütüyürdü. Rövşən qatarın pəncərəsindən 
bom-boz  çöllərə  baxırdı.  Sanki  bu  çöllərin  üzərinə 
boz  bir  duman  çökmüşdü.  Qatar  uzaqlaşdıqca  Bakı 
arxada qalırdı. Qatar saatbasaat Rövşəni iyirmi ildən 
bəri  ayrıldığı,  bu  müddətdə  heç  getmədiyi  doğma 
yurdlara  doğru  aparırdı.  Niyə?  Niyə  birdən-birə  bu 
qərarı qəbul etdi? Bilmirdi. Vaqonda sakitlik idi. Bir 
neçə  sərnişin  Bakıda  qatara  minən  kimi  öz 
kupelərinə  çəkilmişdilər.  Rövşən  kupesində  təkdi. 
Kupenin qapısı açıldı, bələdçi qadın özünü içəri salıb 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə