Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 Baba ocağı 
 
37
Gecəni  Naxçıvan  karvanxanasında  keçirdi. 
Gündüzün  istisi  gecənin  sərini  ilə  əvəz  olunmuşdu. 
Arazdan  əsən  sərin  meh  Rövşən  bəyin  köynəyinin 
yaxasından  içəri  dolur  sinəsini  sərinlədirdi.  İstər-
istəməz Bakının küləkli havası ilə Naxçıvanın bu xoş 
təsir bağışlayan mehini müqayisə edirdi.  
Naxçıvan  duz  şəhəriydi,  uşaq  vaxtından 
eşitmişdi  ki,  Şərqli  tacirlər  gəlib  buradan  duz  alıb 
Şərqin  hər  tərəfinə  aparırdılar.  Deyirdilər  ki, 
Naxçıvan  duzu  dünyada  məşhurdur.  Bir  də  burada 
zülümkar  padişah  Diqyanus  haqqında  olan  əfsanə 
çox geniş yayılmışdı. Əshabi-kəhf əfsanəsi, bəlkə də 
həqiqətiydi.  Amma  insanlar  dəstə-dəstə  Əshabi-
kəhfə  qurban  aparır,  yeddi  kimsənənin  söykənib 
kürəklərinin  izləri  qalan  qara  daşlara  söykənir, 
nəzirlərini  deyir,  əhd  eləyir,  qupquru  daşların 
altında  oturub  başlarına  düşəcək  su  damcısının 
həsrətini  çəkirdilər.  Kimin  ki,  başına  su  damcısı 
düşürdü,  o,  mütləq  arzusuna  çatacağına  inanırdı. 
Rövşəni  də  atası  hələ  lap  uşaq  ikən,  təqribən  9-10 
yaşı  olanda  anası  ilə  birlikdə  bura  gətirmişdi.  Yaxşı 
xatırlayırdı,  anası  o  qoçu  Rövşənə  qurban  demişdi. 
Atası  Novruz  kişi  qoçu  Əshabi-kəhfdə  kəsib,  ətinin 
bir  qismini  orada  olanlara,  bir  qismini  də  gətirib 
qonşulara  payladı,  bir-iki  şiş  də  kabab  çəkib  özləri 
orada  yedilər.  Sonra  da  anası  Rövşəni  qara  daşın 
altına apardı, Rövşən də digər adamlar kimi kürəyini 
daşlara  söykəyib  durdu,  sonra  oturduğu  yerdə 


Nizami Muradoğlu 
 
38
daşlardan  süzən  bir  damcı  su  onun  başına  düşdü. 
Anası Güllübəyim sevincini gizlədə bilmədi: 
-  Şükür  sənin  kəramətinə,  Xudabənd-aləmin, 
nəzirimiz qəbul oldu.  
Daha  yubanmaq  olmazdı,  Güllübəyim,-  dur, 
bala,  dur  gedək,  çox  şükür  nəzirimiz  qəbul  oldu,-
dedi. 
Anasını  xatırlamaq  onu  həm  duyğulandırır, 
həm də məsud edirdi.  
Səhər  tezdən  durub  karvansaranın  qabağına 
gəldi.  Burada  müştəri  gözləyən  faytonçular  səs-səsə 
verib qışqırırdılar: 
-Ordubada gedən... 
-Yaycı, Yaycı... 
-Şərur... 
Rövşən  Ordubadlı  faytonçuya  yaxınlaşdı. 
Faytonçu  cəld  hərəkətlə  Rövşənin  bağlamasını  alıb 
faytonun yük yerinə yerləşdirdi: 
-Təksənmi? 
-Təkəm. 
 Faytonçu  yenidən  qışqırıb  müştəri  çağırmaq 
istəyirdi ki, Rövşən – sür gedək,- dedi. 
-Baş üstə, ağa. Ağa, xeyir ola Ordubadda əqra-
balarınmı var? 
-Var. 
-Kimlərdir, biz tanıyarıq hər halda. 
-Əylisdə olurlar, tanımazsınız. 


 Baba ocağı 
 
39
-Hə...  Ağa,  sən  də  Əylisdənsən?  Mən  səni  bu 
vaxta qədər heç görməmişəm. Əylislilər həmişə mə-
nim  faytonumda  gedərlər.  Onu  da  deyim  ki, 
əylislilər  pul verən olur.  Allah onlara  versin,  biz də 
onların  sayəsində  dolanırıq.  Ağa,  indi  sən  bir  başa 
Əylisə gedəcəksən?  
-Yox, bir başa Ordubada gedirik. 
-Hə,  nə  olar,  amma,  ağa,  heç  demədin  Əylisdə 
kimlərdənsən? Axı mən səni birinci dəfədi görürəm. 
-Sənin neçə yaşın var? 
-Mənim? Ağa, mənim iyirmi yeddi yaşım var. 
-Amma mən də iyirmi ildir Əylisdən çıxmışam. 
O  vaxt  mənim  on  səkkiz  yaşım  vardı.  Odur  ki,  sən 
məni tanıya bilməzsən.  
-Hə... 
Faytonçu hiss etdi ki, müştərisi digər əylislilər-
dən fərqli olaraq fazla danışmaq istəmir, ona görə də 
atın  cilovunu  tərpədib  “hə  kəhər,  hə  gözünə  dö-
nüm”- deyib sürəti artırdı.  
Rövşən  xəyalların  girdabında  yol  boyu  uzanıb 
gedən bomboz düzlərə, bu düzlərin cənub səmtində 
lal-dinməz  axan  Araza  baxırdı.  Kəndlər  bir-birini 
əvəz  edirdi,  Əlincə  çayı  arxada  qalmışdı,  qarşıda 
Yaycı,  Aza,  Dəstə  kəndləri  gəlirdi.  Əylis  düzündə 
üzünə  qəribə  bir  hava  dəydi,  oturduğu  yerdən 
dikəldi,  başı  qarlı  dağlara  nəzər  yetirdi.  Yenə  də 
Ələngəz  dağı  ilə  Kəmki  dağı  üz-üzə  dayanmışdı. 
Ələngəz  şimaldan,  Kəmki  də  cənubdan  sanki  bir-


Nizami Muradoğlu 
 
40
birlərini  salamlayırdı.  Dağlar  iyirmi  il  öncə  necə 
qoyub getmişdisə, eləcə də dururdu, dağlar həminki 
dağlardı, çoxdan unutduğu qədim bir bayatı yadına 
düşdü: 
 
Küləyi əsən dağlar
Yolumu kəsən dağlar. 
Dərd əydi, mən qocaldım,  
Sən elə osan, dağlar.  
 
Təbiətin  ən  gözəl  vaxtı  idi,  Əylis-Ordubad 
düzləri gül-çiçəklə bəzənmişdi. Bir də yadına gəlirdi 
ki, Əylis düzünün belə çiçəklədiyini 14-15 yaşlarında 
görmüşdü.  Əylis  düzü  hər  baharda  belə 
çiçəkləməzdi.  Xatırlayırdı  ki,  hələ  o  vaxt  yaşlılar 
Əylis  düzünün  çiçəkləməsindən  danışanda  mütləq 
qeyd edirdilər ki, yeddi, səkkiz, bəzən də on ildə bir 
baş  verən  bu  hadisə  möcüzədi.  Hər  yan  qıpqırmızı 
qan  rəngindəydi.  Bu  lalələr  uzaqdan  baxanda  nə 
qədər gözəl görünsə də, bir işə yaramazdı. Əylislilər 
bu  lalələri  sevməzdilər,  adına  da  “it  laləsi” 
deyərdilər.  Bu  lalələr  yazı  çox  yağmurlu  keçən 
illərdə  olurdu.  Həmən  vaxtlar  bir  də  çox  nadir 
tapılan dombalan bol olurdu. Dombalan kartof kimi 
bir  bitkiydi.  O  da  7-8  ildə  bir  bitərdi.  Bu  bitkini 
tərəvəzlərə  də  aid  etmək  olardı.  Müalicəvi  əhəmiy-
yəti  olan  dombalan  əvəzsiz  qida  məhsulu  idi.  Onu 
kartof  kimi  bişirib  yeyirdilər.  Bu  vaxta  qədər  onun 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə