Microsoft Word Babayeva Zulfiyy? 709 docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9563
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



G R Ş.  Ş N ÜMUM  XARAKTER ST KASI 

 

 



Bəşəriyyət  inkişaf  etdikcə,  elm  və  texnika  yüksək  bir  pilləyə  çatdıqca, 

sağlamlığı  tam  mənada  təmin  edən  yeni  qida  məhsulları  istehsalı  və  onlar  üçün 

müasir texnologiyaların işlənib hazırlanması problemləri irəli sürülür. 

Bu səbəbdən də qidalılıq və bioloji dəyəri yüksək olan, pəhriz və profilaktiki 

cəhətdən də diqqəti cəlb  edən xammal  və  yarımfabrikatlardan  həmin  məhsulların 

hazırlanması  üçün  istifadə  olunması,  yeni  çeşidlərin  yaradılması  günün  əsas 

tələblərindəndir.  

Hazırda  qənnadı  sənayesində  məmulatların  istehsalında  quruluşu 

yarımfabrikartlar və məhsullardan istifadə edilir. Orqanoleptik və fiziki – kimyəvi 

xüsusiyyətlərini  yaxşılaşdırmaq  üçün  pektin  məhsullarından  istifadə  etmək  lazım 

gəlir.  

Unlu  qənnadı  məmulatlarının  texnologiyasına  müsbət  təsir  göstərmək, 

sağlamlıq  nöqteyi  –  nəzərindən  diqqəti  cəlb  edə  bilən  yeni  xassəli  xammallar  və 

pürelərdən istifadə edilməsi böyük maraq doğurur.  

Bununla  əlaqədar  olaraq  feyxoa  püresindən  istifadə  etməklə  unlu  qənnadı 

məmulatlarının  hazırlanması  resepturasının  öyrənilməsi  və  texnologiyasının 

işlənməsi,  əhalinin  qidaya  olan  tələbatının  yaxşılaşdırılması  üçün  mühüm 

ə

həmiyyətə malikdir.  



Tərkibinə pektin və s. maddələr daxil olan pürelər isə müalicəvi xassələri ilə 

bərabər həm də çoxsahəli təsir effektinə malikdir.  

Məhz  bu  səbəbdən  də  yerinə  yetirilməsi  nəzərdə  tutulan  bu  dissertasiya 

işində  feyxoadan  alınan  püre  əsasında  müxtəlif  növ  şəkərli  peçenye  

məmulatlarının  istehsalı  texnologiyasının  işlənib  hazırlanması,  istehsalda  tətbiq 

olunması qənnadı sənayesi üçün həm də iqtisadi cəhətdən sərfəlidir. 

Alınan  məmulatlar  unlu  qənnadı  məmulatları  texnologiyası  istiqamətində 

elmi fikirlərin inkişafı və zənginləşdirilməsi üçün də əhəmiyyət kəsb edə bilər.   




 

Mövzunun aktuallığı  - Əhalinin fizioloji normalara uyğun qida məhsulları 

ilə təmini problemi ən vacib məsələlərdən biridir. 

Bu səbəbdən də qidalılıq və bioloji dəyəri yüksək olan, pəhriz və profilaktiki 

cəhətdən  də  diqqəti  cəlb  edən  xammal  və  yarımfabrikatlardan  məhsulların 

hazırlanması üçün yeni çeşidlərin yaradılması günün əsas tələblərindəndir. Yüksək 

zülallı,  vitaminli  və  digər  bioloji  aktiv  maddələrlə  zəngin  qida  məhsullarından 

səmərəli istifadə etmək, yeni xammal mənbələrini araşdırmaq tələb olunur.  



Tədqiqatın  predmeti  və  obyekti:  Tədqiqat  işinin  əsas  predmeti  bioloji 

balanslaşmış    yüksək  keyfiyyətli  şəkərli  peçenyenin  istehsalının  mümkünlüyünü 

müəyyənləşdirməkdən ibarətdir. Tədqiqat obyekti kimi pektinlə zəngin olan feyxoa 

meyvəsindən alınan feyxoa püresinin istehsal olunan müxtəlif növ şəkərli peçenye 

kütləsinə qatılması nəzərdə tutulmuşdur. Müxtəlif fiziki-kimyəvi, quruluş mexaniki 

keyfiyyət  göstəricilərinin  öyrənilməsi  də,  mövcud  tədqiqat  işinin  obyekti  kimi 

qəbul edilir. 

Tədqiqatın  məqsədi  və  vəzifələri:  şin  əsas  məqsədi  feyxoa  püresindən 

istifadə  etməklə  unlu  qənnadı  məmulatlarının  elmi  cəhətdən  əsaslandırılmış 

texnologiyasının işlənib hazırlanmasıdır. 

Verilən  mövzunun  aktuallığının  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi 

üçün işin əsas istiqaməti aşağıdakı məsələlərin həllinə doğru yönəldilmişdir. 

-Feyxoa püresinin texnoloji xüsusiyyətlərinin öyrənilməsi. 

- Hazır məmulatların orqanoleptiki göstəricilərinin öyrənilməsi; 

-  Müxtəlif  növ  şəkərli  peçenye  xəmirinin  keyfiyyətinə  feyxoa  püresinin 

təsirinin öyrənilməsi. 



Elmi  yenilik:  şdə  elmi  cəhətdən  əsaslandırılmış  və  analizlər  nəticəsində 

alınmış  rəqəmlərdən  aydın  olur  ki,  məmulatların  ilk  dəfə  feyxoa  püresindən 

istifadə  etməklə  müxtəlif  növ  şəkərli  peçenyelərin  keyfiyyətcə  yaxşılaşdırılması 

istiqamətində  unlu  qənnadı  sənayesi  texnologiyasında  atılmış  ilk  addım  qəbul 

etmək olar. 

Aparılmış eksperimentlər sayəsində müəyyən nəticələr əldə edilmişdir.  




 

Feyxoa  emalı  məhsullarının  müəyyən  nisbətdə  müxtəlif  növ  şəkərli  



peçenyelərin  resepturası və üsulları verilmişdir.  

Təcrübənin  əhəmiyyəti:  Bununla  əlaqədar  olaraq  feyxoa  püresindən 

istifadə  etməklə  unlu  qənnadı  məmulatlarının  hazırlanması  resepturasının 

öyrənilməsi  və  texnologiyasının  işlənilməsi,  əhalinin  qidaya  olan  təlabatının 

yaxşılaşdırılması, hazır məmulatları sərfəli etməklə yanaşı onları iqtisadi baxımdan 

daha dəyərli edir. 

ş

in  strukturu  və  həcm:  Dissertasiya  giriş,  üç  fəsil,  başlıqlar,  nəticə, 

ə

dəbiyyat  siyahısından  ibarət  olmaqla  76  səhifə  həcmindədir.  şdə  15  cədvəl,  16 



şə

kil  vardır.  stifadə olunmuş ədəbiyyat siyahısı 48 addan ibarətdir ki, bunlardan 

4-ü xarici ədəbiyyatdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

I FƏS L. ƏDƏB YYAT  CMALI  

1.1.

  Feyxoanın inkişaf tarixi, yayılması və kimyəvi xüsusiyyətləri   

haqqında qısa məlumat 

 

Feyxoa, Mirt – Myrtaceae  fəsiləsindəndir. 



O, çox faydalı, müalicə əhəmiyyətli bitkidir.  

Məhsuldar  bitki  olub  hektardan  10-12  t  və  daha  çox  məhsul  verə                     

bilər. [2, 3, 26] 

Feyxoa  digər  subtropik  bitkilərlə  müqayisədə  nisbətən  cavandır  və  az 

yayılıb.  Meyvələr  spesifik  tamı  və  ətri ilə  fərqlənir.  Meyvələrin  qabığı  qalın olsa 

da,  lət  hissəsi  xüsusilə  dadlıdır,  turşməzədir  və  sərinləşdiricidir.  Feyxoa 

meyvələrinin  ətri  ananas  və  çiyələk  meyvələrinin  iyini  xatırladır.  Meyvələrin 

tərkibində 4-12,0% şəkərlər, 1,5-3,0% turşular, 0,45-0,79% dabbaq maddələr, 0,7-

8,5% pektin, 20-40 mq% yod, 22,4-46,0 mq% C vitamini vardır. [7, 10, 11] 

Zəngin  kimyəvi  tərkibi,  feyxoa  meyvələrinin,  qida  məhsulu  və  sağlamlığın 

keşiyində  duran  mənbə  kimi  geniş  istehsalını  tələb  edir.  lk  forma  əmələgəlmə 

mərkəzi  Cənubi  Amerika  (Uruqvay,  Paraqvay,  Cənubi  Braziliya  və  Şimali 

Argentina) hesab edilir.  

lk dəfə təsviri 1854-cü ildə Berq tərəfindən verilmişdir.  

1890-cı  ildə  botanik  Andre  tərəfindən  Fransaya  gətirilir  və  geniş  təbliğ 

edilir. Maraqlıdır ki, Şimali Amerikaya (Kaliforniya) bu bitki ilk dəfə 1901-ci ildə 

Fransadan  gətirilir  və  botanik  Fensi  Françeskinin  səyi  nəticəsində  Kaliforniyada 

geniş yayılır.  

Fransadan  feyxoa  eyni  zamanda  digər  ölkələrə  və  ilk  növbədə  taliyaya 

(1913-cü  il)  və  digər  Aralıq  dənizi  ölkələrinə  yayılır.  Buradan  isə  Avstraliya  və 

Yeni Zelandiyaya keçir. 

lk dəfə Krımda və Suxumidə (təqribən 1900-cu ildə) becərilib və ilk yazılı 

məlumat  1903-cü  ilə  təsadüf  edir.  1915-ci  ildə  Suxumidə  120  koldan  ibarət  əkin 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə