Microsoft Word Babayeva Zulfiyy? 709 docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9563
1   2   3   4   5   6   7   8   9   ...   22

 

aparılır.  Bundan  sonra  feyxoa  Gürcüstanın  Qara  dəniz  sahili  rayonlarında,  lap 



sonralar isə (30-cu illərdə) Azərbaycanda becərilməyə başlayır. [7, 14, 16, 32] 

Hal-hazırda  feyxoa  yer  kürəsinin  bir  sıra  subtropik  rayonlarında 

becərilməkdədir. 

Feyxoa  ilk  dəfə  1928-ci  ildə  F.A.Quliyevin  göstərişi  ilə  Azərbaycanın 

Xəzəryanı  subtropik  sahələrinə  gətirilmişdir.  Bu  dövrdən  başlayaraq  keçmiş 

Lənkəran  Subtropik  bitkilərinin  təcrübə  stansiyasında  feyxoa  meyvəsinin 

becərilməsi  təşkil  edilmişdir. lk  elmi  tədqiqatın  nəticələri  göstərmişdir  ki, 

Azərbaycanda Lənkaran – Astara zonası yüksək məhsuldarlıq əldə edilməsi üçün 

ə

n əlverişli sahədir. [2, 4, 19] 



Yeni plantasiyalar Lerik və Masallı rayonlarında salınmışdır. 

Azərbaycanda feyxoanın becərilməsi ilə əsasən Lənkaran – Astara zonasında 

məşğul  olunur.  Respublikamız  ərazisində  bitkinin  nisbətən  gec  əmələ  gəlməsinə 

baxmayaraq, hazırda bu bitkinin sahəsinə görə respublikamız birinci yerdə gedir. 

Feyxoa mirtasiya (Murtaceae) fəsiləsinə feyxoa (Feija Berg) cinsinə aiddir. 

Feyxoanın  ilk  dəfə  təsvirini  verən  Akka  Berq  (Acca  Berg,  1854-cü  il)  onu 

qabaqca  ortoteman  (Orthotemaa)  adlandırmış,  lakin  sonralar  bu  ad  altında  ayrı 

bitki olduğundan, Berq onu Braziliyada təbiət muzeyinin direktoru Conni de Silva 

Feyxoanın (Zoani de SilvaFeijo) şərəfinə Feijoa adlandırılmışdır. Feyxoa cinsi üç 

növü birləşdirir: 

F.Sellowiana Berg, F.Obalata, F.Schenkiana. 

Bunlardan mədəni halda becərilən yalnız F.Sellowiana (2n-22) növdür. 

Feyxoanın  geniş  yayılmış  bir  sıra  sortları  və  formaları  mövcüddur. 

Feyxoanın  yeni  sortlarının  və  formalarının  və  yaradılması  sahəsində  Yaltada 

yerləşən Nikita Botakini bağının və formalarının rolu böyükdür. Burada xaricdən 

gəlmə  sortların  sərbəst  tozlanmasından  alınan  bir  sıra  sort  və  formalar 

yaradılmışdır. [2, 4, 5, 8, 18, 37] 

Nikitskiy  –  meyvələri  iri  (37  q),  uzunsov  oval  formalıdır.  Qabığı  parlaq, 

tüksüz, tünd – yaşıl rəngli, tünd qırmızı yarpaqlıdır. Yetişdikcə açıq – yaşıl rəngə 

çevrilir. Meyvə ləti turşa – şirin tamlı, çiyələk ətri verir.  




 

Pervenets – meyvələri orta böyüklükdə (17 q), uzunsov – oval və ya yumru 



formalıdır. Bəzi meyvələri çox iri (56 q) olur. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl 

rəngli  bir  qədər  sonra  isə  açıq  –  sarı,  sarımtıl  rəng  alır.  Meyvə  ləti  turşa  –  şirin 

tamlı, sərinləşdirici xoş – çiyələk dadı verir. Məhsuldar sortdur. Noyabr – dekabrda 

yetişir. Uzun müddət saxlana bilir.  

Svetlıy – meyvələri orta irilikdə (28 q), yumru – oval və ya uzunsov – oval 

formalıdır. Meyvə qabığı ilk vaxtlar tünd – yaşıl, sonralar açıq – yaşıl rəngdə olur. 

Meyvə  qabığı  kələ  kötürdür.  Ləti  turşa  –  şirin,  xoş  tamlı,  çiyələk  ətirlidir.  Orta 

məhsuldardır. Oktryabrın ortalarında yetişir.  

Buqristıy  –  meyvələri  iri  (37  q)  uzunsov  –  oval  və  ya  yumru  formalıdır. 

Meyvə qabığı yaşıl rəngli, kələ - kötürdür. Dadı xoşa gələn və ətirlidir. Noyabrda 

yetişir. 

Krupnoplodnıy – meyvələri iri (26-43 q), düz uzunsov – oval formalıdır. 

Qabığı  tünd  –  yaşıl  rəngli  ağ  tüklüdür.  Üzəri  kələkötürdür.  Məhsuldar 

sortdur. Oktyabrda yetişir.  

Ranniy  aromatnıy  –  meyvələri  xırda  (13  q),  oval  formalıdır.  Meyvə  qabığı 

yaşıl rəngli ağ tüklü, kələkötürdür. Meyvələr yetişənərəfədə uc tərəfi sarımtıl rəng 

alır. Meyvə ləti turş, lakin çox ətirlidir. Məhsuldar sortdur. 

Azərbaycanda  yetişdirilən  feyxoa  meyvəsinin  kimyəvi  tərkibi  Klinik  tibb 

institutu tərəfindən öyrənilmişdir.  [17, 23, 24, 25] 

Aparılan  kliniki  təcrübələr  nəticəsində  müəyyən  edilmişdir  ki,  feyxoa 

meyvələri  və  onlardan  alınan  təzə  şirə  ateroskleroz,  tireotoksikoz  və  sinqa 

xəstəliklərinin müalicəsi üçün son dərəcə əhəmiyyətli vasitədir. Bunu nəzərə alaraq 

son illərdə feyxoanın konservləşdirilmiş şirəsində geniş istifadə olunur. 

Bundan başqa feyxoa meyvələrinin tərkibində üzvi birləşmə şəklində yod da 

müəyyən  edilmişdir.  Buna  görə  də  feyxoa  meyvələrinin  zob  və  tireotoksikoz 

xəstəliklərinin müalicəsində mühüm əhəmiyyəti vardır  [6, 10, 27, 30]. 

Beləliklə bu cür qiymətli keyfiyyətə malik olan feyxoadan bir sıra xəstəliklər 

zamanı,  məsələn:  qalxanabənzər  vəzləri,  ürək-damar,  larenqit,  angina  və  s. 

xəstəliklər zamanı müalicə məqsədilə tətbiq edilə bilər.  



10 

 

Təzə  turş  təhər  feyxoa  meyvələri  diabet  və  hipertoniya  xəstəlikləri  zamanı 



istifadə oluna bilər.  

Feyxoa meyvəsinin şirəsinin biokimyəvi tərkibinin öyrənilməsi göstərmişdir 

ki,  onun  tərkibində  C  vitamini  33,32-40,6  mq%,  quru  maddələr  17,26 –  18,32%, 

suda həll olan maddələr 9,68-10,01%, aşılayıcı maddələr 1,88-2,44%, şəkər 4,44-

8,48  %  təşkil  edir.  Bitkinin  ayrı-ayrı  hissələrindəki  yodun  miqdarı  böyük  maraq 

doğurur.  Belə  ki,  yarpağında  162,75  mq%,  budağında  122,9  mq%  və  kökünda 

89.94 mq% yod vardır [5, 8, 42]. 

 

Cədvəl  1.1. 



 

Azərbaycanda becərilən feyxoa meyvəsinin kimyəvi  

analizlərinin nəticələri (quru qalığa görə, %) [13, 16, 25, 41] 

 

Maddələrin adları 



Təzə meyvə 

Konservləşdirilmiş şirə 

Quru yem  







Yod 


72,3 mq % 

56,8 mq % 

Vitamin C 



184 mq % 

110,5 mq % 

73,75 mq % 

Limon turşusu 

2,01 

2,1 


4,58 

Flavonidlər 

0,83 





Qlikozid 

0,074 


0,098 

10,08 


Alkaloidlər 

zi  


0,02 

0,07 


Şə

kər 


5,0 


Keto şəkərlər 

3,7 

8,4 


5,58 

Aldehid şəkərlər 

1,5 

0,84 


0,70 

Pektin maddələr 

1,38 





Efir yağları 

zi 


0,01 


Aşılayıcı maddələr 

3,8 


7,78 

8,9 


Yağlı maddələr 

3,8 


2,7 


Qatranlı maddələr 

2,4 


3,4 


Kül 

8,2 


6,0 


Nəmlilik 

84,0 


12,0 


 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə