Microsoft Word BabÉŽk tezis-2017. docx



Yüklə 8,66 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü8,66 Kb.
#49769

background image
BABƏK SAHƏSİNDƏ KƏSİLİŞİN ÜST HİSSƏSİNDƏ ANOMAL  

SAHƏLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

V.N. Hüseynov,  E.H. Həsənov 

Azərbaycan, SOCAR Geofizika və geologiya İdarəsi 

 

Babək  strukturunun  dəniz  dibində  mürəkkəb  əlverişsiz  anomal  zonaların 



mövcudluğu və qaz çıxışların geniş yayıldığından, kəsilişin üst hissəsinin mühəndisi-

geoloji  şəraitini  geofiziki  və  geoloji  üsullarla  öyrənmək  zərurəti  böyük  əhəmiyyət 

kəsb edir.  

Babək  sahəsində  kəsilişin  üst  hissəsini  təşkil  edən  əlverişli  süxurların  fiziki-

mexaniki  xüsusiyyətlərinin  öyrənilməsi,  qaz  çıxışlarının  yayılma  arealarını, 

mürəkkəb seysmik zonaların rayonlaşdırılması, dərinlik qırılmaların aşkar olunması, 

sahənin  mühəndisi-geoloji  şəraitinin  qiymətləndirilməsi,  hidrotexniki  qurğuların 

tikilməsi üçün əlverişli sahələrin seçilməsi məqsədilə yerinə yetirilir.   

Mühəndisi-geolioji  baxımdan  dənizdə  əlverişsiz  sahələr  çoxdur.  Bunlar,  əsas 

etibarilə  kəsilişin  üst  hissəsində  çoxlu  sayda  tektonik  pozğunluqların  olması,  aktiv 

palçıq vulkanları, dənizdibi süxurlarda müxtəlif tərkibli qaz (qaz hidratları) təzahürü, 

qravitasion sürüşmələr nəticəsində çöküntülərin dağılması və s. ilə bağlıdır.  

Son illər bu istiqamətdə böyük həcimli tədqiqat işləri aparılmışdır. Perspektivli 

hesab  olunan  Babək  strukturunda  kompleks  geofiziki  (FSAP,  Sonar)  və  geoloji 

(mühəndisi-geoloji quyular) işlər aparılmışdır.  

Babək sahəsində aparılmış Fasiləsiz Seysmoakustik profilləmə (FSAP), Sonar və 

qazılmış quyu  məlumatlarından aydın olur ki, dənizdibi relyefi pilləvari və mürəkkəb 

geoloji quruluşa malikdir. Dənizin dərinliyi şimal-qərbdə 62 m-dən cənub-şərqdə 183 

m-dək artır və relyefin meylliliyi 3 - 4

0

-dir.  



Babək  sahəsində  aparılmış  kompleks  mühəndisi-geoloji  tədqiqat  işlərinin 

interpretasiyasından  belə  nəticəyə  gəlmək  olar  ki,  sahə  üzrə  relyef  bəzi  yerlərdə 

normal olsa da əksər ərazidə çox mürəkkəb quruluşa malikdir. Qeyd olunan sahədə 

çoxsaylı müxtəlif amplitudlu (5.0 – 35.0 m) qırılmalar sahəni mürəkkəb-ləşdirmişdir. 

Qırılmaların böyük əksəriyyəti şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənmişdir. 

Böyük amplitudalı qırılmalara isə layların dik yamaclarında müşahidə edilir  (şək. 1). 

Həmçinin,  Babək  strukturunda  aparılmış  seysmoakustik  profilləmə  işləri 

nəticəsində  dəniz  dibi  qaz  çıxışlarının,  qırılmaların,  kəskin  yamacın,  mürəkkəb 

məlumatlı  zonaların  mövcudluğunu  nəzərə  alaraq  rayonlaşdırma  xəritəsi 

qurulmuşdur.  



 

Yüklə 8,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə