Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə1/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
  1   2   3   4   5   6   7   8   9   ...   189





BABURNAMƏ 

 

3



 

 

 



 

 

QAZİ ZƏHİRƏDDİN MƏHƏMMƏD BABUR: 

HƏYATI, ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİ

1

 

 

          «Bütün  Şərq fatehlərindən fərqli olaraq o çox-çox insan-

pərvər idi... Adamlar onun barəsində başqa mənada nə düşünür-

lərsə düşünsünlər, biz bu böyük qəlbli və ünsiyyətcil nəhəngə 

dərin rəğbətlə yanaşmaqdan başqa onun haqqında heç nə düşünə 

bilmərik».  

B.N.Morlend. 

  «Müsəlman Hindistanının aqrar sistemi» kitabından. 

 

Məlum olduğu kimi, dünyanın  ən zəngin, köklü dillərindən biri olan 



türk dili üç böyük qrupa – oğuz, qıpçaq və qarluq qruplarına ayrılır. Hər 

qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola 

bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və 

sair dillər daxildir. Vaxtilə mövcud olmuş qaraxani və çağatay dilləri isə 

qarluq türkcəsinin tarixi etaplarıdır. Üstəlik, bu dillərdə  zəngin  ədəbiyyat 

yaranmışdır. Qaraxani dönəmində Mahmud Kaşğari «Divanü lüğat-it-türk»ü, 

Yusif Balasağunlu isə «Qutadğu bilig»i yazmışdır. Bunlar ortaq türk ədə-

biyyatının və türk dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün 

böyük önəm daşıyan əsərlər qələmə alınmışdır.     

XX  əsrdə qardaş Türkiyənin humanitar elmlər sahəsində yetirdiyi ən 

böyük  şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü çağatay 

türkcəsini «Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan 

çağatay, elxani və Altın Ordu imperatorluqlarının mədəni mərkəzlərində 

XIII-XIV əsrlərdə inkişaf edən və teymurilər dövründə, bilxassə XV əsrdə, 

klassik bir mahiyyət alaraq zəngin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya 

ləhcəsi» kimi səciyyələndirmişdir. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, 

Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bay-

ram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yarat-

mışlar. Bunların arasında  şanlı türk hökmdarı  və dövlət xadimi, baburilər 

dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğ-

rafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zəhirəddin Məhəmməd 

Babur şahın xüsusi yeri var.         

                                                           

1

 Bu ön söz bizim Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 



328 s. kitabına yazdığımız ön sözün genişləndirilmiş variantıdır. Burada Baburun poetik 

yaradıcılığından bəhs edən qismlər çıxarılmış, yerinə «Baburnamə»  əsərinin məziyyətləri 

haqqında düşüncələr və təhlillər əlavə edilmişdir.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



Babur 14 fevral 1483-cü ildə Əndicanda anadan olmuşdur.  Onun atası, 

Fərqanə hakimi Ömər  Şeyx Mirzə böyük Əmir Teymurun nəticəsi, anası 

Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. 

Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca 

Nəsrəddin Übeydullah Əhrarın yanına gələrək körpəyə ad qoymasını xahiş 

etmişdir. O,  əvvəlcə «Zəhirəddin Məhəmməd» adını təklif etmiş, sonra bir 

az düşünərək «Bu ad tələffüz baxımında avam dili üçün ağırdır, qoy onlar 

«Babur Mirzə» desinlər» demişdir. Babur sözü əski türkcədə bəbir, pələng 

mənasına gəlir. 

 Baburun  anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük bacısı, 

Monqolustan xanı Yunusun qızı idi.  Babur ana nənəsi İsən Dövlət bəyimin 

yanında böyümüş, ondan tərbiyə almışdır. Bu qadın bütün Orta Asiyada 

qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir 

düşəndə  şahzadələrdən biri ona təcavüz etmək istəmiş,  İsən Dövlət bəyim 

kənizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə 

tullamışdı. Səhər məsələ məlum olanda o, hamının hüzurunda belə demişdi: 

«Bu adam şəriəti pozaraq mənim namusuma toxunmaq istədi, mən də onu 

öldürdüm. Buna görə bir suçum varsa, çəkməyə hazıram». Öldürülən  şah-

zadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bil-

dirmiş və bütün əsirləri azad etmişdi. 

Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən 

Əndicana vali təyin edir. Bundan iki il sonra bir qəza nəticəsində, daha doğ-

rusu, Axsi qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazi-

nətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 12 

iyun 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır.  

Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Sə-

mərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və  Bədəxşanda 

dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II 

Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların ba-

şında  Şah  İsmayıl Xətai, özbəklərin başında  Şeybani xan dururdu. Hindis-

tanda isə hər vilayətdə, hətta hər şəhərdə bir mirzə (bu söz əmirzadə sözü-

nün qısaldılmış variantı olub, əsasən,  Əmir Teymurun törəmələrinə  şamil 

edilirdi), xan və ya bir racə hakim idi.    

Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmisindən və 

dayısından qorumaq məcburiyyətində qalır. Ağlı-fərasəti və ətrafındakı ya-

xın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayı-

sına güzəştə getməklə  təhlükəni sovuşdurur. Yavaş-yavaş güclənən Babur 

1497-ci ildə  Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət 

burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş 

kimi, Baburun ən inandığı  bəylərindən biri, Axsi qalasının komendantı 

Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə