Microsoft Word Baburname doc


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   10   11   12   13   14   15   16   17   ...   189

Zəhirəddin Məhəmməd BABUR  

 

 



30

Sultan Səid xanın yanına getdi. 

  

YENƏ ÖMƏR ŞEYX MİRZƏNİN 

QADINLARI VƏ CARİYƏLƏRİ HAQQINDA 

 

Ömər  Şeyx Mirzənin hərəmlərindən biri də Xoca Hüseyn bəyin qızı 



Ulus ağa idi. Ondan bir qızı oldu, ancaq kiçık yaşda öldü. İl-il yarım sonra 

Ulus ağanı hərəmdən çıxardılar. 

Arvadlarından biri də moğol tümən bəylərindən [birinin qızı olan] Fat-

ma Sultan ağa idi. Mirzə hamısından əvvəl bu Fatma Sultan ağanı almışdı. 

Daha sonra aldığı Qaragöz bəyim isə çox sevimliydi. Mirzəyə xoş gö-

rünmək üçün nəsəbini Sultan Əbu Səid Mirzənin böyük qardaşı Mənuçöhr 

Mirzəyə qədər çıxartmışdılar. 

Onun cariyələri də çox idi. Bunlardan biri Ümid ağaçə idi və Mirzə-

dən əvvəl ölmüşdü. Mirzənin son günlərində aldığı iki cariyədən biri moğol-

lardan Tün (Tərsün) Sultan, digəri isə Ağa Sultan idi.  



Əmirləri: Xudaverdi Timurdaş, Herat hakimi Ağ Buğa bəyin böyük 

qardaşının nəslindəndir. Sultan Əbu Səid Mirzə Şahruxiyyədə Cuki Mirzəni 

mühasirə edəndə  Fərqanə vilayətini Ömər  Şeyx Mirzəyə vermiş  və  eşik 

ağası


1

 olaraq da bu Xudaverdi (13 a) Timurdaşı təyin edib göndərmişdi. Hə-

min dövrdə o, iyirmi beş yaşlarında idi. Yaşca cavan olsa da, idarəçilik qabi-

liyyəti çox yaxşı idi. Bir-iki il sonra İbrahim Bəycik [Tağayi] Oş  tərəflərə 

hücum edəndə Xudaverdi Timurdaş onu arxadan təqib edərək döyüşdü, an-

caq həm yenildi, həm də şəhid oldu. 

O  əsnada Sultan Əhməd Mirzə Ura-Təpənin Ağ-Qaçğay adlı yayla-

sında idi. Bu yayla Səmərqəndin on səkkiz ağac  şərqindədir. Sultan Əbu 

Səid Mirzə isə Heratın on iki ağac  şərqində yerləşən Baba-Xakidəydi. Bu 

xəbəri  Əbdülvahab  Şiğavul vasitəsilə Mirzəyə göndərdilər, buna görə yüz 

iyirmi altı ağaclıq məsafə dörd günə qət edildi. 

Hafiz Məhəmməd bəy Dulday Sultan Məlik Kaşğarinin oğlu Əhməd 

Hacı bəyin kiçık qardaşıdır. Xudaverdi bəyin ölümündən sonra eşik ixtiyarı

2

 

olaraq onu göndərmişdilər. Sultan Əbu Səid Mirzənin ölümündən sonra Ən-



dican bəyləri ilə dil tapa bilmədiyi üçün Səmərqəndə gedərək [Sultan Əbu 

Səid Mirzənin oğlu] Sultan Əhməd Mirzənin xidmətinə girdi. Sultan Əhməd 

Mirzə Çirdə məğlub olduğu zaman [Hafiz Məhəmməd bəy Dulday] Ura-Tə-

pədə idi. (13 b) Ömər Şeyx Mirzə Səmərqəndə getmək niyyətilə Ura-Təpə 

üzərinə  gələndə Ura-Təpəni Mirzənin adamlarına təslim edib özü də onun 

xidmətinə girdi. Ömər Şeyx Mirzə də Əndicanın idarəsini ona tapşırdı. Son-

ra Sultan Mahmud xanın yanına getdi, o da [Sultan Veys] Mirzə xanın tərbi-

                                                           

1

 Eşik ağası: bu titul haqqında bax: Qeydlər və izahlar.  



2

 Eşik ixtiyarı: bu titulun səlahiyyət dairəsini dəqiq müəyyən etmək çətindir.  




BABURNAMƏ 

 

31



yəsini ona etibar edərək Dizakı da mülk olaraq verdi. Mən Kabili almazdan 

bir az əvvəl Məkkəyə getmək üçün Hindistan yoluyla səfərə çıxmış və yolda 

Allahın rəhmətinə qovuşmuşdur. Cah-cəlalı sevməyən, qaradinməz və sadə 

bir adamdı. 

Başqa bir əmiri də Xoca Hüseyn bəy idi. O, şən, ancaq təmtəraq sev-

məyən bir adam idi. O zamanın adəti üzrə içki məclislərində yaxşı qoşma 

(qoşuq) söyləyirmiş. 

Başqa bir əmiri  Şeyx  Məzid bəy idi, əvvəlcə  mənə  bəy-atəkə  təyin 

edilmişdi. Onun vaxtında üsul-idarə  və nizam-intizam çox yüksək idi. 

(Əbülqasım) Babur Mirzəyə də xidmət etmişdi. Ömər Şeyx Mirzənin yanın-

da ondan böyük bəy yox idi. Fasiq bir adam və uşaqbaz idi. 

Başqa bir əmiri olan Əli Məzid bəy koçinlərdən

1

 idi. Bir dəfə  Axsidə 



və bir dəfə də Daşkənddə üsyan qaldırmışdı. Münafiq, fasiq, nankor və ya-

ramaz bir adam idi. 

Başqa bir əmiri Həsən Yaqub bəy isə təvazökar, xoş təbiətli, zirək və 

dəyərli bir adamdı. Bu beyt onundur: 

Bazay, ey hüma ki, betutiyi-xətət, 

Nəzdik şod ki, zağ bərəd üstüxani-mən.  



Ey dövlət quşu, qayıt gəl, sənin tuti xəttin olmasa,  

Qarğa mənim sümüyümü aparacaq. 

Cəsur adam idi. Yaxşı ox atır, yaxşı çovqan (14 a) oynayır və eşşəkbe-

li sındırdıda yaxşı sıçrayırdı. Ömər Şeyx Mirzənin ölümündən sonra mənim 

qapımda sahibi-ixtiyar o idi. Dar görüşlü, kəmhövsələ və fitnəçi bir adam idi.  

Başqa bir əmiri olan Qasım bəy  də koçin idi, Əndicanın  əski koçin 

bəylərindən idi. Həsən bəydən sonra mənim qapımda sahibi-ixtiyar o idi. 

Ömrünün sonuna qədər qüdrət və etibarı artdı, azalmadı. Cəsur bir adam idi. 

Bir dəfə  Kasan tərəflərini çapıb talayan özbəkləri təqib edərək onları möh-

kəm  əzdi. Ömər  Şeyx Mirzənin məiyyətində  qılınc çalmışdı. Yastı keçid 

müharibəsində də yaxşı vuruşmuşdu. 

Qazaxlıq zamanımda Məsiha dağlarında ikən Sultan Mahmud xanın 

yanına getməyə qərar verdiyim zaman bizdən ayrılaraq Xosrov şahın yanına 

getdi. 910-cu ildə [=1504] Xosrov şahı  ələ keçirib Kabildə Müqimi [Mə-

həmməd Müqim Arğun] mühasirəyə aldığım zaman Qasım bəy təkrar yanı-

ma gəldi. Əvvəllər olduğu kimi ona yenə də diqqət və iltifat göstərdim. 

Dəreyi-Xoşda türkmən xəzərləri

2

 üzərinə hücum etdiyimiz zaman 



[=1505] Qasım bəy qocalığına baxmayaraq cavanlardan daha yaxşı yürüdü. 

                                                           

1

 Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən addır. Bu ad 



zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə deyil, hökmdara bağlı 

idilər.  

2

 Xəzərilər:



 mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Adları Xəzər sö-

zündən deyil, farsca həzar (min) sözündəndir.

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə