Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə3/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   2   3   4   5   6   7   8   9   ...   189

BABURNAMƏ 

 

7



oğlu 22 yaşlı Hümayun 1530-cu ildə taxta çıxmış, lakin 1540-cı ildə qardaş-

ları ilə girişdiyi iqtidar mübarizəsində  məğlub olaraq Səfəvilərə  sığınmış, 

yalnız 1555-ci ildə onların köməyi ilə Dehlini alaraq hökmdar olmuşdur. 

Onun yerinə keçən Əkbər şah 50 il hakimiyyətdə qalmış (1556-1605), Hin-

distan yarımadasının böyük bir qismini istila etmiş, ölkəsinin mədəni və iq-

tisadi yüksəlişinə nail olmuş, Osmanlılar, Səfəvilər, özbəklər və portuqaliya-

lılarla siyasi əlaqələr qurmuşdur. Onun oğlu Səlim Cahangir şah dönəmində 

(1605-27) ingilislər Hindistana ayaq açmışlar. Cahan şahın hakimiyyəti illə-

rində (1628-58) ölkədə  mədəniyyət, xüsusilə memarlıq sahəsində böyük 

uğurlar qazanılmış, dünyanın yeddi möcüzəsindən biri olan Tac-Mahal məq-

bərəsi tikilmişdir. Övrəngzib Aləmgir  şah dövründə (1658-1707) imperiya 

inkişaf etsə də, ondan sonra tənəzzül, daxili çəkişmə, taxt qovğaları və üs-

yanlar başlamışdır.  Şahi-Aləm Bahadır  şah (1707-12), Cahangir İskəndər 

şah (1712-13) və Fərrux şahın dövrü (1713-19) də sakit ötməmişdir. 1719-

cu ildə taxt üç dəfə əldən-ələ keçmiş, Rəfiütdərəcat şah və II Cahan şah qısa 

müddətə hökmdar olmuş, Məhəmməd şahın dövründə (1719-47) nisbi sakit-

lik bərpa edilsə də, Nadir şah Əfşarın 1739-cu ildə Dehlini tutması ilə ölkə 

yenidən xaosa sürüklənmişdir.  Əhməd Bahadır  şah (1747-53), II Aləmgir 

şah (1753-59) və III Aləm Şah (1759-1806) zamanı ingilislər çox fəallaşmış 

və 1766-cı ildə imzalanan Allahabad müqaviləsi ilə ölkənin idarəsini öz 

əllərinə keçirmişlər. II Əkbər şahın (1806-37) və II Bahadır şahın (1837-58) 

hakimiyyəti formal xarakter daşımışdır. 1858-ci ildə Baburilər səltənətinə 

son qoyulmuş, Hindistan rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə 

Viktoriya Hindistanın kraliçəsi elan edilmişdir.   

* * * 

Baburun bir hökmdar kimi möhtəşəm uğurlar qazanması bir sıra amil-



lərlə bağlıdır. Hər şeydən əvvəl, ulu tanrının inayəti ilə hökmdara xas olan 

bütün sifətlər onun şəxsində cəmləşmişdir. Bunlardan birincisi türk törəsinə 

uyğun olan ilahi mənşəli xarizmadır. Onun Çingiz xan və Əmir Teymur nəs-

linə mənsub olması türklərdə hökmdara bağlılıq duyğusu ilə birləşərək xalq-

da Babura, Baburda isə özünə sarsılmaz bir inam aşılamışdır. On yaşından 

etibarən dövlət idarəçiliyi ilə məşğul olması, on iki yaşından taxt-tac sahibi 

olması onun bütöv şəxsiyyət kimi yetişməsində, xarakterinin formalaşma-

sında mühüm rol oynamışdır. Buna fitrətdən sahib olduğu iti zəka, analitik 

ağıl, parlaq istedad da əlavə edilincə, ortaya düha səviyyəsində mükəmməl 

bir şəxsiyyət çıxmışdır. Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təh-

sil almağa vaxtı olmayan bir insanın elmin müxtəlif sahələrində bu qədər 

dərin bilik qazana bilməsi yalnız öz üzərində inadla və mütəmadi olaraq ça-

lışması ilə mümkün idi. Babur yürüşlər zamanı at üstündə, dincəldiyi zaman 

çadırında, arxayın vaxtlarda saraydakı kitabxanasında daima kitab oxumuş

yazı yazmışdır. Özünün qeydlərinə görə, bir dəfə çadırında yazı yazmaqla 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



məşğul olarkən qəfildən gur yağmur yağmış və qopan fırtına çadırı sovur-

muş, onun əlyazmaları və kitabları islanmışdır. Babur sabaha qədər yatma-

yaraq islaq səhifələri şam alovu ilə tək-tək qurutmuşdur.     

Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oy-

natmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memar-

lıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya, 

coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə  dərin bilik sahibi, eyni za-

manda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, mu-

siqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq tarixdə çox az 

adama nəsib olmuşdur. 

Polad iradəli Babur qorxu nə olduğunu bilməmiş, gözünü budaqdan 

əsirgəməmiş, prinsiplərindən əsla vaz keçməmişdir. Düşmənin adı-sanı, hər-

bi qüdrəti qarşısında titrəməmiş, zəiflik göstərməmişdir. Mülkü, vilayətləri, 

torpaqları bir neçə  dəfə  əlindən çıxsa da, onları geri qaytarmaq uğrunda 

əzmlə mübarizə aparmışdır. Üstəlik, bütün savaşlarda komandan olmaqla 

yanaşı bir əsgər kimi şəxsən iştirak etmiş, dəfələrlə yaralanmışdır. Bu hərə-

kət ordunu ruhlandırmış, onun şəxsiyyəti ətrafında bir əsrar haləsi yaratmış-

dır. Hətta bir yürüşdə şiddətli qar fırtınasına yaxalananda yaxındakı mağa-

raya sığınmaq barədə israrlı təklifləri qəbul etməmiş, hamı kimi çuxur qa-

zaraq qar altında gizlənmişdir. Səfərlərdə  əsgərlərlə  bərabər yemək yemiş

bütün məhrumiyyət və məşəqqətlərə onlarla birlikdə qatlanmışdır. 

Baburun xalq və ordu tərəfindən səmimi şəkildə sevilməsinin bir səbə-

bi də bütün zəfərləri özünün deyil, əvvəl Allahın lütfü ilə, sonra da sərkər-

dələrin və əsgərlərin adı ilə bağlamasıdır. Babur ətrafındakı insanların kön-

lünü fəth etməyi bacarmış, hər kəsin məziyyətlərini, xidmətlərini layiqincə 

qiymətləndirmiş, bəzi silahdaşlarına şeirlər həsr etmiş, onları öymüşdür.  

Babur  ədalətli bir şah kimi haqsızlığa qarşı  həmişə barışmaz olmuş, 

yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını, 

mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Bir yerli 

təbəənin bir küpə yağını zəbt etdiyi üçün öz əsgərini ölüncəyə qədər şallaq-

latmışdır. Baburun bu xasiyyətindən xəbərsiz olan Şah İsmayıl Xətainin əs-

gərləri də eyni aqibətə uğramışlar. 

Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth et-

diyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri, 

hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların bir qismini 

şəxsən özü layihələndirmiş, memarların və mühəndislərin çalışmalarına da-

im nəzarət etmiş, layihələri yoxlayaraq öz dəyərli məsləhət və göstərişlərini 

vermiş, bunların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə çalışmış, 

interyer ve eksteryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.  

Ticarət yolları üzərində karvansaralar, düşərgələr tikdirmiş, çeşmələr 

çəkdirmiş, quyular qazdırmış, yolçular üçün iaşə mərkəzləri, heyvanlar üçün 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə