Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə7/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   2   3   4   5   6   7   8   9   10   ...   189

BABURNAMƏ 

 

15



(Hindistan) redaktorluğu, tanınmış fransız türkoloqu Lui Bazenin ön sözü 

ilə fransız dilində iki dəfə nəşr olunmuşdur. 1994-cü ildə yapon şərqşünası 

İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.  

Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından ma-

raqlandırmışdır. Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris, 

1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar 

yazmışlar. Təbii ki, bu əsərlərin  əsasında «Baburnamə»dəki faktlar dayan-

mışdır. Məşhur  ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman 

qələmə almışdır. Bu əsərlər arasında  ən populyarı amerikalı yazıçı Harold 

Lambın 1961-ci ildə Nyu-Yorkda çapdan çıxan «Babur the Tiger.

 

First of 



the Great Mogols» kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə dəfələrlə nəşr 

edilmiş, 2000-ci ildə Moskvada rus dilində «Бабур-тигр. Великий завоева-

тель Востока» adı ilə çap olunmuşdur. 

Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Bay-

kabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov 

«Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburinamə» poves-

tində Baburun ölməz surətini canlandırmışlar. 

Baburun yadacılığı, xüsusilə «Baburnamə» əsəri ilə bir çox ölkələrin 

alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erksin, L.M.Pull, S.M. 

Edvards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Tal-

bot, İ.Mano, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şarma, 

A.K.Sinqh, N.Veselovski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədə-

bi irsinin tədqiqində mühüm işlər görmüşlər. 

Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrən-

mək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minə ya-

xın kitab və sənəd «Babur və dünya sivilizasiyasında onun yeri» adlı  xatirə 

muzeyində qorunur. Bu kitablar arasında Baburun müxtəlif dillərə çevrilmiş 

əsərləri ilə yanaşı «Baburnamə»nin tərcümələri, Böyük moğol imperiyasının 

tarixi haqqında qələmə alınmış tədqiqatlar xüsusi yer tutur. U.Erksinin öz-

bəkcəyə çevrilmiş «Hindistanda Baburi dövləti» (Daşkənd, 1997) və P.Şar-

manın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi fundamental araşdırmalar 

xüsusilə diqqətəlayiqdir.  Əndicanda salınmış Babur parkında onun rəmzi 

qəbri qoyulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır. 

***


 

«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə 

Baburun taxta çıxdığı  10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş 

verən hadisələr öz əksini tapır. Bu on il ərzində Babur taleyin bir sıra ağır sı-

naqlarına məriz qalmış, ata mülkünü dəfələrlə itirmiş  və qazanmış, axırda 

yenə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir. 

«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən 

12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə bö-




Zəhirəddin Məhəmməd BABUR  

 

 



16

yük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak etmiş, nə-

hayət, bəlli bir coğrafiya üzərində öz səltənətini qura bilmişdir. Maraqlıdır 

ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf 

coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çar-

pışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmiş-

dir. 1510-cu ildə Şeybani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Ba-

bur Kabili əlində saxlamaqla əski torpaqları  uğrunda mübarizə aparmışdır. 

Bundan da bir şey çıxmayınca Hindistana yönəlmişdir. 

  «Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı il-

dən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisələrini əhatə edir. Əs-

lində, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin 

vaxtdan sonra Hindistana beş dəfə yürüş etmiş, Pəncabı (1519/20), Qənda-

harı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirmiş, Əfqanıs-

tanı, Bəlucistanı  və  şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük 

moğollar imperiyasının təməlini qoymuşdur.  Əsərin «Hindistan» qismində 

Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputla-

rın başçısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfaları və benqallarla sa-

vaşı öz əksini tapmışdır. 

Baburun xatirələri beş yerdə  qırılır. Xorasana getmək üzrə  vətənini 

tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsilir, 

909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur.  

Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on  il 7 aylıq fasi-

lədən sonra 925-ci ildə təkrar başlayır. Yəni kitabda 1508-ci ilin mayından 

1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur. 

Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci il-

dən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur. 

Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı 

əhatə edən və açıqlanmayan bir kəsinti də var. 

Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529-cu 

il) sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya 

bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyül-

əvvəl günü (25 dekabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş ve-

rən hadisələrin qısa icmalını  mətnaltı haşiyələrdə verərək mənzərəni qaba 

şəkildə tamamlamağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.  

Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlu-

mat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi, 

münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə 

almış, xüsusi gündəlik tutmuşdur. Lakin əsərdə bunu təsdiq edən ciddi bir 

işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya 

ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda ya-

zıb bitirmişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə