Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə9/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   5   6   7   8   9   10   11   12   ...   189

BABURNAMƏ 

 

19



darla bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddət-

dən bəri mövcud olan boşluq, gec də olsa, doldurulacaqdır.  

Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TürkSOY kitabxanası 

seriyası silsiləsindən nəşr edirik. Bununla da türk dünyasının UNESCO-su 

sayılan TürkSOY-un türk xalqlarının bir-birinə yaxınlaşması, ümumi inki-

şafı və qarşılıqlı zənginləşməsi uğrunda apardığı coşğun və nəcib fəaliyyə-

tə kiçik bir töhfə verdiyimizə inanırıq. 

Burada bir məsələni növbəti (on ikinci!) dəfə vurğulamaq istəyirik: 

TürkSOY kitabxanası seriyası layihəsi bütünlüklə könüllülük əsasında hə-

yata keçirilir. Layihədə  iştirak edən hər kəs, o cümlədən kitabı türkcə  və 

rusca tərcümələrindən istifadə etməklə orijinalından ana dilimizə çevirən,  

ön sözün, qeyd və izahların müəllifi bəndəniz Ramiz Əskər, redaktoru hör-

mətli Prof. Dr. Hüseyn İsmayılov bu işi türklüyə bir xidmət olsun deyə heç 

bir məvacib və honorar almadan təmənnasız yerinə yetirmişlər. Tərcümə 

zamanı mənə Ankaradan müxtəlif elmi ədəbiyyat göndərən, bir sıra texniki 

məsələlərin həllində kömək edən əziz dostum, Avrasiya Yazarlar Birliyinin 

orqanı «Qardaş qələmlər» jurnalının redaktoru Ömər Məhmətoğluna və bu 

kitabdakı farsca şeirlərin sətri tərcüməsinin hazırlanmaslnda  əməyi keçən 

dostum İlqar ƏIfioğluna, xüsusilə tərcümə üzərində işlədiyim zaman mənə 

hər cür şərait yaradan, mənəvi cəhətdən dəstək olan həyat yoldaşım Solmaz 

xanıma sonsuz təşəkkürümü bildirirəm.  

 

 



    Ramiz ƏSKƏR. 

Bakı, 24 mart 2011-ci il. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

I. FƏRQANƏ 

 

 

 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



20

 

FƏRQANƏ - 899 (12 OKTYABR 1493 - 2 OKTYABR 1494) 

 

SƏKKİZ YÜZ DOXSAN DOQQUZUNCU İLİN HADİSƏLƏRİ 

 

(1 b) Tanrı-təalanın inayəti, həzrəti-sərvəri-kainatın  şəfaəti və çahar-

yari-basəfaların himməti ilə

1

 899-cu il ramazan ayının 5-də



2

 (=10  iyun 

1494çərşənbə axşamı on iki yaşında Fərqanə vilayətində padşah oldum. 

  

FƏRQANƏ VİLAYƏTİNİN TƏSVİRİ 

 

F ə r q a n ə vilayəti



3

 beşinci iqlimdədir

4

 və məmurənin kənarındadır. 



Şərqi Kaşğar, qərbi Səmərqənd, cənubu isə Bədəxşanın sərhəddi olan dağ-

lardır. Şimalında əvvəllər Almalıq, Almatu və Yengi (kitablarda Otrar kimi 

yazılır) kimi şəhərlər varmış, lakin onlar moğol və özbəklər tərəfindən xarab 

edilmiş  və bugün artıq heç bir abadlığı qalmamışdır. Kiçık bir vilayətdir. 

Taxılı və meyvəsi boldur. 

Ətrafı dağlıqdır, yalnız Səmərqənd və Xocəndin yerləşdiyi qərb tərə-

fində dağ yoxdur. Qışda o tərəfdən başqa heç bir yerdən düşmən gələ bilməz. 

Xocənd çayı adı ilə də bilinən Seyhun çayı (2 a) bu ölkənin şimal-şərqindən 

gəlir və içindən keçərək qərbə  tərəf axır; Xocəndin  şimalından və bugün 

Şahruxiyyə

5

 adı ilə bilinən Fənakətin cənubundan keçib təkrar  şimala dö-



nərək Türküstana doğru gedir. Türküstandan xeyli aşağıda bu çay heç bir 

çaya qarışmadan qumlar arasında tamamilə itir. 

Fərqanə vilayətinin beşi Seyhun çayının cənubunda, ikisi də şimalında 

olmaqla yeddi şəhəri vardır. 

Ə n d i c a n güney tərəfdəki şəhərlərdən biri olub mərkəzdədir. Bu şə-

hər Fərqanə vilayətinin paytaxtıdır. Taxılı çoxdur, meyvəsi boldur, qovunu 

və üzümü yaxşıdır. Qovun yetişən mövsümdə bostandan qovun satmaq adəti 

yoxdur. Əndican naşpatisindən daha yaxşı naşpati

6

 tapılmaz. 



Bütün Mavəraünnəhr bölgəsində Səmərqənd və Keş kurqanlarını çıx-

                                                           

1

 Cümlənin bu qismi türkcə və rusca nəşrlərdə yoxdur, özbəkcə nəşrindən aldıq. 



2

 Babur olayları müsəlman hicri təqvimi ilə verir. 899-cu il miladi tarixlə 1493/94-cü ilə 

uyğun gəlir (bundan sonra miladi tarixlər bərabərlik işarəsi ilə mötərizədə göstəriləcək). 

3

 Hazırda beş vilayətdən ibarət olan tarixi Fərqanə (təxminən 20 000 kv km) üç qonşu 



dövlətin tərkibindədir: Fərqanə, Əndican və Nəmənqan Özbəkistana, Xocənd Tacikistana, 

Oş isə Qırğızıstana daxildir. 

 

4

 Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru yeddi iqlimə ayrılır və 



üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa əlverişlidir. 

5

 Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hücumu zamanı 



xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu Şahruxun şərəfinə Şahruxiyyə 

adlandırmışdı. Hazırda xarabalıqları qalır.    

6

 Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya armud növü. 




BABURNAMƏ 

 

21



maqla Əndican kurqanından daha böyük kurqan

1

 yoxdur. Üç qapısı vardır. 



Ərki

2

 güney tərəfindədir. Maraqlıdır ki, buraya doqquz tarnovdan



3

 su girdiyi 

halda heç bir yerdən çıxmır. Qalanın ətrafındakı xəndəyin kənarında daş dö-

şənmiş böyük bir yol var. Qalanın ətrafı məhəllələrlə çevrilmişdir. Bu mə-

həllələr qaladan bu xəndək və onun yanından keçən böyük yolla ayrılır. 

Ov quşu çoxdur. Qırqovulu (2 b) hədsiz ətli olur. Rəvayət edirlər ki, 

bir qırqovulu dörd adam yeyib qurtara bilmirmiş. 

Əhalisi türkdür. Şəhərdə  və bazarda türkcə bilməyən yoxdur. Xalqın 

danışıq dili yazı dilinə uyğundur. Bu səbəblə Mir Əlişir Nəvai Heratda nəş-

vü nüma tapdığı halda, əsərlərini bu dillə yazmışdır. Camaatın dili poetikdir. 

Əhalisi arasında gözəllər çoxdur. Musiqidə  məşhur olan Xoca Yusif əndi-

canlıdır. Havası rütubətli olduğu üçün səhhətə zərərlidir, payızda qızdırma-

ya tutulanlar çox olur.  

O  ş  şəhəri  Əndicanın cənub-şərqindədir.  Şərqə doğru  Əndicandan  

dörd ağac

4

 məsafədədir. Havası gözəl və suyu boldur. Baharı çox gözəl olur. 



Oşun gözəlliyinə dair bir çox rəvayət vardır. 

Kurqanının cənub-şərqində  təbiətlə ahəng içində olan bir dağ vardır. 

Bərakuh adlı bu dağın təpəsində [Baburun dayısı, moğol xanı] Sultan Mah-

mud xan bir köşk tikdirmişdir. Bu köşkdən bir az aşağıda, dağın çıxıntılı, 

dik bir yerində 902-ci ildə (=1496/97) mən də eyvanlı bir köşk tikdirdim. 

Onun köşkü mənimkindən daha yüksəkdə olsa da, mənimki daha gözəl bir 

yerdədir; bütün şəhər və məhəllələr ayaq altındadır (3 a)

Əndican çayı Oş məhəllələrinin içindən keçərək Əndicana axır. Bu ça-

yın iki tərəfi boyu bağlar uzanıb gedir. Buranın bənövşəsi çox lətafətlidir. 

Axar suları vardır. Baharı çox gözəl olur; bir çox lalə və gül açır. 

Bərakuh dağının  ətəyində, çay ilə bağların arasında Cövza adlı kiçık 

bir cami var. Caminin dağ  tərəfindən böyük bir çay axır. Bu caminin lətif 

yoncalarla örtülü bayır həyəti bir az meylli, hər tərəfi kölgəli və  səfalı bir 

meydandır. Hər gələn qonaq və yolçu burada istirahət edir. Oş camaatının 

qəribə bir adəti var: əgər bir adam burada yatıb qalsa, o çaydan su alıb üstü-

nə tökürlər. 

[Teymur bəyin oğlu] Ömər Şeyx Mirzənin son zamanlarında bu dağda 

qırmızı və ağ dalğalı bir daş tapılmışdı. Bıçaq sapı, kəmər toqqası və digər 

bəzi şeylərin emalı üçün istifadə olunan çox gözəl bir daşdır. Fərqanə vila-

yətində Oş qədər səfalı və havalı bir şəhər yoxdur.  

M  ə r g i n a n Əndicanın qərbində  və ondan yeddi ağac məsafədə 

gözəl bir şəhərdir. Neməti çox, narı və əriyi fövqəladə gözəldir. Danəkəlan 

                                                           

1

 Kurqan: qala deməkdir. Orijinal mətndə bu sözlə verildiyi üçün saxladıq. 



2

 Ərk: içqala, bürc, qala içində qala. 

3

 Arx, yaxud  tarnav: su kanalı.  



4

 Ağac: dövrə və bölgəyə görə dəyişən, təxminən 6 km olan bir uzunluq ölçüsüdür.  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə