Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
  1   2   3   4   5   6   7   8   9   ...   131


Prof. dr. ZAH D FƏRRUX MƏMMƏDOV 
 
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
 
 
 
 
 
 
 
 
 
 
 
BANK  
FƏAL YYƏT N N  
Ə
SASLARI 
 
(Elmi-nəzəri və praktiki məlumat kitabı) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2013 


 

BBK 6.1. 
M-40 
 
 
 
 
 
 
M-40      Zahid Fərrux Məmmədov. Bank fəaliyyətinin əsasları. (Elmi-nəzəri və  praktki 
məlumat kitabı). Bakı, Azərnəşr. 2013. səh.480.  
 
 
Bank  fəaliyyətinin  əsasları  (Elmi-nəzəri  və  praktiki  məlumat  nəşri)  kitabında  beynəlxalq 
standartlara  uyğun  müasir  və  rəqabətə  dözümlü  Azərbaycan  maliyyə-bank  industriyasının  müasir 
vəziyyəti  və perspektivləri  haqqında elmi cəhətdəəsaslandırılmış məlumatlar yer alır.  
Kitabın  metodoloji  və  nəzəri  əsası  iqtisadi  nəzəriyyənin,  maliyyə  və  kredit  nəzəriyyəsinin 
müddəaları,  maliyyə  hüququ,  Azərbaycan  Respublikasının  maliyyə-bank  institutlarının  fəaliyyətini 
tənzimləyən  Qanunlar    və    Azərbaycan  Respublikası  Mərkəzi  Bankın  bankların  fəaliyyətinə  dair 
hazırladığı  Normativ  xarakterli  sənəd  və  təlimatlar  təşkil  edir.  Tədqiqat  zamanı  Azərbaycan 
Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olunmuşdur.    
Ə
ldə  edilmiş  nəticələr  Azərbaycan  maliyyə  və  bankçılıq  iqtisad  elmində  ilk  icmal  məlumat 
ə
səridir.  Kitabın içində  olan  mövzuların  hazırlanması  prosesində  xarici təcrübədən  istifadə  olunmuş 
və anlayışların izahlı şərhi müasir Azərbaycan bank sisteminin təcrübəsinə   əsaslanaraq verilir.   
Kitab  Azərbaycan  ali  məktəblərində  «maliyyə  və  bankçılıq»  ixtisası  üzrə  tədris  planına  daxil 
edilmiş «bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuyğundur. 
Kitab  geniş  oxucu  auditoriyası,  xüsusən  də  maliyyə  və  bankçılıq  məsələri  ilə  əlaqədar  məşğul 
olan mütəxəssislər, ekspertlər və «Maliyyə» ixtisası üzrə tədris edən müəllimlər, təhsil alan bakalavr, 
magistr və doktorantlar üçün nəzərdə tutulan elmi nəzəri və praktiki nəşrdir. 
 
 
 
 
M-40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© Zahid Fərrux Məmmədov, 2013 
© “ qtisad Universiteti” Nəşriyyatı, 2013 
  0601000000 
 
M-651 (07) 2011 
qrifli nəşr
 


 

AZƏRBAYCAN RESPUBL KASININ DÖVLƏT MÜSTƏQ LL Y N N 
BƏRPASININ  Y RM NC   LDÖNÜMÜNƏ  THAF ED RƏ
 
1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. 1992-ci il 7 
avqust  tarixdə  «Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında»  Azərbaycan 
Respublikası Qanunu ilə yanaşı «Azərbaycan Respublikasının «Milli Bankı haqqında» Qanun da 
qəbul  olunmuşdur.  Həmin  ayın  15-də  Azərbaycan  Respublikasının  milli  valyutası  –  manat 
tədavülə buraxılmışdır (rublla bərabər). 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş 
vasitəsi elan olundu.   
1995-ci  il  12  noyabr  tarixdə  keçirilən  referendumda  qəbul  olunmuş  müstəqil  Azərbaycan 
Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II bəndində isə pul nişanlarının tədavülə 
buraxılması  və  tədavüldən  çıxarılması  hüququnun  yalnız  Milli  Banka  mənsub  olması  bir  daha 
təsdiq edilmişdir.  
1996-cı  il  10  iyun  tarixdə  «Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında»,  14  iyun 
tarixdə  isə  «Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında»  Qanunlar  yeni 
redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank 
təcrübəsinə yaxınlaşmasına, kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. 
Lakin  yeniləşən  elmi-nəzəri  metodlara  və  müasir  dövrün  tələblərinə  uyğunlaşmaq 
məqsədilə,  10  dekabr  2004-cü  ildə  «Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında»  Qanun 
qəbul  edilmişdir.  Həmçinin,  16  yanvar  2004-cü  ildə  qəbul  edilmiş  «Banklar  haqqında» 
Azərbaycan Respublikası Qanunu da 30 mart 2004-cü ildə qüvvəyə minmişdir.  
«Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» 
18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə 
ə
laqədar  olaraq  «Azərbaycan  Respublikası  Milli  Bankı»  «Azərbaycan  Respublikasının  Mərkəzi 
Bankı» adlandırılmışdır. 
Azərbaycanda  əmanətlərin  sığortalanması  mexanizmlərinin  yaradılması  üçün  görülən 
tədbirlərin  nəticəsi  olaraq  29  dekabr  2006-cı  ildə  «Əmanətlərin  sığortalanması  haqqında» 
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 
Azərbaycanda  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində də mühüm 
işlər həyata keçirilir. Bununla bağlı olaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 
digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 
haqqında” Azərbaycan Respublikasının Qanunu 25 fevral 2009-cu ildə qüvvəyə minmişdir. 
Beləliklə,  Azərbaycanda  maliyyə-bank  industriyasının  inkişafının  əsas    məqsədi  - 
qanunvericilik  mühitinin  daha  da  yaxşılaşdırılması,  beynəlxalq  standartlara  uyğun  müasir  və 
rəqabətə  dözümlü  maliyyə-bank  xidmətləri  bazarının  inkişafı  üçün  münbit  hüquqi  bazanın 
yaradılmasıdır. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə