Microsoft Word Bank Feal esas docx


  8. likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid  vəsaitlərin monitorinqi



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə131/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   123   124   125   126   127   128   129   130   131

 
266 
8. likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid 
vəsaitlərin monitorinqi. 
Bankın  likvidlik  mövqeyinin  effektiv  proqnozlaşdırılması  üçün  bank  ayda  bir  dəfədən  az 
olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir. 
Stress-testin  ssenarisinin  hazırlanmasında  banka  və  onun  fəaliyyətinin  xüsusiyyətlərinə 
(bank  əməliyyatlarının  və  məhsullarının  növünə,  cəlb  edilmiş  vəsaitlərin  mənbələrinə)  aid  olan, 
bazarda  cari  və  proqnozlaşdırılan  vəziyyətlə  bağlı  fərziyyələr,  habelə  reytinq  agentlikləri 
tərəfindən verilmiş reytinqlərin təsiri kimi meyarlar əsas götürülməlidir. 
Stress-testin  keçirilməsi  zamanı  müqavilə  ilə  müəyyən  edilən  müddətli  aktiv  və  öhdəliklərin 
məbləğlərinin hər zaman onların likvid dəyərini real əks etdirmədiyi nəzərə alınır. 
Aktivlər üzrə Stress-test üçün fərziyyələri aşağıdakılardan ibarət ola bilər: 
1. Aktivlər üzrə stress-test: 
2. kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsi (kredit riski ilə əlaqədar yaranan 
likvidlik riski); 
3. mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının dəyişdirilməsi; 
4.  bankda likvid aktivlərin həcminin azalması; 
5.  bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması. 
Aktiv  və  öhdəliklərə  təsir  edən  fərziyyələr:  -faiz  dərəcəsinin  dəyişməsi;  inflyasiya 
dərəcəsinin dəyişməsi; valyuta məzənnəsinin kəskin dəyişməsi. 
Bank  tərəfindən  likvidlik  vəziyyətinin  dəyişməsinin  inkişafının  “ən  pis”,  “ən  yaxşı”  və 
“ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan fərziyyələr daxil olmaqla hər 
bir ssenari üçün ayrıca meyarlar müəyyən olunur. 
 
 
7.5. BANK  AKT VLƏR N N  TƏHLÜKƏS ZL Y N  TƏM N EDƏN  NƏZARƏ
MEXAN ZM : DAX L  AUD T 
 
Daxili audit, bank aktivlərinin təhlükəsizliyini təmin edən müvafiq nəzarət mexanizmlərinin 
adekvatlığını,  yaxud  mövcudluğunu,  bankın  səhmdarlara,  nəzarətedici  orqanlara  və  ictimaiyyətə 
təqdim etdiyi dövri hesabatların dəqiqliyini, tamlığını və dürüstlüyünü təsdiq etməlidir. 
Daxili nəzarət mexanizmləri bank fəaliyyətində potensial səhvlərin, nöqsanların və itkilərin 
vaxtında  aşkar  edilməsi  və  qarşısının  alınmasının,  bank  risqlərinin  minimuma  endirilməsinin 
mühüm vasitəsidir. Daxili nəzarət mexanizmlərinin yaradılması bank əməliyyatlarının etibarlılığı, 
təhlükəsizliyi, səmərəliliyi və qanunvericiliyə uyğunluğunu təmin etmək üçün zəruridir. 
Hər  bir  bank  öz  fəaliyyətində  daxili  nəzarət  mexanizmlərinin  adekvatlığını  təmin  etmək 
məqsədilə aşağıdakı əsas prinsipləri və qaydaları rəhbər tutmalıdır: 
1. Mükəmməl təşkilati struktur; 
2. Zəruri siyasət və uçot qaydaları; 
3. Aktivlərin qorunması üçün tədbirlər; 
4. Daxili audit üzrə səmərəli proqram. 
   Daxili  audit  Müşahidə  şurasının,  Maliyyə-təftiş  komissiyanın  və  darə  Heyətinin 
sərəncamında  olan  ən  səmərəli  daxili  nəzarət  vasitəsidir.  Daxili  audit  proqramı  o  zaman 
mükəmməl hesab edilə bilər ki, müəyyən edilmiş nəzarət mexanizmləri, əməliyyat proseduraları - 
qeyri-səmərəlilik,  uyğunsuzluqlar,  yaxud  saxtakarlıq  və  ya  qəsdən  manipulyasiya  nəticəsində 
dəyə  biləcək  zərərin  minimuma  endirilməsini  təmin  etsin.  Auditorun  rolu  əməliyyat  sistemləri, 
prossesual  nəzarət  mexanizmləri  və  sənədləşmənin  mükəmməliyi,  təsirliyinin  və  etibarlığının 
müəyyənləşdirilməsinə  yönəldilmiş  yoxlamalar  və  təhlillər  aparmaq  yolu  ilə  bankın  əmlakının 
qorunmasına  kömək  göstərməkdir.  Səmərəli  audit  zəruri  nəzarət  atmosferi  yaradır,  bank 
ə
məliyyatlarının  dəqiqliyinə  və  etibarlılığına  xidmət  göstərir.  Daxili  auditin  bu  qaydalarla 
müəyyən  olunmuş  məqsəd  və  vəzifələri,  bankın  Maliyyə-təftiş  komissiyasının  qanunvericiliklə 
ona həvalə edilmiş səlahiyyətlərinin icrasını istisna etmir. Maliyyə-təftiş komissiyası öz vəzifə və 
səlahiyyətlərinin icrasında daxili və xarici audit yoxlamalarına əsaslana bilər. 


 
267 
Auditin məqsəd və vəzifələri ilk növbədə aşağıdakılardan ibarətdir: 
1.  bankın  ayrı-ayrı  əməkdaşları  və  struktur  bölmələrinin  icra  etdiyi  əməliyyatların 
qanunvericiliyə,  normativ  aktlara  və  daxili  sənədlərə  uyğunluğunu  müəyyən  etmək  məqsədilə, 
mütəmadi olaraq yoxlamaların aparılmasını təmin etmək; 
2.  bankın  əməkdaşları  tərəfindən  qanunvericiliyin,  normativ  aktların,  təlimatların,  daxili 
sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, 
yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq; 
3.  aşkar  edilmiş  nöqsanların  aradan  qaldırılması  və  buna  nəzarət  məqsədilə  tövsiyələr 
işləyib hazırlamaq; 
4.  aparılmış  yoxlamaların  nəticələri  və  aşkar  edilmiş  hər  bir  faktın  müvafiq  qaydada 
sənədləşdirilməsini təmin etmək; 
5.  aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risqlər, nöqsan və çatışmazlıqlar və 
onların aradan qaldırılması barədə vaxtında bank rəhbərliyinə məlumat vermək; 
6.  bankın  əməkdaşları  tərəfindən  qanunvericiliyin,  normativ  aktların,  daxili  sənədlərin 
tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək; 
7.  mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;   
8.  inzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət 
vermək; 
9.  yeni  siyasət  formalaşdırılarkən  və  köhnə  siyasətə  yenidən  baxılarkən,  yaxud  yeni 
fəaliyyət  növlərinin  planlaşdırılması  prosesində  və  onların  tətbiqinin  müxtəlif  mərhələlərində 
nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək. 
Daxili audit xidməti əməkdaşları hüquqları: 
1. yoxlama  məqsədilə,  uçot-hesabat,  mühasibat,  pul-hesabat  və  digər  sənədlərə  icazənin 
olması; 
2. bank əməkdaşlarının hərəkətlərinin, icra etdiyi əməliyyatların qanunvericiliyin, normativ 
aktların və daxili sənədlərin tələblərinə uyğun olub-olmamasını təyin etmək; 
3. bankın bütün struktur bölmələrinin fəaliyyətini yoxlamaq; 
4. ayrı-ayrı əməliyyatların müvəqqəti dayandırılması barədə tövsiyələr vermək; 
5. zəruri  hallarda  daxili  auditə  aid  olan  bir  sıra  məsələlərin  həllinə  bankın  digər  struktur 
bölmələrinin əməkdaşlarını cəlb etmək. 
Bankların  bütün  əməkdaşları  daxili  audit  xidməti  ilə  qarşılıqlı  münasibətlərində 
aşağıdakılara əməl edilir: 
1.  daxili audit xidməti tərəfindən öz vəzifə səlahiyyətlərinin icrasına köməklik göstərmək; 
2. qanunvericiliyin,  təlimat  və  qaydaların  tələblərinin  pozulması,  həmçinin  banka  zərər 
vurulması faktları barədə daxili audit xidmətinə məlumat vermək; 
3. ayrı-ayrı  əməliyyatların  qanunvericiliyin,  normativ  aktların,  daxili  sənədlərin  və  peşə 
etikası standartlarının tələblərinə uyğunluğu şübhə doğurduqda, daxili audit xidməti əməkdaşları 
ilə məsləhətləşmələr aparmaq; 
4.   «maraqlı  tərəf»  hesab  edilə  biləcəyi  hallarda,  bankın  əməkdaşları  daxili  audit  xidmətini 
ə
vvəlcədən xəbərdar etmədən, müvafiq əməliyyatların aparılmasında iştirak edə bilməzlər. 
Bundan  başqa  Mərkəzi  Bank  tərəfindən  kredit  təşkilatlarından  vaxtaşırı  olaraq  daxili 
nəzarət sisteminin vəziyyəti və keçirilmiş audit yoxlamalarının nəticələrinə dair hesabatlar tələb 
edilə bilər.  
Bankların audit funksiyası aşağıdakı minimum normalara uyğun olmalıdır. 
1) Auditor müstəqil olmalıdır:  
1.1. bilavasitə bankın Müşahidə şurası və Maliyyə-təftiş komissiyasına hesabat verməlidir; 
1.2.  öz  vəzifələrini  icra  etmək  üçün  lazımi  səlahiyyətlərə  malik  olmalıdır  (sənədlərə  və 
ş
öbələrə sərbəst icazəsi olmalıdır); 
1.3. yüksək etika və peşə keyfiyyətlərinə malik olmalıdır; 
1.4. yoxlanılan sahə funksiyasına aidiyyatı olmamalıdır; 
1.5.  audit  proqramlarının  həyata  keçirilməsi  qrafiki,  yaxud  miqyası  üzərində  heç  bir 
məhdudiyyət olmamalıdır. 


 
268 
2). Auditor səriştəli olmalıdır: 
2.1. ali  qtisadi təhsilə, müvafiq peşə təcrübəsinə malik olmalı, habelə peşə biliklərini daim 
artırmaq arzusunda olmalıdır; 
2.2. bank əməliyyatlarına və Audit keçirilməsinin beynəlxalq qaydalarına bələd olmalıdır; 
2.3. beynəlxalq miqyasda qəbul olunmuş uçot standartlarından xəbərdar olmalıdır.  
3) Audit proqramı: 
3.1.  bankın  Maliyyə-təftiş  komissiyası  və  Müşahidə  şurası  tərəfindən  təsdiq  edilməli  və 
müntəzəm surətdə nəzərdən keçirilməlidir; 
3.2.  yazılı formada olmalı və auditin məqsədlərini əks etdirməlidir; 
3.3. auditin məqsədlərinə nail olmaq üçün kifayət qədər geniş miqyasda olmalıdır; 
3.4. yoxlanılan hər bir sahə üzrə ətraflı iş proqramlarını nəzərdə tutmalıdır; 
3.5. hər bir proqramda zəruri audit işinin aydın və dəqiq təsviri olmalı, habelə işin miqya-
sından  asılı  olaraq  bankın  ayrı-ayrı  departamentlərində  konkret  əməliyyatların  yoxlanılması 
proseduraları göstərilməlidir. Proqramda nəzərdə tutulan proseduralar, digər amillərlə yanaşı bank 
ə
məliyyatlarının həcmindən və mürəkkəbliyindən asılı olaraq dəyişdirilə bilər; 
3.6.  lazım  gəldikdə  proqramda  balans  hesablarının,  xüsusilə  kredit,  depozit  və  müxbir 
hesablarının təsdiqi nəzərdə tutulmalıdır; 
3.7.  audit  yoxlamalarının  keçirilməsi  müddətləri,  hər  bir  sahə  ilə  əlaqədar  risqdən  asılı 
olmalıdır. Bank risqləri təhlil edilərkən auditor tərəfindən konkret əməliyyatın, əlaqədar aktivlərin 
və  passivlərin  xarakteri,  müvafiq  siyasətin  və  daxili  nəzarət  normalarının  mövcudluğu,  daxili 
nəzarət mexanizmlərinin səmərəliyi kimi amillərə xüsusi dəqiq yetirilməlidir; 
3.8.  görülən  işlər  sənədləşdirilməlidir.  Daxili  audit  barədə  iş  sənədlərində  audit  işlərinin 
proqramı, yoxlamanın həcmini və aparılmış əməliyyatları təsvir edən təhlillər və təqdim olunmuş 
rəylərin əsasları olmalıdır. 
   Daxili audit proqramı əsasən aşağıdakı məsələlərin həllinə yönəldilməlidir: 
1. Müşahidə  şurası  və  rəhbərlik  tərəfindən  müəyyən  olunmuş  siyasətə  və  qaydalara  əməl 
edilməsi, o cümlədən əməliyyatların aparılmasına müvafiq icazələr alınmasının təsdiqi; 
2. Qüvvədə olan qanunvericiliyə və normativ aktlara əməl edilməsi; 
3. Bank  sənədlərinin  müfəssəlliyi,  o  cümlədən  bütün  əməliyyatların  müvafiq  hesablarda 
uçotunun düzgün və vaxtında aparılması; 
4. Bank aktivlərinin təhlükəsizliyi, maliyyə hesabatlarında onların düzgün uçotu; 
5. Gəlir  və  xərclərin  dəqiq  uçotunu,  qanuniliyini  və  bankın  siyasətinə  uyğunluğunu 
müəyyən etmək üçün onların ətraflı təhlili. Bura hesablamaların və sənədlərin dəqiqliyini təmin 
etmək  məqsədilə  depozitlər  və  kreditlər  üzrə  faizlər,  vaxtında  aparılmamış  ödənişlər  üçün 
cərimələr,  xidmət  haqqı  və  s.  kimi  kompüter  hesablamalarının  və  sənədlərin  seçmə  yolu  ilə 
yoxlanılması da daxildir; 
6. Müvafiq sənədləşmələrin aparılması və girova nəzarət, habelə akkreditivlər və təminatlar 
kimi balansarxası maddələrin uçotunun aparılması; 
7. Balansdan silinmiş kreditlərdən dəyən zərər barədə sənədlərin təhlili; 
8. Əvvəldən  axıradək  hər  bir  əməliyyat  üzrə  dəqiq  və  lazımi  qaydada  təsdiq  edilmiş 
sənədlərin olması; 
9. Kompüter  texnikasının,  proqram  təminatının  təhlükəsizliyi  və  etibarlığı,  habelə  fövqəladə 
vəziyyətlər üçün planların tərtib edilməsi (məlumatların təhlükəsizliyi, saxlanması və bərpası). 
 4) Auditor rəyi: 
1.  - audit başa çatdıqdan dərhal sonra tərtib edilməlidir;  
2.  -  auditin  məqsədlərini,  miqyasını,  nəticələri  barədə  hesabatı  və  problemlərin  aşkara 
çıxarıldığı hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirməlidir; 
3.  - tövsiyələrdə auditin nəticələrinin qısa xarakteR K təsviri, tələb olunan islah tədbirləri, 
bu tədbirlərin həyata keçirilməsi üçün məsul şəxlərin adı və onların həyata keçirilməsi müddətləri 
göstərilməlidir; 
4.  - rəylər bilavasitə Müşahidə şurasına və Maliyyə-təftiş komissiyasına, rəylərin surətləri isə 
bankın  darə Heyətinə və şöbə rəislərinə (rəyin yalnız müvafiq bölmələri) təqdim edilməlidir; 


 
269 
5.  -  daxili  auditin  səmərəliyi,  daha  çox  tövsiyyələrin  yerinə  yetirilməsini  təmin  etmək 
məqsədilə,  nəzarətin  davam  etdirilməsindən  asılıdır.  Müşahidə  şurası  nəzarəti  yoxlamalar 
siyasətini  formalaşdırmalıdır.  Rəhbər  heyət  və  daxili  auditor  sonradan  nəzarət  qaydalarını 
müəyyən etməlidirlər. 
 5) Auditin keçirilməsi müddəti: 
Auditin  keçirilməsi  müddəti,  adətən  auditin  keçiriləcəyi  hər  bir  sahə  ilə  əlaqədar  risq 
dərəcəsindən asılıdır. Audit ildə azı bir dəfə keçirilməlidir. 
Kredit  təşkilatlarında  daxili  nəzarət  sisteminin,  o  cümlədən  daxili  audit  işinin  vəziyyəti, 
onun  təşkilinin  və  bu  qaydaların  tələblərinə  uyğunluğu  Azərbaycan  Respublikasının  Mərkəzi 
Bankı tərəfindən yoxlanılmalıdır. Bundan başqa Mərkəzi Bank tərəfindən kredit təşkilatlarından 
vaxtaşırı olaraq daxili nəzarət sisteminin vəziyyəti və keçirilmiş audit yoxlamalarının nəticələrinə 
dair hesabatlar tələb edilə bilər. 
 
 
QANUNLAR,  NORMAT V SƏNƏDLƏR VƏ TƏL MATLAR 
 
1) 
Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının 
Qanunu
 
2) 
Banklar haqqında Azərbaycan Respublikasının Qanunu
 
3) 
Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
 
4) 
Daxili Audit Standartı
 
5) 
Risklərin  darə Edilməsi Standartı
 
6) 
Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları
 
7) 
Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün ehtiyatların yaradılması 
Qaydaları
 
   
 
 
Ə
DƏB YYAT 
 
1. Аббасов А.М.,  Mameдов З. Ф. Цифровизация финансов.  Баку.: БГУ, 2003. -200 c.   
2. Ibrahimov Z. Pul, kredit və banklar (suallara cavab). Bakı, 2009. 
3. Банковское дело.  Учебник. M.: Проспект, 2008. 
4. Банковское дело Управление и технологии под ред. Тавасиева Учебник 2005. 671с. 
5. Банковское дело.  под ред. Коробовой Г.Г. - Учебник 2006 -766с. 
6. Банковское дело: современная система кредитования// под ред. Лаврушин. М.- 2007. 
7.  Банковское дело . МФПА, 2005  
8.  Банковское дело.  под ред. Лаврушина О.И.  М.- 2007. 
9.  Банковское дело.  под ред. Коробовой Г.Г. М.- 2006. 
10. Банковские риски. Издательство: 
КноРус
, 2008 . 
11. Банковский менеджмент. Издательство: 
КноРус
, 2010 . 
12. Банковский маркетинг. Издательство: МФПА 2004. 
 
 
 

Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə