Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   2   3   4   5   6   7   8   9   ...   131

 

13.6. Maliyyə kapitalının saxlanması konsepsiyası və mənfəətin  
müəyyən olunması ................................................................................................................. 456 
13.7. Maliyyə hesabatlarının tərkibi ...................................................................................... 457 
13.8. Maliyyə hesabatlarının istifadəçilərə təqdim edilməsi ................................................. 460 
13.9. Pul vəsaitlərinin hərəkəti .............................................................................................. 462 
13.10. Banklarda mühasibat uçotunun əsas vəzifələri........................................................... 469 
 
*************************** 
 
Qanunlar,  
Azərbaycan Respublikası Mərkəzi Bankının n
ormativ sənədlər   və təlimatları.  
Ə
dəbiyyat .............................................................................................................................. 472 


 

 
G   R   Ş  
  
Pul,  ödənişlərdə  hər  kəs  tərəfindən  qəbul  edilən  ümumi  bir  mübadilə  vasitəsidir.  nsanlar 
arasında  iş-bölümü  və  ixtisaslaşmanın  inkişafında  mübadilə  yalnız  pulun  кöməyi  ilə  mümkündür. 
Pulun  əmanətə,  əmanətlərin  isə  kreditə  transformasiya  prosesi  məhz  banklar  vasitəsilə  həyata 
keçirilir.  Mərkəzi  bank  pul  təklifini  iqtisaiyyatın  pul  tələbinə,  iqtisadi  və  sosial  siyasətin 
hədəflərinə  görə  tənzimləyir,  banklar  isə  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər 
qaytarılan  vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə 
müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını  məcmu  halda  həyata 
keçirən  hüquqi  şəxsdir.  Yəni,  banklar  iqtisadi  vahidlərin  müəyyən  bir  müddətə  istifadə 
etmədikləri və ya xərcləmədikləri pulları əmanət formasında cəlb edərək, kreditlərin verilməsini 
təşkil  edir.    Toplum  içində  pulu  olub  borc  verməyə  hazır  kimsələr  və  kredit  axtaranların  sayı 
sonsuzdur.  Ancaq  bunların  arasında  bir  kredit  alış-verişinin  meydana  gəlməsi  üçün  borc  alana 
etimad əsas şərtdir. Bank depozitlərin cəlb edilməsi və açdığı  kredit xəttini  təminat  altına almaq 
üçün gərəkli texniki alətlərə malikdir. 
Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit  təşkilatları  bank 
fəaliyyətini  Mərkəzi  Bankın  verdiyi  xüsusi  razılıq  (lisenziya)  əsasında  həyata  keçirilir.  Depozit 
ə
məliyyatları isə yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilir.   
Bütün dünyada isə tədavülə  buraxılan    pul  nişanlarını    Мərkəzi    Bank  həyata  keçirir.   Pul 
nişanlarına olan tələbatı, pul nişanlarının istehsalının təşkili,  pul nişanlarının ehtiyatlarını yaradan 
və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edən 
orqan- Мərkəzi  Bankdır. Pul  və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, 
ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəl-
xalq  qızıl-valyuta  ehtiyatlarının  saxlanması  və  idarə  edilməsi  kimi  mühüm  strateji  dövlət 
ə
həmiyyətli funksiyaları  da Mərkəzi Bank  Bank həyata keçirir.  qtisadi siyasətdə pul siyasətinin 
ağırlıq payı artdıqca, pul siyasətini həyata keçirən qurum- Mərkəzi Bankın da iqtisadiyyatda gücü 
və önəmi artmaqdadır. 
Lakin,  iqtisadi  siyasətdə  pul  siyasətinin  yeri  və  rolu  zaman  içində  önəmli  dəyişikliklərə 
uğramışdır. Mərkəzi Bank  pul siyasətinin həyata keçirilməsi istiqamətində təsbit etməyi məqsəd və 
hədəflərə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Ancaq bu vasitələrin təsirləri isə ölkədən 
ölkəyə  və  ən  əsası  da  ölkələrin  iqtisadi  səviyyələrinə  və  struktur  özəlliklərinə  bağlı  olaraq  önəmli 
fərqliliklər göstərir. Mərkəzi banklar pul siyasətinin məqsəd və vəzifələrini yerinə yetirmək üzrə alət-
lərdən  istifadə edərək bankların fəaliyyətinə təsir edir. 
Mərkəzi  bank  açıq  bazar  əməliyyatı  vasitəsilə    bankların  likvidliyinə    və  bazarda  pul 
miqdarındakı  dəyişikliyə  yol aça bilir.  Bankların likvidliyində meydana  gələn dəyişmələr isə öz 
növbəsində kredit və fond həcminə təsir edir. 
Mərkəzi  Bank  uçot  dərəcəsini  və  öz  əməliyyatları  üzrə  faiz  dərəcələrini  müəyyənləşdirir. 
Mərkəzi  Bank  uçot  dərəcəsini  müəyyənləşdirərkən  ölkədəki  mövcud  makroiqtisadi  durumu  və 
maliyyə bazarının vəziyyətini nəzərə alır.   
Mərkəz Bankı öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nə-
zərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərə-
cələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir.   
 Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər.  
Mərkəzi  Bank  pul  siyasətinin    məqsədləri  kontekstində  kredit  təşkilatlarının  yenidən 
maliyyələşdirilməsini    həyata  keçirir.  Bu  zaman  verilən  kreditlər  dövlət  qiymətli  kağızları, 
dövlətin  və  digər  etibarlı  emitentlərin  qarantiyaları  və  zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif 
formada qiymətli metallar və digər aktivlərlə təmin olunur. Belə kreditlər 6 aydan çox olmayan 
müddətə verilir və həmin müddətə uzadıla bilər.   
Mərkəzi  Bank  özünün  müəyyən  etdiyi  şərtlərlə  və  qarşılıqlı  razılaşma  əsasında  kredit 
təşkilatlarından depozitlər cəlb edə və kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatları 


 
10 
müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı 
hədlərini müəyyənləşdirə bilər.  
Öz  növbədsində  də,  banklar  tərəfindən  bəzi  сektorlara  kredit  açılması,  bəzilərinə  isə  kredit 
verilməsində  rədd  siyasəti,  I  halda  sektorun  inkişafına  yol  açar,  II  halda  isə  sektorun  daralması  ilə 
nəticələnə  bilər.  Bankların  kredit  siyasəti  şirkətlərin  istehsal  siyasətinə  və  mənfəət  həcminə  birbaşa 
təsir edir.  Hətta banklar  şirkətlərin iflasından qurtarmak imkanlarına malikdirlər. 
Ümumiyyətlə, bank kapitalının adekvatlıq əmsalı bankların fəaliyyəti real sektorun tərkibinə daxil 
olan müəssisələrindən fəaliyyətindən çox  fərqlidir: 
1) banklar  fəaliyyətləri  üçün lisenziyanı  Mərkəzi Bankdan alır;  
2)  Bankın  тəsisçilərinin    şəxsi  keyfiyyətləri,  vicdan  və  xarakterləri  özəl  bir  araşdırma 
mövzusudur.  Məsələn,  Azərbaycanda  bank  inzibatçıların  mənəvi  keyfiyyətləri  ilə  bağlı  tələblər 
«Banklar  haqqında»  Qanunda  nəzərdə  tutulur.  Bu  da  inzibatçıların  «məqbul  və  lazımi 
keyfiyyətlərə  malik  şəxs»  və  «vətəndaş  qüsursuzluğu»  göstəricilərinə  malik  olmasını  və  bank 
sistemi üçün daha layiqli namizədlərin seçilməsini şərtləndirir; 
3) Lakin, bu çoxluq hududsuz deyil, qanunla tənzimlənir. Məsələn, Azərbaycan Respubli-
kasında fəaliyyət göstərən kommersiya bankları və xarici bankların yerli filialları üçün kapitalın 
tərkib hissələrini (komponentlərini), habelə bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi 
prinsiplərə müvafiq surətdə kapitalın adekvatlıq əmsallarını və onların hesablanması qaydalarını 
«Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları»müəyyən edir;  
4)  banklar  mal  deyil,  satınalma  gücü  istehsal  edir.  Bankçılıq  pul  ticarəti  deməkdir,  yəni 
ucuz faizə aldığı pulları, daha yüksək faizə sataraq  mənfəət əldə edir;  
5)  banklar  rentabellik,  likvidlik  və  riskin  bölüşdürülməsi  prinsiplərinə  çox  bağlıdırlar. 
Banklar  əlindəki  pulu  mümkün  olduğu  qədər  çox  fiziki  və  hüquqi  şəxslərə  paylamaqlа  yanaşı 
kassasındakı aktivlərin müəyyən bir hissəsini likvid formada saxlamaq məcburiyyətindədir. Mə-
sələn,  Azərbaycan  Mərkəzi  Bankın  Bankların  likvidliyinin  idarə  olunması  haqqında  Qaydalar  
respublikada  fəaliyyət  göstərən  kommersiya  banklarının  və  xarici  bankların  yerli  filiallarının 
likvidlik riski və likvidliyin idarə olunması üzrə bankların daxili siyasət, qayda və prosedurlarına 
dair minimum tələbləri müəyyən edir;  
6) banklar dövlət orqanları tərəfindən çox ciddi nəzarət altındadırlar. Məsələn, Azərbaycan 
Respublikasının    «Cinayət  yolu  ilə    əldə  edilmiş  pul  vəsaitlərinin    və  ya  digər  əmlakin 
leqallaşdirilmasına və terrorçuluğun maliyyələşdərəlməsinə qarşı mübarizə haqqında»  Qanunu -  
cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılması  və  ya 
terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması 
üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırıl-
ması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması im-
kanlarını  istisna  edən  şəraitin  yaradılmasına,  bu  sahədə  dövlətin  və  cəmiyyətin  maraqlarının 
qorunmasına yönəlmişdir;  
7)  qanun, banklara kassalarında borclarına qarşı hər an likvid aktivlərinin  nisbətini təsbit 
etdiyi halda, digər müəssisələrdə belə bir məcburiyyət yoxdur;  
8) banklar pul yaratmaqla tədavüldə pulun miqdarına təsir edərək qiymət mexanizminə təsir 
edə bilir, lakin digər müəssisələrin belə bir təsir etmə imkanları mümkün deyildir;  
9)  Nizamnamə kapitalının həcmi digər şirkətlərə nisbətətn çox yüksəkdir. Hazırda, Azər-
baycanda yeni bank təsis etmək üçün 10 milyon manat  tələb edilir;  
10)  MB  bankların  sağlamlaşdırılması  və  iflası  zamanı  lazımi  tədbirlər  və  proqramlar 
hazırlayır.  Ona  görə  də  krizis  dövründə  Mərkəzi  Bank  öz  siyasətini  Makroiqtisadi  sabitliyin, 
Bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin qorunmasına, habelə  qtisadi 
artımın dəstəklənməsinə yönəltmişdir. Makroiqtisadi tənzimləmə potensialını və siyasətin çevik-
liyini  artırmaq  üçün  Mərkəzi  Bank  haqqında  qanuna  dəyişikliklər  edildi.  Edilən  dəyişikliklər 
ə
sasında  Mərkəzi  Bank  sistem  əhəmiyyətli  müəssisələr  və  bankların  maliyyə  vəziyyətini 
stabilləşdirmək  məqsədilə  2009-cu  ildə  Ümumi  Daxili  Məhsulun  təxminən  5%-in  səviyyəsində 
likvidlik inyeksiyası həyata keçirdi. Bu yardım onların xarici borclarının restrukturizasiyasına və 
maliyyə vəziyyətinin stabilləşməsinə imkan verdi. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə