Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   2   3   4   5   6   7   8   9   ...   131

 
11 
Azərbaycanın  monetar  orqanı  –  Mərkəzi  bank      bank  və  maliyyə  sisteminin  inkişafına,  o 
cümlədən bank sektorunda  beynəlxalq standartların və maliyyə əməliyyatlarının innovativ xidmət 
və məhsulların tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü, sistemli və ardıcıl 
layihələr həyata keçirir. Bu nədənlə kitabda Azərbaycan Respublikası Mərkəzi bankın fəaliyyəti 
geniş tədqiq edilmişdir.    
Bank  rəqabətinin  güclənməsi,  bank  xidmətlərinin  çeşidinin  artırılması,  investisiyaların 
genişlənməsi  və  bank  xidmətləri  bazarında  bu  kimi  digər  meyllərin  artması  bankları  müxtəlif 
mənbələrdən  vəsait  cəlb  etməkdə  maraqlı  edir.  Belə  bir  şəraitdə  əmanətçilərdən  cəlb  edilmiş 
vəsaitlərinin  etibarlı  qorunması  xüsusi  aktuallıq  kəsb  edir.  Bu  məqsədlə  əmanətlərin 
sığortalanması  mexanizmlərinin  yaradılması  üçün  görülən  tədbirlərin  nəticəsi  olaraq  29  dekabr 
2006-cı  ildə  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 
edildi.  Azərbaycan  Respublikasında  əmanətlərin  sığortalanması  sisteminin  yaradılmasının 
məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən 
ə
manətə  qəbul  olunmuş  pul  vəsaitinin  itirilməsi  riskinin  qarşısını  almaq,  maliyyə  və  bank 
sisteminin sabitliyini və inkişafını təmin etməkdir.  
Bu  gün  Cənubi  Qafqazda  valyuta  ehtiyatlarının  88%-i,  bank  aktivlərinin  isə  68%-i 
Azərbaycanın  payına  düşür.  Ölkəmizin  regional  iqtisadiyyatdakı  rolunun  artması  həm  də  onun 
bank-maliyyə mərkəzinə çevrilməsində, bank kapitalı idxalı və ixracında özünü büruzə verir. Bu 
gün Azərbaycanda bank sistemində xarici kapitalın iştirakına heç bir məhdudiyyət qoyulmamış, 
xarici kapitallı bankların fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Bunun nəticəsidir ki, bu gün 
ölkəmizdə  23  xarici  kapitallı  bank  fəaliyyət  göstərir.  Onlardan  5-i  100%-lik  xarici  kapitala 
malikdir. Ümumi bank kapitalında xarici kapitalın payı 18.2% təşkil edir. 
Təsadüfi deyildir ki, qlobal maliyyə böhranının ən aktiv fazasında belə Azərbaycanın bank 
sisteminə  xarici  kapitalın  axını  dayanmamışdır.  Azərbaycanın  yerli  bankları  da  aktiv  surətdə 
xarici bazarlara çıxmaqdadırlar.  
Bu gün Azərbaycan banklarının xarici ölkələrdə 2 törəmə bankı, 1 filialı, 6 nümayəndəliyi 
fəaliyyət  göstərir.  Müxtəlif  maliyyə  xarakterli  xidmətləri  təqdim  edən  Azərbaycan  Beynəlxalq 
Bankı tədricən maliyyə korporasiyasına çevrilir və ABB xaricdə aşağıdakı strukturların təsisçisi 
və  sahibidir:  «Azərbaycan  Beynəlxalq  Bankı–Moskva»  MMC  və    «Azərbaycan  Beynəlxalq 
Bankı–Gürcüstan» MMC. Bankların xarici maliyyə bazarlarında fəaliyyətinin aktivləşməsi və nü-
fuzunun artması onların beynəlxalq reytinqin alınmasına marağını artırmışdır. Belə ki, təkcə ötən 
il bank beynəlxalq reytinqə malik olmuş və qlobal böhran şəraitində banklar reytinq səviyyələrini 
qoruyub saxlamışlar. 
Bank  fəaliyyətinin  əsasları  (Elmi-nəzəri  və  praktiki  məlumat  nəşri)  kitabında  beynəlxalq 
standartlara  uyğun  müasir  və  rəqabətə  dözümlü  Azərbaycan  maliyyə-bank  industriyasının  müasir 
vəziyyəti  və perspektivləri  haqqında   elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır.  
Bank fəaliyyətinə aid mövzuların tədqiqi, özəlliklə qlobal maliyyə böhranı sonrası mərkəzi 
bankın  məqsəd  və  vəzifələri;  elektron  ödəniş  sistemlərinin  fəaliyyətinin  təhlükəsizliyi;  Bank 
fəaliyyətinin    təşkili,    idarə  edilməsi,təşkilati  strukturu  və  reqlamenti;  bank  öhdəliklərinin 
formalaşması  və  onlann  strukturunun        optimallaşdırılması,  öhdəliklərin  mənbələrinin 
keyfıyyətcə səmərəli idarə olunması və  bank kapitalının ölçülməsi qaydası; bank aktivlərin  təh-
lükəsizliyi; bankların kassa əməliyyatları və nağdsiz hesablaşmaların həyata keçirilməsi şərtləri; 
Banklarda kreditlərin verilməsi proseduru; bank sistemində risklərin idarə edilməsi prosesi; bank 
tərəfindən kredit sifarişlərinin qiymətləndirməsi meyarları; Bankların qiymətli kağızlar bazarında 
investisiya  fəaliyyəti;  Beynəlxalq  bank  işi  və    bankların    valyuta  əməliyyatları;  Banklarda  
marketinq planı və maliyyə internet xidmətlərinin  təkmilləşdirilməsi, Bank sistemində gəlirlərin 
formalaşması  və  onlardan  istifadənin  qiymətləndirilməsi  kimi  mövzular  bankçılıq  elmində 
tədqiqat  obyekti  kimi    xüsusi  əhəmiyyət  kəsb  edir  və  bu  nədənlə  yuxarıda  qaldırılan  bütün 
sualların cavabı Bank fəaliyyətinin əsasları (Elmi nəzəri və praktiki məlumat nəşri) kitabı ətraflı 
formada açıqlanmışdır.    
Kitabın  metodoloji  və  nəzəri  əsası  iqtisadi  nəzəriyyənin,  maliyyə  və  kredit nəzəriyyəsinin 
müddəaları,  maliyyə  hüququ,  Azərbaycan  Respublikasının  maliyyə-bank  institutlarının 


 
12 
fəaliyyətini  tənzimləyən  Qanunlar    və    Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  bankların 
fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı 
Azərbaycan Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olunmuşdur.    
Ə
ldə edilmiş nəticələr Azərbaycan maliyyə və bankçılıq iqtisad elmində ilk icmal məlumat 
ə
səridir.  Kitabın  içində  olan  mövzuların  hazırlanması  prosesində  xarici  təcrübədən  istifadə 
olunmuş  və  anlayışların  izahlı  şərhi  müasir  Azərbaycanın  bank  sistemi  təcrübəsinə  əsaslanaraq 
verilir.   
«Bank  fəaliyyətinin  əsasları»  məlumat  informasiya  kitabında  yer  alan  mövzuların 
ə
ksəriyyəti iqtisadi ədəbiyyatda ilk dəfə işlənmiş və hazırlanmışdır.  
Bu kitab «Bank işi» fənninin tədrisi prosesində, istərsədə banklarda işləmək və imtahanlara 
hazırlaşan  məzunlar  üçün  yararlı  və  faydalı  elmi  nəzəri  və  praktiki  məlumat  kitabıdır.  Kitab 
orijinallığı  ilə  fərqlənir,  cünki  kitabın  içində  olan  mövzuların  əksəriyyəti    ilk  dəfədir  işıq  üzü 
görür.   
Azərbaycan  ali  məktəblərində  «maliyyə  və  bankçılıq»  ixtisası  üzrə  tədris  planına  daxil 
edilmiş «bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuyğundur. 
Ümumilikdə, kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçılıq məsələri ilə 
ə
laqədar  məşğul  olan  mütəxəssislər,  ekspertlər    «maliyyə»,  «dünya  iqtisadiyyatı»,  «mühasibat 
uçotu  və  audit»  ixtisasları  üzrə  tədris  edən  müəllimlər,  təhsil  alan  bakalavr,  magistr  və 
doktorantlar üçün nəzərdə tutulan elmi nəzəri və praktiki nəşrdir. 
Bank fəaliyyətinin əsasları kitabı on üç fəsildən ibarətdir. Kitabın bütün  fəsillərində ən çox 
istifadə olunan anlayışların izahlı elmi şərhi verilir. 
I fəsildə -  «Maliyyə-bank xidmətləri industriyasi» geniş formada tədqiq edilir. Bu fəsildə yığım 
və    investisiya  arasında  əlaqə,  finans    sisteminin  strukturu,  maliyyə  xidmətləri  üzrə  vasitəçı 
insitutların  fəaliyyəti  haqqında  hərtərəfli  və  geniş  icmal  xarakterli  təhlillər  aparılır  və  məlumatlar 
verilir.    
II  fəsil  -  «Bank  sistemi»  mövzusuna  həsr  edilib.  Bu  fəsildə  Azərbaycan  Respublikasının 
Bank  sisteminin  hüquqi  əsasları,  Bank  infrastrukturu,  xarici  ölkələrin  pul-  kredit  sistemi,    Bank 
sistemində  diaqnostik  sistem,  Bank  sektorunda  bazar  riski  kateqoriyaları,  Bank  sistemində 
maliyyə sabitliyinin təminatında Mərkəzi Bankın rolu, Stress testlərin keçirilməsi qaydası, Bank 
Sistemində    Böhran,  Bank    sistemində  antiböhran  tədbirlər    proqramı,  Bank  sistemində  nəzarət 
modelləri, Bank sistemində  əmanətlərin sığorta modeli kimi mövzular təhlil edilir.  
III fəsil - «Mərkəzi Bank»ın  fəaliyyətinə həsr edilmişdir. Bu fəsildə  xarici ölkələrdə Mərkəzi 
Bankların  fəaliyyəti, Azərbaycan Respublikasının  Mərkəz  Bankının  fəaliyyətinin ümumi əsasları  və 
ə
məliyyatları, AR Mərkəzi Bankın təşkilati strukturu və idarə olunması, Mərkəzi Bankın pul siyasəti, 
Qlobal  böhranlarin  şiddətlənməsi  mühitində  Azərbaycan  Mərkəzi  Bankının  pul  siyasətinin 
istiqamətləri təhlil edilir. 
IV  fəsil  -  «Ödəniş  Sistemi»nin çalışma mexanizmini əhatə edir. Bu  fəsildə   Ödəniş  Sistemi 
haqqında ümumi məlumatlar verilir, AZ PS, XÖHKS və KÖM S ödəniş sistemlərinin fəaliyyətləri 
və kredit kartlarından istifadə qaydaları açıqlanır.  
V  fəsil  -  «Bank  fəaliyyətinin    təşkili,    idarə  edilməsi,  təşkilati  strukturu  və  reqlamenti»  
mövzusuna həsr edilmişdir. Bu fəsildə  Bank  fəaliyyətinin özəllikləri, bankçılığın  əsas prinsipləri, 
bankların idarəetmə strukturu və   bank  fəaliyyətində    risklərin  növləri  və  risklərin idarə  edilməsi 
sistemi,  bankın  fəaliyyətinin  yoxlanılması  kimi  mövzular  işlənib  hazırlanmışdır.  Burada    AR 
Mərkəzi  Bankın  Normativ  xarakterli  sənəd  və  təlimatlarlarından,  o  cümlədən  -  «  Banklarda 
risklərin idarə olunması haqqında Qaydalar», «Bank yoxlamalarının həyata keçirilməsinin prose-
dur  qaydaları»,  «Banklarda  korporativ  idarəetmə  standartlarının  tətbiqi  qaydaları»  və  «Bank 
lisenziyalarının  və  icazələrin  alınması  üçün  müraciət  qaydaları»  haqqında  təlimatdan  istifadə 
edilib. 
VI fəsil - «Banklarin öhdəlikləri və kapitalı»  mövzusuna həsr edilmişdir. Bu fəsildə bankın 
öhdəliklərının  mahiyyəti,  kapital  anlayışı,  bank  kapitalının    funksiyası,  məcmu  kapitalın  əsas 
məqsədi,  bank  məcmu  kapitalınının  qiymətləndirmə  prosesi,  öhdəliklərin  likvidlik  göstəriciləri, 
kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması qaydaları açıqlanır. Burada  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə