Microsoft Word Bank Feal esas docx


  Məlumatların hazırlanmasında



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   2   3   4   5   6   7   8   9   ...   131

 
13 
Məlumatların hazırlanmasında AR Mərkəzi Bankın Normativ xarakterli sənəd və təlimatlarından, 
o  cümlədən-« 
Bank  kapitalının  və  onun  adekvatlığının  hesablanması  Qaydaları
» və « 
Bankların 
likvidliyinin idarə olunması haqqında Qaydalar
» istifadə edilmişdir. 
VII fəsil  -   «Bankların aktiv  əməliyyatları    və   onların   təhlükəsizliyi»  mövzusunu  əhatə 
edir.  Bu  fəsildə  bankların    aktiv  əməliyyatların  mahiyyəti,  bank  aktivlərin  təsnifləşdirilməsi, 
aktivlərin  risk  dərəcəsi  üzrə  ölçülməsi  qaydası,  bank    aktivlərinin    təhlükəsizliyini  təmin  edən  
nəzarət  mexanizmi  kimi  mövzular  haqqında  geniş  və  hərtərəfli  məlumatlar  verilir.  Burada 
məlumatların hazırlanmasında AR Mərkəzi Bankın Normativ xarakterli sənəd və təlimatlarların-
dan, o cümlədən- «
Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
»,«
Banklarda 
korporativ  idarəetmə  standartlarının  tətbiqi  qaydaları
»  və  «
Aktivlərin  təsnifləşdirilməsi  və 
mümkün zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları
» istifadə edilmişdir.  
VIII  fəsil  -  «Bankların  kassa  əməliyyatları  və  nağdsiz  hesablaşmalar  »  mövzularını əhatə 
edir.  Bu  fəsildə  Pul  dövriyyəsi  anlayışı,  nağdsiz  hesablaşmalar  və  pul  köçürmələri,  kredit 
təşkilatlarinda  kassa  əməliyyatlarinin  aparilması  və  qiymətlilərin  inkassasiyasının  təşkili  kimi 
məsələlər məlumatlar təqdim edilir. Məlumatların hazırlanmasında «
Azərbaycan Respublikasının 
kredit  təşkilatlarında  kassa  əməliyyatlarının  aparılması  və  qiymətlilərin  inkassasiyasının  təşkili 
qaydaları
» və «
Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında 
təlimat
» istifadə edilmişdir.  
IX  fəsil  -  «Banklarda  kreditlərin  verilməsi  prosedurunu  və  Mərkəzləşdirilmiş  Kredit 
Reyestrinin  fəaliyyəti»  mövzularını  əhatə  edir.  Burada-  kreditin    mahiyyəti,  prinsipləri,  forma  və 
növləri,  kreditləşmənin    iqtisadi    əhəmiyyəti  və    kredit    tələblərinin  dəyərləndirilməsi,  banklarinda 
kreditlərin verilməsinin qayda və prinsipləri haqqında məlumatlar verilir. Buradakı məlumatların 
hazırlanmasında AR Mərkəzi Bankın-«banklarda kreditlərin verilməsi qaydaları» və “Mərkəzləş-
dirilmiş və Kredit reyestri haqqında qaydalar“ istifadə edilmişdir. 
X  fəsil  -  «Bankların  qiymətli  kağızlar  bazarında  investisiya  fəaliyyəti»  mövzusuna  həsr 
olunub. Burada qiymətli kağızlar bazarının investisiya potensialı, investisiya prosesinin maliyyə 
təminatı,  qiymətli  kağızlar  bazarında  investisiya  riskinin  qiymətləndirilməsi,  Fond  bazarında 
investisiya fəaliyyəti, qiymətli kağızlar bazarının investisiya imkanlarının fundamental və texniki 
təhlil; Banklarının qiymətli kağızlar bazarında  fəaliyyəti, bankların investisiya siyasətinin müəy-
yən edən amillər təhlil olunur. 
XI fəsil - Beynəlxalq bank işi və  bankların  valyuta əməliyyatları  mövzusu haqqında ətraflı 
məlumat  verilir.  Burada–valyuta  bazarı,  valyuta  mövqeyi,  beynəlxalq  bankçılığın  mahiyyəti, 
valyuta    böhranı,  banklarda  valyuta  mübadilə  əməliyyatlarının  aparılması  qaydaları  haqqında 
ə
traflı məlumat verilir. Burada Məlumatların hazırlanmasında AR Mərkəzi Bankın  «
Azərbaycan 
Respublikasında  rezident  və  qeyri-rezidentlərin  valyuta  əməliyyatlarının  rejimi  haqqında  qayda-
lar
»,    «f
iziki  şəxslər  tərəfindən  valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və 
Azərbaycan  Respublikasından  çıxarılması  qaydaları
  və 
Azərbaycan  Respublikası  müvəkkil 
banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi qaydaları
ndan»  
istifadə edilmişdir. 
XII fəsil - Banklarda  marketinq planı və maliyyə internet xidmətləri mövzuları haqqında 
ə
traflı məlumat verilir.  
XIII  fəsil  -  Bank  sistemində  maliyyə  hesabatlarının  tərkibi,  pul  vəsaitlərinin  hərəkəti  və 
mühasibat  uçotunun  əsas  vəzifələrinə  həsr  olunub.  Burada  Məlumatların  hazırlanmasında  AR 
Mərkəzi Bankın «
Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar
», «  
Banklarda 
korporativ  idarəetmə  standartlarının  tətbiqi  qaydaları
»,  « 
Banklarda  risklərin  idarə  olunması 
haqqında Qaydalar
», «
Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında müha-
sibat  uçotunun  aparılması  Qaydaları
»  «
Maliyyə  darəetməsi  və  Hesabatları  Standartı
»,    «
Bank-
larda  daxili  nəzarət  və  daxili  auditin  təşkili  barədə  Qaydalar
»  və  «
Azərbaycan  Respublikasının 
bank  sistemində  maliyyə  hesabatlarının  tərtib  və  təqdim  olunması  Qaydaları
»ndan  istifadə 
edilmişdir. 


 
14 
Bank  fəaliyyətinin  əsasları  (Elmi  nəzəri  və  praktiki  məlumat  nəşri)  kitabında  beynəlxalq 
standartlara uyğun müasir və rəqabətə dözümlü Azərbaycan maliyyə-bank industriyasının müasir 
vəziyyəti  və perspektivləri  haqqında   elmi cəhətdən əsaslandırılmış məlumatları əhatə edir.  
Kitabın  metodoloji  və  nəzəri  əsası  iqtisadi  nəzəriyyənin,  maliyyə  və  kredit nəzəriyyəsinin 
müddəaları,  maliyyə  hüququ,  Azərbaycan  Respublikasının  maliyyə-  bank  institutlarının 
fəaliyyətini  tənzimləyən  Qanunlar    və    Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  bankların 
fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı 
Azərbaycan Respublikası Mərkəzi Bankının elmi-tədqiqat nəşrlərindən istifadə olunmuşdur.    
Kitab  Azərbaycan  ali  məktəblərində  «maliyyə  və  bankçılıq»  ixtisası  üzrə  tədris  planına 
daxil edilmiş «bank işi» kurslarının tədrisində istifadəsi məqsədəuyğundur. 
Kitab  geniş  oxucu  auditoriyası,  xüsusən  də  maliyyə  və  bankçılıq  məsələri  ilə  əlaqədar 
məşğul olan mütəxəssislər, ekspertlər və maliyyə və dünya iqtisadiyyatı, mühasibat uçotu və audit 
ixtisasları üzrə tədris edən müəllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə 
tutulan elmi nəzəri və praktiki nəşrdir. 
 
 
I FƏS L. MAL YYƏ-BANK X DMƏTLƏR   NDUSTR YASI  
 
 
1.1.
  YIĞIM-  NVEST S YA ƏLAQƏS  
 
Hər  hansı  bir  ölkədə  iqtisadi  vahidlər  (ev  idarələri,  şirkətlər  və  dövlət)  gəlirlərinin  hamısını 
istehlak xərclərinə yönəltmirlər. Onlar gəlirin bir hissəsini yığıma və ya investisiyaya ayırırlar.  qtisadi 
vahidlərin ən vacib məqsədlərindən biri də gündəlik istehlak ehtiyaclarını artırmaqdır. Ancaq iqtisadi 
vahidlərin bugünkü istehlaklarını artıra bilmələri üçün  gələcəkdəki istehlak imkanlarından daha çox 
fədakarlıq  etməyə  hazır  olmaları  lazımdır  və  ya  eyni  ifadəni  tərsinə  söyləsək,  şəxslərin  bu  gün 
müəyyən bir istehlak miqdarından əl çəkmələri onlara gələcəkdə, bu gün əl çəkdiklərindən daha çox 
həcmdə  istehlak  imkanı  vəd  edir.  Bu  çoxluğu  isə  faiz  həddi  müəyyənləşdirir.  Məsələn,  bir  şəxsin 
bugünkü 100 manatlıq istehlakından əl çəkməsi ona bir il sonra 120 manatlıq istehlak imkanı təmin 
edirsə, deməli, faiz nisbəti 20%-dir (inflyasiyanı nəzərə almadan). 
Ümumiyyətlə,  hər  hansı  bir  ölkənin  iqtisadi  artımı  o  ölkədə  yaradılan  xalis  real  aktiv 
investisiyaların  cəminə  bağlıdır.  Bu  aktiv  investisiyanın  finans  qaynağını  isə  ölkə  daxilində  cəlb 
edilmiş  yığımlar  ilə  ölkə  xaricindən  gətirilən  sərmayə  fondları  təşkil  edir.  Yığım  ilə  investisiya 
arasında  qarşılıqlı  əlaqə  vardır.  Yığım  olmadan  investisiyanın  gerçəkləşdirilməsi  mümkün  deyildir, 
eyni zamanda investisiya imkanları və şəraiti olmadığı halda, iqtisadi anlamda yığımın da toplanınası 
qeyri-mümkündür.  Modern  iqtisadi  sistemlərdə,  yığım  sahibləri  ilə  investisiya  qoymaq  istəyənlər, 
adətən,  müxtəlif  şəxs  və  ya  qruplardır.  Bu  səbəblə  də  müəyyən  kəsimlərin  planladıqları  və 
gerçəkləşdirdikləri  yığımların  toplamı  ilə  başqa  kəsimlərin  planladıqları  investisiyaların  toplamının 
bərabər olması, gerçəkləşməsi ideal sayıla biləcək bir haldır. 
Ümumiyyətlə, ölkənin iqtisadi artımı yığım (investisiya) miqdarına bağlıdır.   nkişaf etməkdə 
olan  ölkələr  yoxsul  olduqlarından,  onların  yığımları  da  azdır.  Sadəcə  bu  yığımlara  əsaslanıb 
investisiya qoymaq ölkənin iqtisadi böyüməsini təmin edə bilməz və ya yetərli olmaz. Bu səbəbdən də 
inkişaf  etməkdə  olan  ölkələr  ölkənin  iqtisadi  böyüməsini  sürətləndirmək  məqsədi  ilə  xarici  sərma-
yədən (xarici yığımlardan) yararlanmaq istərlər. Ümumiyyətlə, xarici sərmayə bir ölkəyə:  özəl xarici 
sərmayə investisiyası və xarici kredit olmaqla iki formada gəlir. 
Yığım  fərdin pul gəlirinin istehak üçün sərf edilməmiş hissəsidir. Şəxslərin məlum bir dönəmdə 
ə
ldə etdiyi cari gəlir (Ce) iki bölümdən ibarətdir: yığım (T) və cari xərclər (He). Bunu riyazi şəkildə 
belə göstərmək olar: Ce = T + He. 
Cari gəliri sabit olaraq qəbul etsək, o zaman şəxslərin yığımı cari xərclərin böyüklüyünə bağlı 
olacaqdır. Cari xərclərin toplamının cari gəlirə bərabər olduğu  və  ya bu  gəlirdən  yüksək olduğu bir 
halda  şəxsi  yığım  sıfır  və  ya  mənfi  olur.  Hər  hansı  bir  ölkədə  toplanan  yığımın  qaynağı  şəxs  və 
qurumların gəlirləridir. Yığım qabiliyyəti şəxsin gəlir səviyyəsinə bağlıdır.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə