Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə8/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

 
17 
düşürmək  məqsədi  ilə  toplanan  finans  ehtiyatlarını  diversifikasiya  edər  və  riski  düşürməklə 
sistemin az xərclərlə daha məhsuldar çalışmasına səbəb olurlar. 
xtisaslaşma: bir şəxsin digər bir şəxsə kredit verməsi halında o şəxsin maliyyə durumunu 
yaxşı  dəyərləndirə  bilməsi    kreditin  geri  dönüb-dönməyəcəyi  mövzusunda  sağlam  qərarlar  verə 
bilməsi üçün təminatlara nəzər yetirməsi çox vacibdir. Finans qurumları bu bilgilərlə silahlanmış 
mütəxəssislər çalışdıraraq düzgün kredit qərarları verirlər və bu şəkildə fondların geri dönməmə 
riskini ən aşağı səviyyəyə endirərək fond axtarma xərclərini düşürürlər. Bu da kreditlərin optimal 
paylanmasını şərtləndirir. 
Fondların  böluşdürülmə  prosesi  -  yığımlar  nə  qədər  gəlirli  sahələrə  qoyularsa,  bu  ölkənin 
iqtisadi artım səviyyəsi də o qədər yüksələr. Ümumiyyətlə, iqtisadi artım ilə birlikdə inkişaf etmiş 
finans sisteminin ehtiyacı da artmaqdadır.  qtisadiyyatın inkişafı güclü finans sisteminin varlığına 
bağlıdır. Kredit  sisteminin inkişafı ilə iqtisadi artım bir-birlərini tamamlayır və bir-birlərinin in-
kişafına  kömək  edirlər.  qtisadi  sistemlərdə  bəzi  şəxslər  məlum  zaman  kəsiyində  əldə  etdikləri 
gəlirlərinin bir hissəsini daimi yığıma ayırırlar və yığımlarının qarşılığında müəyyən bir gəlir əldə 
etmək istəyirlər. Bəzi şəxslər isə əldə etdikləri gəlirlərdən daha çox xərcləməyə meyllidirlər.  
Finams   sisteminin strukturuna təsir edən başlıca amillər:  
1.  Qurumların sayı və ölçüləri; 
2.  Təklif edilən xidmətlərin xüsusiyyəti; 
3.  Sektora giriş və çıxış şərtləri (mobilitə); 
4.  stehsal, marketinq və istehlak proseslərinin xüsusiyyətləri (şəffaflıq); 
5.  Texnoloji dəyişikliklər; 
6.  Qanun dəyişiklikləri; 
7.  Müştəri seçimləri; 
8.  Faiz nisbəti; 
9.  Qloballaşma və qiymətli kağızların geniş istifadəsi. 
 
 
1.3. F NANS X DMƏTLƏR  TƏKL F EDƏN   NS TUTLARLAR 
  
Finans  vasitəçiliyinin  ən  çoxsaylı  növləri  inkişaf  etmiş  ölkələrdə  inkişaf  etmişdir.  Finans 
vasitəçilərinin hər növünün öz fəaliyyət dairəsi və xidmət sferası olsa da onlar arasında kəskin rəqabət 
şə
raiti  hökm  sürür.  Finans  vasitəçilərinin  ölkə  iqtisadiyyatında  və  fond  axıınında  rolu  həm  mütləq, 
həm də nisbi mənada xeyli dəyişməkdədir. Artıq tarixən qədim finans vasitəçiliyi olan banklar öz yer-
lərini  digər  finans  qurumlarına  verməkdədir.   Finans aktivləri içərisində pensiya fondları və qarşılıqlı 
fondların  xüsusi  çəkisi  artmaqdadır.  Bu  proses  əsasən  dezintermediasiya  prosesi  ilə  bağlıdır.  Banklar 
getdikcə investisiya institutları tərəfindən kapital bazarından sıxışdırılmaqdadır. 
Bank  sistemi  ikipilləli  təşkil  olunur.  Ölkənin  bank  sisteminin  mərkəzində  duran  Mərkəzi 
Bank  “Banklar  Bankı”    kimi  çıxış  edir  və    ona  iqtisadi  baxımdan  bir  çox  vəzifə  və  fünksiyalar 
verilmişdir.  Hər  şeydən  əvvəl,  Mərkəzi  Bank  son  kredit  instansiyasıdır.  Qanunvericiliklə  ona 
verilmiş hüquqdan istifadə edərək bank sistemini tənzimləyir, onların iqtisadiyyata təqdim etdiyi 
kreditləri  və  depozit  qəbulunu  dolayı  yolla  müəyyən  edir.  Mərkəzi  Banklar  dövriyyədəki  nağd 
pulun  emitentidir  və  iqtisadiyyata  pul  təklifinin  əsasını  təşkil  edən  pul  bazasını  əlində  olan  pul 
siyasəti alətləri ilə müəyyən edir. Milli pulun daxili və xarici dəyərini qoruyur. Hökumətə maliyyə 
və  iqtisadi  məsələlərdə  müşavirlik  edir.  Göründüyü  kimi,  bir  dövlət  orqanı  kimi,  onun  bir  çox 
vəzifələri vardır. 
Kredit-  maliyyə  qurumlarının  ən  ilkin  və  geniş  yayılmış  forması  bankların  da  daxil  olduğu 
depozit institutlarıdır. Depozit institutu olan kommersiya bankları, demək olar ki, bütün ölkələrdə 
iqtisadiyyatın finansmanı üçün başlıca mənbəyidir. Banklar fiziki şəxslərdən, firmalardan, dövlət or-
qanlarından tələb edilənədək və müddətli əmanətlər qəbul edir və öz növbəsində onları kredit olaraq 
təqdim  edir  və  ya  ayrı-ayrı  iqtisadi  subyektlərin  qiymətli  kağızlarını  yerləşdirir,  investisiyaların 
həyata keçirilməsində iştirak edir.  


 
18 
Banklarının  fəaliyyəti  hər  bir  ölkənin  bank  qanunvericiliyi  ilə  tənzimlənir.  Bəzi  ölkələrdə 
onların  fəaliyyətinə  daha  məhdud  hüquqi  çərçivədə,  bəzilərində  isə  bir  qədər  geniş  çərçivədə 
imkan verilir. 
Finans  vasitəçiləri  -  finans  qurumlarına  vasitəçilik  deyilməsinin  səbəbi  fond  transferini 
saxlamaq məqsədi ilə yığım sahibləri ilə borclular arasında tam bir transfert vəzifəsi görməsindədir. 
Bu  qurumlar  özləri  əmanət  qəbul  edir  və  bu  əmanəti  kredit  halında  ehtiyacı  olanlara  verərək  fond 
axtarma  prosesini  tamamlayırlar.  Vasitəçilər  əldə  etdikləri  fondların  istifadəsinə  görə  müəyyən  bir 
komisyon  ödəyirlər,  özləri  də  əmanətləri  kreditə  çevirdiklərinə  borclulardan  bir  komissyon  tələb 
edirlər.  Bu  ikisinin  arasındakı  fərq  qurumun  mənfəətini  təşkil  edir.  Vasitəçilər    pul  axtaranla  pula 
ehtiyacı  olanlar  arasında  vasitəçilik  edir  və  müvəqqəti  sərbəst  pulları  istifadəçilərin  sərəncamlarına 
transformasiya edirlər. 
Vasitəçi qurumlardan ən önəmlisi fərd və qurumların yığımlanın əmanət formasında toplayan 
“əmanət  qəbul  edən  qurumlarıdır".  Bu  qurumlarda  yığımları  ilə  bazardakı  fond  təklifini  qarşılayan 
(fond çoxluğuna sahib olanlar) və bazardan fond tələbində olaraq fond kəsirlərini finans etmək istəyən 
(fond  kəsiri  olanlar)  iştirakçılar  yer  alır.  Əmanət  qəbul  edən  qurumlar,  fond  çoxluğuna  sahib 
olanlardan "əmanət" adı altında fond qəbul edər və qiymətli kağız alışı və kredit satma yolu ilə fond 
kəsiri olanlara fond təmin edirlər. Bu əməliyyatların finans bazarlarında rəğbət görməsinin səbəblərini 
aşağıdakı  şəkildə  sıralaya  bilərik:  fond  çoxluğuna  sahib  olanların  yığımlarını  əmanət  formasına 
çevirmək; əmanətlərdən saxlanan fondların tələblərə uyğun şəkildə paketləmə və marketinqini həyata 
keçirirlər.  Beləliklə,  fond  kəsiri  olanların  ehtiyac  duyduqları  miqdar  və  müddətlərdə  kreditlərin 
bazarlamasını gerçəkləşdirirlər.  
Ə
manət qəbul edən qeyribank finans qurumlarının qaynaqlarının böyük bir hissəsini xalqın 
qoyduğu  əmanət  hesabları  təşkil  edir.    Əmanət  növləri  bir-birindən  fərqli  olan  bu  qurumların 
ümumi xüsusiyyətlərini aşağıdakı kimi sıralamaq mümkündür: 
1. bu qurumlar, təklif etdikləri əmanət ilə bağlı şərtləri açıqlayır və tələb edilən miqdarı tam 
olaraq təklif edirlər və əmanət olaraq qoyulan pulun nominal toplamını gələcəkdə geri ödəməyi 
öhdəlik edirlər; 
2. kiçik yatırımçılar tərəfindən də tələb edilə biləcək finans aktivləri təklif edilir; 
3.  bu  qurumların  təklif  etdikləri  əmanətlərin  bir  hissəsi  dövlətlə  bağlı  xüsusi  təyinatlı 
qurumlar tərəfindən sığorta edilir. 
Finans  bazarlarında  əmanət  toplayan  qurumlar  aşağıdakılardır:  Kredit  ittifaqları,  Kommersiya 
bankları, Əmanət bankları,  Əmanət və Kredit  birlikləri və Pоçt-bank  qurumları  olmaqla beş qrup 
altında toplaya bilərik. 
Kommersiya  bankları  topladıqları  müddətli  və  müddətsiz  əmanətlərlə  bərabər,  dolayı 
finans alətlər qarşılığında fond toplayaraq səhm, istiqraz və çeşidli kredit alətlərinə yatıran finans 
qurumlarıdır. "Kommersiya bankı" adı bankların ticarətlə yaxından əlaqədar olmasını xəbər verir. 
Kommersiya bankları qurulduqları ilk günlərdən bəri şirkətlərə kredit vermə əməliyyatını həyata 
keçirirlər. Son illərdə kredit verilən qrupların sırası genişlənsə də, bu bankların təməl kreditləndir-
dikləri  qruplar  hələ  də  şirkətlərdir.  Bütün  kommersiya  banklarının  başlıca  iki  funksiyası  vardır: 
borc  almaq  və  borc  vermək.  Borc  almaq  çox  zaman  əmanət  şəklində,  borc  vermək  isə  kredit 
şə
klində ortaya çıxır. Kommersiya banklarının bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən 
biri  də  bank  pulunu  yarada  bilməsidir.  Bank  pulu  banka  qoyulan  əmanətin  məcburi  ehtiyat 
normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində yaranır. 
Bank  pulu  çek  sisteminin  tətbiq  edildiyi  ölkələrdə  böyük  rol  oynayır.  Kommersiya  banklarının 
fond  qaynaqlarını  müddətsiz  və  müddətli  əmanət  hesabları,  Mərkəz  bankının  avansları  və 
iştirakların  mənfəətləri  təşkil  edir.  Kommersiya  bankları  çoxçeşidli  əmanət  hesabları  təklif 
etməklə fond çoxluğuna sahib olanlara xidmət göstərirlər. 
Ə
manətlərdən təşkil edilən fondlar və həqiqətən verilən kreditlər və ya qiymətli kağız alımı 
ilə  fond  kəsri  olanlara  fond  transfer  edirlər.  Kommersiya  bankları  əmanət  və  borcvermə 
xidmətləri,  fərdlərə,  şirkətlərə,  dövlət  qurumlan  tərəfindən  verilən  kredit  əmanət  servisləri  kimi, 
özəl və ya dövlət sektorlarına xidmət göstərirlər. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə