Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə62/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   58   59   60   61   62   63   64   65   ...   131

 
125 
Sterilizasiya əməliyyatları Artmış pul kütləsinin inflyasya potensiala malik izafi hissəsinin 
dövriyyədən  çıxarılmasına  yönəldilmiş  əməliyyatlara  Mərkəzi  Bankın  sterilizasiya  əməliyyatları 
deyilir. Bununla belə xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması 
ə
məliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir. 
SVOP  (məzənnə  SVOP-u)  Məzənnə  riskindən  sığortalanmaq  məqsədilə  müəyyən 
müddətdən  sonra  yenidən  əksinə  mübadilə  edilməsi  şərtilə  milli  valyutanın  xarici  valyutaya 
mübadilə edilməsi. 
Tədiyə Balansı Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric 
formasında  valyuta  ilə  ifadə  olunmuş  dəyəridir.  Başqa  sözlə,  tədiyə  balansı  beynəlxalq  iqtisadi 
ə
məliyyatların  həyata  keçirilməsi  nəticəsində  milli  iqtisadiyyata  daxil  olan  və  xaricə  çıxarılan 
valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Başqa sözlə, tədiyə balansı ölkə rezidentlərinin 
müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən 
statistik  hesabat  sistemidir.  nstitusional  vahidin  rezidentlik  statusu  onun  hər  hansı  bir  ölkənin 
iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi və bu əraziyə sıx bağlılığı ilə müəyyən 
edilir.  Tədiyə  balansi  4  hissədən  ibarətdir:  1.  Cari  Əməliyyatlar  balansı;  2.  Kapitalın  və 
maliyyənin hərəkəti balansı; 3. Ehtiyat aktivlərin dəyişməsi və 4. Balanslaşdırıcı maddələr.  
Xalis daxili aktivlər - Bank sisteminin mərkəzi hökumət, rezident maliyyə təşkilatları və 
dövlət idarəetmə orqanları ilə apardığı aktiv-passiv əməliyyatlarının saldosudur. O cümlədən bank 
sisteminin  ev  təsərrüfatları,  müəssisə  və  təşkilatlarla  apardığı  kredit  əməliyyatları  xalis  daxili 
aktivlər bölməsində öz əksini tapır. 
Xalis xarici aktivlər - (kommersiya bankları üzrə) Kommersiya bankları tərəfindən qeyri-
rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların 
saldosudur. 
Yenidən  maliyyələşdirmə  əməliyyatları  Mərkəzi  Bank  tərəfindən  kommersiya  banklarının 
likvidlik  ehtiyaclarının  ödənilməsi  məqsədilə  müəyyən  edilmiş  qaydalara  uyğun  şəkildə 
kreditlərin verilməsidir. 
Yumşaq pul siyasəti-  Yumşaq pul siyasəti dedikdə əsasən resessiyanın qarşısının alınması 
və iqtisadi aktivliyin artırılması məqsədilə həyata keçirilən pul siyasəti nəzərdə tutulur. Bu zaman 
məsələn  Mərkəzi  Bank  özünün  faiz  dərəcələrini  aşağı  salır  ki,  bu  da  həm  əmanətlər,  həm  də 
kreditlər üzrə faiz dərəcələrinə azaldıcı təsir edir. 
 
 
XAR C  ÖLKƏLƏR N MƏRKƏZ  BANKLARININ MƏQSƏD VƏ VƏZ FƏLƏR   
 
ABŞ FEDERAL EHT YAT SISTEM  
 
Federal  Ehtiyat  Sistemi  ABŞ-ın  mərkəzi  bank  sistemidir.  Federal  Ehtiyat  Sistemi  ABŞ 
tarixində  sayca  üçüncü  mərkəzi  bank  sistemidir.  Daha  əvvəl  Birləşmiş  Ştatların  Birinci  Bankı 
(1791-1811) və Birləşmiş Ştatların  kinci Bankı (1816-1836) valyutanın dövriyyəyə buraxılması, 
kommersiya  kreditlərinin  verilməsi,  depozitlərin  qəbul  edilməsi  və  qiymətli  kağızların 
buraxılması kimi fəaliyyət xidmətləri göstərməklə yanaşı çox sayda filiallara malik olmuş və ABŞ 
Xəzinədarlığının maliyyə agenti olaraq fəaliyyət göstərmişdir. 
1907-ci ildə  Konqres  bank  işi  və  valyuta  islahatlarının  öyrənilməsi  üçün  respublikaçıların 
Senatdakı  lideri  Nelson  Aldriçin  rəhbərlik  edəcəyi  Milli  Monetar  Komissiya  yaratmışdır. 
Amerikanın mövcud monetar sistemi və Avropanın mərkəzi bank sistemi öyrənilmiş və nəticədə 
“Aldriç Planı” hazırlanmışdır. 23 dekabr 1913-cü il tarixində Aldriç Planı “Federal Ehtiyat Planı” 
olaraq təsdiqlənmişdir. Federal Ehtiyat Sistemi 16 noyabr 1914-cü ildə fəaliyyətə başlamışdır.  
I  Dünya  Müharibəsi  zamanı  müharibə  istiqrazlarınin  verilməsi  ilə  məşğul  olan  Federal 
Ehtiyat  Sistemi,  1933-cü  ildə  Franklin  Ruzveltin  hakimiyyətə  gəlməsi  ilə  subordinasiyalı  craçı 
Filial  statusu  almış  və  yalnız  1951-ci  ildə  öz  müstəqilliyini  əldə  etmişdir.  Həmin  tarixdən  bu 
günədək  müxtəlif  siyasi  yanaşmalar  qəbul  etməsinə  baxmayaraq,  Federal  Ehtiyat  Sisteminin 
səlahiyyətlərində əhəmiyyətli dəyişiklik olmamışdır.  


 
126 
Hal-hazırda Federal ehtiyat sistemi aşağıdakı funksiyaları yerinə yetirir: 
1. tam  məşğulluğun  və  qiymət  stabilliyinin  əldə  edilməsi  məqsədilə  pul  və  kredit 
dövriyyəsinə təsir göstərmək yolu ilə milli monetar siyasəti idarə edir; 
2. bank  və  maliyyə  sistemlərinin  möhkəmliyinin  və  təhlükəsizliyinin  təmin  edilməsi 
məqsədilə bank müəssisələrinə nəzarət edir və onların fəaliyyətini tənzimləyir; 
3. maliyyə sisteminin stabilliyini saxlayır və maliyyə bazarlarındakı riski azaldır; 
4. ABŞ hökumətinə, ictimaiyyətə, maliyyə müəssisələrinə maliyyə xidmətləri göstərir, milli 
hesablaşma sisteminin idarəetməsində də mühüm rol oynayır. 
Federal Ehtiyat Sisteminin təşkilati strukturu aşağıdakılardan ibarətdir: 
♦  Federal  Ehtiyat  Direktorlar  Şurası  –  müstəqil  federal  hökumət  təşkilatıdir.  7  üzvdən 
ibarət  Direktorlar  Şurasının  hər  biri  üzvü  Prezident  tərəfindən  təyin  olunaraq  Senat  tərəfindən 
təsdiqlənsə də, əsas etibarilə müstəqil şəkildə fəaliyyət göstərir. Fəaliyyət müddəti 14 il olan hər 
bir  üzv,  o  müddət  ərzində  prezident  tərəfindən  vəzifəsindən  kənarlaşdırıla  bilər.  Şura 
Nümayəndələr  Palatasının  Spikerinə  illik  fəaliyyətlə  bağlı  hesabat  verir.  Ölkənin  monetar 
siyasətin yaradılması öhdəliyi daşıyan Şura, həmçinin Federal Ehtiyat Banklarının və ümumilikdə 
ABŞ bank sisteminin fəaliyyətlərinə nəzarət edərək tənzimləyir.    
♦  Federal  Açıq  Bazar  Komitəsi  –  qısamüddətli  fəaliyyət  hədəfləri  qoyaraq  monetar 
siyasətini  müəyyən  edir.  Bundan  əlavə,  xarici  valyuta  bazarına  müdaxilənin  ABŞ  Xəzinədarlığı 
tərəfindən koordinasiya edilməsinə baxmayaraq, Komitə Federal Ehtiyat Sistemi tərəfindən xarici 
valyuta  bazarlarında  həyata  keçirilən  əməliyyatların  yönəldilməsi  ilə  məşğuldur.  Komitənin  12 
üzvündən  7-si  Direktorlar  Şurasının  üzvü,  5-i  isə  regional  Federal  Ehtiyat  Banklarının 
nümayəndələridir.  kinci  ərazi  olan  Nyu  Yorkdan  başqa  digər  regional  Banklardan  olan 
nümayəndələr növbəli qaydada 2-3 illik müddətə seçilir.    
♦  Federal  Ehtiyat  Bankları  –  özəl  korporasiyaların  və  dövlət  federal  təşkilatların  bir  sıra 
xüsusiyyətlərini  özündə  cəmləyir.  Üzv  bankların  hər  biri  özünün  regional  Federal  Ehtiyat 
Bankında  müzakirə  olunmayan  səhm  payına  malik  olsa  da,  bu  pay  ona  Federal  Ehtiyat 
Banklarının  fəaliyyətinə  yalnız  məhdud  nəzarət  verir  və  Federal  Ehtiyat  Bankının  nizamnaməsi 
qanun əsasında təsis olunur və onun üzv banklar tərəfindən dəyişdirilməsi mümkün deyil. Hazırda 
12 Federal Ehtiyat Bankı mövcuddur.  
 
KANADA BANKI 
 
Kanadanın  mərkəzi  bankı  olan  Kanada  Bankı  1934-cü  ildə  Kanada  Bankı  haqqında 
Qanunun qəbul olunması ilə təsis olunmuşdur. Bankın yaranma məqsədi “Kanadanın iqtisadi və 
maliyyə rifahının dəstəklənməsidir.  
Uzun  illər  Kanadanın  mərkəzi  bankı  olmamış  və  bank  sistemi  Kanada  Banklar 
Assosiasiyası  tərəfindən  tənzimlənmişdir.  Kanada  Bankı  1934-cü  ildə  qəbul  edilmiş  “Kanada 
Bankı haqqında Qanuna əsasən yaradılmışdır. 1938-ci ildə Qanuna dəyişiklik olunmuş və Kanada 
Bankı  milliləşdirilərək  Krallığın  korporasiyası  olaraq  fəaliyyətə  başlamıışdır.  Kanada  Bankı 
günümüzdə də dövlətin bankı kimi fəaliyyət göstərir. 
Bank  yaradıldıqdan  sonra  pulların  buraxılması  hüququ  Dövlət  Maliyyə  Departamentindən 
alınaraq  Kanada  Bankına  verilmiş  və  özəl  banklardan  öz  valyutalarını  dövriyyədən  çıxarmaları 
tələb olunmuşdur.  
kinci  Dünya  Müharibəsi  dövründə  Kanadanın  müharibədə  iştirakını  maliyyələşdirən 
Kanada  Bankı  müharibədən  sonra  fəaliyyətini  genişləndirərək  Kanadanın  iqtisadi  inkişafını 
dəstəkləmək  üçün  səlahiyyətləndirilmişdir.  Kanada  biznesinə  investisiya  qoyuluşunu 
stimullaşdırmaq  üçün  törəmə  Sənaye  nkişaf  Bankı  təsis  olunmuşdur.  Bankın  monetar  siyasəti 
inflyasiyanın  azaldılmasından  daha  çox  faiz  dərəcələrinin  aşağı  salınması  və  işsizliyin  aradan 
qaldırılmasına  yönəlmişdi.  1960-cı  illərdə  inflyasiyanın  artmağa  başladığını  görən  Ceyms  Koyn 
(Kanada Bankının Sədri) pul təchizatının azaldılması tapşırığını vermişdir. Bununla razılaşmayan 
Baş  Nazir  Con  Difenbeyker  işsizliyin  aradan  qaldırılması  strategiyasına  keçid  tapşırığını 
vermişdir. Kanada Bankı siyasi nəzarətdə olmayan dövlət təşkilatı olaraq tanındığından bu hadisə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə