Microsoft Word bank ucotu proqram+1



Yüklə 269,78 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix31.08.2018
ölçüsü269,78 Kb.
#65764
1   2   3   4   5   6   7   8   9

 

qaytarılmasını təmin etmək üçün həmin bankda yerləşdirilmiş depozitlərlə və 



ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq 

olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə girovun bazar 

dəyəri kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin 

edilmişdir (girov dedikdə ipotekalar da başa düşülür). 

       Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş 

məbləğindən aşağı olan girovla və 

ya digər təminatla təmin edilmiş kreditdir. 

       Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən 

təqdirdə, bu təminatın bazar dəyəri yoxdur, etibarlı şəxs tərəfindən 

verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə uyğun 

olaraq rəsmiləşdirilməmişdir. 

       Restrukturizasiya olunmuş kredit – bu elə kreditdir ki, adi şəraitdə 

bankın güzəştə getmədiyi, lakin borclunun maliyyə vəziyyətinin pisləşməsi 

səbəbindən o, qaytarılmasını təmin etmək məqsədilə müqavilədə nəzərdə 

tutulduğundan daha əlverişli  şərtlərlə yenidən  rəsmiləşdirilmişdir 

(məsələn, faiz dərəcəsi azaldılmış, yaxud hesablanmış faizlərin alınması 

hüququndan tam və ya qismən imtina edilmiş, yaxud borcalan tərəfindən 

ödəniş aparılmadan əsas və faiz borclarının məbləği azaldılmış və 

qaytarılma müddəti uzadılmış kreditlər). 

       Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və 

ya ümidsiz təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivdir. 

       Bazar dəyəri - "ədalətli satışın" bütün şərtlərinə əməl etməklə açıq 

bazarda əmlakı almaq üçün ehtimal olunan ən münasib qiymətdir. 

        Hesablama metodu ilə hesablanmayan aktiv − faizlərinin 

hesablanması dayandırılmış aktivdir. 

        Yığılma prosesində olan kredit - borcalan tərəfindən ödəniş şərtləri 

pozulmuş elə kreditdir ki, onun məhkəmə iddiası irəli sürmədən  borcalan 

tərəfindən, yaxud zəruri  tədbirlər  görməklə təminat hesabına qaytarılması 

və ya əlavə təminat hesabına onun qaytarılması üçün məhkəmə qərarının 




 

müvafiq vaxt ərzində verilməsi ehtimalı vardır. 



        Faizin kapitallaşdırılması − müqaviləyə əsasən ödənilmə vaxtı 

çatmış faizlərin ödənilməmiş hissəsinin kreditin qalıq məbləğinə əlavə 

olunmasıdır. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud yeni kredit 

kimi rəsmiləşdirilmiş faizlər də aiddir. 

        Qeyri-işlək kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas 

məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş 

müddətlərdən  90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış 

və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti  

uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox 

gecikdirilmiş overdraftlardır. 



        Qeyri-işlək kreditin məbləği - ödənilməmiş faiz məbləği istisna 

olmaqla kreditin əsas məbləğinin ödənilməmiş qalığıdır 

         İşlək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən  kreditdir. 

      Zərərin ödənilməsi üçün ehtiyatlara ayırmalar - təsnifləşdirilən aktivlər üzrə 

mümkün (gözlənilən və ya gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid 

edilən xüsusi ehtiyatların məbləğidir. 

        Xüsusi ehtiyatlar- aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar”a və 

“məqsədli ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə 

ə

laqədar mümkün zərərin ödənilməsi üçün istifadə olunur. 



       Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart 

aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır. 

       Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyatlar" - bankın 

“qeyri-standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış 

ehtiyatdır. 

       Banklararası tələblər - müəyyən müddətə və ya tələb olunanadək bir bank 

tərəfindən digər bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab 

qalıqlarıdır. 

      Ödəməmələrə görə balansa  götürülmüş daşınmaz əmlak - borcalanın 

borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank tərəfindən balansa 




10 

 

götürülən daşınmaz əmlakdır.  



       Təsnifləşdirmə məqsədi ilə- bu anlayışa əldə edılməsı mənbəyindən asılı 

olmayaraq keçmişdə bankın və ya onun struktur bölmələrinin ofisləri kimi istifadə 

edilmiş, hazırda  istifadə  olunmayan və istifadəsi nəzərdə  tutulmayan  binalar  və 

tikililər də daxildir. 



      Ödəməmələrə görə balansa  götürülmüş daşınar əmlak - nəqliyyat 

vasitələri, avadanlıqlar (daşınmaz əmlaka birbaşa bağlanmamış daşınar əmlak), 

qiymətli kağızlar, digər daşınar əmlak və maliyyə aktivləri daxil olmaqla, 

borcalanın borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank tərəfindən 

üzərində mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır. 

       Qeyd olunmuş dəyər - kreditin əsas məbləğinin ödənilməmiş hissəsidir. 

Kredit olmayan aktivin“qeyd olunmuş dəyəri” onun əldə edilməsi qiymətidir. 

       Kreditin ümumi  dəyəri    -    borcun  əvvəlki silinmələri nəzərə alınmadan 

(yəni xüsusi ehtiyat fondu hesabına   əvvəllər  silinmiş borclar çıxılmaqla) bütün 

hesablanıb alınmamış faizlər,  komissiyon haqları və digər ödənişlər 

(kapitallaşdırılmış) daxil olmaqla ödənilməmiş kredit məbləğidir 

       Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar 

ödənilməklə və ya  ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə 

qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə  tutan bankın balansında 

aparılan cari, əmanət  (depozit) və  ya digər  hesaba qoyulmuş və  ya köçürülmüş 

pul vəsaitidir. 

       Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin 

sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş 

məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb 

və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir. 



       Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş 

normativlərə,qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, 

idarəetmə və nəzarət üsuludur. 

       Bankın məcmu kapitalı  (öz vəsaiti) — prudensial hesabatlıq məqsədləri üçün 

istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə 




Yüklə 269,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə