Microsoft Word bank ucotu proqram+1



Yüklə 269,78 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix31.08.2018
ölçüsü269,78 Kb.
#65764
1   2   3   4   5   6   7   8   9

11 

 

müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan 



komponentlərin (elementlərin) cəmi 

və onlardan tutulmaların fərqidir. 



       Kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, 

saxlanması və 

qorunması üzrə əməliyyatların məcmusudur. 

       Kassa  qovşağı  – kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, 

texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər 

qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat 

kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və 

qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun 

sayılması üçün sahə). 



      Gündüz  mədaxil  kassası  – əməliyyat  günü ərzində nağd pul və digər  

qiymətlilərin  qəbulunu həyata keçirən mədaxil kassasıdır. 



      Axşam  mədaxil  kassası  – əməliyyat günündən sonra nağd pul və digər 

qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassasıdır. 



      Məxaric  kassası  – əməliyyat  günü ərzində nağd pul və digər  qiymətlilərin  

verilməsini  həyata keçirən kassadır. 



      Mədaxil-məxaric  kassası  − həm  mədaxil,  həm  də məxaric   kassalarının 

funksiyalarını həyata keçirən kassadır. 



      Yenidənsayma  kassası  – müştərilərdən  qəbul  edilmiş nağd pul və digər  

qiymətlilərin  yenidən sayılmasını və formalaşdırılmasını həyata keçirən kassadır. 



      Kassir – kassa əməliyyatlarını həyata keçirən şəxsdir. 

      Kassa sənədi – kassa əməliyyatlarının aparılması üçün istifadə olunan 

sənədlərdir. 



       Pul anbarı – qiymətlilərin saxlanması, qorunması və mühafizəsi üçün sahədir 

(otaq, anbar, yer). 



      Formalaşdırma – əskinasların və sikkələrin nominal dəyərləri, dövriyyəyə 

yararlı və yararsızlığı üzrə çeşidlənməsi və bağlanmasıdır. 



      Banderol  – pul dəstləri  bağlamaq üçün Mərkəzi  Bank tərəfindən  təsdiq  


12 

 

edilmiş vahid formalı kağız lentdir. 



       Dəst      –    eyni    nominal    dəyərdən      olan    100    (yüz)    vərəqdən      ibarət   

ə

skinasların   banderol  ilə bağlanmasıdır. 



      Bağlama    –  eyni  nominal  dəyərdən  olan  10  (on)  ədəd  dəstdən  (1000  vərəq) 

ibarət   əskinazların bağlanmasıdır. 

aməliyyat  günü  – kredit təşkilatlarının  daxili qaydaları ilə  müəyyən  edilmiş iş 

günü ərzində müştərilərə xidmət göstərilən müddətdir. 



     Bankomat – kassirin iştirakı olmadan nağd pulun verilməsi  və  qəbul  edilməsi  

üçün istifadə 

olunan avtomat qurğudur. 

     Qiymətlilər  -  nağd  pul,  qiymətli  kağızlar,  qiymətli  metallar  və  daş  –  qaşlar, 

zinət əşyaları. İnkassasiya -  nağd pul  və  digər  qiymətlilərin olduğu  yerdən təyinat 

yerinə  daşınması.  İnkassator  -  nağd  pulun  və  digər  qiymətlilərin  inkassasiyasını 

həyata  keçirən  şəxs.  Qiymətləndirmə  -  ixtisaslı  qiymətləndirici  (qiymətləndirmə 

fəaliyyətini  müvafiq  dövlət  orqanı  tərəfindən  verilmiş  lisenziya  əsasında  həyata 

keçirən)  tərəfindən  müstəqil,  obyektiv  və  qərəzsiz  surətdə  tərtib  edilmiş  yazılı 

nəticədir.  Burada  konkret  tarixə  toplanmış  müvafiq  məlumat,  onun  təhlili  və 

qiymətləndirilən əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur. 



      Mərkəzi  bankın      notları  -  Mərkəzi  Bank  tərəfindən  bir  ilədək  müddətinə 

buraxılan  adlı  sənədsiz  dövlət  güzəştli  qiymətli  kağızlardır.  Qısamüddətli  notlar 

dövriyyədə  olan  pul  kütlısinin  tənzimlənməsi  üçün  nəzərdə  tutulmuş  pul  siyasəti 

vasitəsidir. 



      REPO  –  Mərkəzi  Bank  (və  ya  bir  kommersiya  bankı  )  tərəfindən  qiymətli 

kağızların digər banka sonradan geri almaq şərti ilə satışıdır. 



       SVOP  -  (məzənnə  SVOP-u)    -  Məzənnə    riskindən  sığortalanmaq  məqsədilə  

müyyən    müddətdən  sonra  yenidən    əksinə    mübadilə    edilməsi    şərtilə    milli  

valyutanın  xarici valyutaya  mübadilə  edilməsi. 

         Törəmə  təşkilat  –  o  təşkilatdır  ki,  onun  nizamnamə  kapitalında  üstün 

iştirakına  görə  və  ya  iştirakçıları  arasında  bağlanmış  müqaviləyə  müvafiq  sürətdə 

digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna 




13 

 

malikdir. 



         Baş  təşkilat    (baş  bank)    –  törəmə  təşkilatın  nizamnamə  kapitalında  üstün 

iştirakına  görə  və  ya  törəmə    təşkilatın    digər    iştirakçıları  ilə    bağlanmış 

müqaviləyə    müvafiq  sürətdə    törəmə    təşkilatın    qəbul  etdiyi  qərarları 

müəyyənləşdirmək hüququna malik təşkilatdır. 



         Holdinq    şirkəti  –  kommersiya  bankları  daxil  olmaqla,  bir  və  ya  bir  neçə 

törəmə təşkilatda paya sahib olmaq və onları idarə etmək  məqsədi  ilə fiziki və/  və 

ya hüqüqi şəxs(lər)  tərəfindən  yaradılmış qrupdur. Bu Qaydaların məqsədləri üçün 

holdinq şirkətləri aşağıdakılara bölünür: 

         Bank holdinq  şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə 

bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları 

tərəfindən tənzimlənən və nəzarət  olunan qrupdur. 

       Maliyyə holdinq  şirkəti – bank və yalnız maliyyə sektorunda fəaliyyət  

göstərən digər törəmə təşkilatlarından ibarət olan qrupdur. 

       Qeyri-maliyyə  holdinq   şirkəti   –  bank  daxil  olmaqla,  iqtisadiyyatın  

müxtəlif   sahələrində  fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan 

qrupdur. 

        Konsolidasiya  əsasında hazırlanmış maliyyə hesabatları – baş təşkilatın 

və onun bütün törəmə təşkilatlarının MHBS-a uyğun tərtib edilmiş icmal maliyyə 

hesabatlarıdır. 

 

        



AZIPS – Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemidir. 

       SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemidir. 

       XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir. 

       BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir. 

       İştirakçı –AZIPS və/və ya XÖHKS-ə dair Kollektiv Sazişə qoşulmuş 

(müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).  



       Autsayder – AZIPS və/və ya XÖHKS-in İştirakçısı olmayan (müvafiq 

sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).   




Yüklə 269,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə