Microsoft Word bank ucotu proqram+1



Yüklə 269,78 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix31.08.2018
ölçüsü269,78 Kb.
#65764
1   2   3   4   5   6   7   8   9

14 

 

       Emitent İştirakçı – vəsaiti göndərən İştirakçıdır. 



       Benefisiar İştirakçı – vəsaiti alan İştirakçıdır. 

       Valyutalaşma tarixi – ödəniş sənədinin icra olunma tarixidir. 

        Kod – banka (müstəsna hallarda digər hüquqi şəxsə) Mərkəzi Banktərəfindən 

verilmiş altı rəqəmli identifikasiya nömrəsidir. 

         SWIFT BİK-i – banka (müstəsna hallarda digər hüquqi şəxsə) SWIFT 

tərəfindən verilmiş identifikasiya nömrəsidir. 



         Paket ödənişləri – XÖHKS-də İştirakçılar tərəfindən qruplaşdırılan ödəniş 

tapşırıqlarıdır.  



         Klirinq hesabı – İştirakçıya XÖHKS-də açılmış hesabdır. 

         Klirinq sessiyası – XÖHKS-də gün ərzində İştirakçıların Paket 

ödənişlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis 

mövqelərin (Klirinq hesabına daxil olan ödənişlərin cəmi ilə Klirinq hesabından 

silinən ödənişlərin cəmi arasındakı fərq) müəyyənləşdirilməsi dövrüdür. 



         Klirinq – XÖHKS-də Klirinq sessiyası ərzində İştirakçıların xalis 

mövqelərinin müəyyənləşdirilməsi prosesidir. 



        Müxbir subhesab – İştirakçının XÖHKS-də əməliyyatlar aparmaq məqsədi 

ilə BMS-də açılmış subhesabıdır. 



       Ümumi fayl (MT150) – Paket ödənişləri əsasında İştirakçı tərəfindən 

yaradılan və XÖHKS-ə göndərilən fayldır. Banklar arasında milli valyutada 

hesablaşmalar Mərkəzi Bankda açılmış Müxbir hesab vasitəsi ilə həyata keçirilir. 

      Plastik kartlar - kart sahibinə mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin 

həyata keçirilməsi, habelə banklardan və bankomatlardan nağd pul vəsaiti almaq 

imkanı verən şəxsi ödəniş vasitəsidir. Plastik kartlardan istifadə qaydası kart 

sahibi və emitent bank arasında qarşılıqlı öhdəliklərlə tənzimlənir. 

       Plastik kartlar fiziki və hüquqi şəxslərə verilir.Bank tərəfindən hər bir kart 

sahibi üçün ayrıca bank hesabı açılır.  




15 

 

       Korporativ kartlar - hüquqi şəxs olan kart sahibinə öz hesabı üzrə 

ə

məliyyatlar həyata keçirməyə imkan verən plastik kartlardır.  



       Plastik kartlarla əməliyyatlar iki yolla həyata keçirilir: 

- bankomatlar vasitəsilə: 

- Pos-terminallar vasitəsilə. 

      Bankomatlar - plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, 

mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya 

üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə 

onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində 

çıxarış) almağa imkan verir. 

      Pos-terminallar - plastik kartların maqnit lentində və ya «çip»-də 

yerləşdirilmiş məlumatı oxumaq imkanına malik olan və plastik kartlar üzrə 

ə

məliyyatların həyata keçirilməsi məqsədilə bankla əlaqə yarada bilən elektron 



qurğulardır.Pos-terminallar ticarət və xidmət məntəqələrində yerləşdirilir.   

       Prosessinq mərkəzi - bankomatlar şəbəkəsinə və plastik kartları ödəməyə 

qəbul edən ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir 

təşkilat və ya bank bölməsidir. Prosessinq mərkəzi kredit təşkilatlarının məlumat 

mübadiləsi şəbəkəsinə çıxışa malikdir. Prosessinq mərkəzinin köməyiilə 

ə

məliyyatların avtorizasiyaları həyata keçirilir. Plastik kartlara xidmət prosesində 



meydana çıxan ödəniş öhdəliklərinin yerinə yetirilməsinin təminatçısı onu buraxan 

emitent bankdır. Buna görə də plastik kartlar qüvvədə olduğu bütün müddət 

ə

rzində bankın mülkiyyəti olaraq qalır, kart sahibləri (müştərilər) isə plastik 



kartların istifadəçisi kimi çıxış edir.  

   Plastik kartlar xarakterinə görə iki növə ayrılır:  

- debet kartları; 

- kredit kartları. 



      Debet kartları - kart sahibinə bank hesabında olan məbləğ həddində vəsaitin 

birbaşa silinməsi yolu ilə mal, iş və xidmətlərə görə hesablaşmaların həyata 




16 

 

keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik 



kartlardır. Debet kartlarının sahibləri qabaqcadan emitent bankdakı hesabına 

müəyyən məbləğdə vəsait daxil etməlidir. Kartdan istifadə etməklə 

hesablaşmaların həyata keçirilməsi zamanı hesabda olan vəsait aparılan 

ə

məliyyata müvafiq olaraq azalır.  



       Kredit kartları - kart sahibinə bank krediti hesabına mal, iş və xidmətlərə 

görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin 

alınmasını təmin edən plastik kartlardır. Kredit kartları üçün müəyyən limitlər 

müəyyənləşdirilir. Açılmış hesab üzrə vəsaitin limiti kart sahibinin vəsait 

xərcləməsi üçün ona açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. Kredit 

birdəfəlik, həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı 

müqavilədən asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir hissəsi 

ödənildikdən sonra bərpa edilir. 

       Çek - orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə 

ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı 

sərəncamından ibarətdir.       

      Nağdsız hesablaşma – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri 

vasitəsilə həyata keçirilən ödənişdir 



      Ödəniş sənədi – nağdsız qaydada pul vəsaitinin kredit təşkilatı (bundan sonra 

“bank” adlanacaq) vasitəsi ilə ödənilməsi barədə yazılı şəkildə kağız üzərində 

(kağız daşıyıcı) və ya elektron formada (elektron daşıyıcılarda) rəsmiləşdirilən 

sərəncamdır



     Pul köçürməsi – bank hesabı açılmadan nağd pulun fiziki şəxs tərəfindən 

banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir 



                                                 

 

                                     

 


Yüklə 269,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə