Microsoft Word bank yeni2013. doc



Yüklə 273,28 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix31.08.2018
ölçüsü273,28 Kb.
#65819
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

4





Bankın  şöbəsi  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb 

edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.  

Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, 

bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə 

edən bankın ayrıca bölməsidir.  

Bank  olmayan  kredit  təşkilatı  -öz  vəsaiti  və/və  ya  cəlb  edilmiş  vəsait  hesabına 

(depozitlər  istisna  olmaqla)  yalnız  pul  formasında  kreditlər  verməklə  məşğul  olan  hüquqi 

şə

xsdir.  


Bank  lisenziyası  -  Qanunla  müəyyən  edilmiş  qaydada  verilən,  fiziki  və  hüquqi 

şə

xslərdən  depozitlər  və  ya  digər  qaytarılan  vəsaitlər  cəlb  etmək,  öz  adından  və  öz  hesabına 



kreditlər  vermək  ilə  bağlı  fəaliyyəti,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-

kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.  



Bank  krediti  -  bağlanmış  müqaviləyə  uyğun  olaraq  qaytarılmaq,  müəyyən  müddətə 

(müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və 

ya  təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul  vəsaitinin 

verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının 

diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş 

vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.  



Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya 

ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba 

köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba 

qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.  



Nağdsız  hesablaşma  –  pul  nişanlarından  istifadə  etmədən  ödəniş  sənədləri  vasitəsilə 

həyata keçirilən ödənişdir. 



Ödəniş  sənədi  –  nağdsız  qaydada  pul  vəsaitinin  kredit  təşkilatı  (bundan  sonra  “bank” 

adlanacaq)  vasitəsi  ilə  ödənilməsi  barədə  yazılı  şəkildə  kağız  üzərində  (kağız  daşıyıcı)  və  ya 

elektron formada (elektron daşıyıcılarda) rəsmiləşdirilən sərəncamdır. 

Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox 

faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul 

edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.  

nzibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  Idarə  Heyətinin  üzvləri, 

habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, 

bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.  



 

 

5





Banka  aidiyyatı  olan  şəxslər  -  bankın  inzibatçıları,  struktur  bölmələrinin  rəhbərləri, 

qərarların  qəbul  edilməsində  iştirak  edən  digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq 

münasibətlərində  olan  şəxslər  (əri/arvadı,  valideyni,  o  cümlədən  ərinin/  arvadının  valideyni, 

babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak 

payı  olan  hər  hansı  şəxs  və  ya  bankın  mühüm  iştirak  payı  olan  hüquqi  şəxs  və  həmin  hüquqi 

şə

xsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan 



hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.  

Banka aidiyyatı olan şəxs adından hərəkət edən şəxslər - aralarında bağladıqları müqavilə 

ə

sasında  banka  aidiyyatı  olan  şəxs  adından  hərəkət  etməyə  hüququ  olan  şəxs;  banka  aidiyyatı 



olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi.  

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və 

ya  bir  neçə  digər  iştirakçısına  verdiyi  və  ya  onlardan  aldığı  ödəniş  məbləğləri  üzrə  yaranan 

tələblərin  və  öhdəliklərin,  onların  fərqi  olan  bir  xalis  tələb  və  ya  bir  xalis  öhdəliyə  çevrilməsi 

prosesidir.  



"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır.  

"Yerli"  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.  



"Xarici"  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür.  



"Prudensial"-  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsinə  istiqamətlənmiş 

normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və 

nəzarət üsuludur.  

Bankın  məcmu  kapitalı  (öz  vəsaiti)  -  prudensial  hesabatlıq  məqsədləri  üçün  istifadə 

olunan  kapital  olmaqla,  Milli  Bankın  normativ  xarakterli  aktları  ilə  müəyyən  etdiyi  I  dərəcəli 

(əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan 

tutulmaların fərqidir. 



Korporativ  idarəetmə  –  bankın  strateci  baxışı  əsasında  onun  strateci  vəzifələrinin 

müəyyən  edilməsini,  bütün  idarəetmə  səviyyələrində  dəqiq  vəzifə  bölgüsünün  aparılmasını, 

idarəetmə orqanları üzvlərinin tutduğu vəzifələrə uyğunluğunu, risklərin səmərəli idarə edilməsi 

məqsədi ilə müfəssəl nəzarət sistemlərinin tətbiqini, habelə idarəetmənin şəffaflığına nail olmaq 

üçün daxili və xarici auditdən istifadəni təmin edən prudensial idarəetmə üsuludur. 

Fidusiar vəzifələr – bankın maliyyə göstərijilərinə nəzarət və onların qiymətləndirilməsi, 

qanunlara,  digər  normativ  hüquqi  aktlara  riayət  etməsinin  təmin  edilməsi,  habelə  Müşahidə 

Ş

urası  və  darə  Heyəti  tərəfindən  bankın  cari  və  gələcək  maraqlarının  toqquşması  hallarının 



qarşısını ala bilən vəzifələrdir. 


Yüklə 273,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə