Microsoft Word bank yeni2013. doc



Yüklə 273,28 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.08.2018
ölçüsü273,28 Kb.
#65819
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

6





Risklərin  idarə  edilməsi    -  bankın  fəaliyyətinə  xas  olan  risklərin  müəyyən  edilməsi, 

qiymətləndirilməsi,  onlar  barədə  hesabatların  hazırlanması,  məqbul  risk  limitlərinin  müəyyən 

edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır. 

Bank  olmayan  kredit  təşkilatları-    xüsusi  razılıq  (lisenziya)  əsasında  kreditlərin 

verilməsi və BOKT  haqqında Qanunda nəzərdə tutulmuş digər fəaliyyətnövlərini həyata keçirən 

ixtisaslaşmış kredit təşkilatı. 

 Poçt  rabitəsinin  milli  operatoru  —  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

universal  poçt  rabitəsi  və  poçt-maliyyə  xidmətləri  göstərilməsi  üçün  təyin  olunmuş  poçt 

operatoru; 



Prosessinq  fəaliyyəti  –  ödəniş  kartları  vasitəsilə  aparılmış  əməliyyatlar  haqqında 

məlumatların  toplanması,  emalı  və  ötürülməsi,  həmçinin  kart  emissiyasına  və  ekvayrinqinə 

texniki xidmət göstərilməsi üzrə fəaliyyətdir; 

Ödəniş  kartı  –  malların,  iş  və  xidmətlərin  ödənilməsi,  öz  hesabından  digər  şəxsin 

hesabına pul köçürülməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. 



Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri 

haqqında  məlumatların  mühasibat  hesablarında  ikili  yazılış  üsulu  ilə  toplanması,  qeydiyyatı  və 

ümumiləşdirilməsi sistemidir.  

Bank  əməliyyatları  –  kredit  təşkilatlarının  əmlakını,  öhdəliklərini,  kapitalını,  onların 

hərəkətini və ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır. 



Mühasibatlıq  -  əməliyyatların  aparılması  barədə  məlumatların  MHBS-yə  uyğun  olaraq 

mühasibat uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir.  



Bankomatlar - plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, mal, iş və 

ya  xidmətlərə  görə  nağdsız  ödənişin  həyata  keçirilməsi  və  inkassasiya  üçün  nəzərdə  tutulmuş 

bank  avtomatlarıdır.  Bundan  başqa,  bankomat  kart  sahibinə  onun  hesabının  cari  vəziyyəti 

haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.  



Debet  kartları  -  kart  sahibinə  bank  hesabında  olan  məbləğ  həddində  vəsaitin  birbaşa 

silinməsi  yolu  ilə  mal,  iş  və  xidmətlərə  görə  hesablaşmaların  həyata  keçirilməsi  və  nağd  pul 

şə

klində  vəsaitlərin  alınmasını  təmin  edən  plastik  kartlardır.  Debet  kartlarının  sahibləri 



qabaqcadan  emitent  bankdakı  hesabına  müəyyən  məbləğdə  vəsait  daxil  etməlidir.  Kartdan 

istifadə  etməklə  hesablaşmaların  həyata  keçirilməsi  zamanı  hesabda  olan  vəsait  aparılan 

ə

məliyyata müvafiq olaraq azalır.  



Kredit  kartları  -  kart  sahibinə  bank  krediti  hesabına  mal,  iş  və  xidmətlərə  görə 

hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik 

kartlardır. Kredit kartları üçün müəyyən limitlər müəyyənləşdirilir. Açılmış hesab üzrə vəsaitin 

limiti kart sahibinin vəsait xərcləməsi üçün ona  açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. 




 

 

7



Kredit birdəfəlik, həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı müqavilədən 

asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir hissəsi ödənildikdən sonra bərpa edilir.  

 

                                                               Giriş  



Bank işi fənninin proqramında yer alan mövzular gündəlik həyatda dövlət, korporativ və 

ictimaiyyət  tərəfindən  ən  çox  müzakirə  və  şərh  edilən  mövzulardır.  Əmanətlərə  və  kreditlərə 

tətbiq  edilən  faiz  dərəcəsi,  valyuta  məzənnəsi,  pul  aqreqatları  və  s.  bu  kimi  makroiqtisadi 

göstəricilər  iqtisadi  vahidlərin  maliyyə  və  investisiya  qərarlarına  təsir  göstərən  ən  önəmli 

amilldir.  

«Bank işi» fənninin  dərs proqramında:  maliyyə xidmətlər   sektorunun   iqtisadiyyatı; 

bank sisteminin təşkili və fəaliyyətinin hüquqi- iqtisadi əsaslari;  Mərkəzi Bankın  fəaliyyətinin 

ə

saslari;  ödəniş  sistemi;    kommersiya  banklarinin      fəaliyyətinin  əsaslari;  beynəlxalq  bankçiliq;   



banklarin  passiv  və    aktiv  əməliyyatları;  banklarin  pul  və  kapital  bazarinda  fəaliyyəti;    bank 

menedcmenti və marketinqi;  bank fəliyyətinin  maliyyə təhlili; banklarda korporativ idarəetmə 

sistemi; bank fəaliyyətində risklər;  bank sistemində böhran və ona qarşı  tətbiq olunan antiböhran 

tədbirlər  modeli  kimi  mövzular  tələbələrə    öyrədiləcək  və  onlar  tərəfindən    mövzuları  daha  da  

dərindən mənimsəmək məqsədilə interaktiv təlim metodlarından geniş istifadə olunacaqdır.  

Mövzuların  öyrənilməsi  prosesində  tələbələri  dünya  təcrubəsi  kontekstində 

Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və tənzimlənməsi 

prinsipləri,  qaydaları  və  normaları  əks  etdirən  normativ  sənədlərləri  ilə    tanış  edəcək  və 

bütövlükdə onlara  bank industriyası haqqında komleks bilik və informasiya  veriləcəkdir. 

«Bank  işi»  fənninin  tədrisində    əsas    məqsəd-  Azərbaycanda  bank  sisteminin  hüquqi 

bazasının,  iqtisadiyyatda  bank  xidmətlərinin  rolunu,  bank  sisteminin  stabil  və  təhlükəsiz 

fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  Mərkəzi  Bankın    rolunu  və  əhəmiyyətini,    bankların 

təşkili,  daxili  idarəedilməsi,  fəaliyyətinin  tənzimlənməsi  və  ləğv  edilməsi  prinsiplərini, 

qaydalarını və normalarını tələbələrə öyrətmək və izah etməkdir. 

«Bank işi» fənninin tədrisində  əsas vəzifələr: 

1.

  Bank  sisteminin  fəaliyyətini  tənzimlənməsini    əks  etdirən  normativ-  hüquqi  



sənədlərlərlə yaxından tanış etmək; 

2.

  Bank fəaliyyəti haqqında komleks nəzəri biliklər vermək; 



3.

  Bank  xidmət  və  məhsulları,  bank  marketinqi  və  menedcmenti,  bank  fəaliyyətində 

maliyyə nəticələrinin təhlili qaydalarını  praktik olaraq  istifadəsini öyrətmək; 

4.

  tələbələri  müasir  bank  sisteminin  vəziyyəti,inkişafı  və  problemləri  haqqında 



məlumatlandırmaq və bank sistemində  istifadə olunan əsas anlayişları izahını verməkdir.  

 

 




Yüklə 273,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə