Microsoft Word bank yeni2013. doc



Yüklə 273,28 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix31.08.2018
ölçüsü273,28 Kb.
#65819
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

8





I Mövzu. BANK S STEM  

Bank  işininin  fəlsəfi  mahiyyəti.  Bank  sisteminin  təsnifatı.  Bank  sisteminin  təşkili  və 

insitutsional    həlqələri.  Bank  sisteminin  tarixi  inkişafı.  Azərbaycanda  bank  sisteminin  tarixi 

inkişafı. Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları.  

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu  (17  aprel  2007-ci  il,  9  oktyabr  2007-ci  il,  6  noyabr  2007-ci  il,  26  may  2009-cu  il,  19 

iyun 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə). 

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu (4 mart 2005-ci il, 6 mart 2007-ci 

il, 17 aprel 2007-ci il, 19 oktyabr 2007-ci il, 2 oktyabr 2008-ci il, 26 may 2009-cu il və 30 iyun 

2009-cu il tarixli qanunlarla qəbul edilmiş dəyişikliklər və əlavələrlə).  

Bank  olmayan  kredit  təşkilatları  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (25 

dekabr 2009-cu il). 

Azərbaycan  Respublikasının  bank  sistemi:Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  

və kredit təşkilatları.  Azərbaycanda kredit təşkilatının strukturu: bank, xarici bankın yerli filialı 

və ya bank olmayan kredit təşkilatı.  

Poçt haqqında Azərbaycan Respublikasının Qanunu. Poçt rabitəsinin milli operatorunun  

maliyyə  xidmətləri.  Milli  operatorun  maliyyə  xidmətləri  sahəsində  fəaliyyətinə  dair  ümumi 

tələblər.   

Bank  sistemində  aktiv  həcminə  görə  bankların  təsnifatı:  kiçik,orta  və  iri  banklar.  Kapitalın 

mülkiyyətinə  görə  bankların  təsnifatı:  dövlət,  özəl,  xarici.  Azərbaycan  Respublikasının  bank 

sistemində  xarici  kapitalın  iştirakı.   Fəaliyyət növlərinə  görə  banklar:  kommersiya,  investisiya, 

inkişaf,  islam  bankları.  xtisaslaşmış  və  universal  banklar.  Xoldinq  bankçılıq.    Pərakəndə 

bankçılıq.Toptan  bankçılıq.  Beynəlxalq  bankçılıq.  On-  line  bankinq  xidmətləri.  Faizsiz  bank 

modeli.  slam bankçılıq sisteminin işləmə mexanizmi. 

Azərbaycanda müasir bank sisteminin xarakteristikası. Azərbaycan bank sektorunun icmalı. 

Azərbaycan  bank  sektorunun  kəmiyyət  və  keyfiyyət  göstəriciləri.  Azərbaycan  bank  sisteminin 

öhdəlikləri.  Azərbaycan  bank  sisteminin  aktiv  strukturu.  Azərbaycan  bank  sektorunun  kapitalı. 

Azərbaycan bank sektorunun fəaliyyətinin maliyyə göstəriciləri. 

Bank  sistemində  böhran  anlayışı.    Bank  sistemində  böhranların  tarixi  inkişafı.  Sistemli 

bank böhranlarının səbəb və nəticələri. Böhranın bank sistemində islahatların gücləndirilməsinə  

təsiri . Qloballaşma və  Bank böhranı. Qlobal « Yoluxma » effektinin  milli  iqtisadiyyata təsiri. 

2007-  2008  –ci  illərdə  qlobal    maliyyə  böhranının  xronikası  .  Qlobal  bank    böhrana  təsir  edən 

amillər.  Qlobal 2007- 2008 bank böhranının bəzi ölkələrə şok təsir  göstəriciləri.  nkişaf etmiş 

plkələrdə  bank    böhranlarının  səbəb  və  nəticələri.  nkişaf  etməkdə  olan  ölkələrdə  bank  

böhranlarının  səbəb  və  nəticələri.  Rusiyada      bank  böhranının  özəllikləri(1998  və  2008 



 

 

9



müqayisəli təhlil). Türkiyə  bank böhranının özəllikləri(2001 və 2008 müqayisəli təhlil). Qlobal 

böhranın (2008) Azərbaycan  bank sisteminə təsir kanalları.  

Bank  sistemində  tətbiq  olunan  antiböhran  siyasət.  Dövlət  idarəetmə  sistemində 

antiböhran siyasətin məqsədi. Dövlət idarəetmə sistemində antiböhran tədbirlər:  Bank sisteminin 

təcili xilasetmə tədbirləri; Monetar siyasət tədbirləri -  antiinflyasionist siyasətdən stimullaşdırıcı 

siyasətə keçid; Real sektora yönəlik tədbirlər planı və tələbi stimullaşdırmaq;  əhalinin neqativ və ya 

olumsuz gözləmələrinə qarşı tədbirlər.  

Bank  sistemində    xilasetmə  tədbirləri.  Bank  böhranı  sonrası  islahatların  məqsəd  və 

istiqamətləri.  Bank  böhranının  həllində  dövlətin  rolu  və  antiböhran  proqram  modelləri.  Bank 

sistemində nəzarət- makromaliyyə sabitliyinin  əsas amili  kimi.  

Banklarda  antiböhran  qərarların  optimal  reseptləri:  likvidlik,  risklrin  minimizə  etmək, 

xarici kapital cəlbi.  

Ə

manətlərin  sığortalanması  sisteminin  məqsədi.  Əmanət  siğorta  sistemi  bank  



sistemində böhranlara qarşı  maliyyə insitutu kimi. Əmanət siğorta fondu və onun Azərbaycanda  

fəaliyyəti.  

Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda maliyyə bazarının vəziyyətinin təhlili 

və  dəyərləndirilməsi.  Qlobal  böhranın  təsirlərinə  qarşı  Azərbaycan  bank  sisteminə  mübarizə 

tədbirləri.  Qlobal  iqtisadi-maliyyə  böhranı  şəraitində  Azərbaycanın  MB  antiböhran  monetar 

siyasət  proqramı.  Azərbaycan Mərkəzi  Bankı  tərəfindən  qəbul  edilmiş      mühüm  pul  siyasəti  və 

makro- prudensial idarəetmə qərarları. Azərbaycanda antiböhran tədbirlərin prioritetləri. 

 

 

II Mövzu.   Mərkəzi Bank  fəaliyyətinin əsasları  

 

Mərkəzi  Bankın    yaranma  tarixinin  mahiyyəti.  Mərkəzi  Bankın    məqsədləri:    öz 



səlahiyyətləri  daxilində  qiymətlərin  sabitliyininin  təmin  edilməsi;  bank  və  ödəniş  sistemlərinin 

sabitliyini və inkişafını təmin etməkdir. 

  Mərkəzi  Bankın        funksiyaları:    dövlətin  pul  və  valyuta  siyasətini  müəyyən  edir  və 

həyata  keçirir;    nağd  pul  dövriyyəsini  təşkil  edir;    manatın  xarici  valyutalara  nisbətdə  rəsmi 

məzənnəsini mütəmadi müəyyən edir və elan edir; valyuta tənzimini və nəzarətini həyata keçirir; 

sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;  tədiyə balansını 

tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;  bank fəaliyyətini 

lisenziyalaşdırır  və  tənzimləyir,  qanunla  müəyyən  edilmiş  qaydada  bank  fəaliyyətinə  nəzarəti 

həyata keçirir;  ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların 

üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. 




Yüklə 273,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə