Microsoft Word Banklarda stress testlerin aparilmasi qaydalari docx



Yüklə 155,38 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü155,38 Kb.
#69341


“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №_____ 

“___”___________2010-cu il 

 

Nazir müavini 

 

__________Toğrul Musayev 

 “Təsdiq edilmişdir” 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № _____ 

“___”___________2010-cu il 

 

Mərkəzi Bankın sədri 

 

________ Elman Rüstəmov 

 

 



 

 

Banklarda stress testlərin aparılması haqqında 



Qaydalar 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2010 

 

 




1.

 

Ümumi müddəalar 

 

1.1.


 

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və 

“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan 

Respublikasının digər qanunvericilik aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun 

olaraq hazırlanmışdır. 

1.2.


 

Bu Qaydalar banklarda və xarici bankların yerli filiallarında (bundan 

sonra - banklar) stress testlərin aparılmasına dair minimum tələbləri müəyyən edir.  

 

2.



 

Anlayışlar 

 

2.1.


 

Stress test – gözlənilməz, müstəsna, lakin mümkün şoklara bankın 

həssaslığının qiymətləndirilməsi alətidir. Beynəlxalq praktikada stress testlərin iki 

əsas növü mövcuddur: 

-

 

ssenari təhlilləri; 



-

 

həssaslıq təhlilləri. 



2.2.

 

Ssenari təhlili – eyni zamanda bir neçə risk faktorun dəyişməsinin 



bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir. 

2.3.


 

Həssaslıq təhlili – hər hansı bir risk faktorunun dəyişməsinin bankın 

maliyyə durumuna təsirinin qiymətləndirilməsidir. 

2.4.


 

Risk faktoru – bank daxili və bankdankənar, əvvəllər müşahidə olunmuş 

və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə 

faktorlardır.  

 

3.

 

Stress testlərin aparılması metodologiyası 

 

3.1.



 

Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk 

faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin 



qiymətləndirilməsi üçün həyata keçirilir və bankın potensial zəif tərəflərini izləməyə, 

qiymətləndirməyə  və  zəruri preventiv tədbirləri müəyyən etməyə imkan verən 

risklərin risklərin idarə olunması mexanizminin elementlərindən biridir. Stress test 

çərçivəsində banklar kəskin zərərlərə  gətirib çıxaran və risklərin idarə edilməsini 

çətinləşdirən hər bir risk faktorunu nəzərə almalıdır. Bu faktorlar bazar, kredit, 

likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir.  

3.2.

 

Stress testlərin keçirilməsi nəticəsində aşağıdakılar müəyyən edilir: 



-

 

bankın kapitalının şoklara dözümlüyü; 



-

 

şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki; 



-

 

bankın fəaliyyətində boşluqlar; 



-

 

müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsi; 



-

 

bankın makro iqtisadi amillərdən asılılığı. 



Ssenari təhlili mümkün ekstremal hadisənin baş verməsi nəticəsində eyni 

zamanda bir neçə faktorun bankın maliyyə vəziyyətinə təsirini ölçür. Ssenari təhlilləri 

uzunmüddətli dövrləri  əhatə edir. Həssaslıq təhlili yalnız bir faktorun dəyişməsinin 

bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli olaraq həssaslıq 

təhlili daha qısamüddətli dövrü əhatə edir. 

3.3.


 

Hər bir bankda stress testlərin həyata keçirilməsi üçün bankın həcmindən 

və onun fəaliyyət istiqamətlərinin mürəkkəbliyindən asılı olaraq stress test modeli 

hazırlanmalıdır.  

3.4.

 

Stress testlərin aparılması zamanı potensial maksimal zərərin 



müəyyənləşdirilməsi üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı  və 

onların bir-biri ilə  əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi 

səbəbindən, habelə beynəlxalq səviyyədə  qəbul edilmiş stress testlərin keçirilməsi 

standartlarının olmaması ilə  əlaqədar stress test modellərinin qurulması  hər bir 

bankda ona uyğun olan şəkildə    həyata keçirilməlidir. Banklar məqsədindən asılı 

olaraq  şokların təhlili üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata 

keçirməlidirlər.  



3.5.

 

Banklar ilkin olaraq stress testlərin həyata keçirilməsi üçün onlara təsir 



edə biləcək risk növlərini müəyyən etməli və müəyyən edilmiş hər bir risk və onun 

kateqoriyası üzrə stress testlər həyata keçirməlidir.  

3.6.

 

Ilkin mərhələdə  hər bir risk kateqoriyası üzrə banka təsir edə biləcək 



makro və mikroiqtisadi risk hadisələri müəyyən edilməli, onların tarixi dinamikasına 

baxılmalı və bankın maliyyə hesabatlarının ətraflı təhlili həyata keçirilməlidir. Bu növ 

təhlillər həyata keçirildikdən sonra banka təsir edə biləcək  şoklar müəyyən 

edilməlidir.  Şoklar stress testin keçirilmə  məqsədindən asılı olaraq müəyyən bir 

istiqamətdə və ya kompleks şəkildə ola bilər.  

3.7.


 

Stress test proseslərində hadisələrin ekstremallıq və ehtimal 

kriteriyalarının  əlaqəsi nəzərə alınmalıdır. Yəni, hər hansı bir risk faktorunun 

ekstremal həddə dəyişilməsi ehtimalı mümkün olmalıdır. Stress testlər hadisələrin baş 

vermə ehtimallarını müəyyən etmir. Bu səbəbdən ssenarilərin seçilməsi zamanı 

hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir.  

3.8.

 

Stress testin həyata keçirilməsi üçün istifadə edilən məlumatların 



mötəbərliyi və aktuallığı yoxlanılmalıdır. Bu zaman istifadə edilən hesabatların 

davamlıq və müqayisəlilik meyarlarına uyğunluğunun təmin edilməsi  nəzərə 

alınmalıdır. 

3.9.


 

Stress testdə  qəbul edilmiş  hər bir fərziyyə  təhlil edilməli və 

əsaslandırılmalıdır. 

3.10.


 

Stress testlər həyata keçirilərkən “ən pis”, “ən yaxşı” və “ehtimal 

olunan” ssenariləri tərtib olunmalı  və  fərziyyələr daxil olmaqla hər bir ssenari üçün 

ayrıca meyarlar və şoklar müəyyən edilməlidir. 

3.11.

 

Stress testlərin keçirilməsi zamanı risk faktorlarının müəyyən 



edilməsində yalnız keçmiş  məlumatlara  əsaslanmaq düzgün olmayan nəticələrə 

gətirib çıxara bilər. Bu səbəbdən stress testlərin hazırlanması zamanı bank tarixi 

ssenarilərdən başqa potensial riskləri və maksimal itkiləri nəzərə alan hipotetik 

ssenariləri də nəzərdən keçirməlidir.  




3.12.

 

Bankın məruz qaldığı risk faktorlarının sayı həddən artıq çox olduqda bu 



faktorların arasından yalnız bankın fəaliyyətinə ciddi təsir edə biləcək  əsas risk 

faktorları seçilməli və onların bankın maliyyə durumuna təsiri ölçülməlidir.  

Stress testlər aparılarkən ən azı aşağıdakılar nəzərə alınmalıdır: 

-

 



müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə 

və onun keyfiyyətinə təsiri; 

-

 

ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə 



təsiri; 

-

 



inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə  və kredit 

portfelinə təsiri; 

-

 

müxtəlif məhsulların faiz dərəcələrinə  təsiredici amillərdə baş verən 



dəyişikliklərin həm faiz dərəcələrinə, həm də bankın mənfəətinə, kapitalına, kredit və 

depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri

-

 

qeyri-işlək kreditlərin strukturunda baş vermiş  dəyişikliklərin bankın 



mənfəətinə, kapitalına və likvidliyinə təsiri; 

-

 



iri kreditlərlə bağlı yaranmış problemlərin bankın kredit portfelinə, 

likvidliyinə və mənfəətinə təsiri; 

-

 

xarici borcların vaxtından  əvvəl geri çağırılmasının bankın likvidliyinə 



təsiri; 

-

 



iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri; 

-

 



bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri; 

-

 



əməliyyat gəlirinin azalması və/və ya əməliyyat xərcinin artmasına təsir 

edən amillərin kəskin dəyişməsi; 

-

 

maliyyələşmədə problemlər; 



-

 

təminatın dəyərinin dəyişməsi; 



-

 

xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi; 



3.13.

 

Banklarda stress testlər aparıldıqdan sonra əldə edilmiş  nəticələr  ən azı 



aşağıdakı hesabatlarda öz əksini tapmalıdır:  


-

 

cari, ilin sonuna və bir il sonrakı dövrdə  şoklardan sonrakı balans 



hesabatı; 

-

 



cari, ilin sonuna və bir il sonrakı dövrdə  şoklardan sonrakı  mənfəət və 

zərər hesabatı; 

-

 

cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli



-

 

cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli 



-

 

cari, ilin sonuna və bir il sonrakı dövrdə  şoklardan sonrakı  ən azı 



aşağıdakı əmsallar: 

-

 



kapitalın adekvatlıq əmsalı; 

-

 



leverec əmsalı; 

-

 



ani likvidlik əmsalı; 

-

 



birinci dərəcəli kapitalın adekvatlıq əmsalı; 

-

 



vaxtı keçmiş kreditlərin portfeldə payı; 

-

 



ROE əmsalı; 

-

 



ROA əmsalı; 

-

 



likvid aktivlərin aktivlərə nisbəti əmsalı; 

-

 



xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti əmsalı; 

-

 



açıq valyuta mövqeyinin kapitala nisbəti əmsalı. 

3.14.


 

Hər bir bankda stress testlərin aparılması qaydaları hazırlanmalı və bank 

tərəfindən aparılan stress testlərin bütün mərhələləri bu qaydalarda öz əksini 

tapmalıdır.  

3.15.

 

Stress testlər aparılarkən Mərkəzi Bank tərəfindən qoyulmuş 



normativlərin nəzərə alınması vacibdir. Hər hansı bir ssenari və ya həssaslıq təhlilinin 

nəticəsi olaraq istənilən normativin pozulmasına bank rəhbərliyi tərəfindən 

məsuliyyətlə baxılmalı  və bu halın sığortalanması üçün müvafiq tədbirlər həyata 

keçirilməlidir.  

 

 



4.

 

Stress test işinin təşkili 

 

4.1.


 

Banklar operativ qərar qəbul etmənin təmin edilməsi məqsədi ilə ən azı 

ayda bir dəfə stress testləri həyata keçirməlidirlər. 

4.2.


 

Stress testlərin həyata keçirilməsi bank rəhbərliyinin  şəxsi nəzarəti 

altında olmalıdır.  

4.3.


 

Stress test modeli, o cümlədən stress testin həyata keçirilməsi zamanı 

istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən 

hazırlanmalı, Risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və Müşahidə 

Şurası  tərəfindən təsdiq edilməlidir. Modelə  ən azı ildə bir dəfə, zəruri hallarda isə 

müətmadi olaraq yenidən baxılmalıdır. Modeldə istifadə edilən ehtimallara və şoklara 

hər bir stress test keçirilərkən fərdi qaydada baxılmalı və təsdiq edilməlidir.  

4.4.


 

Bank rəhbərliyi stress testin aktuallığına hər zaman diqqət yetirməli və 

bankın davamlı inkişafının təmin edilməsi və  şok hadisələrinə qarşı müqavimətinin 

gücləndirilməsi üçün stress testlərin dəqiqləşdirilməsi və modifikasiyasına daimi 

nəzarət etməlidir.  

4.5.


 

Əsas diqqət  şok hallarında bankın hansı  tədbirləri həyata keçirəcəyini 

müəyyən etməyə yönəldilməlidir. Bu səbəbdən stress test nəticəsində  əldə edilmiş 

nəticələr bank rəhbərliyinə  təqdim edilməli və risk hallarının qarşısının alınması 

məqsədi ilə tədbirlər planı hazırlanmalıdır.  

4.6.


 

Stress testin nəticəsi olaraq bankın fövqəladə hallar planına yenidən 

baxılmalı və zəruri hallarda əlavə və dəyişikliklər edilməlidir.  

 

5.



 

Hesabatlıq 

 

5.1.


 

Hər bir keçirilmiş stress testin nəticəsi barədə hesabat tərtib edilməli və 

bankın Müşahidə  Şurasına təqdim olunmalıdır. Hesabatda ən azı  aşağıdakılar  əhatə 

olunmalıdır: 




-

 

stress testdə istifadə edilən  şokların izahı  və bu şokların tətbiq 



edilməsinin səbəbləri; 

-

 



stress testdə  qəbul edilmiş  fərziyyələrin siyahısı  və bu fərziyyələrin 

əsaslandırılması; 

-

 

stress testdə istifadə edilmiş məlumatlar barədə ətraflı hesabat; 



-

 

Bu Qaydaların 3.14. bəndindəki nəticələri əhatə edən hesabat; 



-

 

stress test həyata keçirilməklə  əldə edilmiş  nəticələrlə bağlı kompleks 



tədbirləri özündə əks etdirən tədbirlər planı. 


Yüklə 155,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə