Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
36
Midiya satrapı Atropat Kür və  Tərtər çayları arasında yerləşən 
sakasenlərə başçılıq etmək imkanına malik olmazdı. Bununla 
bərabər, yaxşı məlumdur ki, Qavqamela döyüşündə (e.ə. IV əs-
rin sonları) midiyalılar, Atropatın başçılıq etdiyi kadusilər, al-
banlar və sakasenlər ilə «birləşmişdilər». Üçüncüsü, həmin 
dövrdə  nəinki erməni «mərkəzləşmiş quldarlıq dövləti», 
ümumiyyətlə heç bir erməni dövləti olmamışdır (184, s.16). 
I-IV  əsrlərdə Albaniyanın vəziyyəti Qafqazda son dərəcə 
yaxşı olmuşdur. Gah romalıların, gah da parfiyalıların təsiri 
altında olan digər dövlətlərdən fərqli olaraq Albaniya 
müstəqilliyni itirməmişdir, bunu alban sikkələri də  təsdiq edir 
(329, s. 81-96). 
Albaniyanı əyalət kimi Roma imperiyasının tərkibinə daxil 
etmək romalılara müyəssər olmamışdır (363, s.121). II əsrin 
əvvəllərində bütün Qafqaz Romadan asılı olanda da təkcə Alba-
niya müstəqil qalmışdır (363, s.129). Albaniya III əsrin ikinci 
yarısında qonşularından fərqli olaraq o dərəcədə müstəqil idi ki, 
albanlar Sasani şahı I Şapurdan «məktubu qəbul etməyi» özünə 
sığışdırmamışdı (363, s. 134). Beləliklə, antik dövrdə  Bərdə 
ərazisi müstəqil Albaniya dövlətinin Uti-Alban etnik və siyasi 
hissəsi olaraq qalmışdı. 
Qafqaz Albaniyasının, o cümlədən onun mərkəzində 
yerləşən Bərdənin iqtisadi və  mədəni tarixi başlıca olaraq öz 
əksini antik yazıçıların  əsərlərində  və arxeoloji materiallarda 
tapmışdır. 
Strabonun «Coğrafiya», Böyük Pliniyin «Təbiətin tarixi», 
Pomponiya Melin «Yerin təsviri», Plutarxın «Paralel canlı 
təsvir», Korneliya Tatsitin «Annallar», Ptolomeyin «Coğrafiya 
dərsliyi»  əsərləri, Appianın yaradıcılığından, Dion Kassinin 
«Roma tarixi», Klavdi Elianın «Canlılar haqqında», Kurtsi Ru-
fun, Flaviya Arrianın və Yuli Solinin  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
37
 əsərlərindən Albaniyanın tarixi coğrafiyası,  əhalisi, təsərrüfatı 
və ticarəti, ictimai quruluş  və  mədəniyyəti barədə  məlumat al-
maq üçün çox mühüm mənbədir. 
Bu məsələyə bir daha toxunmaq lazımdır ki, «Böyük 
Ermənistan» barədə yazanlar Favstos Buzand, M.Xorenli kimi 
ilk orta əsr erməni tarixçilərinin  əsərlərinə  əsaslanırlar. Bu za-
man onlar son dərəcə vacib bir cəhəti unudurlar ki, Favstos 
Buzandın, yaxud Moisey Xorenlinin yaratdığı görüntü – 
«onların (güya Ermənistanın? -müəllif)  əsas ideyaları – yalnız 
zərdüşt  İranının təhlükəsinə qarşı Ermənistanı birləşdirməkdir» 
fikri   həqiqəti əks etdirmir (184, s. 49). Tamamilə şübhəsizdir 
ki, bu görüntü həqiqətdən çox uzaqdır. Məsələn, Ermənistan IV 
əsrdə, N.Q.Qarsoyanın qeyd etdiyi kimi, «nə bütöv olmamış, nə 
də birləşdirilməmişdir» (184, s.49). 
Orta  əsr erməni müəlliflərinin uydurmalarına  əsaslanan 
«Böyük Ermənistan» mifi Aralıq–Qara–Xəzər dənizləri 
arasındakı üçbucaqdakı torpaqlarda ermənininkindən başqa hər 
hansı dövləti tamamilə inkar edir (184, s.48). Ancaq bu zaman 
ermənilərin bu ərazilərdə avtoxtonluğu kimi xırdalıqlar «unudu-
lur», hansı ki, onların  əcdadları bir vaxtlar uzaq Balkanlardakı 
Frakiyadan gəlmişlər. Qafqaz Albaniyası isə ilk orta əsrlərdə 
geniş  əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz dağlarına, 
cənubdan Araz çayına,  şərqdən Xəzər dənizinə, qərbdən 
İberiyaya qədər torpaqları əhatə edirdi. 
Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi: Çola 
(Cənubi Dağıstanda), Lipina (Samur çayının cənubunda), Kam-
bisena (İberiyaya qədər olan sərhəddə), Qəbələ (müasir Qəbələ 
rayonunda), Əcəri (Qəbələnin cənubunda), Şəki (Şəki – Zaqatala 
Balakən bölgəsində), Paytakaran, yaxud Kaspiana, yaxud 
Bəlasakan (Mil və Muğan çölündə), Uti, Girdman, Ərsak (indiki 
Yuxarı Qarabağ və Mil düzünün  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
38
bir hissəsində), Sünik, yaxud Sisakan, yaxud Zəngəzur (6,  c.2, 
f.1; 126, s.63; 224, s.11-13). 
Tarixi Qarabağ  ərazisi Kür və Araz çayları arasında Uti, 
Girdman, Sakasena, Ərsak, Sünik, Paytakaran vilayətlərini əhatə 
edirdi. 
Heç bir şübhə yoxdur ki, Albaniyanın digər əraziləri kimi 
Qarabağ bölgəsinin, o cümlədən Bərdə  əhalisinin də etnik 
komponentlərindən biri türk tayfaları idi (296, s.178-179; 99, 
s.16-19). Burada türk etnosları  hələ e.ə. III-II minillikdən 
yaşamışlar. Bu dövrdə Albaniyada yerli tayfalar arasında, gəlmə 
tayfalar arasında, gəlmələr və yerli tayfalar arasında assimiliya-
siya prosesi də baş vermişdir. Aparıcı tayfalar türk mənşəli 
olmuşdur (296, s.178-179; 99, s.16-19). 
Yunan – Bizans, alban, gürcü, erməni, Suriya və  ərəb 
mənbələrinin tədqiqi göstərir ki,  Albaniyanın yerli əhalisi al-
banlar, utilər, lipinalılar, kaspilər, çilblər, qarqarlar, leqlər, gird-
manlar, savdeylər olmuşlar. Uti, Paytakaran və Ərsakda əsəsən 
utilər, qarqarlar və savdeylər yaşamışlar. Həmçinin yazılı 
mənbələrdə bütün Qafqazda, o cümlədən Qafqaz Albaniyasında, 
habelə onun mərkəzində - Qarabağ  ərazisində köçəri tayfaların 
yerləşməsi haqqında da qeydlər vardır. Onların maskutlar, saklar 
və gellərdən ibarət olduğu bildirilir (126, s.41; 224, 18). 
Bu prosesin mənbəyi xeyli qədimlərdən başlanır. E.ə.  
VII-VI  əsrlərdə Azərbaycan  ərazisində türklərin yaratdıqları 
kimmer-iskit-sak padşaşlığı mövcud olmuşdur (5, s.104-105). 
Bu fakt Heredotun (e.ə. V əsr), Miletli Heqateyin (e.ə. V-IV 
əsrlər) və başqalarının əsərlərində təsdiq olunur. Herodota görə, 
saklar öz qonşuları kaspilərlə birlikdə  Əhəməni imperiyasının 
XV satraplığına daxil idilər (233, 3, 93). Qədim  Şərq mixi 
yazılarında sak mənşəli tayfaların e.ə. VII əsrdə Cənubi Qafqaz-
da, o cümlədən, Qarabağ  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə