Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
39
ərazisində  məskunlaşması, həmçinin sakların və kutilərin 
hökmdarı (Tuqdammi və onun oğlu Sandakşatrunun – e.ə. VII 
əsrin ortaları) xatırlanır. Qarabağ düzündə e.ə. VII əsrə aid at 
dəfn edilən ağac konstruksiyalı kurqanların (251, s.15) 
yayılması bir daha təsdiq edir ki, iskit-saklar Cənubi Qafqazda 
özlərinə qohum olan və onlardan əvvəl burada yaşayan etnik 
qurupların  ərazilərində  məskunlaşmağa səy göstərirdilər. Bunu 
həmin  ərazidə  aşkar edilmiş iskit silah nümunələri və digər ar-
xeoloji materiallar də təsdiq edir (277, s. 23; 251, s.15). 
E.ə. IV əsrdə tarix səhnəsinə albanlar çıxmış, bununla da, 
Qarabağın etno-mədəni inkişafının alban mərhələsi 
başlanmışdır. Bir sıra mühüm dəlillər alban mərhələsinin etno-
genez nöqteyi-nəzərindən iskit mərhələsi ilə varislik əlaqələrinə 
malik olduğunu göstərir (369, s.14). Qədim yunan müəlliflərinin 
məlumatlarında albanların iskitlərlə və ya massagetlərlə qohum 
olduğu bildirilir. Məsələn, Strabon yazır ki, şimal köçəriləri al-
banlara və İberiya əhalisinin bir hissəsinə «eyni səbəblərə görə» 
hərbi yardım göstərirlər (354, k.11, 3,  § 5). Bu qohumluq və  
qonşuluqdan ibarət səbəblərin olmasından xəbər verir (354, 
k.11, 3,  § 3; 369, s.14-17). Beləliklə, aydın olur ki, saklar alban-
larla qohum və qonşu olduqları üçün onlara müharibə zamanı 
kömək edirdilər. Digər müəllif Dion Kassi (II-III əsrlər) 
albanların iskitlərə qohum olan massagetlərdən törəndiklərini 
göstərir (254, 49, 15; 369, s.14-17). «Albaniya tarixi»ndə 
albanların  şimal xalqlar ilə qohumluğu qeyd edilir (136, k.1; 
126, s.67). 
Strabon yalnız albanların deyil, sonralar – ilk orta əsrlərdə 
–  onlara hökmdarlıq etmiş Arşakilər (Ərsakilər) sülaləsinin də 
iskit mənşəli olduğunu göstərir. O öz zamanında mövcud olmuş 
belə bir fikri önə çəkir ki, Böyük Arşakilər  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
40
sülaləsinin banisi Arşak iskit-sak mənşəli idi (354, 11, 3, § 2-3; 
369, s.14-17). 
V  əsrdə  Cənubi Qafqazda siyasi-inzibati cəhətdən fərqli 
vəziyyət mövcud idi. Albaniyanın Bizans dövlətindən uzaqda 
yerləşməsi və coğrafi  şəraitinin  əlverişli olması Sasaniləri 
mühüm strateji əhəmiyyətə malik olan Dərbəndi və Böyük 
Qafqazın digər dar keçidlərini  əldə saxlamağa sövq edirdi. Bu, 
Sasaniləri də, müəyyən mənada Albaniyanı da təmin edirdi. 
Çünki hər iki dövlət ilk növbədə öz sərhədlərinin 
təhlükəsizliyini təmin edir, ikincisi, göstərilən keçidləri  əlində 
saxlamaqla ölkənin daxili və xarici məsələlərində özlərinə 
fəaliyyət meydanı qazanırdı (126, s.67). 
Alban Arsakiləri sülaləsindən olan Asuagenin oğlu (Asua-
genin arvadı Sasani şahı II Yezdəgirdin bacısı idi) II Vaçe 444-
cü ildə Albaniyada hakimiyyət başına gəldi (136, k.1; 296, s.42). 
Azərbaycan alimləri tədqiqatlarında faktlara əsaslanaraq 
göstərirlər ki, Arsaki və Sasani sülalələrinin bir-birinə yaxın və 
qohumluq sülalə nigahları ilə möhkəmləndirilən münasibətləri 
var idi. Bu, onların hakimiyyətdə birinin digərinə  təsir göstərə 
bilməsi üçün mühüm rol oynayan amillərdən idi. 
Sasani  şahı Firuzun dövründə Albaniya çarı II Vaçe 
Bərdəni ölkənin paytaxtına çevirdi. Paytaxtın Qəbələdən 
Bərdəyə köçürülməsi daxili siyasətdəki dəyişikliklərlə bağlı idi. 
Şimali Qafqaz xalqlarının yürüşləri ilə  əlaqədar olaraq ölkənin 
siyasi mərkəzi Kür çayının  sol sahilindən sağ sahilinə keçirildi 
(136, k.1; 126, s.151). 
V  əsrin ortalarında  Şimali Qafqaz xalqlarının tez-tez baş 
verən yürüşləri ilə  əlaqədar, eləcə  də Bizansın Atilla ilə 
müharibəyə  və kilsə  çəkişmələrinə başının qarışmasından 
istifadə edən Sasanilər Albaniyanın və İberiyanın müstəqilliyinə 
son qoymaq, onları öz əyalətinə çevirmək məqsədilə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
41
açıq-aşkar qəti tədbirlərə  əl atdılar. II Yezdəgird (438-457) hər 
şeydən  əvvəl Cənubi Qafqaz ölkələrinin silahlı qüvvələrini 
səfərbərliyə aldı, onları öz dövlətinin  şimali-şərqində hunlarla 
müharibəyə cəlb etdi və bununla onların müqavimətini zəiflətdi 
(136). 
Hələ V əsrin  əvvəllərində Albaniya feodallarının və 
ruhanilərinin xüsusi imtiyazları, müstəqil daxili, bəzən isə xarici 
siyasət yürüdən alban Arsakilərinin simasında dövlət quruluşu 
saxlanmışdı. Alban hökmdarlarının separatçılıq meylləri 
Sasanilərin mərkəzi hökumətini narahat edirdi (136; 126). II 
Yezdəgird yalnız kəndlilərdən yox, şəhər  əhalisindən, habelə 
əvvəllər azatlarla bərabər tutulan və ancaq torpaq vergisi verən 
ruhanilərdən də  ağır vergi alırdı. Becərilən bütün torpaqlardan 
vergi tutulmağa başlanmışdı (136; 295, s.99). 
M.Kalankatlı yazırdı: Sasani «şahları Qafqaz sıra dağları 
ilə  nəhəng  şərq dənizi arasında ucalan bu möhtəşəm qala 
divarlarını (söhbət Albaniyanın şimal müdafiə sədlərindən gedir 
– Q.H.) tikmək üçün memarlar yığmaq, müxtəlif inşaat 
materialları toplamaqla ölkəmizi  əldən salmışdılar» (136, k.2, 
f.11;126, s.126). 
Sasanilər albanları, gürcüləri və digərlərini zorla məzdəki 
məzhəbinə boyun əyməyə  məcbur etməklə onların mədəni-
ideoloci assimiliyasiyasına çalışırdılar. Məzhəb məsələləri sırf 
dini məsələ deyildi. O, həm də mühüm siyasi mahiyyət 
daşıyırdı. Dini assimiliyasiyanın məqsədi mərkəzi siyasi 
hakimiyyəti möhkəmləndirmək,  əyilməz xalqları tam itaətə 
məcbur etmək, milli azadlıq mübarizələrində Bizansın köməyinə 
arxalanmalarının qarşısını almaq üçün onları Bizans dövlətindən 
ayrı salmaq idi. Cənubi Qafqaz xalqları  həmin vaxtdan dini 
müttəfiq oldular (136, k.1, f.10; 126, s.188-189; 317, s.43). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə