Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
42
Bərdənin siyasi tarixinin ilk dövrü məhz qədim Albaniya 
dövlətinin gərgin siyasi hadisələrlə dolu tarixi taleyinin 
mürəkkəb dövrlərinə təsadüf edir. Yəni, yuxarıda qeyd etdiyimiz 
kimi, Albaniya dövlətinin paytaxtı  Qəbələdən Bərdəyə 
köçürülmüş (446-cı ildə), Bərdə ölkənin inzibati və siyasi 
mərkəzinə çevrilmişdi (136, k.1, f.4; 126, s.134). 
M.Kalankatlı özündən  əvvəl yaşamış müəlliflərin 
məlumatlarına istinadən bildirir ki, «Aran Araz çayından baş-
layaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin 
düzənliklərini və dağlarını miras olaraq almışdır. Deyilənə görə, 
Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vala-
gez özü hakim təyin etmişdir. Uti, Girdman, Tsovd və Qarqar da 
həmin Aranın oğullarının nəslindəndir» (136, k.1, f.5). 
Mənbələrdə ilk alban çarları haqqında məlumat 
olmadığına görə, yalnız onların adları  və hakimiyyət dövrləri 
haqqında müəyyən qeydlər verilir. M.Kalankatlı göstərir ki, 
«Arandan  əzəmətli Arşakilər nəslindən olan Cəsur I Vaçaqana 
qədər neçə vaxtlar keçib, qəti müəyyən deyil, amma Arandan 
sonra Albaniyada çar olanların adları budur: Cəsur I Vaçaqan, I 
Vaçe, Urnayr, II Vaçaqan, Mehravan, Satoy, Asoy, Arsvagen, II 
Vaçe və ondan sonra Alban çarı Mömin III Vaçaqan. Bunların 
çoxu səxavətli həyat keçirib, hərəsi öz vaxtında vəfat edib… Fi-
ruzabad kimi əzəmətli  şəhəri də … Firuzun əmrilə II Vaçe 
tikdirmişdir. İndi bu şəhərin adı Bərdədir» (136, k.1, f.8). 
M.Kalankatlı «Albaniya tarixi» əsərində Albaniyanın öz 
dövründən  əvvəlki hökmdarlarını xatırlatmaqla ölkənin Bərdə 
şəhəri mərkəz olana qədərki siyasi tarixini əks etdirmişdir. 
 
 
 
  
 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
43
Bəzi tədqiqatlarda Albaniyanın Sasani hakimiyyətinə tam 
tabe olduğu (15, s.39-44; 363, s.48), bəzilərində isə bunun 
əksinə, yəni Albaniyanın Sasanilərə tabe olmadığı (295, s.30; 
296, s.178), müstəqil və ya yarımvassal dövlət olduğu bildirilir. 
Tarixi mənbədə Albaniyanın Sasanilərin hakimiyyəti altında 
olması və Sasani mərzbanı iqamətgahının Bərdədə yerləşməsi və 
ölkənin Sasani mərzbanları  tərəfindən idarə edilməsi haqqında 
da məlumat verilir (136, k.2, f.8, 14, 21, 23). 
Mənbədə bildirilir ki, Sasanilər dövlətində hakimiyyət 
uğrunda çəkişmələr başlandığı bir dövrdə Alban dövlətinin dax-
ili və xarici siyasətində yeni münasibətlər özünü göstərdi. II 
Yezdəgird öldükdən (438-457) sonra onun iki oğlu – III Hörmüz 
(457-459) və Firuz (459-484) bir-birinə düşmən olub hakimiyyət 
uğrunda mübarizə apararkən, Albaniya çarı II Vaçe Sasanilər 
əleyhinə mübarizəyə qalxdı (457-ci ildə) (136, k.1, f.21; 15; 
126, s.244). M.Kalankatlı göstərir ki, «II Vaçenin mübarizəsinin 
əsas səbəbi onun Sasanilərin hakimiyyəti tərəfindən məcus 
(çoxallahlılıq) dininə itaət etməyə məcbur edilməsinə etiraz idi» 
(136, k.1, f.21). 
İlk orta əsr mənbələrinə  əsaslanan K.V.Trever öz 
əsərlərində II Vaçenin üsyanına münasibət bildirərək göstərir ki, 
üsyanın  əsas səbəbi maqların ölkədə özbaşınalıq etməsi, 
vergilərin artırılması, eftalitlərə qarşı  uğursuz müharibələr 
aparması ilə bağlı idi (363, s.214). Tədqiqatçı, bündan əlavə, 
həmin dövrün siyasi hadisələrini izah edir, lakin müəyyən 
yanlışlıqlara yol verir. Müəyyən mənada Albaniyanın Sasani 
dövləti ilə qonşu dövlət kimi münasibəti göstərildiyi halda, artıq,  
daxili siyasətində mühüm təsiri olduğunu söyləməyə ehtiyac 
qalmır. Burada söhbət  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
44
qarşılıqlı siyasi təsirdən, dini zəmində müdaxilədən gedə bilər 
(363, s.214). 
Maraqlıdır ki, K.V.Trever başqa bir yerdə Yegişeyə isti-
nad edərək Albaniya çarı ilə Sasani dövlətinin bağladığı sülhü 
necə pozduqları barədə şərh verir və bildirir ki, «Sasani şahı tabe 
olmaq üçün ikinci dəfə təkid edəndə (459-cu ildən sonra) Vaçe 
xəzərlərlə danışıqlar apararaq onları Albaniyaya dəvət etdi. O, 
Çora darvazalarını açdı  və  məskutları ölkəyə buraxdı, sonra 
dağlı qəbilələrdən olan on bir çarla (rəhbərlə) birləşib Sasaniləri 
məğlub etdi» (363, s. 50). Ancaq bunun başqa səbəbləri olduğu 
da istisna deyildir. 
M.Kalankatlı Albaniya dövlətinin müstəqilliyini 
saxlamağa və möhkəmləndirməyə çalışan II Vaçenin Sasani 
hakimiyyətinin tələblərinə  məhəl qoymadığı haqqında yazır ki, 
«dəfələrlə Sasanilərin Vaçeyə müraciəti cavabsız qaldı» (136, 
k.1, f.21). 
Sasanilər  əleyhinə  Cənubi Qafqaz xalqlarının 450-451-ci 
illərdə apardığı mübarizə (bu mübarizədə II Vaçe bilavasitə 
iştirak etmirdi) və II Vaçenin başçılığı ilə Albaniyada 457-463-
cü illərdə baş vermiş üsyan həmin dövrün mühüm siyasi 
hadisələri idi. Cənubi Qafqaz xalqlarını, eləcə  də Albaniya 
əhalisini Sasanilər əleyhinə mübarizəyə qalxmağa məcbur edən 
səbəb siyasi-iqtisadi və mənəvi zülm ilə əlaqədar idi (126). 
Hadisələrin mahiyyətini və başvermə səbəblərini göstərən 
M.Kalankatlı bildirir ki, Sasani şahı Firuz Alan qapıları 
yaxınlığında haylandur tayfaları ilə danışıqlar apararaq onları 
müharibəyə  cəlb etdi və onların köməyi ilə uzun müddət 
Albaniyanı  gərgin vəziyyətdə saxladı. Albaniya böyük itkilərə 
və məhrumiyyətlərə məruz qaldı.  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
45
Alban dövləti müstəqilliyini itirdi. Ancaq Firuzun Vaçeyə qarşı 
apardığı müharibə beş il- 463-cü ildən onun (Firuzun) 
öldürülməsinədək davam etdi (136, k.1, f.21; 126). 
Albaniyada  Sasanilər əleyhinə gedən əvvəlki üsyanlarda, 
qeyd edildiyi kimi, II Vaçe şəxsən iştirak etmirdi. M.Kalankatlı 
göstərir ki, «atası kimi II Vaçe milli ənənəyə görə xristian idi, 
lakin qanunpozan II Yezdəgird ona zorla məcus dinini qəbul et-
dirdi» (136, k.1, f.21; 126). Müəllifin bildirdiyinə görə, II Vaçe 
özü üsyana rəhbərlik etmiş, məğlubiyyətə düçar olduqdan sonra 
hakimyyətdən də getmişdir (136, k.1, f.21; 126, s.171). Firuz 
şahın onoqurlarla bağladığı müqavilə əsasında Albaniyaya qarşı 
apardığı müharibə II Vaçenin qələbəsi ilə  nəticələndi. Lakin 
Sasanilərin güclənməsi ilə  əlaqədar olaraq II Vaçe 
hakimiyyətdən könüllü getdi və bununla əlaqədar olaraq 463-cü 
ildən etibarən Albaniya 30 il Sasani canişinləri tərəfindən idarə 
olundu. M.Kalankatlı bildirir ki, «II Vaçe uzun müddət 
Sasanilərə qarşı mübarizə apardı, Albaniyanın nəinki siyasi, 
hətta dini müstəqilliyini də qorudu, özü ömrünün axırına yaxın 
hakimiyyətdən gedərək rahib kimi həyatının sonuna qədər 
yaşadı» (136, k.1, f.21). 
II Vaçenin apardığı mübarizə yatırıldıqdan sonra Sasanilər 
bir müddət (463-487) Albaniyanın dövlət müstəqilliyinə imkan 
vermədilər. M.Kalankatlı bildirir ki, «otuz il ərzində – II 
Vaçedən Mömin Vaçaqana qədər Alban ölkəsi çarsız qaldı. Bu-
nun səbəbi o idi ki, Sasanilərin …rəhmsiz  şahı Firuz … 
qəzəblənib özündən çıxaraq yer üzündə bütün başqa 
məmləkətləri özünə tabe etmək, kilsələri dağıtmaq, xristian di-
nini ləğv etmək və bütün ondan asılı olan torpaqlarda ağılsız 
bütpərəstliyi bərqərar etmək istəyirdi» (136, k.1, f.23). Siyasi 
mübarizə yenidən gücləndi. Sasani dövlətində daxili çəkişmələr 
və hakimiyyət uğrunda gedən mübarizənin gərginləşdiyi bir za-
manda Albaniyada  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə