Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
46
dövlət müstəqilliyi bərpa edildi. II Vaçenin qardaşı oğlu Mömin 
III Vaçaqan Albaniya hökmdarı seçildi (487-510) (136, k.1, 
f.23; 126, s.173). 
M.Kalankatlı məlumat verir ki, «Vaçaqan çox səxavətli və 
sülhsevər 
insan 
idi. O, quruculuqla məşğul olub öz 
ölkəsinin əvvəllər kinli Firuz şahın qəsb etdiyi bütün diyarlarına 
hakimiyyətinin bərpa olunmasından xəbərdar olsunlar deyə 
fərmanlar göndərdi və Firuzun dövründə  təqib edilmiş ölkə 
əyanlarının ata-baba mülkləririni qaytardı. Bundan sonra … çar 
taxtına  şah nəslindən olan Vaçaqanı  məsləhət gördülər. O, 
böyük şücaətə malik, müdrik, düşüncəli, fiziki cəhətdən sağlam 
və gümrah bir adam idi. O, Yezdəgirdin oğlu və Alban çarı Va-
çenin qardaşı idi» (136, k.1, f.24). 
M.Kalankatlı məlumat verir ki, «ancaq bunların (Arşakilər 
nəslindən olanların –Q.H.) sonuncusuna, Alban çarı Mömin III 
Vaçaqana ilahi sərvət zühur edib və bu ilahi sərvət yalnız ona 
təqdim olunmuşdu» (136, k.1, f.8). 
Mənbə bildirir ki, III Vaçaqan Sasani şahı Balaşın (Valarş) 
vasitəçiliyi ilə çar taxtına layiq görüldü. O, xristianlığa böyük 
rəğbət bəsləyirdi. Bu məqsədlə Sasani hökmdarı Balaşın əqlinə 
təsir edərək ölkədə hər kəsin öz istədiyi dini ibadətə icazəyə dair 
əmr verilməsinə nail oldu (136, k.1, f.24; 126, s.174). 
Alban Arşakilərinin sonuncu hökmdarı Mömin Vaçaqan 
(487-510) müstəqil daxili və xarici siyasət yeridərək ölkənin 
siyasi və iqtisadi qüdrətini artırmaq üçün böyük işlər görmüşdür 
(136, k.1, f.25-34, k.2, f.1-9). 
İlk dəfə olaraq V əsrdə Albaniyada dini qanunlar qəbul 
edilmişdir. Bu, tarixi ədəbiyyatda «Albaniya çarı Vaçaqanın 
elan edilən qanunları» adı ilə tanınır. Aquendə çağırılmış dini 
məclisdə (488-ci il) həmin qanunların müzakirə  və  qəbul 
edilməsini M.Kalankatlı aşağıdakı kimi  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
47
təsvir edir: «Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə 
əhali, yepiskoplar, keşişlər,  əyanlar və  rəiyyət arasında çoxlu 
mübahisələr baş verirdi. Buna görə, çar qərara gəldi ki, Mareri 
ayının on üçündə Aquendə böyük məclis çağırılsın …» (136, 
k.1, f.33; 126, s.174). 
III Vaçaqan Albaniyada məktəblər açdırdı (136, k.1, f.25-
33; 236, s.161; 296, s.100). (Bu barədə    ətraflı  mədəniyyət 
bölməsində bəhs olunacaq). 
Dövrün mühüm siyasi hadisələrindən biri Bərdənin Alban 
xristian katolikosluğunun mərkəzinə çevrilməsi idi. 
M.Kalankatlı yazır: «Çar Vaçaqanın dövründə bütpərəstlik 
əleyhinə ciddi tədbirlər görüldü, xristianlıq dini xeyli 
möhkəmləndirildi və genişləndi» (136, k.1, f.25-33; 296, s.118). 
M.Kalankatlı bildirir ki, «Albaniya katolikosluğunun taxtı Çola 
şəhərindən ölkənin paytaxtı olan Bərdə  şəhərinə köçürüldü» 
(552-ci ildə). Böyük Aran vilayətindən olan Abas katolikos 
seçildi. O, katolikos taxtında qırx dörd il oturduqdan və 
müqəddəs ömür sürdükdən sonra əbədiyyətə qovuşdu» (136, 
k.2, f.1;15, s.43;  236, s.43; 296, s.127). 
Albaniya katolikosu Abasın Bərdəyə  gəlməsi  ərəfəsində 
ölkədə xristianlığın xalkedonçuluq təbliğatının güclənməsi 
ruhanilər arasında böyük siyasi çaxnaşmalara səbəb olurdu. 
Rəsmi kilsə – Alban katolikosluğu Bərdəyə köçürülən kimi, 
genişlənməkdə olan həmin  əhkamın tərəfdarlarını  sıxışdıraraq 
ölkədən ucqarlara qovdu. Ruhanilər arasında normal 
münasibətlər bərpa edildi (136, k.2, f, 1; 296, s.116). 
Albaniyanın siyasi, iqtisadi və  mədəni mərkəzi olan Bərdə 
şəhəri ölkədə genişlənən xristianlıq dininin də mərkəzinə çevril-
di (136, k.1, f.33). 
Mənbələrin verdiyi məlumata görə, həmin tədbirlərin heç 
biri Albaniyanı müdaxilələrdən xilas edə bilmədi (136, k.2, f.1; 
126, s.206). M.Kalankatlı yazır ki, «bu hadisələrdən  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
48
sonra xəzərlər Albaniya ölkəsini  əsarət altına aldılar…» (136, 
k.2, f.5). 
Albaniyanın VI əsr siyasi tarixi Sasani-Bizans-Xəzər 
müharibələri, münaqişələr və digər mürəkkəb hadisələrlə 
səciyyələnir. 
Dövrün  əsas siyasi böhranı yenə  də Bizansla Sasanilər 
arasında gedən müharibələr və Xəzər dənizinin şimalından tez-
tez Albaniyaya daxil olan müxtəlif tayfaların hücumları ilə bağlı 
idi. Ölkənin şimalını qorumaq mümkün deyildi (136, k.1, f.10-
12). Həmçinin, iri dövlətlərin – Bizans və Sasani dövlətlərinin 
apardığı müharibələrin döyüş meydanları çox vaxt imperiyaların 
öz  ərazilərindən kənarda, işğal etdikləri və yaxud işğal etmək 
istədikləri ərazilərdə, o cümlədən Albaniya torpaqlarında olurdu. 
Albaniya Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) 
hakimiyyəti dövründə həm ictimai-siyasi, həm də hərbi-inzibati 
cəhətdən gərgin hadisələrlə üzləşdi (136, k.2, f.12; 126, s.249). 
Ölkə  hər tərəfdən olan hücumların təsiri altında idi. Buna bax-
mayaraq alban arşakilər sülaləsi ölkənin siyasi, iqtisadi və 
mədəni cəhətdən inkişafı ilə bağlı mühüm işlər görə bilmişdir 
(136, k.2, f.12). Həmin dövrdə hökmdar ölkənin qanunverici 
şəxsi və baş hakimi idi. O, mülki və dini hakimiyyətin qanunve-
rici və  məşvərətçi orqanlarına başçılıq, eləcə  də ölkənin bütün 
silahlı qüvvələrinə komandanlıq edirdi (15, s.138-139; 295, 
s.30-41; 296, s.143). Şəhərlərin salınması, bərpası,  əmin-
amanlığının təşkili də hökmdarların səlahiyyətinə aid idi (295, s. 
30-41; 296, s. 62). 
Albaniya dövləti alban Arsakilərinin hakimiyyəti 
dövründə  qədim Albaniyanın  ənənələrini davam etdirirdi. 
Həmin dövrdə Albaniya öz müstəqilliyini qoruyub saxlayan su-
veren dövlət idi (126, s.250; 295, s.30-41). Sasanilərlə  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə