Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
49
Bizans arasında davam edən müharibə (571-591) 591-ci il 
müqaviləsi ilə başa çatdı (136, k.2, f.7). 
Sasanilər VI əsrdə Albaniyada yerli çar sülaləsinin 
hakimiyyətini ləğv etdilər. I Xosrov Ənuşirəvanın inzibati 
islahatı  nəticəsində Sasanilər imperiyası dörd canişinliyə 
bölündü. Cənubi Qafqaz, eləcə də Albaniya şimal canişinliyinə 
– Qafqaz qrupuna daxil edildilər. Bundan sonra Albaniya bir 
müddət (510-629) Sasanilərin mərzbanları (canişinləri) 
tərəfindən idarə olundu (136, k.2, f.12; 126). 
VII  əsrin  əvvəllərində (603-629) Sasani və Bizans 
imperiyaları arasında müharibə yenidən başlandı. Bu 
müharibəyə Albaniya da cəlb edilmişdi (136, k.2, f.12; 126). 
Fasilələrlə 26 ilə  qədər (602-628) davam etmiş bu müharibədə 
ölkə talan edildi. Bərdəyə böyük ziyan dəydi (136, k.2, f.9, 10). 
Hətta şəhərin qala divarı dağıdıldı (628-ci ildə), (136, k.2, 9, 10; 
23, s.43; 126, s.129).  
Albanlar Sasanilərlə Bizans arasında gedən müharibədən 
istifadə xalqına divan tutdu (15, s.46-49). Onun rəhbəri Viro 
Sasanilərin paytaxtına aparıldı (136, k.2, f.14; 15, s.46; 126; 
218). 
Sasani dövləti ərazisinə 622-ci ildə yenidən növbəti yürüş 
təşkil etdi (136, k. 2, f.10). Xosrov şahla müharibəyə ciddi 
hazırlaşan Bizans imperatoru ordusuna şəxsən rəhbərlik edirdi. 
Araz çayına doğru irəliləyən Xosrovun üzərinə qəflətən hücum 
etmək istəyən  İrakli Atropatenaya daxil olub Qazaka şəhərini 
tutdu, ölkəni talan edib əhalisini əsir aldı, oradan qayıdaraq qışı 
İberiya və Albaniyada  keçirmək istədi (623-624) (136, k.2, f.10; 
15, s.45-46; 126, s.251). 
M.Kalankatlı  məlumat verir ki, buna görə  İrakli bu 
ölkələrin hakim və  əyanlarına məktublar yazıb onların könüllü 
olaraq onu qarşılanmalarını  və bütün qış boyu onun özünə  və 
ordusuna xidmətlərini tələb etdi. «Əgər bu  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
50
tələblərə  əməl etməsələr, onları bütpərəst hesab edəcək və 
ordularına əmr edəcək ki, bu ölkələrin qalalarını alıb torpaqlarını 
viran etsinlər» (136, k.2, f.10; 296, s.143). Müəllif sonra yazır 
ki, «bunları eşidən Albaniyanın sahib və əyanları Böyük Bərdə 
şəhərini tərk edib müxtəlif yerlərdə istehkam qurub yerləşdilər. 
Amma Bərdənin xaçpərəst və bütpərəst sakinlərinin çoxu, o 
cümlədən sənətkarları  xəstəliyə  və başqa səbəblərə görə, 
şəhərdən çıxıb qaça bilmədiyindən evlərində qaldılar» (136, k.2, 
f.10).  İraklinin hücumları zamanı Sasani hakimiyyətindən 
kömək görə bilməyən Bərdə  əhalisi Bizans qoşunlarına qarşı 
müqavimət göstərmək üçün hamılıqla silaha sarılmışdı. Yalnız 
vuruşmaq imkanı olmayan xəstələr evlərində qalmışdılar (136, 
k.2, f.10; 296, s.143). 
M.Kalankatlı  yazır ki, «Bərdə kilsəsinin Zəkəriyyə adlı 
yumşaq xasiyyətli keşişi  şəhər sakinlərinin nicatı üçün öz 
həyatını belə əsirgəmirdi. Andla, ibadətlə və müxtəlif tədbirlərlə 
o, xaçpərəstlərin çoxunu əsirlikdən qurtardı» (136, k.2, f.10). 
M.Kalankatlı bildirir ki, «saysız-hesabsız Bizans orduları 
öz düşərgələrini Kalankat kəndinin yanında, axan çayın 
sahilində saldılar. Yanlarından keçdikləri kəndləri, gözəl bağ və 
üzümlükləri tapdayıb xaraba qoydular. Sonra onlar yerlərini 
dəyişib, düşərgələrini Tərtərçayın sahilində, Divtəkin kəndinin 
yanında yerləşdirdilər» (136, k.2, f.10). 
M.Kalankatlının yazdığına görə, öz qüvvəsini toplamış 
Sasani qoşunu yeni qüvvələrin köməyi ilə Bizans ordusunu qo-
vub ölkədən çıxardı və onların bir çox şəhərlərini də əllərindən 
aldı (136, k.2, f.10; 15, s.46; 295, s.30; 296, s.143). 
II Xosrov Bizans imperatoru ilə müharibə apardığı dövrdə 
Xəzər orduları Albaniyaya hücum etdi (136, k.2, f.10; 296, 
s.143). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
51
M.Kalankatlı yazır: «İraklinin təhriki ilə saysız-hesabsız 
Xəzər orduları ölkəmizə soxulub onu talan etməyə başladılar» 
(136, k.2, f.11). Müəllif qeyd edir ki «Xəzərlərin hücumunun 
qarşısını almaq üçün Xosrov şah onlara hədələr dolu məktub 
göndərdi. Xəzərlər Dərbənd keçidi ilə geriyə  çəkildilər. Onlar 
Sasani  şahı Xosrovun qətlə yetirildiyi ildə ölkəyə yenidən 
hücum etdilər» (136, k.2, f.11). Xəzərlərin növbəti hücumunda 
Dərbənd keçidindən birbaşa Bərdəyə  qədər irəliləmək nəzərdə 
tutulmuşdu. M.Kalankatlı  bu barədə də məlumat verərək yazır 
ki, «bu dəhşətli və qəmli xəbər Albanlar ölkəsinə çatanda böyük 
paytaxt və qala olan Bərdədə ölkəmizin möhkəmləndirilməsi 
haqqında qərar çıxardılar. Qərar Xosrov şahın bu ölkənin 
valiliyinə təyin etdiyi Qayşaq adlı şəxs tərəfindən verilmişdi. O, 
şəhərdə ətraf vilayətlərin əhalisinin çoxunu saxlayaraq, xəzərlərə 
müqavimət göstərmək qərarına gəldi və ölkənin  əyanları  və 
şəhər 
əhalisi ilə ittifaq bağlayaraq öz mövqeyini 
möhkəmlətməyə çalışdı. O, böyük Çola şəhərinin müdafiəçiləri 
və onun həddindən artıq möhkəm divarlarını qoruyan 
döyüşçüləri ilə nə ola biləcəyinə diqqət etməyə hazırlaşdı» (136, 
k.2, f.11). M.Kalankatlı bildirir: «Dəhşətli qırğınlarla başlanmış 
hücum xəbəri ölkənin paytaxtı  Bərdəyə çatdırıldı» (136, k.2, 
f.11). Bu zaman Bərdədə baş verənləri M.Kalankatlı  aşağıdakı 
kimi təsvir edir: «Bu xəbər Bərdə  şəhərinə sahib olan və onu 
idarə edən bizim ağamıza Cavanşirə – Q.H.) çatanda o, 
yaxınlaşan böyük təhlükədən çıxış yolu axtarmaq üçün qorxu-
dan  şəhərin  İç qalasına sığınan qoşunlarla məsləhətləşmək 
istədi. Amma o, danışmaq üçün ağzını açmaq istəyəndə onu elə 
dəhşət bürüdü ki, dizləri bir-birinə dəyib, elə əsdi ki, bir kəlmə 
belə ağzından çıxara bilmədi» (136, k.2, f.10). 
M.Kalankatlı məlumat verir ki, sürətli hücumla bütün Uti 
vilayətinə yayılmış xəzərlər qaçanları da haqlayıb  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə