Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
55
edilərək hədiyyələrlə yola salındı  və hamı böyük sevinclə öz 
vətənlərinə qayıtdı. Bunların arasında böyük Albaniya şahlığının 
Viro adlı katolikosu da var idi» (136, k.2, f.14; 15, s.46, 49; 274, 
s.104; 296, s.72). 
M.Kalankatlının verdiyi məlumatda bildirilir ki, Viro «da-
hi və müdrik insan olub, fəlsəfənin yaxşı bilicisi idi. Böyük və 
şahanə  işlərdə müdrik məsləhətlər verməkdə onun dili sürətlə 
yazan bir qələm kimi idi. Onun çox mülayim danışığı sadə 
adamların və xalqın xoşuna gəlirdi. O, filosof kimi danışar və 
çoxlu hikmətli sözlər deyərdi; mirvari saf qızıl sapına düzüldüyü 
kimi, onun ağzından bir-birinin ardınca hikmətli sözlər 
tökülürdü. O, fars dilində  tərcümə  işində xüsusilə mahir idi, 
çünki Xosrovun saray zindanında Sasanilərə qarşı üsyan etmiş 
Albaniyanın böyük əyyanları ilə birlikdə iyirmi beş il həbsdə 
olarkən bu dili mükəmməl öyrənmişdi. Bu əyyanların çoxu 
həlak oldu. Lakin Vironun bəxti gətirib şahın sarayına yol açdı 
və onu şah xanımının – Şirinin iqamətgahına gətirdi.  Şirinin 
səyləri nəticəsində  şah Vironun həyatını ona bağışladı. Lakin 
şah qəti and verdi ki, nə  qədər ki, özü sağdır, Viro heç vaxt 
ölkəsinə qayıtmayıb sarayda həbsdə olacaq, amma katolikos 
rütbəsi ondan alınmayacaq və onun mülkü müsadirə olunmaya-
caq» (136, k.2, f.14; 236, s.45; 15, s.48; 296, s.140). 
Müəllif qeyd edir ki, «Viro uzunmüddətli əsirlikdən azad 
olub vətəninə qayıtdı. Çox keçməmişdi ki, o, xəzərlərin 
şimaldan hücum xəbərini eşitdi. Xəzərlər Tiflis şəhərini 
mühasirə edib aldıqdan sonra əhaliyə güclü divan tutdular. 
Şəhəri talan və qarət edib Alban ölkəsinə üz çevirdilər.  Şadın 
ordusu Alban ölkəsinə  gəlib Sasani şahının canişini olan 
Albaniyanın Sema Vişnasp adlı mərzbanına və Albaniyanın ka-
tolikosu Viroya elçilər göndərdi. Sasani mərzbanı onları  qəbul 
etməyib özü ilə bir çox qiymətli şeyləri  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
56
də götürüb Şahlığa qaçdı» (136, k.2, f.14; 15, s.51;  295, s.30-
41; 296, s.143). 
M.Kalankatlı məlumat verir ki, «Albaniyanın patriarxı Vi-
ro isə ölkənin boynuna ağır boyunduruğun geyindirilməsini başa 
düşüb narahat oldu. O, Sasani şahına inanmır, ondan qorxurdu, 
çünki elə bu ittihamla üsyankarlıqda təqsirləndirilib uzun illər 
boyu sürgünə  məruz qalmışdı» (136, k.2, f.14). Buna görə  də, 
Viro Sasani hökmdarının yanına göndərdiyi qasidin cavab 
gətirməsini gözləyirdi. Həmin vaxt xəzər qoşunları sürətlə 
hücum edərək ölkənin hər yerini bürüdülər. Katolikos Viro 
ölkənin bütün adlı-sanlı adamlarını, çar nəslindən olan bütün 
zadəganları, vilayət valilərini, kəndxudaları, keşişləri və 
məmurları Craberd qalasına çağırıb onlarla məsləhətləşdi. 
Razılığa gəldilər ki, böyük pay və ənamlarla Şadın qərərgahına 
getsinlər və onların  şərtləri ilə razılaşsınlar (136, k.2, f.14; 15, 
s.46; 295, s.30; 296, s.143). 
M.Kalankatuklu yazır: «Onlar yerlərindən tərpənib yola 
düşdülər. Dağlararası düzləri keçib Uti vilayətinin gözəl, hamar 
və bərəkətli düzənliklərinə enəndə, orada Şadın o qədər əsgərləri 
var idi ki, onlar doğma yerləri tanıya bilmədilər. Onlar 
şahzadəni vilayətin şimal tərəfində, böyük Bərdə şəhərinin, gur 
suların yanında salınmış düşərgəsində tapdılar. Şadın yanına ça-
tanda onlar gördülər ki, o öz əyan və sərkərdələri arasındadır… 
Şad katolikosu hörmətlə qarşıladı…» (136, k.2, f.14). 
M.Kalankatlı Vironun xəzər tarxanı  tərəfindən yaxşı 
qarşılandığını xüsusi qeyd edir: «Şad Vironun ağıllı məsləhətinə 
qulaq asaraq bütün yerlərə xəbər göndərdi ki, vahiməyə düşmüş, 
qorxub qaçmış bütün insanlar qayıdıb öz yerlərinə  gəlsinlər, 
yaşayıb dinc əməklə məşğul olsunlar. Bunun əvəzində Viro söz 
verdi ki,  indiyə qədər Sasanilərə etdiyimiz xidməti indi də sizə 
edərik. Viro ağıllı məsləhətlərlə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
57
xəzərlərin aldıqları əsirləri də xilas etdi» (136, k.2, f.14). 
VII əsrin ortalarında ölkədə baş vermiş qarətçi hücumların  
təkrar olunduğu bir dövrdə  dəhşətli aclıq və epidemiya əhalini 
taqətdən saldı. 630-cu ilin yazında, M.Kalankatlı qeyd etdiyi 
kimi, «üç sərkərdə – aclıq, qılınc və onların köməkçisi ölüm 
Albaniyanı yaxaladılar» (136, k.1, f.15; 15, s.53). Katolikos Vi-
ro da 630-cu ildəki epidemiyadan öldü (15, s.54; 126, s.257). 
Beləliklə, tədqiqat göstərir ki, Bərdə  şəhəri erkən orta 
əsrlərdə ölkənin paytaxtı kimi mühüm siyasi hadisələrin 
mərkəzində dayanmışdır. 
Albaniya həmin tarixi dövrdə Sasanilərin, bizanslıların və 
d. ağır döyüşləri və talançı, qarətçi hücumlarının meydanı 
olmuş, bununla belə, öz siyasi müstəqilliyini qoruyub saxlaya 
bilmişdir (295, s.33; 296, s.163-164). Müəyyən dövrlərdə 
dövlətçilik təhlükə altına düşsə  də, mübarizə heç vaxt 
səngiməmiş, xalqın içərisindən çıxmış şəxsiyyətlər (II Vaçe, III 
Vaçaqan və Viro) xalqın iradəsinə və mənəvi birliyinə arxalana-
raq, siyasi müstəqilliyi qoruyub saxlamağa çalışmış    və buna 
əsasən nail olmuşlar. 
 
 
 
 2.2. Bərdə Mehranilərin hakimiyyəti dövründə.  
 
Azərbaycanın (Albaniyanın), o cümlədən Bərdə şəhərinin 
tarixinin mühüm bir dövrü (VII əsr) Mehranilər sülaləsinin 
hakimiyyəti ilə bağlıdır. Sasanilər imperiyasının bir hissəsi olan 
Azərbaycan (Cənubi Azərbaycan)  ərəblər tərəfindən işğal edil-
diyi zaman, Azərbaycanın  şimalında (Albaniyada) Mehranilər 
nəslinin idarə etdiyi müstəqil dövlət var idi. (136, k.2, f.13). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə