Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
58
Mənbələrdə  və tarixi ədəbiyyatda Mehranilərin Alba-
niyaya gəlməsinin səbəbi və digər hadisələr barədə müxtəlif 
fikirlər mövcuddur (15; 96; 296). Bu barədə M.Kalankatlının  
məlumatı: «Xosrovun qohumu Mehran qaçıb ona sadiq olan 
ölkənin vilayətlərini öz hakimiyyəti altına keçirdi və Albaniyaya 
getdi. O, özü ilə 30 min ailə aparıb böyük Bərdə  şəhərinin 
yaxınlığında Uti vilayətinə daxil oldu və sonra xəzərlərin 
ölkəsinə gedərək, Sasanilərin bu düşmənlərinə qoşulmaq istədi» 
(136, k.2, f.13; 15, s.46;  295, s.30). 
Tarixi mənbələrə görə, Sasani şahı öz düşmənlərinin 
köməyindən istifadə etmək məqsədilə ölkənin  şimalına doğru 
hərəkət edən Mehranı  əldən buraxmamaq üçün istədiyi  ərazidə 
qalmağa razılıq verən məktub göndərərək onun Albaniyada 
yerləşməsinə icazə vermişdir (136, k.2, f.13). Mənbə 
məlumatına görə, Mehran məktubun ona çatdığı yerdə qalaraq 
Mehrəvan  şəhərini saldırmişdı. Sonra isə Mehranilər Girdman 
vilayətini  ələ keçirmiş, orada Girdman qalasını tikdirmişlər 
(600-615) (136, k.2, f.13). 
Mehranilərin Albaniya ərazisinə gəlmə səbəbi barədə belə 
fikir də mövcuddur ki, Sasani hökmdarları ölkənin daxilində 
siyasi böhranın dərinləşməsinə baxmayaraq şimal  əyalətini –  
Albaniyanı əldən buraxmaq istəmədiyinə görə Mehraniləri şimal 
torpaqlarına göndərmişdilər (15 s.72). 
M.Kalankatlı yazır: Mehran «ürəyinə  vəfasızlıq salaraq 
yuxarıda haqlarında tariximizdə yazdığımız qədim yerli 
Aranşahları guya qonaqlığa dəvət etdi. O, orada onlar üçün ölüm 
yeməyi hazırlayıb öz qanları ilə birlikdə onlara yedizdirdi. On-
lardan altmışının boynunu vurdurub yalnız birini – öz qohumu-
nun qızının  ərini, Aranşah Zərmehri sağ buraxdı» (136, k.2, 
f.13; 15). Beləliklə, Mehranilər Albaniyada yerləşərək ölkənin 
hakimləri oldular. Mehrani  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
59
Varaz-Qriqor 630-cu ildə Albaniyanın  şahı elan edildi. 
Mehranilərin iqamətgahı Girdmandan Bərdəyə köçürüldü (136, 
k.2, f.13; 295). 
M.Kalankatlı  qeyd edir ki, Mehranilər «Albaniyaya ha-
kim oldular… Mehranın nəslindən olan Alban şahı Varaz-
Qriqorun oğlu Cavanşir dünyaya gəldi. O, gənc yaşlarından öz 
məharəti və ağlı ilə fərqlənirdi» (136, k.2, f.13; 15, s.72-78; 296, 
s.96). 
M.Kalankatlı Cavanşiri belə  təsvir edir: «Varaz Qri-
qor…məğrur,  əzəmətli və gözəl bir gənc olan ikinci oğlu 
Cavanşirə nəzər saldı. Üzünə təzəcə tük gələn, atasının sevimli-
si, silahdan yaxşı baş çıxaran, şahin kimi çevik, hər işi bacaran, 
atasının dayağı olan Cavanşir idarə işlərində ona kömək etmək, 
görkəmli adamların cərgəsinə  çıxmaq və  həmişə  şahlarla bir 
yerdə olmaq arzusunda idi» (136, k.2, f.18). 
II Xosrov şahın ölümündən sonra onun nəvəsi III 
Yezdəgird (632-652) hakimiyyətə  gəlmişdi. Onun hakimiyyəti 
illərində  ərəblərin yürüşləri başlandı (136, k.2, f.18). Sasani 
dövləti ilə Albaniya ümumi düşmənə qarşı mübarizədə  iştirak 
etməyə borclu olduğundan Alban şahları müdafiə üçün öz 
ölkələrinin taleyini də onlarla əlaqəli  şəkildə  həll edirdilər. 
Xilafət qoşunlarına qarşı vuruşmaq üçün Alban hökmdarı Va-
raz-Qriqor ikinci oğlu, cəsur, görkəmli və qabiliyyətli Cavanşiri 
Sasani  şahının sarayına göndərmişdi. Orada Cavanşirin məşhur 
sərkərdə Rüstəmlə dostlaşması onun siyasi, dünyəvi qüdrətinin 
formalaşmasına müsbət təsir göstərdi (136, k.2, f.18). 
Mənbədə qeyd edilir ki, Xilafət ordularının hücumları 
zamanı Cavanşir onlara qarşı  dəfələrlə döyüşə girmiş, hər dəfə 
uğurla çıxmışdı (136, k.2, f.18). M.Kalankatlı Cavanşirin 
başçılığı ilə albaniya qoşununun ərəblərə qarşı vuruşmasını belə 
təsvir edir: «Onlara (ərəblərə) qarşı 30 000  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
60
atlı  və 20 000 piyada hücuma keçdi. Katşandan (Qadisiyyə) 
gələnlər (ərəblər) çoxlu atlı və 20 000 piyada qalxan taxmış hal-
da irəliyə atılaraq Sasani ordusu ilə vuruşmağa başladılar. Aran 
Sparapeti (Cavanşir) öz igid nəfərləri ilə onların (ərəblərin) 
cərgələri içərisinə hücum etdi, öz düşmənlərindən ikisini yerə 
sərdi və özü də bir neçə yerdən ağır yaralandı. Düşmən onu qu-
duz bir kinlə çayadək təqib etdi, o isə həmlələri dəf edə-edə çayı 
üzüb keçdi» (136, k.2, f.18; 15, s.72). 
Sasani  şahı III Yezdəgird Cavanşirə çox qiymətli 
hədiyyələr və rütbə verdi (136, k.2, f.18; 15, s.72). M.Kalankatlı 
yazır ki, «şah onu sərkərdəyə layiq olan mükafatlarla 
mükafatlandırdı, o cümlədən sərkərdə gəranayları, iki qızıl nizə 
və iki qızılla süslənmiş qalxanla fərqləndirdi. Bu qalxanları bun-
dan sonra Cavanşiri o biri sərkərdələrdən fərqləndirən şan-şöhrət 
əlaməti kimi həmişə onun önündə aparırdılar.  Şah onun belinə 
mirvari ilə işlənmiş qızıl kəmər və qızıl dəstəkli qılınc bağladı, 
qollarına qolbaqlar saldırdı, başının üstünə isə qaş-daşlı tac qoy-
durdu. Onun boynuna ağır mirvari boyunbağı asdılar, çiyninə 
taftadan tikilmiş  şah geyimi saldılar və  zərli ipək parçasından 
tikilmiş dörd qotazlı, mavi rəngli şalvar geyindirdilər» (136, k.2, 
f.18). 
M.Kalankatlı Cavanşirin şücaətlərindən bəhs edərək yazır 
ki, «sərkərdələr və pəhləvanlar arasında həm fiziki, həm də zeh-
ni qabiliyyəti ilə böyük hörmət qazanmış Cavanşir ərəblərə qarşı 
döyüşlərdə igidlik göstərdi. Sasani şahı Yezdəgirdi xilas edərək 
mühafizəsini təşkil etdi. Cavanşir artıq həmin vaxt Rüstəm və 
Xorazad kimi məşhur sərkərdələrdən yüksək səviyyədə 
dayanırdı» (136, k.2, f.18; 296, s.96). 
Sasani qoşunu məğlub olub darmadağın edildiyinə bax-
mayaraq, Cavanşir ərəblərə qarşı uzun müddət müqavimət  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə