Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
61
göstərərək onların hücumlarının qarşısını aldı. Bu barədə 
M.Kalankatlı yazır: «Cəsur Cavanşir yeddi il dalbadal bu ağır 
döyüşlərdə  iştirak edib, on bir dəfə  ağır yaralar almışdı» (136, 
k.2, f.19; 295, s.31; 296, s.158). 
Mənbənin verdiyi məlumata görə, Cavanşir böyük şan-
şöhrətlə  vətəninə qayıtdı. Bərdə  şəhərində  həsrətlə gözləyən 
atası onu böyük sevinc və  təntənə ilə qarşıladı (136, k.2, f.19; 
296, s.158). 
M.Kalankatlı  məlumat verir ki, «müharibələrdən  şöhrətlə 
qayıtmış Cavanşir çarın (Alban çarı Varaz-Qriqorun – Q.H.) 
sərəncamı ilə Albaniyanın bütün işlərinə  rəhbərlik edirdi. O, 
qoşununu götürüb atası ilə birlikdə  Bərdə  şəhərindən çıxaraq 
şimal tərəfə  çəkildi. Cavanşirin üsyanı haqda xəbər Sasanilərə 
çatanda onların qoşunları bizim ölkəyə soxuldular. Düşmən 
qoşunlarının ön dəstələri tezliklə bu vilayətin cənub dairələrinə 
girən zaman Cavanşir yaxşı silahlanmış dəstəsilə sürətlə onların 
qabağına çıxıb Deyləm mənşəli başçılarını vurdu. Cavanşir və 
onun döyüşçüləri onların çoxlarını qılıncdan keçirib, bir qismini 
də əsir aldılar. Onlar böyük qənimət, o cümlədən at və qatırlar 
ələ keçirərək geriyə döndülər. Lakin buna baxmayaraq, Sasani 
qoşunları onları  təqib etməkdən  əl çəkmədilər. Onlarla ikinci 
döyüş dağlıq yerdə baş verdi. O günü də Cavanşir qələbə 
qazandı və o, Allahın köməyilə düşməni darmadağın etdi. Am-
ma elə bu vaxt ona xəbər çatdı ki, sasanilər Bərdəyə daxil olub 
anasını və qardaşlarını əsir almışlar» (136, k.2, f.19; 296, s.158). 
Cavanşir öz qüvvələrini səfərbər edərək Kürün sahilində 
Sasani qoşunlarını  qılıncdan keçirmiş, anasını, qardaşlarını  və 
ərazini azad etmişdir. Bu barədə M.Kalankatlı yazır: «O, 
iranlıların hamısını öz qış iqamətgahı olan Bərdə  şəhərini azad 
edəndə də qırdı» (136, k.2, f.19; 296, s.158). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
62
Cavanşirin vuruşmalarını 
əks etdirən məlumatı 
M.Kalankatlı belə göstərir: «Cavanşirin  əldə  qılınc başqa 
döyüşlərdə nə qədər düşməni öldürməsi haqqında danışmağımız 
burada artıq olar və buna heç ehtiyac da yoxdur» (136, k.2, f.19; 
296, s.158). 
M.Kalankatlı göstərir ki, «Cavanşirin qələbələrini görüb, 
eşitmiş  …   gürcü əyanları öz nəsillərindən qız seçib onunla qo-
hum olmaq istədilər. Sasani sərkərdəsinə gəldikdə o, Cavanşirə 
vasitəçi ilə  məktub göndərib qohum olmağı, ittifaq bağlamağı 
xahiş etdi» (136, k.2, f.19). Bu zaman Sasani taxt-tacı uğrunda 
çəkişmələri və hakimiyyətin zəifləməsini görən, dövrün 
hadisələrini uzaqgörənliklə  dərk edən Cavanşir müstəqilliyin 
əhəmiyyətini və vacibliyini qiymətləndirərək üsyan qaldırdı 
(136, k.2, f.19; 296, s.158-159). 
M.Kalankatlının daha bir qeydi: «Cavanşir böyük Sasani 
şahlığının tənəzzülü haqqında fikirləşərək və keçmiş  Şərq 
şahlarının müstəbid olmalarını yada salaraq öz şəxsiyyətinə 
xüsusi təmtəraq verdi, belə  qənaətə  gəldi ki, bundan sonra öz 
hakimiyyətini heç kəsə tabe etməsin» (136, k.2, f. 19; 296, 
s.143). 
Qardaşları ilə birlikdə ata-baba yurduna getmiş Cavanşir 
atasının Sasanilər tərəfindən girov saxlandığını  eşidərək geri 
qayıtdı, vuruşaraq onu azad etdi. M.Kalankatlı bu barədə belə 
yazır: «İndi cəsur Cavanşir və onun böyük qardaşı  nə edə 
bilərdilər? Atalarının intiqamını almaq üçün onlar silahlandılar, 
yorğa atlarına minib uzun yolu qısaldaraq gəlib Firuzabad 
(Bərdə) şəhərinə çatdılar, …şir balaları kimi şəhərə hücum edib 
ona sahib oldular. Şəhərdə  və onun ətrafında Sasani 
sərkərdəsinin döyüşçülərindən kimi tapıb gördülərsə, hamısının 
cəzasını verdilər. Qardaşların yaxşı silahlanmış  dəstələri 
atalarını buraxmağa məcbur  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
63
edənə qədər düşməni qırdılar» (136, k.2, f.19; 296, s.159). 
Bu zaman ərəblərin hücumları davam edirdi. Onların 
hücumu ilə III Yezdəgirdin hakimiyyəti (630-651) dövründə Sa-
sani şahlığı tamamilə məhv edildi (651-ci ildə) (136, k.2, f.19). 
Bu, Sasani imperiyasının süqutu idi (136, k.2, f.19; 15, s.74; 
296, s.161). 
Ərəblərin  Şimal və  Şərq ölkələrinə doğru işğalçı 
hücumları Albaniyada, Bərdədə  də  gərgin vəziyyət yaratdı. 
Cavanşir  ərəblərə qarşı müqavimət göstərdi. Lakin ərəb 
qoşunları ilə qarşılaşdıqdan sonra onlara qalib gəlməyin çətin 
olduğunu hiss etdi. O, təslim olmaq, könüllü olaraq hakimiyyəti 
vermək istəmədi. M.Kalankatlı yazır ki, «ərəblərin amansız 
olduğunu görmüş Cavanşir onlara tabe olmayıb Kür çayının o 
biri sahilinə keçdi» (136, k.2, f.20). 
Qeyd etmək lazımdır ki, M.Kalankatlı  ərəblərin Bərdəyə 
müdaxiləsi, orada Cavanşirin və ya hər hansı bir hökmdarın 
fəaliyyəti barədə heç bir məlumat vermir. Lakin əsərinin başqa 
bir yerində yazır ki, Cavanşir yadellilərin hakimiyyətinə bir daha 
boyun əyməmək üçün öz döyüşçülərini də götürüb Kürün o biri 
sahilinə keçdi, ata yurdunda məskən saldı (136, k.2, f.20). 
Müəllif yazır ki, Cavanşir «bir qədər orada qaldıqdan so-
nra yenə  də ürəyinin atəşini söndürmək üçün ərəblərlə döyüşə 
yenidən başlamaq və atasını azad etmək istədi. Lakin atası onu 
bu fikirdən daşındırdı  və könüllü olaraq düşmənə  təslim oldu» 
(136, k.2, f.20). 
Hadisələrin sonrakı gedişi göstərir ki, Cavanşirin atasının 
(Varaz-Qriqorun) yaranmış  vəziyyəti yaxşı başa düşdüyündən 
qəbul etdiyi qərar, yeganə düzgün qərar idi. Cavanşir isə impera-
tor II Konstanta (641-668)  meyl göstərdi (136, k.2; 23; 126, 
s.166). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə