Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
64
Alban hökmdarı öz dövlətinin iqtisadi-siyasi qüdrətini qo-
rumaq, xalqı uzun müddət davam edən üzücü müharibələrdən 
xilas etmək üçün o dövrdə böyük gücə malik Bizans 
imperiyasına arxalanmağı üstün tutdu. O, Bizans imperatoru 
Konstant Avqusta məktub göndərdi, onunla ittifaq bağladı. Bu 
uzaqgörən siyasət Bizansın gələcəkdə Albaniya üzərinə basqın 
etmək ehtimalını da aradan qaldırdı (136, k.2, f.22). 
Həmin dövrün siyasi hadisələrinin mürəkkəbliyini nəzərə 
çatdıran M.Kalankatlı yazır: «Cavanşir erməni sərkərdəsi ilə itti-
faq bağlayıb onu Bizans imperatoruna tabe olmağa razı saldı. 
Sonra müttəfiq olduğu Bizans imperatoruna məktub göndərdi» 
(136, k.2, f.12). 
Cavanşirin Bizans imperatoru Konstanta göndərdiyi 
məktubuna böyük maraq göstərən imperator «Sənə – hökmdar 
Cavanşirə, Girdman sahibinə və Albaniya şahına – apoipata və 
proton patrikə və Şərqin hökmdarına» – sözləri ilə başlayan ca-
vab məktubu göndərərək, ona böyük rütbə və ənam verdi (136, 
k.2, f.13; 126, s.166). Beləliklə, Albaniyanın çarı kimi Cavanşir 
İberiya sərhədlərindən Dərbəndə  və Araz çayına qədər olan 
torpaqların hamısını idarə edirdi (136, k.2, f.13). 
Cavanşir Bizans imperatoru II Konstant ilə iki dəfə – 654-
cü ildə (indiki İran  ərazisində) və 660-cı ildə (Vaqarşapat 
şəhərində) görüşmüş, hər dəfə də onun tərəfindən imperatorlara 
layiq bir şəkildə qarşılanmışdır (136, k.2, f.13; 15, s.75; 126). 
Cavanşir imperator İraklinin oğlu Konstantın hakimiyyəti 
illərində Bizansla əlaqələr saxlayaraq öz torpaqlarının 
bütövlüyünü və hakimiyyətini saxlaya bildi. Sasani imperiyasına 
qarşı daim mübarizə aparan şimal ölkələri ilə əlaqəni kəsməmək, 
Cavanşir kimi uzaqgörən və  tədbirli dövlət xadimi 
xüsusiyyətlərinə malik müttəfiqlə əlaqələri  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
65
itirməmək üçün Bizans imperatorları Alban hökmdarına 
həddindən artıq yaxınlıq göstərirdilər (136, k.2, f.13; 15, s.75; 
126, s.266). M.Kalankatlı yazır ki, Cavanşir «imperator kimi 
təntənə ilə Konstansın sarayına daxil oldu. Cavanşiri görən kimi, 
Konstans onu qucaqladı  və bütün əyanlarından yuxarıda 
əyləşdirdi. Bu gün başqa günlər içərisində onun üçün daha 
uğurlu oldu, hər yan təmtaraqlı olub, qızıl və gümüş içində par-
par parıldayırdı. İmperator əmr etdi ki, Cavanşirin qabağına çara 
layiq olan süfrə açsınlar. Bundan başqa, imperator Cavanşirin 
belinə öz babası İraklinin və ulu nənəsi Niketanın çar kəmərini 
bağladı, çiyninə öz əbasını saldı  və iki bayraq bağışladı, 
Cavanşirin iki gənc oğlunu da patrik rütbəsinə layiq gördü. O, 
Albaniyanın ilk çarlarına məxsus bütün kənd və mülklərini 
Cavanşirə irsən, nəsildən-nəsilə keçmək şərtilə bağışladı və çar 
kimi bütün Şərq xalqına hökmran təyin etdi. Belə bir imkana 
malik olan Cavanşir ölkədə «xalqın tikmək,  əkmək,  əmin-
amanlıqda yaşaması üçün əmrlər verdi. Özü çoxlu saraylar tik-
dirdi» (136, k.2, f.13). 
M.Kalankatlı qeyd edir ki, «hətta Türküstan çarı da ondan 
əmin-amanlıq və dostluq gözləyirdi. Cavanşirə  hədiyyə olaraq 
seçmə atlar, nökər və xadimlər və sürünən heyvanların gönünü 
göndərirdi. Suriyadan, Atropatakandan, İberiyadan və  hətta 
Hindistandan adamlar gəlirdi ki, ona baxıb, onun səsini 
eşitsinlər» (136, k.2, f.13). 
Xilafət mərkəzində hakimiyyət uğrunda (Əməvilərin 
hakimiyəti ələ keçirməsi) gedən mübarizə ilə əlaqədar yaranmış 
vəziyyətdən istifadə edən xəzərlər 661/62-ci ildə Albaniya 
ərazisinə daxil oldular. Cavanşir Kür çayını keçərək xəzərlərə  
hücum etdi və döyüşdə qalib gələrək onları geri çəkilməyə 
məcbur etdi (136, k.2; 15, s.76; 126, s.267). 
M.Kalankatlı yazır ki, Cavanşir «özü ilə katolikosu, onun 
yepiskoplarını və öz əyanlarını götürüb, onlarla birlikdə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
66
 
Firuz-Qubad  şəhərindən  şimalda, bir günlük yolda yerləşən 
vəngə gəldi… Bundan sonra Cavanşir gözəl və ilahi təbriklərlə 
öz qış iqamətgahı olan Firuz-Qubad (Bərdə)  şəhərinə qayıdıb 
orada bütün ili əmin-amanlıqda keçirdi» (136, k.2, f.28). 
Cavanşir yaranmış nisbi sakitlikdən istifadə edərək Bərdədə iki 
il müddətinə böyük bir kilsə tikdirdi (136, k.2, f.26). 
664-cü ilin  qışında xəzərlər yenidən Albaniyaya gəldilər. 
Onlar Kür çayının o biri tayına keçib Albaniyada və Sünikdə 
xeyli qoyun və mal-qara sürülərini öz düşərgələrinə apardılar 
(136, k.2, f.29). M.Kalankatlı bildirir ki, «bundan sonra hunlar 
çarı (Xəzər xaqanı – Q.H.) Cavanşiri görmək istədi və 
Cavanşirin yanına öz qardaşlarını göndərərək, onların vasitəsilə 
görüş istədi ki, aralarında qardaş məhəbbəti yaransın» (136, k.2, 
f.29). 
M.Kalankatlı Cavanşirin qüdrət və  şücaətindən danışaraq 
qeyd edir ki, «bu vaxtadək heç bir Sasani hökmdarı Türküstan 
çarı ilə üzbəüz çıxmağa cəsarət etmirdi, lakin igid və  mərd 
Cavanşir ondan heç qorxmadı, …bütün əyanları ilə onun yanına 
getdi. Hunlar çarı da qayıqla çayın  (Kür – Q.H.) sərin suları ilə 
bu sahilə gələrək Cavanşirin qabağına çıxdı. Onlar öz aralarında 
sülh sazişinə  gələrək, ixtilaflara son qoyub qardaşlıq, dostluq 
haqda razılaşdılar. Müqavilə imzalayıb hər ikisi öz evinə 
qayıtdı» (136, k.2, f.29; 15, s.77). 
Lakin xəzərlərin basqın etmək təhlükəsi aradan 
qalxmamışdı. Cavanşir Xəzər xaqanı Alp İlitverin qızı ilə 
evlənməklə bu təhlükədən ölkəni  xilas etdi. Ərəblərə qarşı 
mübarizə aparmağın çətin olacağını görən Cavanşir xəzərlərlə 
müqavilə bağlayaraq  şimal qonşusunun təhlükəsindən xilas ol-
maq üçün bu addımı atmışdı (136, k.2, f.29; 15, s.77). Bu barədə 
M.Kalankatlı məlumat verir: «Amma görün mənim igid sahibim 
ertəsi gün necə hünər göstərdi!  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə