Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
67
On yeddi döyüşçü ilə o, çayın o biri sahilinə keçib Hunların 
düşərgəsinə gəldi və burada çarın qızını aldı, əsarətdən 120 min 
baş qoyun, 8 min at və öküz qurtardı  və 1200 əsiri azad etdi» 
(136, k.2, f.29; 15, s.76; 296, s.158). O, sonra əlavə edir ki, 
«bütün bunlar Cavanşirin hakimiyyətinin iyirmi səkkizinci 
ilində baş vermişdir. Bu, onun otuz illik hökmranlığı dövründə 
olmuş  və bütün bu illər  ərzində o, gənc yaşlarından 
yetkinləşməsinə  qədər hakim sipəhsalar kimi bir çox hallarda 
ləyaqətli qəhrəmanlıqlar göstərmişdir. Hakimiyyət illərinin 
dörddə üçünü əvvəlcə Sasanidə, sonra da Hunlar (Xəzərlər – 
Q.H.) darvazası  ətrafında keçirmişdir. Bu rəşadəti onu bütün 
dünyaya tanıtmış və haqqında olan xəbərlər uzaqlara – şərqdən 
qərbə  və  şimaldan cənuba qədər, arilər və qeyri-arilər arasında 
geniş yayılmışdır» (136, k.2, f.29). 
Bir sıra tədqiqatlarda Cavanşirin Xəzər xaqanının qızını 
almaqla xəzərlərdən asılı vəziyyətə düşdüyü bildirilir (15, s.76; 
23; 100). Hər halda xəzərlərin təxminən yüz il ərzində 
Azərbaycan torpaqlarına hücumları  və ona qarşı müxtəlif for-
mada aparılmış mübarizə haqqında xeyli məlumat verilir (136, 
k.2, f.29). M.Kalankatlı bildirir ki, sülh bağlandığına baxmaya-
raq xəzərlər sonralar Albaniyaya dəfələrlə yürüş etdilər (136, 
k.2, f.29). Yeri gəlmişkən, elmi ədəbiyyatda Xəzər-Alban 
münasibətlərinə dair məsələlərdə xeyli anlaşılmazlıqlar 
mövcuddur. Bu problemin geniş  şəkildə  və obyektiv tədqiqinə 
ehtiyac olduğunu düşünürük. 
Burada xatırlatmaq lazımdır ki, ərəblərin Sasani 
torpaqlarına hücum etdiyi ilk dövrlərdə Cavanşir yeddi il Sasani 
ordusu ilə birgə Xilafət ordusuna qarşı vuruşmuşdur. 
M.Kalankatlının məlumatına görə Sasani hakimiyyətinin Xilafət 
hücumları qarşısında dura bilməyəcəyini başa düşən Cavanşir 
geri çəkilərək Albaniya ərazisində hakimiyyətini 
möhkəmlətməklə məşğul olmağa başladı. Böyük  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
68
məğlubiyyətdən sonra (651-ci ildə) Sasanilərin bir hissəsi  
şimala doğru hərəkət edərək Albaniyada möhkəmlənmək 
istərkən Cavanşirin müqavimətinə rast gəldi. Cavanşir  İberiya 
(Gürcüstan) hökmdarı Aternerseh ilə razılığa gəlib onları 
ölkədən çıxardı (136, k.2, f.25). Bu dövrdə atası Varaz-
Qriqordan fərqli olaraq Cavanşir öz hakimiyyətinin 
müstəqilliyini qorumaq üçün hələ  ərəblərin hakimiyyəti 
güclənməmiş Bizans imperiyası ilə  əlaqələri yaxşılaşdırmaq və 
ölkəni bizanslıların hücumlarından qorumaq üçün Konstansla 
Albaniyanı  təbəəliyə götürməsi üçün danışıqlar aparırdı. Lakin 
ərəblərin Albaniyanı  əhatə edən bütün əraziləri tutması 
Cavanşiri Bizansla danışıqları  kəsib Xilafətlə hesablaşmağa 
məcbur etdi. Bu zaman ərəbləri Bələncər yaxınlığında (653-cü 
ildə) məğlub etmiş  xəzərlərin Albaniyaya hücumları yenidən 
başlandı. Cavanşir 662-ci ildə xəzərlərin hücumlarının qarşısını 
aldı. Xəzərlərin iki il ondan sonrakı hücumu (664-cü ildə) 
Cavanşirin Xəzər xaqanının qızını alaraq onların təbəəliyini 
qəbul etməklə başa çatdı (136, k.2, f.29; 15, s.76; 174, s.30). 
Xilafət qarşısında digər dövlətlərin (Bizans, Xəzər və s.) 
aciz qaldığını görən Cavanşir çıxış yolunu çevik siyasət 
yeritməkdə gördü. O, 667-ci ildə  xəlifə Müaviyənin yeni 
hücumlarından ehtiyat edərək  Şama (Dəməşqə), onun yanına 
getdi və Albaniyanın Xilafətin tam təbəəliyinə keçdiyini elan 
edərək, az miqdarda vergi alınması razılığını əldə edib Bərdəyə 
qayıtdı. Üç il sonra (670-ci ildə) Xəlifənin dəvətilə Cavanşir 
yenidən  Şama (Dəməşqə) getmişdi. Çətinliklə olsa da, o, Al-
baniyanın müstəqilliyini qoruyub saxlaya bilmişdi (136, k.2, 
f.30). 
M.Kalankatlı bunu yığcam  şəkildə belə  təsvir edir: 
«Cənub hökmdarı (Xəlifə – Q.H) eşitmişdi ki, bizim şahımızın 
(Cavanşir – Q.H.) Bizans imperatoruna qarşı meyli var və o
Türküstan qəbilələri ilə qohumluğu sayəsində onları  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
69
itaətdə saxlayıb, istədiyi vaxt yürüşə çağıra və ya yürüşdən sax-
laya bilərdi. Buna görə məğrur dünya fatehinin beynində həsəd 
əmələ  gəldi və o, inanılmış adamlar ilə Cavanşiri öz böyük 
andları və hesabsız mükafatları ilə birlikdə öz yanına dəvət etdi. 
Cavanşir çoxlu hədiyyələrlə kainat hökmdarının yanına getdi» 
(136, k.2, f.30). 
Cavanşir öz hakimiyyəti dövründə iki dəfə (667 və 670-ci 
illərdə) Xilafət mərkəzinə – Müaviyənin yanına getmiş (ikincidə 
dəvət olunmuşdu), hər ikisində də yüksək səviyyədə qarşılanmış 
və  hörmətlə yola salınmışdı (136, k.2, f.29, 31; 15, s.77; 126). 
Xəlifə Müaviyə  həm Albaniyanın təbii-coğrafi və strateji 
üstünlüyünü, həm də Cavanşirin  şəxsi nüfuzunu nəzərə alaraq 
onu Xilafətin paytaxtına – Şama dəvət etmişdi. Cavanşir bundan 
istifadə edərək birinci gedişində (667-ci ildə) Xilafətin 
təbəəliyini qəbul etməklə Albaniyanı  ərəb qoşunlarının 
qarətindən xilas etdi. O, bəzi güzəştlər alaraq ölkənin nisbətən 
əmin-amanlığını  təmin edə bildi (136, k.2, f.31; 15, s.78; 126, 
s.164). 
Ərəb xəlifəsi ilə ilk görüşdə yüksək rəğbət və hörmətlə 
qarşılanıb geri döndükdən sonra «Cavanşir üç il dalbadal (667-
670) özünü Cənub hökmdarının sadiq təbəəsi kimi göstərdi» 
(136, k.2, f.31). 
Ərəb Xilafətinin qərbə doğru genişləndiyi bir vaxtda 
Cavanşirin ağıllı məsləhətlərini qiymətləndirən xəlifə ikinci dəfə 
(670- ci ildə) onu öz yanına dəvət etdi, daha böyük ərazilərin 
hakimiyyətini – Süniki, Arazın o biri sahilində yaşayan 
atropatenalıların ixtiyarını da ona verdi. Şöhrətpərəsliyi 
sevməyən Cavanşir bu böyük ərazinin hakimiyyəti əvəzində öz 
ölkəsinin  əmin-amanlığı, tikinti və abadlıq işləri ilə  məşğul 
olmağı üstün tutdu (136, k.2, f.31; 126, s.125). İkinci görüşündə 
o, xəlifədən xahiş edərək ölkədən alınan verginin miqdarını xey-
li azaltdırdı. M.Kalankatlı  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə