Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
70
qeyd edir ki, «cənubun hökmdarı … əmr etdi ki, vergi onun 
üçdə biri qədər yüngülləşdirilsin» (136, k.2, f.31). 
Xəlifə Cavanşiri böyük hörmət və qiymətli hədiyyələrlə 
yola saldı: «Cənubun hökmdarı  Şərqin hakimini başına tac 
qoyulmuş padşah kimi, daha da yüksək təriflərə layiq gördü və 
əmr etdi ki, ona Hindistandan gətirilmiş  və yaxşı öyrədilmiş 
nəhəng fil bağışlasınlar … sonra xəlifə Cavanşirə quşların  ən 
gözəlini – tutuquşunu bağışladı. Bundan əlavə, xəlifə ona başqa 
hədiyyələr də  bəxş etdi: qızıl qınlı polad qılınc, mirvari ilə 
süslənmiş kaftan, qızıl xaçlar, ipək parçalar, əba və cürbəcür 
qiymətli geyimlər. Bundan başqa, ona özü mindiyi atlardan əlli 
ikisini bağışladı» (136, k.2, f.31). 
Cavanşir böyük ənamları ilə birlikdə geri qayıdaraq 
Bərdəyə  gəldi və  xəlifədən aldığı imtiyazları elan etmək üçün 
məclis çağırdı. M.Kalankatlı: Cavanşir «öz qış iqamətgahı olan 
ölkə paytaxtına (Bərdəyə – Q.H.) getdi və burada ümumxalq 
məclisini çağırdı» (136, k.2, f.31). 
M.Kalankatlı Cavanşirin yeni libasda çar kimi 
hərəkətlərindən, geyimindən, dövlət idarəçiliyindən, çar 
sarayının görünüşündən, nəhəng filin əzəmətindən, tutuquşunun 
qəribə  təsirindən, qızıl yəhər-yüyənli  ərəb atlarından bəhs edir 
(136, k.2, f.31). 
Beləliklə, öz hakimiyyəti dövründə Albaniya hökmdarı 
Cavanşir ölkəsini Bizans və ərəblərlə mübarizədə qoruyub sax-
laya bildi. O, bir sərkərdə, hökmdar, mahir diplomat, siyasətçi 
kimi ölkənin siyasi-iqtisadi mövqeyinin möhkəmləndirilməsilə, 
xalqın sosial vəziyyətinin və 
mədəni həyatının 
yaxşılaşdırılmasına və inkişafına geniş  şərait yaratdı. «O, dörd 
xalqın hakim padşahlarının hörmət və iftixarını qazanmışdı» 
(136, k.2, f.31; 15, s.76). Lakin Cavanşirin xəzərlərlə 
münasibətləri normal məcraya saldıqdan sonra Bizansın 
Xilafətlə apardığı müharibələrdə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
71
zəifləməsindən istifadə edərək Xilafətlə münasibətlərə üstünlük  
verməsi və qazandığı  uğurlar ona qarşı düşmən ünsürlərin baş 
qaldırmasına səbəb oldu. 
Albaniya dövlətinin qüdrətli hökmdarı Cavanşir 681-ci 
ildə sui-qəsd nəticəsində qəflətən öldürüldü (125, s.161). 
M.Kalankatlı Cavanşirin öldürülməsi barədə  aşağıdakı  
məlumatı verir: «İstirahətini Uti vilayətinin yaylaqlarında 
keçirən Cavanşir Bərdə  şəhərinə qayıdaraq xaçqaldırma 
bayramını özü tikdirdiyi kilsədə keçirmək istədi. Gecənin 
birində öyrədilmiş cani – Arcahunik mahalından olan Varazo 
hazırlıq tədbirləri görərək gecə Cavanşiri öldürdü» (136, k.2, f. 
36; 15; 296). Z.M.Bünyadovun fikrincə, Cavanşir təxminən 681-
ci ildə bizanspərəstlərin gizli qəsdi nəticəsində öldürülmüşdür 
(15, s.100). M.Kalankatlı bildirir ki, «Cavanşirin faciəli ölümü 
və  qəflətən öldürülməsi ölkədə çox narahatlıq yaratdı, dolaşıq 
hadisələrə səbəb oldu» (136, k.2, f.36). 
Qeyd etmək lazımdır ki, M.Kalankatlının «Albaniya tarix-
i»  əsərindən Cavanşirin öldürülməsi dövrün hakimiyyət 
mübarizəsi, dövlətlərin düşmən münasibətindən çox xainlik, 
paxıllıq, xəyanətkarlıq xislətindən yaranan bir qəsd kimi 
anlaşılır. Dövrün mürəkkəb hadisələrlə  zənginliyi və 
M.Kalankatlının qeyd etdiyi kimi, erməni  əyanları  və kilsə 
başçılarının Cavanşirin  şöhrətinə  həsədi, paxıllığı haqqında 
məlumat onun öldürülməsinin nə ilə bağlı olduğundan xəbər ve-
rir (136, k.2, f.36). Cavanşirin öldürülməsi haqqında M. 
M.Kalankatlının mətnindəki məlumatları təhlil edən K.V.Trever 
Knyazın öldürülməsinin  əsl səbəbinin müəmmalı qalması 
qənaətinə  gəlır (363, s.249). Tədqiqatçı o dövrün erməni 
müəlliflərinin də bu məsələnin üstündən sükutla keçdiyini xüsu-
si qeyd edir. M.Kalankatlı isə «böyük faciə» adlandırdığı, 
«ölümünə bütün ölkənin yas tutduğu» Cavanşirin öldürülməsinə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
72
səbəb olan qüvvələr haqqında konkret heç nə yazmır (363, 
s.249).  İnanmaq olmur ki, dövrün tarixçisi M.Kalankatlı 
hökmdar Cavanşirə dair hər bir məsələyə diqqətlə yanaşdığı, hər 
incəliyi qeyd etdiyi halda, Cavanşirin ölümünün səbəbini 
bilməsin və ya sadəcə, buna laqeyd qalsın. Bəlkə də bu məqam 
tarixçinin  əsərinin bu hissəsi tərcümə edilərkən (erməni dilinə) 
sonradan yox edilmişdir. 
M.Kalankatlı Bizans imperatorunun Cavanşiri yanına 
dəvət edib, onu hörmətlə qarşılamasından və ona hədiyyələr 
verməsindən bəhs edərkən yazır ki, «belə  səməvi hədiyyələri 
almış Cavanşiri gördükdə erməni  əyanları  və  sərkərdə Hama-
zasp ona paxıllıq etdilər, lakin o, buna heç əhəmiyyət vermədi» 
(136, k.2, f.36). Tarixdə belə halların dəfələrlə  təkrarlanması 
göstərir ki, ermənilərdə paxıllıqdan güclü hiss yoxdur. Erməni 
məkrinə fikir verməmək, onların hiyləsinə  məhəl qoymamaq, 
unutqanlıq belə hadisələrin tarixdə  dəfələrlə  təkrarına səbəb 
olmuşdur. Cavanşirin, katolikos Nersesin öldürülməsi, Xaqan 
qızına qəsd və s. hələ ilk orta əsrlərdə baş verənlər idi (136, k.2). 
M.Kalankatlı Cavanşirin  Şamda Xəlifə ilə  görüşdən 
təntənə ilə geri qayıtdığını  təsvir edərkən bildirir ki, 
«…Cavanşiri böyük şan-şöhrətlə yola saldılar. Ayrarat 
vilayətinə  gəldikdə onu Mamikonlar nəslindən olan Qriqor və 
onun  əyyanları qarşıladılar. Qriqor onu öz Aruc şəhərciyinə 
apardı. Buraya katolikos bakirə Anastas (666-667-ci illərdə ka-
tolikos olub) da gəldi. Cavanşir ona salam verdi və  təzim etdi, 
katolikos da ona xeyir-dua verdi» (136, k.2, f.30). Təəssüf ki, 
mənbədə bu xeyir-duaların Cavanşirin taleyində göstərdiyi 
nəticə  əlaqələndirilmir, başqa sözlə, bu barədə aydın məlumat 
verilmir. Cavanşirə sui-qəsd edilməsinin  əsl səbəbinin bu 
baxımdan araşdırılması düzgün olardı. Çünki həmin qəbildən 
olan faciələr sonrakı tariximizdə dəfələrlə təkrar edildiyindən bu 
fikir şübhə doğurmamalıdır.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə