Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
80
və ordusu üçün düşərgələr ayırdı; sonra isə pul vermək  şərtilə 
onunla müqavilə bağladı. O da bu şərtləri qəbul etdi. Bundan 
sonra o, Beyləqandan çıxıb Bərdə qalasına hücum etdi. Bərdənin 
əhalisi onunla pul təzminatı vermək  şərtilə müqavilə bağladı» 
(34, s.9). Əl-Kufi ilə həmdövr ərəb müəllifi əl-Bəlazuri ərəblərin 
hücumları barədə bir qədər də  əlavələrlə  məlumat verir: «Sal-
man ibn Rəbiə  xəlifə Osmanın  əmri ilə Arrana doğru hərəkət 
etdi və o, yerli əhaliyə yaşayışlarını, şəhərin divarları və onların 
əmlaklarının toxunulmazlığını təmin edəcəyinə və onları can və 
torpaq vergisindən azad edəcəyinə söz verərək, Beyləqanı sülh 
yolu ilə tutdu. Sonra Salman Bərdəyə  gəldi və Turtur (Tərtər) 
çayının sahilində  şəhərdən bir fərsəxdən az məsafədə düşərgə 
saldı.  Şəhər sakinləri darvazaları onun üzünə bağladılar və o, 
onlara bir neçə gün təzyiq göstərməli oldu. O, bu vaxt biçini təzə 
qurtarmış  kəndlərin üzərinə basqınlar etdi. Onlar Beyləqan 
sakinləri ilə olduğu kimi sülh bağlamağa (məcbur oldular). 
Şəhər darvazalarını açdılar, o, şəhərə daxil oldu və orada (bir 
müddət) vaxt keçirdi. Sonra atlı dəstələrilə oradan hərəkət etdi, 
Şavşan, Masvan, Ud, Xerxilan, Tabar və Arranda digər yerləri 
tutdu. Bəlasacanda islamı  qəbul etməyi təklif etdi, ancaq onlar 
ona hərblə cavab verdilər, lakin o, onları üstələdi və bir 
hissəsinin üzərinə baş vergisi qoydu, bir hissəsi isə islamı qəbul 
etdi və  sədəqə – zəkat verdi. O, Bərdədə yerləşib qüvvə 
topladıqdan sonra ətraf yerlərə qoşun göndərdi, yaxın kənd və 
şəhərləri özünə tabe etdi» (209, s.16). 
Özündən əvvəlki və sonrakı müəlliflərdən fərqli olaraq əl-
Kufi həmin hadisələrə aid əlavə  məlumatlar verir. O yazır: 
«Salman Bərdə və digər şəhərlərdən xeyli pul alaraq öz əsgərləri 
arasında payladı və bununla onları daha da şirnikləndirdi. Sonra 
o, özünün süvari qoşunu ilə Cürcana (Gürcüstana) hücum etdi. 
Oranın əhalisi onunla da  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
81
müəyyən edilmiş  məbləğdə illik təzminat vermək  şərtilə sülh 
bağladı» (34, s.18). 
Mənbələrin verdiyi məlumatlardan göründüyü kimi, 
Ərəblər Bərdəni tutmuş və qısa bir müddətdən sonra şəhəri tərk 
etmişlər (645-646) (15, s.80, 82, 83; 209, s.5-16). Bərdənin ərəb 
orduları  tərəfindən tutulmasına dair iki fikir mövcuddur. Biri 
odur ki, Bərdə döyüşsüz, qısa müqavimətdən sonra ərəblərə 
təhvil verilmiş, ikincisi –  şəhər güclü müqavimət göstərmiş, 
hətta qala divarları dağıdılmış, çox sayda insan öldürülmüşdür 
(34, s.7; 100, s.17; 209, s.5). Ərəb mənbələrində ərəb canişinləri 
tərəfindən Bərdə  şəhərinin qalasının bərpa edilməsi barədə 
məlumatlardan aydın olur ki, Bərdə  şəhərində  və qalasında 
həqiqətən dağıntılar olmuşdur (34, s.7). Ərəb mənbələrinə görə, 
Bərdənin qala divarları VII əsrdə (628-ci ildə) xəzərlərlə 
döyüşlər zamanı dağıdılmışdır (359, s.8). 
Bərdəni tamamilə öz əllərinə keçirmiş  ərəblər Kürün sağ 
sahilində  işğallarını başa çatdırdıqdan sonra çayın sol sahilinin 
işğalına başladılar.  Şimala doğru hərəkətdə  məqsəd  Şirvan və 
Dərbəndə qədər olan şəhər və kəndləri tutaraq tabe etmək və ey-
ni zamanda Qafqazda ağalıq edən, Cənubi Qafqazı  təsir 
dairəsində saxlayan xəzərlərin müqavimətini qıraraq onları qor-
xutmaq və  həmin  əraziləri öz təsiri altında saxlamaq idi (34, 
s.28). 
Qaynaqda göstərilir ki, «Bundan sonra Salman və onun 
silahdaşları geriyə döndülər və Kür çayına çatıb, onun o biri 
sahilinə keçənədək irəlilədilər. Onlar Şirvan torpağına yetişib 
orada düşərgə saldılar. Sonra ərəblər Şirvanın hökmdarını dəvət 
etdilər və onunla təzminat ödəməsi  şərtilə sülh bağladılar. 
Səlman  Şirvandan çıxıb daha da irəliyə gedərək  Şabrana, 
Maskata yetişdi. Bundan sonra o, oradakı hökmdarlara elçilər 
göndərib onları yanına dəvət etdi. Onun yanına  əl-Ləkzin, 
Filanın və Təbər 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
82
saranın (Tabasaran) hökmdarları  gəldilər. Hamı ona pul və 
hədiyyələr gətirdi, ildə müəyyən edilmiş  təzminatı ödəməyə 
razılıq verdi. O da bütün bunlarla razılaşdı. Bundan sonra, Sal-
man Bab əl-Əbvab tərəfə getdi. O, xəzərləri təqib edərək onların 
torpaqları ilə irəlilədi. Lakin xəzərlər xaqanın başçılığı ilə 300 
min nəfərlik qoşunla hücum edib ərəb ordusunu qırdılar. Salman 
ibn Rəbiə və onunla olanların hamısı öldürüldü (644-cü il)» (34, 
s.9-10). Bununla əlaqədar Azərbaycanın çox hissəsi  ərəblərin 
itaətindən çıxdı. Salman ibn Rəbiənin ölümündən (644-cü il) 
sonra Həbib ibn Məsləmənin Azərbaycana və Arrana yürüşü 
başlandı (34, s.11). O, altı minlik piyada və süvari ordusu ilə 
Xilata gəldi, Sirac Tayrdan (Şirak) keçərək Gürcüstana 
yaxınlaşdı, onlardan 800 min dirhəm bac almaq şərtilə sülh 
bağladı. Xəlifə Osman Həbib ibn Məsləməyə  məktub yazıb 
onun yerinə Hüzeyfə ibn əl-Yəməni təyin edənədək o yerləri 
idarə etdi (34, s. 11). O, Arranda nisbi sakitlik yaratdı. Osman 
Huzeyfa ibn əl-Yəmən vali təyin edildikdən sonra o, tutulmuş 
şimal  ərazilərini yaxşı idarə etmək üçün canişinliyin 
iqamətgahını  Dəbildən Bərdəyə keçirdi (656-cı il) (174, s.28; 
209, s.5). 
Əl-Bəlazuri  ərəblərin Bərdədən sonra digər  şəhərlərə et-
diyi yürüşlərdən bəhs edərək bildirir: «Bir neçə  Bərdə sakini 
mənə  xəbər verdi ki, Salman ibn-Rəbiə  qədim  şəhər sayılan 
Şəmkirə qoşun göndərdi, onu tutdu» (209, s. 14). O, sonra qeyd 
edir ki, «Salman Arrasla (Araz) Kürrün (Kürün) qarışdığı yerə – 
Bərdincə gəldi, Kür çayını keçərək Qəbələni tutdu. Həmin vaxt 
vilayətdə hakimiyyətə Hüzeyfə ibn əl-Yəmən təyin edildi (656-
657). (Hüzeyfə) Bərdəyə gələrək bu şəhərlə Xalxal və eyni za-
manda, Xeyzan arasında yerləşən vilayətə məmur göndərdi, an-
caq tezliklə o, xəlifə Osmanın yerinə yanında olan Sıl ibn Züfəri 
qoyub  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə