Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
83
geriyə (Mədinəyə) qayıtmaq əmrini aldı və belə də etdi» (209, s. 
15). 
Bərdədən sonra ərəblər Kürün sahilindəki digər kənd və 
şəhərlərə  də hücum etmiş, tutduqları «Qəbələnin,  Şəkinin, 
Kambisenanın, 
Şirvanın, 
Şabranın, Maskatın, Ləkzin, 
Təbərsaranın (Tabasaran) hakimləri ilə müqavilə bağlamışdılar» 
(34, s.11; 174, s.28; 209, s.13). 
Əli ibn Əbu Talibin (598-661) xəlifəliyi dövründə (656-
661)  əl-Əşas ibn Qeys əl-Kindi (656-cı ildə), ondan sonra 
Müaviyyə adından Abdullah ibn Xətim ibn Nəman ibn Əmru 
vali təyin edildi. Onun qardaşı  Əbdü-l-Əziz ibn Xatim ibn 
Nəman uzun müddət Arranı idarə etdi. O, Bərdə  şəhərinin 
bərpası və tikinti işlərinin icraçısı kimi tanınmışdır (34, s.11-12; 
174, s.28; 209, s.13-15). 
Bundan sonra, Yəzid ibn Əbdü-l-Məlik ibn Səffər  əl-
Bəhrəni, sonra onun yerinə Haris ibn Əmrunu hakim təyin 
etmişdi. O, «Lazlar ölkəsinə yürüşü başa çatdırıb Xasmadana 
qədər yerləri tutmuşdu» (359, s.8-15). 
Balazuri yazır: «Əli ibn Əbu Talib əl-Əşas ibn Qeysi 
Azərbaycanın hakimi təyin etdi. Əl-Əşas bura yetişdikdə gördü 
ki, yerli əhalinin çoxu islamı qəbul etmişdi və Quran oxuyur. O, 
Ərdəbildə  əta və divan siyahısına salınmış  ərəblərdən 
yerləşdirdi. Buranı Azərbaycanın baş  şəhəri etdi» (209, s. 16). 
Tarixçi qeyd edir ki, sonra oraya Kufədən, Bəsrədən,  Şamdan 
xeyli ərəb ailəsi köçüb gəldi (174, s.28; 209, s. 16). 
Cavanşir öldürüldükdən (681-ci ildə)  sonra Albaniya 
şahlıq taxtını  ələ keçirmək uğrunda ölkədə daxili çəkişmələr 
başlandı. Bu çəkişmələrdə knyazlar və ruhanilər, habelə «silahlı 
camaat» da iştirak edirdi. İğtişaşları yatırmaq, çəkişmələrə son 
qoymaq üçün Bərdəyə zadəganlar, hökmdarlar, canişinlər, 
əyanlar və knyazlar toplandılar. Vəliəhd seçmək barəsində 
məsləhətləşmələr yeni şahın seçilməsi  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
84
ilə başa çatdı. Onlar «razılaşdılar ki, (taxta) baş əyyanlardan bi-
rini, imperatorun verdiyi ekskonsul (apoipat) titulu dərəcəsinə 
yüksəldilən və patrisi rümbəsi olan bir şəxsi seçsinlər. O 
Cavanşirin qardaşı Varaz-Perozun oğlu Varaz-Trdat idi» (136, 
k.2, f.10; 15, s.100; 313, s.182). 
Varaz-Trdat hökmdar seçildikdən (680-699) sonra böyük 
Xəzər ordusu Alp İlitverin komandanlığı altında Cavanşirin 
öldürülməsinin intiqamını almaq üçün Albaniyaya hücum etdi. I 
Varaz-Trdat Albaniyanı xilas etmək üçün Xaqanın yanına din 
xadimi olan Yelizarı elçi göndərdi. Bununla da knyaz xaqanı 
inandırıb «sülh və pozulmaz dostluq» əldə etdi (136, k.2I, f.10; 
15, s.100-101; 313, s.186). 
Həm alban, gürcü, həm də ərəb və fars mənbələri bildirir 
ki, VII əsrin axırlarında Albaniyanın siyasi həyatı Xilafətin 
mərkəzində baş vermiş  dəyişikliklərdən asılı olaraq hər an 
dəyişə bilərdi. Bu zaman Xilafətdə  xəlifə taxt-tacı  uğrunda 
çəkişmə və vuruşmalar gedirdi. Xəlifə Əli ibn Əbu Talib (661-ci 
il) öldürüldükdən sonra, hakimiyyət Əməvilər sülaləsinin (661-
750) əlinə keçdi. Xəlifə Müaviyə ibn Əbu Süfyan (661-680) və 
oğlu I Yəzid (680-683) dövründə  ərəb işğalları daha da 
şiddətləndi,  əmin-amanlıq pozuldu. Çox keçmədən hakimiyyət 
başına Mərvanilər sülaləsinin banisi I Mərvan keçdi (684-685). 
Sonra onun oğlu  Əbdü-l-Məlik (685-705) xəlifə oldu (15, 
s.103). Xəlifə Əbdü-l-Məlik ilə imperator II Yustinian arasında 
685-ci ildə barışıq imzalandı və bundan sonra Arrandan yığılan 
vergilər Xilafət ilə Bizans arasında bölüşdürülürdü (15, s.103). 
VII  əsrin sonlarında Albaniya «üç xalqa: xəzərlərə, 
taciklərə (Xilafətə) və yunanlara (Bizansa) bac verirdi» (136, 
k.2I, f.12; 15, s.103; 126, s.; 313, s.253). 
Tədqiqatlar göstərir ki, Cavanşirin ölümündən sonra Al-
baniyada dövlətçilik və siyasi hakimiyyət zəifləmiş,  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
85
ərəblərin, xəzərlərin və bizanslıların hücumuna məruz qalmış 
(688-690) Xilafətin, Bizansın və  Xəzər xaqanlığının asılılığına 
düşmüşdür (136, k.3; 15; 126; 174, s.32; 296, s.159). 
Beləliklə, Azərbaycanın cənub hissəsi VII əsrin sonlarında 
Ərəb Xilafətinin tam hakimiyyəti altına keçmişdi, şimal hissəsi 
olan Albaniya isə Xilafətin vassalı kimi yerli hökmdarlar 
tərəfindən idarə olunurdu. 
 
3.2. Bərdə VIII-X əsrin I yarısında (Bərdənin 
çiçəklənmə dövrü) 
 
 Varaz-Trdatın Albaniya üzərinə qoyulmuş vergilərin 
azaldılması xahişi üçün Konstantinopola gedərkən (699-cu ildə) 
girov kimi orada saxlanılması (704-cü ilədək) ölkəni hökmdarsız 
qoymuşdu. Həmin vaxt alban katolikosu Nerses Bakir erməni 
katolikosu  İlya tərəfindən Xəlifə  Əbdü-l-Məlikə verilmiş 
fitnəkar məlumata  əsasən cəzalandırılmış, sonuncu Alban şahı 
Şero hakimiyyətdən kənarlaşdırılmışdı (136, k.3, f.5; 15, s.104; 
174, s.32). Belə ki, Xəlifə  Əbdü-l-Məlik göstərişi ilə 
Məhəmməd ibn Mərvan həmin vaxt Bərdəyə  gəlmiş
Albaniyanın mehranilər sülaləsindən olan axırıncı hökmdarı 
Şeronu da özü ilə Xilafətin paytaxtı Şam şəhərinə apararaq ora-
da edam etirmişdi (705-ci ildə). Bundan sonra ərəblər öz caniş-
inini Bərdəyə  təyin edib ölkənin idarəçiliyini ona tapşmışdı 
(136, k.3, f.5; 15, s.104; 174, s.33). Ərəblər Albaniyanın məxsus 
olduğu yarımasılılığı da ləğv edib idarəçiliyi tamamilə öz 
əllərinə aldılar. 705-ci ildən etibarən Albaniya siyasi 
müstəqilliyini itirdi, ölkəni Xilafət canişinləri idarə etməyə 
başladılar (136, k.3, f.5-8; 15, s.104-105; 174, s.33). Alban 
dövlətinin mövcudluğuna  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə