Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
86
son qoyuldu. Ərəb mənbələri və  tədqiqat  əsərləri göstərir ki
həmin dövrdən sonra Albaniya dövlətinin ərazisi «Arran» («ər-
Ran») adlandırılmış, ərəb mənbələrində «Arran», «Azərbaycan» 
və s.  ad altında göstərilmişdir (15, s.92; 173; 174, s.33). 
Bununla da, Bərdə şəhərinin tarixində yeni dövr başlandı. 
Xəlifənin canişini Bərdə  şəhərində yerləşdi. Bərdə  şəhəri VIII 
əsrdən etibarən Ərəb Xilafətinin şimaldakı mərkəzi oldu. 
VIII  əsrin başlanğıcında Bizansın Cənubi Qafqazda 
mövqeyi zəifləsə də xəzərlərin üstünlüyü hələ özünü göstərirdi. 
Bu zaman Xilafətin paytaxtında baş vermiş hakimiyyət 
çəkişmələri  Əməvilərin xeyrinə  həll olundu (15, s.103; 174, 
s.33).  
Qaynaqlarda məlumat verilir ki,  xəlifə Əbdü-l-Məlik ibn 
Mərvan (685-705) qardaşı  Məhəmməd ibn Mərvanı  əl-Cəzirə, 
Azərbaycan və Arrana vali təyin etdi, güclü bir ordunu onun 
tabeliyinə verdi. Bundan sonra o, Übeydullah ibn Əbu Şeyx əl-
Aviyyi  Şam  əhalisindən olan 10 minlik qoşunla Arrana 
göndərərək xəzərlər ilə vuruşmasını əmr etdi (34, s.12; 174; 209; 
261). 
Übeydullah  Əbu  Şeyx ordusu ilə Arran ərazisinə  gəldi. 
Bundan xəbər tutmuş yerli əhali  ərəblərə qarşı yüz minlik (bu 
rəqəm  şübhə doğurur- Q.H) qüvvə  çıxardı. Qaynaq 
məlumatlarına görə, onlar ərəblərin hamısını  qırdılar (34, s.12-
13). 
Əl-Kufi yazır ki, «əhvalatdan xəbər tutan Məhəmməd ibn 
Mərvan (705-ci ildə) müsəlmanların (ərəblərin) başına açılmış 
müsibətdən kədərləndi,… Sonra isə  əsgərlərinə müraciət edib
qırx min nəfərlik qoşunun başında özü yürüşə  çıxdı…, onlarla 
amansız döyüşə girdi. Allah-Təala bütpərəstləri qaçmağa 
məcbur etdi, müsəlmanları isə öz himayəsi ilə möhkəmləndirdi. 
Müsəlmanlar onların çoxunu  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
87
qırıb  əsir aldılar, ölkələrinə  və  əmlaklarına sahib oldular» (34, 
s.13;154, s.231).  
Məhəmməd ibn Mərvan qardaşı oğlu Məsləmə ibn Əbdü-
l-Məlik ibn Mərvanı çağırıb ordunu ona təhvil verdi və əmr etdi 
ki, o, Dərbəndə hücum edib oradakı  xəzərlərlə vuruşsun. 
Dərbənddə isə bu vaxt 80 mindən çox xəzər əsgəri var idi (34, 
s.13). Məsləmənin Dərbəndə yürüşü  şəhərin  ələ keçirilməsi ilə 
nəticələndi (34, s.13-14). 
Məsləmə Çoladan qayıtdı və Arranın ortasında olan əmisi 
Məhəmməd ibn Mərvanın yanına gəldi. Bundan sonra 
Məsləmənin orduları Bab əl-Əbvaba (Dərbəndə) hücum edib 
onu tutdu, əhalini talayaraq geriyə qayıtdı (15, s.81; 34, s.14-15; 
174, s.78). Ərəblər Arranın mərkəzinə (Bərdəyə) qayıdarkən 
xəzərlər yenidən Dərbəndə daxil olub orada yerləşdilər (34, 
s.15). 
Məhəmməd ibn Mərvan bundan sonra il ərzində su ilə 
əhatə olunmuş adada yerləşən Sevan qalasını mühasirəyə aldı, 
tutdu və orada kimə rast gəldisə hamısını  qılıncdan keçirdi … 
(136, k.3. f.14; 199, s.15; 209; 34, s.14). Əl-Kufi yazır ki, «bu 
yolla o, başqa 400 nəfəri də Baş kilsədə yandırdı, qalanını isə 
qılıncdan keçirdi» (34, s.14) 
Ərəb müəllifinin qeydinə görə, xəlifə Ömər ibn Əbdü-l-
Əziz (717-720) ardıcıl olaraq Azərbaycan və Arrana canişinlər 
göndərirdi.  Əvvəl  Əbdü-l-Əziz ibn Hatim adlı bir şəxsi, sonra 
Adiyyə ibn əl-Kindini, onun yerinə isə əl-Haris ibn Əmr ət-Taini 
canişin təyin etdi (34, s.15; 209, s.17). Əl-Kufi qeyd edir ki, «əl-
Haris ibn Əmr Azərbaycan ölkəsinə gəlib Bərdədə yerləşdi» (34, 
s.15). 
Ərəb müəllifi əl-Kufi ərəb sərkərdəsi əl-Cərrahın başçılığı 
altında 25 minlik ərəb ordusunun xəzərlərə qarşı döyüşə 
başladığını bildirir. Bu döyüşlər haqqında digər müəlliflərin 
əsərlərində  də geniş  məlumat verilir (34, s.14; 100, s. 9-147; 
209, s. 5-20). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
88
Əl-Əsir xəlifə canişini  əl-Cərrahın Arrana vali təyin 
edilməsi, Bələncərin işğalı və digər hadisələr haqqında məlumat 
verir (100). Əl-Əsirin yazdıqlarını Yaqut əl-Həməvi də  təkrar 
edir: «Bundan sonra, yuxarıda deyildiyi kimi, müsəlmanların 
qaçması ilə  əlaqədar xəzərlərdə Arranı tutmaq üçün həvəs 
yarandı  və onlar toplaşıb ordunu güclü silahlandırdılar. Onda 
Yəzid ibn Əbdü-l-Məlik əl-Cərrah ibn Abdullah əl-Həkəmini … 
hakim təyin etdi, onu böyük ordu ilə təchiz etdi və əmr etdi ki, 
xəzərlər və digər düşmənlər üzərinə hücum etsin, onların 
ölkəsinə zorla girsin. Əl-Cərrah hərəkətə  gəldi. Xəzərlər bunu 
eşidib geri qayıtdılar və Bab-əl Əbvabda dayandılar. Əl-Cərrah 
Bərdəyə gələrək öz adamları ilə orada qaldı, dincəldi, sonra isə 
xəzərlərə qarşı hərəkət etdi. Kürü keçib irəliləyən zaman öyrəndi 
ki, kim isə keçmişdə onunla birlikdə olmuş dağ sakinlərindən 
biri xəzər çarına əl-Cərrahın onlara qarşı hərəkət etdiyini xəbər 
verib.  Onda əl-Cərrah əmr etdi ki, qoşunun bir neçə gün burada 
qalacağı barədə  xəbər versinlər. Guya ki, o, burada ehtiyat 
qüvvə toplayacaq. Həmin adam Xəzər çarına xəbər göndərdi ki, 
əl-Cərrah hərəkət etmir və hücum etməməyi qərara alıb, burada 
qalıb qoşunun döyüşmək həvəsini artıracaq. Ancaq gecə düşən 
kimi  əl-Cərrah hərəkət etməyi  əmr etdi və  həqiqətən o, elə tez 
gəldi ki, xəzərlərə rast gəlmədən Bab-əl-Əbvab  şəhərinə çatdı. 
O,  şəhərə daxil oldu və öz atlı  dəstələrini qonşu qəbilələrin 
üzərinə hücuma və qarətə göndərdi, çoxlu qənimət əldə etdi və 
ertəsi gün geri qayıtdı» (382, s.73). 
Ərəblərin siyasi dəyişikliklərlə bağlı olan hadisələrə 
münasibətini bildirən  əl-Kufi yazır: «Xəlifə Ömər ibn Əbdü-l-
Əziz (717-720) Ədiyyə ibn əl-Kindini azad edib əl-Həris ibn 
Əmir ət-Taini onun yerinə vali təyin etdi. Əl-Həris ibn Əmir ət-
Tai Azərbaycan ölkəsinə  gəlib Bərdədə yerləşdi» (34, s.15). 
Həmin dövrün siyasi-inzibati vəziyyətini  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə