Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
89
göstərən M.Kalankatlı da bildirir ki, «həmin ildə Həris ibn Əmr 
ət-Tai adamları, mal-qaranı  və torpaqları siyahıya alıb ölkə 
üzərinə ağır vergilər qoydu» (136, k.2I, f.12). 
 Bütün bunlar tədqiq etdiyimiz dövrün siyasi vəziyyətini 
əks etdirən amillərdir ki, əl-Kufinin yazılarında daha geniş 
məzmunda yer almışdır: «Xəlifə II Yəzid ibn Əbdü-l-Məlik 
(720-724) əl-Cərrah ibn Abdullah əl-Həkəmini çağırıb ona təliqə 
verdi və böyük ordu ilə təmin edib əmr etdi ki, Azərbaycana yo-
la düşsün. Əl-Cərrah ibn Abdullah çoxlu qoşunla yola çıxdı və 
tezliklə Azərbaycan ölkəsinə çatdı. Bu haqda xəbər Xəzərlərə 
yetəndə onlar Dərbəndə qayıtdılar» (34, s.15; 15, s.106). 
Mənbələrin verdiyi məlumatlarda və tədqiqat əsərlərindəki 
şərhlərdə bildirilir ki, ərəb orduları  Bərdədə yerləşərək öz 
qüvvələrini səfərbər etmiş, oradan şimala doğru hərəkətə 
başlamışlar. Həmin dövrdə  Bərdədə böyük hərbi qüvvə 
yerləşirdi (136, k.2, f.26; 15, s.115; 100; 174, s.106; 296, s.143). 
Qoşunla birlikdə  hərəkət edən  əl-Cərrah xəzərlərin arxasınca 
Bərdəyə qədər gəldi, burada bir neçə gün qaldı ki, əsgərləri və 
atları istirahət etsin. Sonra o, Bərdədən çıxıb Kür çayını keçdi və 
Dərbəndə  tərəf yola düşdü. Göründüyü kimi, bu, əl-Cərrahın 
ikinci hücumu idi. O, bu istiqamətdə yoluna davam edərək 
Dərbəndin iki fərsəxliyindən axan Rubas çayı sahilinə çatdı (34, 
s.16;15, s.105). 
M.Kalankatlı bildirir: «726-cı ildə böyük aclıq oldu. 
Növbəti üç il ötəndən sonra (730-cu ildə) Cərrah ikinci dəfə Ab-
xaz ölkəsindən keçib Xəzərlərə hücum etdi» (136, k.2, f.20). 
Həmin hücumu əl-Kufi  ətraflı  şərh edir: «əl-Cərrah Xəzərlərlə 
bir müddət döyüşlər apardı, onları əzdi, qırdı, çoxlu var-dövlət, 
qənimət  əldə edib geri qayıtdı.  Şəki vilayətinə qayıdıb qüvvə 
gözlədi. Hişam ibn Əbdü-l-Məlik Şamdan ona kömək gələcəyini 
vəd edərək məktubla əmr etdi ki, Xəzərlərlə yenidən müharibəyə 
başlasın. Əl-Cərrah  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
90
Şəki vilayətindən Bərdə qalasına yola düşdü. Az sonra buradan 
da çıxıb Beyləqan  şəhərinə, oradan da Varsan şəhərinə  gəldi. 
Bundan sonra o, Bəcrəvanı keçib Ərdəbilə çatdı  və burada 
yerləşdi. Əl-Cərrah orada düşərgə saldıqdan sonra Muğan, Gilan 
və  Tələqan tərəflərə  hərbi dəstələr göndərdi. Dəstələr gedib 
döyüşür və yenidən Ərdəbilə qayıdırdılar» (34, s.20). 
Xəzər xaqanı ətrafda yerləşən tayfaları toplayaraq ərəblərə 
qarşı hücuma hazırlaşdı (34, s.20; 174).  Əl-Kufi yazır: 
«Barsbəy ibn Xaqan xəzərlərdən və başqa tayfalardan olan 300 
minlik qoşunun başında yola düşdü. Çox keçmədən o, ordusu ilə 
Kürlə Arazın arasında olan yerlərə  gəldi. Buradan Varsana 
hücum etdi, onu aldı və bütün əhalisini qırdı. Sonra o, Varsan-
dan çıxaraq  əl-Cərrahın Azərbaycan  ərazisinə  səpələnmiş ordu 
hissələrinə hücuma keçdi» (34, s.21). 
Xəzərlərlə  əl-Cərrahın qoşunu arasında müharibə xeyli 
davam etdi. Həm xəzərlərdən, həm də  ərəblərdən çoxlu qırılan 
oldu. Böyük itki vermiş  Xəzərlər  əl-Cərrahın ordusunu, demək 
olar ki, tamamilə qırıb qurtardılar. Həmin döyüşdə əl-Cərrah da 
həlak oldu (34, s.21-23; 174, s.43).  
Bunları  əl-Əsir belə  təsdiqləyir: «Əl-Cərrahın ordusu 
Ərdəbil yaxınlığında Xəzərlər tərəfindən məğlubiyyətə 
uğradıldı.  Əl-Cərrah və bir çox yaxın adamları döyüşdə 
öldürüldülər» (100, s.94). 
Həmin döyüşü əl-Kufi daha ətraflı təsvir edir:  «Xəzərlər 
əl-Cərrahın  əsgərlərinin, demək olar ki, hamısını  qılıncdan 
keçirdilər. Yalnız Savalan dağına tərəf qaçmış 700 və  bəlkə 
bundan da az müsəlman xilas ola bildi» (34, s.23). 
Qaynaqda bildirilir ki, əl-Cərrahın ölüm xəbərini almış və 
vəziyyəti olduğu kimi başa düşmüş  xəlifə Hişam ibn Əbdü-l-
Məlik (724-743) Səid ibn Əbdü-l-Məlik əl-Həraşini  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
91
Xəzərlərlə döyüş üçün hazırlayıb Azərbaycana göndərdi. Səid 
əl-Həraşi  əl-Cəzirə  ərazisindən keçərək, özünə cihad üçün 
tərəfdarlar yığa-yığa yol boyu qalaları  fəth edərək gəlib Bərdə 
şəhərinə çatdı (34, s.26; 15, s.106).   
Ərəb müəllifinin qeyd etdiyinə görə, «Bərdənin 
mühasirəsi  şəhərdə yaşayan müsəlmanları çox sevindirdi. Bu 
vaxt Barsbəy ibn Xaqan isə burada əhalini qırmaqla və əsir al-
maqla məşğul idi. Xalq hər tərəfdən əl-Həraşinin yanına axışıb 
cihadda iştirak etmək istəyirdi» (34, s.26). 
Ərəb mənbələrindən belə  məlum olur ki, xəzərlər ölkədə 
özbaşınalıq, vəhşilik edir, yerli əhaliyə qarşı  qırğınlar 
törədirdilər (34, s.26; 91). 
Əl-Kufi yazır: «Əl-Həraşi Bərdədən çıxıb Beyləqana 
gəldi. Burada möhkəmləndi….  Əl-Həraşinin hücum edəcəyini 
bilən Barsbəy ibn Xaqan hər yandan əsgər toplayaraq 
Azərbaycandakı döyüşçülərini də onlarla birləşdirdi, böyük bir 
ordu yaratdı» (34, s. 32). «Bunu eşidən Səid ibn Əmir əl-Həraşi 
Varsana, Beyləqana, Bərdəyə, Qəbələyə və Azərbaycanın başqa 
yerlərinə çaparlar göndərdi. Adamlar onun yanına tək-tək, dəstə-
dəstə  və ya başqa yolla gəlirdilər;  o, nəhəng bir qoşun yığdı» 
(34, s.32). 
Müəllif bildirir ki, Barsbəyin 190 minlik ordusu ilə  əl-
Həraşinin 53 minlik ordusu arasında Muğan çayının sahilində 
qızğın döyüş baş verdi. Qeyd etmək lazımdır ki, qoşundakı 
adamların sayında  şişirtməyə yol verilmiş ola bilər. Mənbənin 
yazdığına görə, əl-Həraşinin Barsbəyə endirdiyi zərbə Xəzər or-
dusunu sarsıtdı, döyüş  qızışdı, hər iki  tərəfdən çoxlu adam 
həlak oldu. Bu döyüşdə  ərəblər Xəzər ordusunu sıxışdıraraq 
dənizə tərəf çəkilməyə məcbur etdilər, onlar Kür-Araz ovalığına 
qədər gəlib çıxdılar (34, s.34-35; 15, s. 110). 
Şamda ikən  vali təyin edilməsi haqqında  əmr almış 
Məsləmə ibn Əbdü-l-Məlik yola düşüb Bərdəyə gəldi və  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə