Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
95
olan Asim ibn Yəzid ibn Abdullah əl-Hilalini Azərbaycana və 
Arrana öz yerinə canişin təyin edərək, adamları ilə  Şama yola 
düşdü (34, s.55). Mərvan ibn Məhəmməd (744-cü ildə) 
hakimiyyəti ələ keçirdi. Lakin o, xəlifə olan kimi Azərbaycan və 
Arranda iğtişaşlar başlandı (34, s.55). Yerlərdə Xilafət əleyhinə, 
onun  əmir və canişinlərinin, amillərinin soyğunçu, qarətçi, 
zülmkar hərəkətlərinə qarşı üsyanlar qalxdı (34, s.55; 154, k.2I, 
f.16; 174, s.21). Bu iğtişaşlardan biri Beyləqan sakini Müsafir 
ibn Kəsirin rəhbərliyi altında başlanmış üsyan idi (34, s.55).  
Ölkədəki iğtişaşları yatırmaq, üsyançılara divan tutmaq 
üçün hərəkətə gəlmiş ərəblər üsyan ocaqlarından olan Beyləqan 
şəhərinə  gəldilər. Qoşunun qalan hissəsi  əmir Asim ibn Yəzid 
əl-Hilalinin başçılığı altında Bərdə şəhərinə çəkildi (34, s.55; 27, 
s.19; 174, s.81).  
Əl-Kufi həmin hadisəni  ətraflı  təsvir edərək bildirir ki
«qiyamçılar Asimin buradakı canişinini tutub onunla birlikdə 
zindanın qapılarına yaxınlaşdılar, qapıları açdılar və (üsyan 
başçıları) Qüteybə ibn Sədəqəni və Aban ibn Məmunu azad 
etdilər. Bundan sonra qiyamçılar Beyləqanı tam ələ keçirdilər. 
Bütün ətraf və nahiyələrdən Beyləqana adamlar axışdı. Tezliklə 
burada nəhəng bir ordu toplandı. Müsafir ibn Kəsir əl-Qəssabın 
rəhbərliyi altında onlar Beyləqandan çıxıb (Bərdəni tutmaq 
məqsədilə – Q.H.)… gəldilər. Asim ibn Yəzid əl-Hilali bundan 
xəbər tutdu, tərəfdarlarını topladı  və döyüşçülərini Bərdə 
şəhərinin qapıları yanında, Tərtər çayı boyunca yerləşdirdi…» 
(34, s.56). 
Əl-Kufi nəql edir ki, «bu vaxt Bərdə nahiyəsindən olan bir 
adam onlara (qiyamçılara) yaxınlaşdı. Qiyamçılar onu tutub öz 
başçıları Müsafir ibn Kəsirin yanına gətirdilər. Müsafir ondan 
soruşdu: haradan gəlirsən?    O,  cavab  verdi:  Bərdədən. Müsafir 
soruşdu: Bilirsənmi indi Asim ibn Yəzid harada olar? O dedi: 
bilirəm. O, indi Tərtər  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
96
çayının sahilində yoldan bir qədər kənarda, filan yerdədir. Müsa-
fir ona dedi: Onun ordusuna aparan yolu göstərə bilərsənmi? O, 
cavab verdi: Əlbəttə …» (34, s.56). Əl-Kufi sonra yazır: «Müsa-
fir ibn Kəsir öz əsgərlərini yığıb bu adamla yola düşdü. Onlar 
gecənin zülmətində yola çıxmış, sübh çağı Asim ibn Yəzidin 
mövqeyinə çatmışdılar. Onları görən qiyamçılar «Allahu əkbər» 
sədaları ilə hücuma keçərək dəhşətli qırğın törətdilər. Bərdənin 
əmiri Asim ibn Yəzidi və onun xeyli əsgərini öldürdülər. Asimin 
Zəfər adlı oğlu ordunun qalıqları ilə döyüş meydanından qaçaraq 
çox acınacaqlı vəziyyətdə özünü Bərdəyə çatdırdı» (34, s.56). 
Müsafir ibn Kəsir və onun silahdaşları Asim ibn Yəzidin 
adamlarının yerdə qalan hissəsini mühasirəyə alıb onları tutdular 
və Beyləqan şəhərinə apardılar (34, s.56). 
Əl-Kufi bildirir ki, «bu hadisə Şamda olan xəlifə Mərvan 
ibn Məhəmmədə çatdı. Xəbər onu çox sarsıtdı. Lakin bir qədər 
sonra o, özünün Şamdakı  sərkərdələrindən  Əbdü-l-Məlik ibn 
Müslüm  əl-Üqeylini yanına çağırıb tabeliyinə  nəhəng bir ordu 
verdi, özünü də Azərbaycan və Arrana vali təyin etdi. Ona əmr 
etdi ki, o, oralarda müharibə aparıb  əhalidən xərac vergisini 
toplasın. Xəlifə qiyamçılarla döyüşə girməyi də ona əmr etdi» 
(34, s.57). 
Əbdü-l-Məlik ibn Müslüm nəhəng bir ordunun başında 
Şamdan yola düşüb, tezliklə  Bərdəyə  gələrək orada yerləşdi. 
Sonra o, bundan əvvəl qiyamçıların darmadağın etdiyi qoşunla 
Bərdədən çıxaraq «Cisr əl-Hicara» («Daş körpü») adlı yerdə 
düşərgə saldı və köməkçi qüvvələrin gəlməsini gözlədi. Sonra o, 
üsyançılara qarşı hərəkət etdi (34, s.57). 
Mənbələr bildirir ki, tərəflər Bərdə şəhəri yaxınlığında üz-
üzə  gəlib döyüşə başladılar.  Əbdü-l-Məlik ibn Müslüm bu 
döyüşdə öldürüldü, ordunun başına onun  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
97
qardaşı İshaq ibn Müslüm əl-Üqeyli keçdi (34, s.57). İshaq ibn 
Müslümlə üsyançıların döyüşü xeyli davam etdi. Mənbədə 
yazılır: «İshaq ibn Müslümlə, Müsafir ibn Kəsir  əl-Qəssab və 
onun qiyamçıları arasında olan döyüşlər Xorasanda Əbu 
Müslümün rəhbərliyi altında qara bayraqlıların (əl-musavvada) 
meydana çıxmalarına qədər davam etdi» (34, s.57). 
Abbasilərin ilk xəlifəsi  Əbü-l-Abbas  əs-Səffah (750-754) 
Məhəmməd ibn Sul adlı  şəxsi vali təyin etdi. O, ordu ilə 
Azərbaycana gəldi (34, s. 57). Bu zaman, Azərbaycanda Müsafir 
ibn Kəsir əl Qəssab ağalıq edirdi. O, Məhəmməd Əbu Sulun 100 
minlik ordu ilə yola düşdüyünü eşidib  «əl-Kilab» qalasında 
(«Sərt qala») möhkəmləndi. Sulun qoşunu onları mühasirəyə 
aldı, uzun müddət döyüşlər getdi, nəhayət, Müsafir və 
döyüşçüləri məhv edildi (34, s.57). Ərəb əmiri Məhəmməd ibn 
Sul üsyançılara ağır divan tutdu. O, Müsafir ibn Kəsirin və onun 
silahdaşlarının kəsilmiş başlarını əs-Səffahın hüzuruna göndərdi. 
Özü isə ordusu ilə Beyləqan  şəhərinə  gəlib bir neçə gün orada 
qaldı. Sonra o, Bərdə şəhərinə yola düşüb, uzun müddət burada 
qalaraq ölkəni idarə etdi (34, s.58). 
752-ci ildə Bizans Xilafətdə başlanmış qarışıqlıqdan 
istifadə edərək  ərəblərə tabe olan ərazilərə doğru irəlilədi. 
Xilafətə qarşı siyasi, diplomatik fəaliyyətini genişləndirməyə 
başladı (174, s.48). Xəzərlər isə 737-ci il məğlubiyyətində 
gözləri qorxduğuna görə, hələlik seyrçi mövqeyi tutmuşdular 
(136, k.2I, f.18; 15, s.111; 174, s.48).  
Xəlifə  Əbu Cəfər  əl-Mənsur (754-775) Yəzid ibn Üseyd 
ibn Zəfir  əs-Sulamini Arrana hakim təyin etdi (752/53) (34, 
s.56; 174, s.48). Əl-Kufi məlumat verir ki, «Yəzid ibn Üseyd 
İraqdan Arrana yola düşüb, Bərdə  şəhərinə  gəldi, burada 
yerləşib ölkənin hər yerinə öz vergiyığanlarını (amil) göndərdi» 
(34, s.58). Hələ də şimaldan  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə