Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   2   3   4   5   6   7   8   9   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
11
dövr Bərdə  şəhərinin yaranma, formalaşma, inkişaf 
mərhələlərini  əhatə edir. Şəhərin yarandığı  və  fəaliyyət 
göstərdiyi antik və orta əsrlər dövrü tarixinin tədqiqinə 
qanunauyğun bir maraq oyanır. Bu baxımdan qeyd olunan xro-
noloci çərçivə daxilində  Bərdənin ümumi tarixini elmi əsasda 
tədqiq etmək mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycanda  şəhər tarixinin tədqiqinə son dövrlərdə 
başlanılmışdır. Bu, hər  şeydən  əvvəl  ümummilli liderimiz   
Heydər  Əliyevin vaxtilə verdi-yi göstəriş  və  qərarları ilə 
bağlıdır. Ulu Öndərin imperativ şəkildə dediyi «Azərbaycanın 
qədim  şəhərlərinin tarixi öyrənilməlidir» fikri tarixçiləri 
ruhlandırdı, onların qarşısında böyük məsuliyyət qoydu, bu 
səpkidə mövzuların tədqiqinə diqqəti artırdı. Bu baxımdan Ulu 
Öndər Heydər  Əliyevin «Tariximizin hər səhifəsi bizim üçün 
əzizdir», «Xalq gərək daim öz kökünü xatırlasın» aforizmlərinin 
də böyük təsiri oldu. 
Azərbaycanın qədim və orta əsr  şəhərlərinin müxtəlif 
aspektdə öyrənilməsi  şəhər tarixşünaslığımızın bir çox 
problemlərinin üzərinə  işıq salmışdır. Azərbaycan tarixçiləri 
arasında şəhər tarixi problemi ilə məşğul olan böyük bir alimlər 
ordusu formalaşmışdır (S.B.Aşurbəyli, M.X.Heydərov, 
H.Ə.Ciddi, Q.M.Əhmədov, S.M.Onullahi, İ.A.Babayev, 
N.M.Vəlixanlı, V.H.Əliyev, T.M.Məmmədov, A.B. Nuriyev, 
Ş.F.Fərzəlibəyli, R.İ.Məmmədov,  İ.M.Cəfərzadə,  İ.N.Əliyev, 
F.V.Qədirov, R.M.Vahidov,  E.Q.Mirzəyeva və b.). Onların 
əsərləri, arxeoloji qazıntılar, yazılı mənbələr əsasında apardıqları 
elmi tədqiqatları  həm bütövlükdə    tarixşünaslıq, həm də 
Azərbaycan  şəhərlərinin öyrənilməsi baxımından böyük 
əhəmiyyətə malikdir. Həmin  əsərlər sırasına daxil olan 
İ.M.Cəfərzadənin «Köhnə  Gəncənin tarixi-arxeoloji oçerki», 
İ.H.Əliyev və F.V.Qədirovun «Qəbələ», H.Ə.Ciddinin «Orta əsr 
Şamaxı şəhəri IX-XVII əsrlərdə», R.M.Vahidovun «Mingəçevir  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
12
III-VIII  əsrlərdə», M.X.Heydərovun «Şəhərlər və  şəhər 
sənətkarlığı», «XIII-XVII əsrlərdə Azərbaycan  şəhərlərində so-
sial-iqtisadi münasibət və  sənətkarlıq təşkilatları», S.B.Aşur-
bəylinin «Bakı  şəhərinin tarixi», Q.M.Əhmədovun «Orta əsr 
Beyləqan  şəhəri», «Qədim Beyləqan», S.M.Onullahinin «XIII-
XVII  əsrlərdə  Təbriz  şəhərinin tarixi», İ.B.Babayevin «Qafqaz 
Albaniyasının antik şəhərləri», V.H.Əliyevin «Qədim 
Naxçıvan», R.İ.Məmmədovun «Naxçıvan  şəhərnin tarixi oçer-
ki», F.Ə.Əliyevin «XVIII əsrin ikinci yarısında Azərbaycan 
şəhərləri» və  Ş.F.Fərzəlibəylinin «Quba tarixi» Azərbaycan 
tarixşünaslığında mühüm yer tutur (adı çəkilən   əsərlərə     dair 
mənbə  və  ədəbiyyat göstəricisində kifayət qədər məlumat 
verilmişdir). 
Bərdə  şəhərinin tarixinin problem olaraq tarixşünaslığını 
araşdırmağa başlamamışdan öncə  əvvəldə qeyd etdiyimiz bir 
məsələni təkrarən diqqət mərkəzinə çəkmək istərdik. Bu da on-
dan ibarətdir ki, son vaxtlara qədər yazılı  mənbələrin azlığı  və 
arxeoloji tədqiqatların kifayət qədər aparılmaması  səbəbindən 
Bərdə şəhərinin tarixi dərindən öyrənilməmiş, elə  bu səbəbdən 
də  Bərdə elmi ədəbiyyatda  orta əsr  şəhəri kimi təqdim 
edilmişdir. Odur ki, biz   problemin öyrənilmə dərəcəsini təhlil 
edərkən tarixşünaslığın araşdırılmasında təkcə yazılı mənbələrlə 
kifayətlənməmiş,  təhlili ilk dəfə olaraq yazılı mənbələrdə  əldə 
edilən məlumatlardan, Bərdə 
şəhərinin arxeoloji 
materiallarından və qlobal şəhər probleminin öyrənilməsi 
təcrübəsindən istifadə etməklə aparmışıq. Bu baxımdan mono-
qrafiyada təkcə Azərbaycanın deyil, keçmiş SSRİ  məkanına 
daxil olan şəhərlərin, eləcə  də Asiya və Avropanın bir çox 
şəhərlərinin tarixinə dair əsərlərə, o cümlədən Yaxın və Orta 
Şərq ölkələrinin şəhər problemlərinə dair elmi ədəbiyyata geniş 
nəzər yetirilmişdir. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
13
Bərdənin tarixinin öyrənilməsinə son dövrlərdə 
təşəbbüslər göstərilsə  də  hərtərəfli tədqiqatlar aparılmamış, 
yalnız müxtəlif səpkidə kiçik həcmli bir sıra  əsərlər çap 
edilmişdir. Həmin  əsərlər  şəhərin arxeoloji tədqiqinə  həsr 
edilmiş kitab (322), tarixi-arxeoloji oçerk (154) və orta əsrlər 
dövrünə aid dərs vəsaitindən (90) ibarətdir. Bərdə şəhərinin ta-
rixi probleminə bir namizədlik dissertasiyası həsr edilmişdir ki, 
burada da əsasən  şəhərin gil qab məmulatı öyrənilmişdir (9). 
A.B.Nuriyevin «Orta əsr Bərdə şəhəri»  kitabı Bərdə şəhərində 
1984-1985-ci illərdə arxeoloqun özünün rəhbərlik etdiyi arxeo-
loji ekspedisiyanın aşkarladığı materiallar əsasında yazılmışdır 
(322). Həmin kitabda Bərdənin orta əsrlər tarixinə  qısa  şəkildə 
toxunulmuş,  əsasən qazıntı zamanı müxtəlif mədəni təbəqədən 
aşkar edilmiş arxeoloji məmulatların təsnifatı verilmişdir. 
Bərdənin sonuncu arxeoloji tədqiqatlarına həsr edilmiş əsər A.B. 
Nuriyev və  Ə.H.Babayevin birgə yazdıqları «Bərdə  şəhərinin 
tarixi-arxeoloji oçerki»dir (2001-ci il). Əsər Bərdənin arxeoloji 
tədqiqini əks etdirmək baxımından əhəmiyyətlidir (136).  
Son dövrlərdə özlərinə  vətən tarixi yaratmaq istəyən 
erməni «tarixçiləri» Bərdəni də uydurma «böyük Ermənistan»a, 
«Şərqi Ermənistan»a daxil etmiş, guya onlara məxsus qədim 
yaşayış məskəni olması barədə iddialar irəli sürmüşlər. 
2006-cı ilin iyun ayında yaradılmış ekspedisya (bax: 
səh.8-9) Bərdə  şəhərinin qədim yeri hesab edilən «Şortəpə» 
abidəsində arxeoloji tədqiqat işləri apardı.   100 kv.m sahədə 
aparılan qazıntı 5 metr dərinliyə qədər davam etdirilərək mədəni 
təbəqənin stratiqrafiyasını müəyyənləşdirdi. Arxeoloji tədqiqat 
işləri zamanı  Bərdə  şəhərinin antik dövr tarixini öyrənmək 
baxımından maraqlı maddi mədəniyyət materialları aşkar edildi. 
Belə ki, qədim dövrə aid təbəqədə  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə