Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
98
xəzərlərin təhlükəsi sovuşmamışdı. Buna görə  də  xəlifə  əl-
Mənsurun məsləhəti ilə Xəzərlərin təhlükəsinin qarşısını almaq 
məqsədilə  Yəzid Xəzər xaqanının qızı Xatun ilə evləndi (34, 
s.58; 174, s.49). 
Əl-Kufi bunun səbəbini və mahiyyətini belə şərh edir: «əl-
Mənsur ona yazdı ki, … Xəzərlərlə qohumluq olmasa, Arran 
ölkəsində heç vaxt əmin-amanlıq bərqərar olmayacaq. Mən belə 
hesab edirəm ki, sən onlarla qohum olmalısan, onda ölkədə 
əmin-amanlıq olar. Əks təqdirdə  mən sənin  və  sənin vergi 
yığanların üçün qorxuram, çünki Xəzərlər sizi rahat qoymaya-
caqlar» (34, s.58). 
Əl-Kufi bildirir ki, «Xəlifə  əl-Mənsurun (754-775) 
məktubunu aldıqdan sonra Yəzid öz adamlarını Xəzər hökmdarı 
Taatur xaqanın yanına onun qızı üçün elçi göndərdi. Qızın adı 
Xatun idi. Xəzərlərin padşahı öz razılığını verdi. Yəzid ibn 
Üseyd Xatunla evlənərək atasına qızına görə 100 min dirhəm 
verdi. Xatun təntənə ilə  xəzərlərin ölkəsindən  İslam ölkəsinə 
yola düşdü. Onu qohumlarından on min xəzər müşayiət edirdi; 
ona dörd min əla madyan, min qatır, min qul, on min xəzəri 
cinsindən olan alçaq dəvə, min baş türkü cinsindən olan iki 
hörküclü dəvə, iyirmi min baş qoyun, qapıları  və üstü qızıl və 
gümüş lövhələrdən düzəldilmiş, içərisinə samur xəzi döşənmiş 
və ipək çəkilmiş on furqon, qızıl və gümüş  əşyalar, qab-qacaq 
və başqa  şeylər yüklənmiş iyirmi araba qoşulmuşdu.  İslam 
ölkəsinə  gəldikdən sonra Xəzər padşahının qızı bütün var-
dövləti ilə  Bərdə darvazasına yaxın olan əl-Kəbbab adlı yerdə 
düşərgə saldı. Bu yerdə dayandıqdan sonra, qız öz adamını 
Yəzidin yanına göndərib, ondan xahiş etdi: «Mənim yanıma 
müsəlman qadınlardan bir neçəsini göndər ki, onlar mənə İslam 
dininin mahiyyətini izah edib, Quranı oxusunlar, yalnız bunların 
hamısını  mənimsəyəndən sonra mən sənin olacağam!» Yəzid 
onun yanına Bərdədən bir  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
99
neçə qadın göndərdi ki, islam dinini və Quranı xaqan qızına 
öyrədib izah etsinlər» (34, s.59). 
İslamı böyük rəğbətlə qəbul etmiş xəzər qızının hörmətlə 
qarşılanması barədə Əl-Kufi təfsilatı ilə yazır: «Yəzid ibn Üsey-
din elə bir sərkərdəsi qalmadı ki, qıza şan-şöhrətinə aid hədiyyə 
gətirməsin. Xatun islam dininin mahiyyətini və Quranı 
öyrəndikdən sonra Yəzidə qılınc və xəncər göndərdi. Yəzid başa 
düşdü ki, qız onun yanına gəlməsinə icazə verir. Onun icazəsi ilə 
Yəzid  otağa daxil oldu. Bu vaxt qız geyinib-gecinmiş, qiymətli 
daş-qaşla bəzənmişdi» (34, s. 59). Əl-Kufi bildirir ki, «Yəzid ibn 
Üseyd iki il dörd ay onun yanında qaldı. Qızın Yəziddən iki 
oğlu oldu, lakin qız da, oğlanları da öldü. Bu hadisə  Yəzidi 
hədsiz dərəcədə kədərləndirdi» (34, s.59).  
Xəzərlər xaqan qızı Xatunun ölüm xəbərini eşidib 
Dərbənddən (Bab əl-Əbvab) böyük bir ordu ilə ərəblərin üzərinə 
yola düşdülər. Yəzid ibn Üseyd yeddi minlik ordusu ilə onların 
qarşısına çıxdı, lakin qüvvəsi az olduğundan onlara gücü 
çatmadı. Buna görə  də, məktub yazaraq əhvalatı  xəlifə  əl-
Mənsura bildirdi. Xəlifə Yəzid ibn Üseydin məktubunu oxuyub 
kədərləndi, işin aqibəti onu qorxutdu. O, Şama məktub göndərib 
Arranda başına gələnlərlə  Xəlifəni tanış etdi. Çox keçmədən 
Yəzidin yanına  Şamdan on min nəfər, cəmi  İraqdan otuz beş 
min əsgər köməyə gəldi (15; 34, s.60; 174). 
Yəzid tabeliyində Şamdan və əl-Cəzirədən olan iyirmi min 
və İraqdan olan otuz beş min əsgərlə, yəni təxminən altmış min-
lik ordu ilə hücuma keçdi (rəqəmlərdəki uyğunsuzluq mənbəyin 
özünə aiddir – Q.H.). Qoşun Kür çayını keçərək,  Şirvan 
ərazisinə daxil oldu (34, s.60).  Əl-Kufi bu hadisəni belə təsvir 
edir: «Elə bu vaxt Xəzərlərin Nilin sularına və gecənin 
zülmətinə  bənzər iki yüz mindən artıq süvari ordusu göründü. 
Düşmənlər Şirvan torpaqlarında  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
100
üz-üzə 
gəldilər. Müsəlmanlar bundan dəhşətli gün 
görməmişdilər, çünki onlardan saysız-hesabsız miqdarda adam 
qırıldı. Döyüş meydanından qaçan Yəzid ibn Üseyd Bərdə 
şəhərində gizləndi. Xəzərlərin hökmdarı xaqan isə döyüşçüləri 
ilə  qələmə  gəlməyən qədər qənimət apararaq öz mövqelərinə 
qayıtdı» (34, s.60). 
Əl-Kufi yazır ki, xəlifə əl-Mənsur Şam, əl-Cəzirə və İraqın 
bütün yerlərindən adam yığıb on min döyüşçü seçdirərək, Yəzid 
ibn Üseydə verdi və Arrana göndərdi (34, s.60). Yəzid Bərdə 
şəhərinə  gəldi və oradan Kür çayının sahilinə  çıxdı. O, ordusu 
ilə çaydan keçərək  şimala doğru hərəkət etdi və  Dərbənd 
şəhərində yetişdi.  Əsgərlərini burada yerləşdirib  şəhərin 
istehkamlarını və darvazalarını nizama saldı (34, s.60). Bundan 
sonra xəlifə əl-Mənsur (754-775) Yəzid ibn Üseydə xəbər verdi 
ki, o, Arranın idarəçiliyindən kənar olunur və onun yerinə Bikar 
ibn Müslüm əl-Üqeyli (769-cu ildə) təyin edilir. Bir il yarımdan 
sonra onun yerinə əl-Həsən ibn Qəhtəbə ət-Tayi (770-775) təyin 
olundu. O, ölkəyə Xorasan, Şam və  İraqdan olan əlli minlik 
qoşunla gəldi. (Bu, o Həsəndir ki, əl-Bəlazuri onun adına 
Beyləqanda arx, Bərdədə isə «Həsəniyyə bağı» adlı mülk 
olduğunu bildirir).  Müəllif xəbər verir ki, həmin qoşunla 
Gürcüstanda baş vermiş iğtişaşı yatırdılar (34, s.61). 
Mənbələr və  tədqiqat  əsərləri göstərir ki, əl-Həsən ibn 
Qəhtəbə Arranda qalıb Bərdədə yerləşdi. O, Qəhtəbə adlı oğlunu 
Bab əl-Əbvabın, ikinci oğlu İbrahimi Curzanın hakimi təyin etdi 
və Tiflisdən o yana müsəlman torpaqlarının idarəçiliyini ona 
tapşırdı. Üçüncü oğlu Məhəmmədə Xilat və Qaliqaldan o tərəfə 
olan torpaqların idarəsini verərək böyük bir əraziyə hakim təyin 
etdi (15; 34, s.61; 100; 174). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə